Axtarış

The search found 105783 results in 0.023 seconds.

Search results

  1. Bakıda 77 yaşlı qadın itkin düşdü

    Bakıda yaşlı qadın itkin düşüb.
    Muxalifet.az yenicag.az-a istinadən xəbər verir ki, Xəzər rayon sakini 1942-ci il təvəllüdlü Mustafayeva Nadejda Timofey qızı iki gündür yoxa çıxıb.
    O, fevralın 5-i Gəncə prospekti 37 ünvanındakı evindən gecə saat 21:30-da çıxaraq bir daha geri dönməyib. Qadın evdə çıxarkən əynində qısa qəhvəyi rəngdə gödəkcə və göy rəngdə cins şalvar olub.

    Muxalifet - 8-03-2019

  2. Azərbaycanda avtomagistrallardan ödənişli istifadə qaydası müəyyənləşib

    Nazirlər Kabineti “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası”nı təsdiq edib.
    ONA-nın məlumatına görə, Bu Qayda avtomagistrallardan ödənişli yol kimi istifadə qaydasını tənzimləyir.
    Qayda ödənişli avtomobil yolu kimi istifadə olunan özəl və bələdiyyə avtomobil yollarına şamil edilmir.

    Muxalifet - 8-03-2019

  3. “Həsən Nəbiyevin bunu deməyə haqqı çatır, amma siyasətçi kimi yox...” - KASIBLARI “ALKAŞ” VƏ “TÜFEYLİ” ADLANDIRAN DEPUTAT QALMAQALI

    Rusiyanın Volqoqrad vilayət Dumasının hakim “Vahid Rusiya” partiyasından deputatı, “Qazprom”un keçmiş top-meneceri Həsən Nəbiyevin aşağı  pensiya alanları “alkaş” və “tüfeyli” adlandırmasına görə yaranmış qalmaqal səngimir. Virtualaz.org xəbər verir ki, Dövlət Dumasının komitə sədrinin birinci müavini, “Rospotrebnadzor”un keçmiş rəhbəri Gennadi Onişşenko bu qalmaqala münasibət bildirib. Onişşenko bir tərəfdən insan kimi Həsən Nəbiyevə haqq qazandırıb, amma deyib ki, gərək siyasətçi olaraq bu cür danışmayaydı.

    Muxalifet - 8-03-2019

  4. Rusiyanın Azərbaycana növbəti oyunu - "Lazerev klubu"...

    ​Qabil Hüseynli: “Bu qədər həyasızlıq olmaz”
    Rusiyanın paytaxtı Moskva şəhərində “Lazerev klubu"nun 2-ci iclası keçirilib. Modern.az xəbər verir ki, Rusiya ilə Ermənistan arasında yaxınlaşmaya xidmət edən klubun tədbirinə qondarma ”Qarabağ rejiminin iqtisadiyyat naziri" Levon Qriqoryan da qatılıb.

    Muxalifet - 8-03-2019

  5. ABŞ-dan Suriyadan çəkilməmək üçün yeni bəhanə

    ABŞ Suriyadan çəkilmə məsələsində ziddiyyətli açıqlamalarına davam edir. CENTCOM Komandanı Cozef Votel, "Suriyadan müəyyən bir tarixdə çəkilməyimiz istiqamətində bir təzyiq yoxdur" deyib.
     
    Suriyadan müəyyən bir tarixdə çəkilmə məsələsində üzərində bir təzyiq olmadığını ifadə edən Votel, “İŞİD məğlub olduqdan sonra çəkilmə təbii ki, bizim hədəfimizdir və bu üzdən bu bizim əsas diqqət yetirdiyimiz şeydir. Qüvvələrimizin qorunduğuna əmin olmalıyıq. Qüvvələrimiz üçün risk yarada biləcək bir yolla çəkilə bilmərik" deyə çəkilməmək üçün bəhanə yeri qoyub.

    Muxalifet3 - 8-03-2019

  6. ​Bakıda qadın özünü BIÇAQLANDI: Əri ona hədiyyə almadığı üçün

    Bakının Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.
    Muxalifet.az ona.az-a istinadən xəbər verir ki, F. İbrahimbəyov küçəsində yaşayan, 1971-ci il təvəllüdlü Konstatinova Svetlana Nikolayna əri ilə mübahisə zəminində özünü bıçaqlayıb.

