Axtarış
The search found 105785 results in 0.025 seconds.
Search results
Əfvlə bağlı növbəti iclas: 600 müraciətə baxıldı...
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Muxalifet.az xəbər verir ki, iclasda daxil olan növbəti müraciətlərə baxılıb.
İndiyədək 600-dən müraciətə baxılıb, növbəti iclaslarda müraciətlərin qalan hissəsinə baxılması da nəzərdə tutulur.
Komissiyaya daxil olan müraciətlərə baxıldıqdan sonra siyahı Prezident İlham Əliyevə təqdim ediləcək. Dövlət başçısının Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.
Muxalifet3 - 6-03-2019
Sədr olsam, Türkiyə ilə danışıqlar dayandırılacaq - Veber
Avropa Komissiyasının sədri olsam, Türkiyə Avropa Birliyinin üzvü olmayacaq.
Muxalifet.az xəbər verir ki, bunu Avropa Parlamentinin deputatı Manfred Veber bildirib.
Veber Türkiyə ilə müzakirələrin də dayandırılacağını bəyan edib:
"Hər kəs Türkiyə ilə yaxşı əlaqələr qurmaq istəyir. Amma mən Avropa Komissiyasının sədri olsam, Brüsseldəki səlahiyyətlilərə Türkiyə ilə üzvlük danışıqlarını dayandırmaq barədə tapşırıq verəcəyəm".
Muxalifet3 - 6-03-2019
Putin: 600-ə yaxın casusu ortaya çıxardıq
Rusiyanın əks-kəşfiyyatı ötən il 129 casusu və 465 xarici kəşfiyyat təşkilatının agentini ortaya çıxarıb.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin kollegiyasında çıxışı zamanı bildirib.
Putin qeyd edib ki, xarici xüsusi xidmət orqanları Rusiyadakı fəaliyyətlərini artırmaq və ölkədəki proseslərə təsir etmək istəyiblər:
"Bu səbəbdən bütün işlər müasir üsullarla və gündəlik olaraq səmərəli aparılmalıdır".
Muxalifet3 - 6-03-2019
Zurabişvilidən Gürcüstan vətəndaşlarına ŞAD XƏBƏR
Gürcüstandan olan mühacirlərin öz ölkələri ilə əlaqə saxlamaları üçün ikili vətəndaşlığın verilməsi proseduru sadələşdirilməlidir. Bu, çox vacib məsələdir.
Muxalifet.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili martın 6-da parlamentdəki çıxışında deyib. Xarici dövlətlərə səfərləri zamanı həmin ölkələrdə gürcü tələbələr və emiqrantlarla görüşündə bu məsələnin xüsusilə diqqət mərkəzində olduğunu vurğulayan Prezident deyib:Muxalifet3 - 6-03-2019
Ferri: İtaliya məhsulları yüksək təbəqə üçündür
Azərbaycanda olan İtaliya brendlərinin qiymətinin baha olması, məhsulların yuxarı təbəqə üçün nəzərdə tutulmasından irəli gəlir.
Muxalifet.az xəbər verir ki, bunu İtaliya Ticarət Agentliyinin direktoru Mauritsio Ferri deyib. O, Azərbaycanda İtaliya brendinə məxsus məhsulların orta təbəqə üçün əlçatan olmamasından narahat olduğunu dilə gətirib:Muxalifet3 - 6-03-2019
Sanksiyalar Venesuelada böhranı daha da alovlandırır - BMT
Venesuelaya tətbiq edilən sanksiyalar böhranı daha da alovlandırıb.
Muxalifet.az xəbər verir ki, bunu BMT İnsan Haqları üzrə komissarı Miçel Bakhelet bildirib.
Venesuela hökumətini tənqid etmədiyi üçün tənqid edilən Bakhelet sözügedən ölkədə insanların azadlığına hörmət göstərilmədiyi üçün mədəni və siyasi haqların pozulduğunu bildirib.
Muxalifet3 - 6-03-2019
XİN-dən Paşinyana: Vaxtını buna sərf etmə...
