Axtarış

The search found 105783 results in 0.04 seconds.

Search results

  1. BU İL KİMLƏR MİLYARDLARINI QORUYA BİLDİ... - "Forbes" siyahını açıqladı

    Ümumilikdə 2018-ci ildə milyarderlərin sərvətlərində azalma müşahidə olunsa da, çərşənbə axşamı 33-cü illik Dünya Milyarderlər Siyahısını dərc edən "Forbes" jurnalına əsasən, Cef Bezos və Bil Geyts kimi şəxslər hələ də siyahının başındadır.

    2019-cu il siyahısında 2153 milyarder var. 2018-ci ildə bu rəqəm 2208 idi. Bu ilki milyarderlərin ümumi sərvətləri 8.7 trilyon dollardır ki, bu da 2018-ci ilin 9.1 trilyon dollar göstəricisindən daha azdır.

    Muxalifet4 - 7-03-2019

  2. Rusiya ABŞ-ın kəşfiyyat təyyarəsini əngəllədi

    Rusiyanın döyüş təyyarəsi ABŞ-ın kəşfiyyat təyyarəsini havada əngəlləyib. Rusiya ABŞ-ın kəşfiyyat təyyarəsinin sərhədlərinə yaxınlaşmasının təsbit edildiyini və təyarəyə "təhlükəsizlik önləməsi" edildiyini açıqlayıb.
     
    Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti Rusiyanın Su-27 qırıcısının Baltik dənizi üzərindəki ABŞ-ın RC-135 kəşfiyyat təyyarəsinin önünü kəsdiyini və geri qayıtmağa vadar etdiyini deyib.

    Muxalifet3 - 7-03-2019

  3. ​Bakı metrosunda qadına qarşı CİNAYƏT

    Bakı Metropolitenində oğurluq etmiş şəxs tutulub. Muxalifet.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın martın 5-də metronun “Nizami” stansiyasının platformasında içərisində 46 manat pulu və sənədi olan pulqabısının oğurlandığını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Q.Salmanov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

    Muxalifet - 7-03-2019

  4. MÜƏLLİMDƏN ŞOK İTTİHAMLAR: Məktəb tualetində...

    Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 189-190 nömrəli məktəbdə ibtidai sinif müəllimliyi edən Səyyarə Əliyeva (60) həmin məktəbin direktoru Ceyran Quliyeva barəsində saytımıza şikayət ünvanlayıb. Bu barədə Axar.az-a danışan S.Əliyeva direktorun onu əsassız yerə işdən çıxardığını deyib.

    Muxalifet - 7-03-2019

  5. Əfv Komissiyasının iclasları yekunlaşdı - Siyahı Prezidentə göndəriləcək

    Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.
    İclasda əfvlə bağlı daha 100 müraciətə baxılıb. Bununla da, ümumilikdə 800 müraciətə baxan komissiya işini yekunlaşdırıb. Əfv olunacaq məhkumların yekun siyahısı hazırlandıqdan sonra Prezident İlham Əliyevə təqdim olunacaq. 
    Qeyd edək ki, ölkə başçısının Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamı imzalayacağı gözlənilir.

    Muxalifet - 7-03-2019

  6. ​Övladının tələbə olması üçün 20 min dollar verdi - BAKIDA ŞOK DƏLƏDUZLUQ

    Bakıda dələduzluqla üzləşmiş şəxs hüquq-mühafizə orqanlarına müraciət edib.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Bakı şəhər Prokurorluğuna müraciət edən 1976-cı il təvəllüdlü Həşimov Sahib Əli oğlu tanışlarının onu aldadaraq 20 min dollar pulunu aldığını bildirib.
    S.Həşomovun sözlərinə görə, Zərbalı və Fərid adlı şəxslər onun övladını Türkiyədə universitetə qəbul etdirəcəklərinə söz veriblər və bu məqsədlə 20 min dollar alıblar. Lakin həmin şəxslər verdikləri vədə əməl etməyərək pulu mənimsəyiblər.