    Muxalifet - 8-03-2019

  7. SON DƏQİQƏ: İstanbulda güclü PARTLAYIŞ - FOTO

    İstanbulda güclü partlayşı baş verib.
    Partlayış restoranlardan birində qeydə alınıb.
    İlkin ehtimal olaraq, partlayışa qaz sızmasının səbəb olduğu deyilir. Partlayış nəticəsində xəsarət alan olmayıb. Lakin restorana və yaxınlıqdakı tikililərə ziyan dəyib.
    Hadisənin başqa detalları açıqlanmayıb. İnsidentlə bağlı cinayət işi açılıb./Publika.az

    Muxalifet - 8-03-2019

  8. “Vaşinqton Post”-dan Senata “Qaşıqçı” çağırışı: “Trampa daha çox təzyiq edin”

    “Vaşinqton Post” qəzeti Senatın Qaşıqçı cinayəti mövzusunda prezident Donald Tramp rəhbərliyini hesab verməyə məcbur etməyin lazım olduğunu müdafiə edən bir baş məqalə dərc edib.
     
    “Vaşinqton Post” qəzeti yayımladığı baş məqaləsində, ABŞ Senatının jurnalist Camal Qaşıqçı-nın İstanbuldakı Səudiyyə Ərəbistanı Konsulluğunda öldürülməsi ilə bağlı hesabat verilməsi üçün prezident Donald Trampa daha çox təzyiq etməsi üçün müraciət edib.

    Muxalifet3 - 8-03-2019

  9. Teleaparıcı Elçin Əlibəyli mediadan getdi

    Teleaparıcı Elçin Əlibəyli jurnalistikadan getdiyini açıqlayıb. 
    Muxalifet.az xəbər verir ki, bu barədə o, özü sosial mediada məlumat yayıb. 
    Aparıcı bildirib ki, səhhətində yaranmış problemlə əlaqədar media sahəsindən uzaqlaşmaq qərarı verib: "Səhhətimlə əlaqədar olaraq KİV-dən uzaqlaşmaq qərarına gəldim. Zaman möhlət versə, bundan sonra fəaliyyətimi tamam başqa istiqamətdə davam etdirəcəyəm".
    Xatırladaq ki, E.Əlibəyli "Space" telekanalında yayımlanan "El bizim, sirr bizim" verilişinin aparıcısı idi. 

    Muxalifet - 8-03-2019

  10. ​“Əli Həsənov “Sputnik Azərbaycan”la bağlı açıqlama verməlidir" - MEHMAN ƏLİYEV

    “Dövlət onların monitorinqini aparmalıdır, izləməlidir ki, burada nə işlə məşğuldurlar”

    ““Russia Today” nə ilə məşğuldursa, “Sputnik” də onunla məşğuldur”

    Muxalifet - 8-03-2019

  11. İngiltərədən İrana qarşı “diplomatik qoruma”

    İngiltərə İranın 5 il həbs cəzasına məhkum etdiyi İngiltərə vətəndaşı Nazan Zaghari-Ratcliffeyə mühakimə prosesi və tibbi müalicə çatışmazlığını əsas göstərərək diplomatik qoruma təmin etmə qərarı verib.
     
    İngiltərənin xarici işlər naziri Ceremi Hunt verdiyi yazılı açıqlamada, "Bu gün İngiltərənin son dərəcə qeyri-adi bir addım atması və diplomatik qoruma rejiminin tətbiq olunmasına qərar verdim" deyib.

    Muxalifet3 - 8-03-2019

  12. İşğalçının uğursuz format oyunu - Azərbaycanın sərt təpkisi nəticə verdi

    Ermənistanın atəşkəsi süni surətdə uzatmaq taktikası özünə qarşı çevrilir; Tofiq Zülfüqarov: “Paşinyanı hələ çox məyusluqlar gözləyir...”

    Muxalifet - 8-03-2019

  13. Erməni əsirliyində olan rus qadından DƏHŞƏTLİ ETİRAF: Azyaşlı qızları... - VİDEO

    Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlayan Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni quldurlarının əsir və girov götürdüyü insanlar arasında milliyyətçə rus, tatar olan Azərbaycan vətəndaşları da var.
    Onlardan biri də Ağdam rayonunun Muradbəyli kənd sakini, milliyyətcə rus olan 1937-ci il təvəllüdlü Abbasova Nina Georgiyevnadır.

