Axtarış
The search found 105783 results in 0.067 seconds.
Search results
Ata övladlarına görə məktub yazıb intihar etdi - Bakıda
Bakıda iki ailədə faciə yaşanıb. 15 yaşlı qız və 28 yaşlı kişi öz canına qıyıb. Bu barədə Xətai rayon Polis İdarəsindən və Binəqədi rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, martın 7-nə keçən gecə saat 03:00-da Məhəmməd Hadi küçəsində yaşayan Nurlanə Əhmədova yaşayış binasının 9-cu mərtəbəsindən özünü atıb və hadisə yerindəcə keçinib. Hələlik yeniyetmənin intiharının səbəbi məlum deyil. Xətai rayon Prokurorluğu faktla bağlı AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açıb və təhqiqat aparılır.Muxalifet3 - 8-03-2019
Prezident qızının intihar xəbəri yayıldı – RƏSMİ AÇIQLAMA
Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın Daşkənddə ev dustaqlığından ümumi rejimli həbsxanaya köçürülməsindən sonra intihar etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Özbəkistanın Baş Prokurorluğundan açıqlama verilib.
“Heç bir intihar, ya da intihar cəhdi, o cümlədən cinayət hadisəsi baş verməyib. Gülnarə Kərimova təyin olunmuş qaydada cəza çəkir. Bütün bunlar rezonans doğuran hadisə ətrafında növbəti şayiələrdir”, - Baş Prokurorluqdan bildirilib.Muxalifet3 - 8-03-2019
Könül Xasıyeva Bakını birdəfəlik TƏRK EDİR
Xalq artisti Könül Xasıyeva birdəfəlik rayona köçür.
Bu barədə xanəndə "5/5"-ə özü məlumat verib.
K.Xasıyeva bu addımı vida konsertindən sonra atacağını efirdən bəyan edib:
"Martın 17-18-də vida konsertim olacaq. Sonra rayona köçmək istəyirəm. Bəsdir! Gedim biraz da dağların qoynunda yaşayım. Səhnədə, efirdə bəsdir artıq. Yarım əsr yaşadım, yaxşı yaşadım. Rayonda ata evim yaxşı təmir olunub. Anam da təkdir, istəyirəm gedim. Kazımı da aparacam".
Qeyd edək ki, sənətkar əslən Şəki bölgəsindəndir.Muxalifet3 - 8-03-2019
GİZLİ GÖRÜŞ: Avropada böhran olacağı xəbərdarlığını verən Salvetti kimdir? - ARAŞDIRMA
Ergün Diler
“Takvim”, Türkiyə, 05 mart 2019-cu il
Gəlin, bu gün Pentaqona, yəni “dərin ABŞ”a qarşı olan şəbəkənin önəmli şəxslərindən və önəmli toplantılarından söz açaq.
Muxalifet4 - 8-03-2019
Tramp Çexiya baş nazirini gördü, arvadını unutdu – VİDEO
ABŞ prezidenti Donald Tramp Çexiya baş naziri Andrey Babiş və onun həyat yoldaşı ilə görüşü zamanı çətin vəziyyətə düşüb.
Newsweek xəbər verir ki, Ağ evin girişində Tramp Çexiya baş nazirini binaya dəvət edib, xanımına isə salam verməyi unudub.
Videodan görünür ki, bu halı Melaniya Tramp və Monika Babişov təəccüblə qarşılayıblar.Muxalifet4 - 8-03-2019
Azərbaycan bu ölkədən müasir QIRICILAR ALIR
Azərbaycan Pakistanla “THUNDER JF-17 Block 2” qırıcılarının alınması və çatdırılması haqqında müqavilə imzalayıb.
Bu haqda “news.am” saytına danışan erməni hərbi eksperti Van Ambartsumyan deyib.Muxalifet3 - 8-03-2019
Təranə Səmədovanın intihar xəbəri yayıldı - AÇIQLAMA
Sosial şəbəkədə yayılan xəbərlərə görə, bir müddət əvvəl həbs olunan prodüser Təranə Səmədova cəzaçəkmə müəssəsində özünü ülgüclə doğrayaraq intihara cəhd edib.
BAKU.WS məsələyə aydınlıq gətirmək üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ictimaiyyətlə əlaqələr şöbəsi ilə saxlayıb.