    Muxalifet - 7-03-2019

  7. Xırdalanda yanaraq həlak olan şəxs tanınmış ekstrasensdir - YENİLƏNİB

    Xırdalanda yaşayış kompleksində yanğın zamanı baş verimiş ölümlə bağlı maraqlı təfərrüatlar üzə çıxıb. 
    Yanğın baş vermiş evdən meyidi aşkarlanan şəxs Natiq Camal oğlu Şıxəliyevdir.  Qonşuların verdiyi xəbərə görə, mərhum N.Şıxəliyev tanınmış ekstrasens olub. Yanğın baş verən mənzil özünə məxsus olub. Yarımtəmirli mənzildə tək yaşayırmış. Dünən həmin mənzildə qadınla dava səsi gəlirmiş. 
    Qonşular N.Şıxəliyevin öldürüldüyünü iddia edirlər. 

    Muxalifet - 7-03-2019

  8. ​Aygün Kazımova yataqda, yaxası açıq köynəkdə... - VİDEO

    Xalq artisti Aygün Kazımova yenidən obyektiv qarşısına keçib. Muxalifet.az axşam.az-a istinadən bildirir ki, müğənni fotosessiyada ağ köynəkdə görünüb. Kazımova yataqda çəkdirdiyi şəkillərindən görüntüləri İnstaqram səhifəsində "story" bölümündə yerləşdirib.

    Muxalifet - 7-03-2019

  9. Avropa Birliyindən Səudiyyə Ərəbistanına şok! İmzaladılar

     Avropa Birliyinə (Aİ) üzv 28 ölkənin hamısı Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasında Səudiyyə Ərəbistanına qarşı addım atılması üçün imza verdiyi bildirilib. Bu gün 28 ölkənin imzasının olduğu birgə bəyanat verilməsi gözlənilir.
     
    “Reuters”-in bildirdiyinə görə, Avropa Birliyinə (Aİ) üzv olan 28 ölkə bu gün keçiriləcək olan Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasında Səudiyyə Ərəbistanına qarşı addım atılmasını nəzərdə tutan birgə bəyanatı imzalayıb.
    Aİ-nin birgə açıqlamasının bu gün yayınlanması gözlənilir.

    Muxalifet3 - 7-03-2019

  10. ​İlham Əliyev onlara GENERAL RÜTBƏSİ VERDİ

    Prezident İlham Əliyev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
    Sərəncamla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib:
    polkovnik Muradov İnqilab Heydər oğlu
    polkovnik Niftaliyev Səlim Cəfər oğlu.

    ***

    Muxalifet - 7-03-2019

  11. Putin Sərkisyandan bərk inciyib və şübhələnir - "NEÇƏ İL DOSTLUQ ETMİŞİK, İSTEFAYA GEDƏNDƏ HEÇ ZƏNG DƏ VURMADI..."

    Rusiya hakimiyyəti hələ də şübhələrini gizlətmir ki, 2018-ci ilin aprel inqilabı zamanı Ermənistanın o zamankı rəhbərliyinin əvvəlcədən planlaşdırdığı ssenari həyata keçirilib və burada ölkənin əvvəlki hakimiyyəti rol oynayıb.

    Muxalifet - 7-03-2019

  12. "SANKİ MƏMURLARIMIZIN HAMISI RUSİYA QARŞISINDA ÖHDƏLİK GÖTÜRÜB" – Təhlükəsizlik eksperti “Sputnik Azərbaycan"ın fəaliyyəti haqda

    İlham İsmayıl: "Rusiya bu cür şəbəkələrlə həm bizlə informasiya müharibəsi aparır, həm də düşmənimizin əleyhinə bir kəlmə yazılmasına imkan vermir" "Bu, Mətbuat Şurasının, ümumiyyətlə təbliğat, ictimai-siyasi məsələlərlə məşğul olan şəxslərin günahıdır" Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Rusiyanın "Sputnik" informasiya agentliyinin Bakı filialının baş redaktoru Mətin Yaşaroğlu məhz siyasi səbəblər üzündən vəzifəsindən istefa verib.

    Muxalifet4 - 7-03-2019

  13. ​"İçməli sudan istifadəyə qadağa qoyulmalıdır" - Nazirlikdən açıqlama

    "Əhali su itkisinə yol verməməli, içməli sudan texniki məqsədlər üçün istifadə olunmamalıdır".
    Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.
    Onun sözlərinə görə, içməli suya qənaət etməyin ən yaxşı yolu əhalinin sudan düzgün istifadə etməsidir.