    Muxalifet - 8-03-2019

  14. ​Dəhşətli qəza: 25 nəfər öldü, 30 yaralı

    Mərkəzi Amerikadan olan miqrantları daşıyan yük maşını Meksikada qəzaya uğrayıb.
    Çyapas ştat prokurorluğu qəza nəticəsində 25 nəfərin öldüyü, təxminən 30 nəfərin yaralandığını açıqlayıb.
    Qəza Qvatemalo ilə sərhəd yaxınlığında baş verib. Məlumatda bildirilir ki, miqrantları daşıyan nömrəsiz maşın idarəetməni itirib və yoldan çıxaraq aşıb./Axar.az 

    Muxalifet - 8-03-2019

  15. Hüseyn Dəryanın bacısından ŞOK AÇIQLAMA: Qardaşımın bir övladı var, o da...

    Mərhum reper Hüseyn Dəryanın qızı Ayşənin DNT (atalıq testi) analizi qalmaqalı səngimək bilmir.
    Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, Dəryanın doğma bacısı Muradova Ofeliya ötən gün "Bizimləsən"in canlı efirinə zəng edib.
    Mərhum reperin bacısının iddiası eşidənləri məəttəl qoyub:

    Muxalifet - 8-03-2019

  16. ​Ermənistandakı inqilabın pərdəarxası - Sarkisyanın əli və...

    "Rusiya Ermənistanda baş verən inqilabda Serj Sarkisyanın barmağının olmasından şübhələnir. Ermənsitan mətbuatı yazır ki, keçmiş hakimiyyət Rusiyanı Paşinyanın hakimiyyətə gəlişinə kömək etmədiklərinə inandırmağa çalışır. Lakin Moskva buna inanmır. Bu yaxınlarda erməni xadimlərdən biri bizə onun da iştirak etdiyi görüşdə Putinin Sarkisyana narazılığını bildirdiyini söyləyib".
    Məsələ ilə bağlı Publika.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirir ki, bu ehtimal yüksək dəyərləndirilə bilər:

    Muxalifet - 8-03-2019

  17. ​Komitə sədri deputatların maaşının artdığını təsdiqlədi: "Bunu dövlətimizin böyük qayğısı hesab edirik"

    Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deputatların maaşının artırılmasını təsdiqləyib.
    Muxalifet.az xəbər verir ki, İsa Həbibbəyli "Yeni Müsavat”a açıqlamasında deputatların maaş artımını belə şərh edib:
    - Maaşınız artıb, deyirlər. Təbrik etmək olarmı?
    - Minnətdarlığımızı bildiririk.
    - Deyəsən, komitə sədri kimi maaşınız 6 min manatdan çox olacaq, eləmi?

    Muxalifet - 8-03-2019

  18. ​İngiltərə İranla bağlı diplomatik müdafiə qərarı verdi - Casus qalmaqalı

    İngiltərə İranda 5 il azadlıqdan məhrum olunmuş vətəndaşı Nazanin Zaqhari Ratcliffenin mühakimə müddəti və tibbi müalicəyə çıxışına maneə olması səbəbindən vətəndaşının diplomatik müdafiəsinə qərar verib.
    Muxalifet.az-ın Teleqraf.com-a istinadən məlumatına görə, İngiltərənin xarici işlər naziri Jeremi Hunt bəyan edib ki, bu qərarla London vacib bir addım atıb.
    Nazir qeyd edib ki, İran Ratcliffe məsələsində beynəlxalq qanunlardan irəli gələn öhdəliyini yerinə yetirməyib və artıq bu problem dövlətlərarası məsələyə çevrilib.

    Muxalifet - 8-03-2019

  19. ​Venesuela qaranlığa qərq oldu

    Venesuelanın 23 ştatından 21-də elektrik enerji təchizatında ciddi problemlər yaranıb. 
    Bu barədə El Nacional nəşri məlumat yayıb.
    Bildirilir ki, ölkənin əsas hava limanı, paytaxt metrosu da işıqsız qalıb. Eyni zamanda mobil rabitədə problemlərin yarandığı deyilir. 
    Rəsmi qurumlar bunu “El-Quri” su elektrik stansiyasındakı təxribatla əlaqələndirib. 
    Nikolas Maduro isə baş verənlərdə ABŞ imperializmi günahlandırıb.
    Bəzi məlumatlara görə, artıq ölkənin şərq hissəsində elektrik enerji təchizatı qismən bərpa olunub.

    Muxalifet - 8-03-2019

  20. Ədliyyə Nazirliyi məhbusların əl işlərini elektron qaydada satmağa başladı

    Azərbaycanda həbsxana incəsənətindən kimlər, nə qədər qazanır?

    Muxalifet - 8-03-2019

Pages