Şöbədən bildirdilər ki, yayılan informasiyanın heç bir əsası yoxdur:
Muxalifet4 - 8-03-2019
Afət "Pəncü-şeş"ə görə qazandığı pulları göstərdi - VİDEO
Müğənni Afət Fərmanqızı Ukraynanın Kiyev şəhərində toy mərasiminə qatılıb.
Məclisdə 19 dəfə "Pəncü-şeş" mahnısını oxuyan ifaçı əlindəki dollarlarla bəzi həmkarlarına acıq verib.
Qeyd edək ki, A. Fərmanqızının ifa etdiyi "Pəncü-şeş" mahnısı bir çoxlarının kəskin reaksiyasına səbəb olub. Buna səbəb isə ifaçının dahi İmadəddin Nəsiminin "Sığmazam" şeirini hind musiqisi sədaları altında ifa etməsi olub. Buna baxmayaraq, A. Fərmanqızı qatıldığı bütün el şənliklərində sözügedən mahnını oxumaqda davam edir.Muxalifet4 - 8-03-2019
"Mənə ancaq Tanrı qarışa bilər" - Günəşi eBayda satan, Aydan 1 milyon götürənlər...
Bu, sizə qəribə gələ bilər, amma bəzi insanlar Günəş və Ay da daxil olmaqla göy cisimlərinə sahib olduqlarını iddia ediblər. Bəziləri başqa planetlərə, astroidlərə və hətta bütün Günəş sisteminə sahib olmaları ilə bağlı iddia irəli sürüblər. Bəziləri isə daha da irəli gedərək, həmin göy cisimlərini satıblar.Muxalifet4 - 8-03-2019
Putin “Stalinə pərəstiş”i artıq dövlət siyasətinə çevirib -Qərb mətbuatı
Artıq uzun müddətdən bəri bəşəriyyət tarixinin 3 ən böyük cəlladından biri sayılan bir adam Rusiyada yenidən böyük dövlət adamı və uğurlu siyasətçi üçün nümunə olaraq göstərilir. Bu isə İosif Vissarionoviç Stalindən başqası deyil.
Onun 26 illik (1927-1953) diktaturası dövründə 20 milyon insan öldürülüb, lakin Rusiyada Stalin hələ də pərəstiş mənbəyi sayılır”,-deyə Almaniyanın “Bild” qəzetindən Peter Tide yazır.
Alman jurnalist Stalinin bacarıqlı rəhbər rolunda yenidən məktəb proqramlarında yer aldığını qeyd edir.Muxalifet3 - 8-03-2019
İran tankerinə hücum: Donanma müdaxilə etdi
İrana məxsus neft tankerinə Bab əl-Məndab boğazında hücum edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə İranın Hərbi Dəniz Qüvvələri informasiya yayıb.
Məlumata görə, dəniz quldurları 11 qayıqla İrana məxsus tankerə hücuma keçib. İran Hərbi Dəniz Qüvvələrinin 60-cı donanmasının çevik fəaliyyəti nəticəsində hücumun qarşısı alınıb.
Qeyd edək ki, tankerin göyərtərinsə 150 min tondan artıq neft olub.
Muxalifet3 - 8-03-2019
ABŞ-ın eks-prezidenti Pxenyana gedir: Trampa kömək
ABŞ-ın keçmiş prezidenti Cimmi Karter Şimali Koreyaya getməyə və Kim Çen İnlə danışıqları dalana dirənmiş ölkə başçısı Donald Trampa kömək etməyə hazır olduğunu açıqlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb.
Karter ABŞ hökumətinin müraciət edəcəyi halda Pxenyana gedə biləcəyini söyləyib.
Xatırladaq ki, Karter Şimali Koreyada nüfuzlu simalardan biri sayılır. Eks-prezident dəfələrlə Şimali Koreyada sülhməramlı missiyalarda iştirak edib.
Muxalifet3 - 8-03-2019
Azərbaycan ordusu müasir QIRICILARLA GÜCLƏNDİRİLİR – Ermənistan TƏŞVİŞDƏ
Azərbaycan Pakistanla "THUNDER JF-17 Block 2” qırıcılarının alınması və çatdırılması haqqında müqavilə imzalayıb.
Muxalifet.az xəbər verir ki, bu haqda "news.am” saytına danışan erməni hərbi eksperti Van Ambartsumyan deyib.Muxalifet3 - 8-03-2019
Ərdoğan Quterreşlə danışdı: Hindistan-Pakistan gərginliyi...