    Muxalifet - 7-03-2019

  14. ​Rusiyalı politoloqdan SENSASİON AÇIQLAMA: “Qarabağla bağlı yeni saziş hazırlanır”

    Azərbaycan və Ermənistan liderlərinin görüşü fonunda ATƏT-in Minsk qrupunun son aylardakı passivliyi ictimaiyyətə açıqlanmayan işçi layihənin olmasına sübutdur.
    Muxalifet.az avropa.info-ya istinadən xəbər verir ki, bu barədə NEWS.am-a müsahibəsində Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert, rusiyalı politoloq Stanislav Tarasov danışıb. O, ATƏT-in Minsk qrupunun ikinci plana atıldığını qeyd edib.

    Muxalifet - 7-03-2019

  15. ​Bakıda həbs edilən PKK-çı Türkiyəyə ekstradisiya ediləcək

    Bakıda həbs edilən Türkiyə vətəndaşı ölkəsinə ekstradisiya edilib.
    Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı 1990-cı il təvəllüdlü Duman Özgür Seyfəttin oğlunun ölkəsinə ekstradisiya edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.
    Türkiyə səfirliyinin, Ədliyyə Nazirliyinin məhkəmədə iştirak edən nümayəndələri təqdimatın təqdim edilməsini istəyiblər. Duman Özgür də ölkəsinə göndərilməsini istəyib.

    Muxalifet - 7-03-2019

  16. Avroliqanın finalına bilet satışı bu gün start götürür

    Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu üçün biletlər bu gün saat 17:00-da ümumi satışa buraxılacaq. Muxalifet.az xəbər verir ki, bilet almaq üçün UEFA-nın rəsmi saytında şəxsi bilet hesabını yaratmaq lazımdır. Prosesin davamı olaraq qeydiyyatdan keçənlərə UEFA tərəfindən təsdiq üçün elektron məktub gələcək. Final oyununa bilet satışı isə 4 mərhələdə həyata keçiriləcək. Martın 7-dən 21-dək davam edəcək birinci mərhələdə hər kəs şəxsi hesabına daxil olaraq bilet sifarişi üçün xüsusi formanı doldurmalı, biletin kateqoriyasını və sayını seçməlidir.

    Muxalifet - 7-03-2019

  17. ​Kürk geyinmirəm deyə, sətəlcəm olmuşam” - Bülent Ersoy

    Türkiyəli müğənni Bülent Ersoy sətəlcəm olub.
    Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Süper FM" radiosu məlumat yayıb.
    Bildirilir ki, ifaçı 5 gündür müalicə alır.
    Qeyd edək ki, Ersoy yanvar ayında da sətəlcəm olmuşdu. O, verdiyi açıqlamada səbəb kimi, "Kürk geyinmirəm deyə, sətəlcəm olmuşam" sözlərini demişdi.

    Muxalifet - 7-03-2019

  18. ​Azərbaycanda olan bu silahın dünyada ANALOQU YOXDUR: Ermənistanı SİLKƏLƏYƏCƏK ADDIM

    Belarus Azərbaycana “KB Radar” şirkətinin istehsalı olan “Qroza-S" radioelektron mübarizəsi üzrə ən yeni kompleksini satıb.
    Muxalifet.az “moscow-baku.ru” saytına istinadən xəbər verir ki, bu haqda hərbi ekspert Aleksandr Alesin bildirib.

    Muxalifet - 7-03-2019

  19. ​Şəfa Mehmanqızı yenidən mətbuat katibi TƏYİN OLUNDU

    Tanınmış aparıcı Şəfa Mehmanqızı yenidən mətbuat katibi təyin edilib. Unikal.org-un əldə etdiyi məlumata görə, Ş.Mehmanqızı Azərbaycan Respublikasının Gənclər Fondunun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat alıb.

    Muxalifet - 7-03-2019

  20. Azərbaycanda bu şəxslərin maaşı iki dəfə artırılacaq - RƏSMİ

    Azərbaycanda 2 teatrın əməkdaşlarının əməkhaqları iki dəfə artırılır.
    BakuPost-un xəbərinə görə, bunlar "akademik” statusu alacaq Azərbaycan Dövlət Musiqili Teatrı və Azərbaycan Dövlət Rus Dram Teatrıdır.
    Belə ki, "Teatr və teatr fəaliyyəti haqqında” qanunun 20-ci maddəsinə əsasən, akademik teatrlarda çalışan işçilərin əməkhaqlarına 100 faiz əlavə müəyyən edilir.

    Muxalifet - 7-03-2019

Pages