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan baş naziri Nikol Paşinyanın Brüsselə səfəri çərçivəsində ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin danışıqlar prosesində iştirakı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
XİN-dən verilən məlumata görə, Ermənistan baş nazirinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqların formatını dəyişmək arzusu ATƏT-in Minsk qrupunun, xüsusilə də onun Rusiya, ABŞ və Fransadan olan həmsədrlərinin fəaliyyətini məhv etmək kimi nəzərdən keçirilə bilər.Muxalifet3 - 6-03-2019
Gürcüstan vətəndaşlarına sığınacaq verilməyəcək, çünki... - Xan
Gürcüstan vətəndaşları Avropa İttifaqından sığınacaq ala bilməyəcəklər. Gürcüstan təhlükəsiz ölkədir.
Muxalifet.az xəbər verir ki, belə bir bəyanatla Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Xan çıxış edib.
Komissar deyib: “Biz Avropada tam sabitliyin və firavanlığın olmasını və bu prosesə daha çox qonşularımızın qoşulmasını istəyirik. Gürcüstan bu istiqamətdə mühüm işlər görüb və bizim qənaətimizə görə, təhlükəsiz ölkədir”.Muxalifet3 - 6-03-2019
Deputatların maaşı ARTIRILDI: 5 mindən 7 minə qədər - SİYAHI
Artıq yanvar ayının 1-dən Azərbaycan parlamentinin deputatları yeni ilə yeni və yüksək artımla başlayıblar.
Muxalifet.az mia.az-a istinadən xəbər verir ki, bu barədə adının çəkilməsini istəməyən deputat köməkçilərindən biri məlumat verib.
Onun sözlərinə görə, Milli Məclisin xərclər smetası üzrə qəbul edilmiş 10 787 420 manat həcmində mövcud əmək haqqı fonduna 2019-cu ilin Dövlət büdcəsindən 11 100 000 manat da əlavə olunub.
Bundan sonra MM üzvləri yanvar ayının 1-dən hər ay ümumilikdə aşağıdakı məbləğdə faktiki vəsait alırlar:Muxalifet3 - 6-03-2019
Pakistandan dünyaya çağırış: Bizə dəstək verin
Pakistan dünya ictimaiyyətini öz ərazisindəki terrorçularla mübarizədə ona dəstək verməyə çağırıb.
Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, İslamabadı terror təşkilatlarına sığınacaq verməkdə ittiham edən ölkələrə edilən bu müraciəti Pakistan Silahlı Qüvvələrinin sözçüsü, general-mayor Asif Qafur CNN telekanalı vasitəsilə ünvanlayıb.Muxalifet3 - 6-03-2019
Daha çox fikir ayrılığı: təhlükəsizliyin təhlükəli tərəfləri
Təhlükəsizlik məsələlərinə dair Münxendə keçirilən ənənəvi Konfrans bu dəfə gözlənilən ümidləri doğrultmadı. İştirakçılar hesab edirlər ki, aparılan müzakirələrdən müsbət nəticələr alınmadı. Demək olar ki, bütün böyük dövlətlərin təmsilçiləri bədbin fikirlər söyləyiblər. Onlar daha çox fikir ayrılığından, təhlükələrdən və risklərdən danışıblar. Ayrıca, supergüclər arasında da dartışmalar özünü göstərib. Müxtəlif regionlarda münaqişələrin həlli ilə bağlı hansısa razılıq əldə edilməyib. Əvəzində, ayrı-ayrı məsələlər üzrə tərəflər öz mövqelərində qaldıqlarını bəyan ediblər.
Muxalifet3 - 6-03-2019
Bakının əsas girişində təmir işləri nə vaxt yekunlaşır?
Bakının cənubunda, Bibiheybət məscidi istiqamətində yolda aparılan təmir işlərinin nə zaman yekunlaşacağı açıqlanıb.
Muxalifet.az xəbər verir ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli açıqlamasında deyib ki, Bibiheybət məscidindən şəhər istiqamətində olan yeni yolda müəyyən deformasiyalar yaranmışdı, kiçik həcmli çatlar vardı.Muxalifet3 - 6-03-2019
Alman konsula 48 saat vaxt verildi: Ölkəni tərk et!
Almaniyanın Karakasdakı baş konsulundan Venesuelanı tərk etməsi istənilib.