Martın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Hindistan-Pakistan sərhədində baş verən hadisələr və Suriyadakı hazırkı vəziyyət müzakirə edilib.
Muxalifet3 - 8-03-2019
Cəlilabadda eramızın ilk əsrlərinə aid türk silahı tapıldı
Cəlilabad rayonunda məktəbli eramızın ilk əsrlərinə aid tarixi əşya tapıb.
Muxalifet.az xəbər verir ki, tarixi əşyanı Şatırlı kənd məktəbinin 5-ci sinif şagirdi Gülnar Məlikova təsərrüfat işləri görən zaman tapıb. Tapıntı dəmirdən hazırlanmış döyüş baltasıdır və uzunluğu 18 sm-dir.
Yerli tarixçi Elşad Əmənovun bildirdiyinə görə, ilk dəfədir ki, bu ərazilərdə döyüş baltası tapılır. O deyib ki, kustar üsulla hazırlanmış balta eramızın ilk əsrlərinə aiddir. Həmçinin o bildirib ki, bu tapıntı türk döyüş silahları içərisində xüsusi yeri olan silah növüdür.Muxalifet3 - 8-03-2019
Türk ordusundan İdliblə bağlı mühüm məlumat
Türkiyə ordusu Suriyanın İdlib şəhərində təhlükəsizlik bölgəsində ilk fəaliyyətini tamamlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
Bu barədə məlumat verən Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Rusiya ordusunun da İdlibin ətrafında dövriyyə fəaliyyətinə başlayacağını bəyan edib.
Qeyd edək ki, bu ilin əvvəllərindən bu günə qədər İdlibdə silahlı insident nəticəsində 111 mülki vətəndaş öldürülüb, 335-i isə yaralanıb.
Muxalifet3 - 8-03-2019
"Bu şəhərdə" Zauru elə günə saldı ki... - Video
Bu gün "Bu şəhərdə" komandası Heydər Əliyev Sarayında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilən "Pul Ov" konsertinə start verib.
Muxalifet.az xəbər verir ki, komandanın ilk səhnəciyində "5/5" verilişi parodiya edilib. Coşqun Rəhimov "5/5" verilişinin aparıcısı Zaurun obrazını yaradıb. Səhnəcikdə onun efirə dəvət etdiyi sənətçilərlə vulqar ifadələrlə danışması hədəf alınıb.
Rafail İsgəndərov isə "verilişin qonağı" Aşıq Telli Borçalını oynayıb.
Muxalifet3 - 8-03-2019
Quba-Xınalıq yolunda hərəkət çətinləşdi - Foto
Martın 8-i gecə saatlarından yağmağa başlayan qar səbəbindən Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti çətinləşib.
Muxalifet.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsindən bildirilib ki, yolun 32-38-ci kilometrliklərinin hərəkət hissəsinə 20 santimetrədək qar yağıb.
Səhər saatlarından başlayaraq idarənin işçi qüvvəsi ağır texnika vasitəsilə yolun qarla örtülən hissəsini təmizləyib, əraziyə qum-duz qarışığı səpilib.
Hazırda yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində problem yoxdur.Muxalifet3 - 8-03-2019
Trampdan Çin və Şimali Koreya açıqlaması: Hər iki durumda...
Çin ilə ya da Çin olmadan hər iki variantda ABŞ ən doğru addımı atacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp bildirib.
"Şimali Koreya lideri Kim Çenlə münasibətlərimiz yaxşıdır və gözləmədiyimiz bir şey olsaydı, təəccüblənərdik. Şimali Koreyanın raket sınağı məni məyus edərdi ", - Tramp söyləyib.
Muxalifet3 - 8-03-2019
Leyla Əliyeva Azərbaycan xanımlarını belə təbrik etdi
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan xanımlarını təbrik edib.
Muxalifet.az xəbər verir ki, L.Əliyeva bu barədə İnstaqram hesabında paylaşım edib.
Təbrikdə qeyd edilir:
"Əziz qadınlar, bayramınız mübarək! Qoy günəş hər zaman yolunuza işıq saçsın, sevgi qəlblərinizi nurlandırsın! Sizə ən xoş arzularımı çatdırıram! Qoy ürəyinizdəki bütün arzular yerinə yetsin! Təbriklərə görə hamınıza təşəkkür edirəm!"
Muxalifet3 - 8-03-2019