Muxalifet.az xəbər verir ki, bu barədə açıqlama verən Venesuela Xarici İşlər naziri Xorxe Arreaza baş konsula ölkəni tərk etməsi üçün 48 saat vaxt verildiyini bəyan edib.
Arreaza Baş konsul Daniel Krineri arzuolunmayan şəxs elan etdiklərini bildirib.
Muxalifet3 - 6-03-2019
Yanğın zamanı evsiz qalanlara yaşayış yerləri ayrıldı
Martın 5-də Bakının Nərimanov rayonunda yerləşən məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada baş verən yanğınla əlaqədar hökumət rəsmiləri hadisə yerində olub, həlak olanların ailə üzvlərinə başsağlığı veriblər.
Muxalifet.az xəbər verir ki, yanğın zamanı həyatlarını itirən şəxslərin dəfni və hüzr mərasiminin keçirilməsi dövlət tərəfindən təşkil edilib.Muxalifet3 - 6-03-2019
Putin ABŞ-a necə cavab verəcəyimizi dedi - Lavrov
ABŞ-ın təhlükəsizliklə bağlı təhdidlərindən dolayı yeni silahlanma yarışına girməyəcəyik.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib.
"ABŞ-ın təhlükəsizliyimizə təhdidlər yaratmasına necə cavab veriləcəyini Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bildirib. Putin yeni silahlanma yarışına cəhd etməyəcəyimizi bəyan edib", - Lavrov qeyd edib.
Muxalifet3 - 6-03-2019
“İran-Azərbaycan əlaqələri getdikcə dərinləşir” — Həsən Ruhani
“İran-Azərbaycan əlaqələri getdikcə dərinləşir. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində işlərin Astara şəhəri də daxil olmaqla tamamlanması həm ikitərəfli, həm də regional əməkdaşlıq üçün dəyərli töhfədir”.
Muxalifet.az-ın “Report”a istinadən məlumatına görə, bu fikirləri Prezident Həsən Ruhani Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü zamanı bildirib.Muxalifet3 - 6-03-2019
Yevlaxda 65 ədəd partlamamış hərbi sursat aşkar edilib - FOTO
Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Yevlax şəhəri, Aran qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) xüsusi mobil çevik əməliyyat qrupu və DİN Yevlax rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.Muxalifet3 - 6-03-2019
Nazim Babayev: Qalib gəldiyim rəqibimə vaxtilə televizordan baxırdım
Məlum olduğu kimi, azərbaycanlı atlet Nazim Babayev tarixi uğura imza atıb.
Muxalifet.az xəbər verir ki, 21 yaşlı atlet 1-3 mart tarixlərində Böyük Britaniyanın (Şotlandiya) Qlazqo şəhərində qapalı məkanda keçirilən XXXV Avropa çempionatının üçtəkanla tullanma yarışında qalib olub.Muxalifet3 - 6-03-2019
Ukraynada seçkilər bu şəkildə keçirilməlidir - ABŞ
ABŞ Ukraynada yalnız azad və şəffaf seçkiləri dəstəkləyir.
Muxalifet.az xəbər verir ki, bu fikri Kiyevdə ictimai təşkilatların nümayəndələri ilə görüşündə ABŞ-ın dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Qeyl söyləyib.
Onun sözlərinə görə, Ukraynada prezident seçkiləri xalqın iradəsinə uyğun keçirilməlidir və daxili resursların gücü yolverilməzdir.
Qeyd edək ki, D.Qeyl martın 5-dən Ukraynaya rəsmi səfərə gəlib. Rəsmi görüşlərdə Ukraynada demokratik prinsiplərin inkişafı, insan haqlarının qorunması, prezident seçkiləri əsas müzakirə mövzuları olacaq.Muxalifet3 - 6-03-2019
Prezidentin təltif etdiyi Qurbanov kimdir?
Azərbaycan Respublikası Prezidentin İlham Əliyev Fazil Qurbanovla bağlı sərəncam imzalayıb.
Muxalifet.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında elmi əlaqələrin inkişafında xidmətlərinə və səmərəli diaspor fəaliyyətinə görə Fazil Səməd oğlu Qurbanov "Şöhrət" ordeni ilə təltif edilib.Muxalifet3 - 6-03-2019