Axtarış
The search found 105785 results in 0.028 seconds.
Search results
Ceyhun Bayramov şöbə müdirini işdən ÇIXARDI
Təhsil naziri Ceyhun Bayramov şöbə müdirini işdən çıxarıb.
Məlumata görə, Ceyhun Bayramovun müvafiq əmri ilə, nazirliyin Daxili Nəzarət Şöbəsinin rmüdiri Kənan Quliyev vəzifəsindən azad olunaraq, onun yerinə İlqar Mahmudov təyin olunub.
Xəbəri Təhsil Nazirliyindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, İlqar Mahmudov bu təyinata qədər Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini, yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun müdiri vəzifəsində çalışıb.Muxalifet - 6-03-2019
Venesuela Prezidenti Nikolas Maduro qaçdı? – SENSASİON İDDİA
Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsi ölkəni tərk edərək, Kubaya eniş edib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Venesuela mətbuatı yayıb. Mətbuat “Flayt Radar” servisi vasitəsilə prezidentin təyyarəsini izlədiyini iddia edilib.
Hələlik prezident təyyarəsinin Kubaya kimi apardığı bilinmir. Bəzi yerli media isə təyyarədə məhz Maduronun olduğu və onun ölkədən qaçırıldığını tirajlayıb.
Qeyd edək ki, yerli əhali arasında kifayət qədər dəstəyi olan Maduronun ölkədən qaçacağını ekspertlər az ehtimal edir.Muxalifet - 6-03-2019
Bakıda film kimi oğurluq - Kuryerə gətirtdiyi brilyantları...
Bakıda bir ay ərzində bir neçə zərgərlik mağazasından oğurluq edən şəxs yaxalanıb.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, Mərkəzi Univermaq (MUM) və Moskva Univermağından qızıl-zinət əşyaları oğurlayan şəxs 1994-cü il təvəllüdlü Murad Mehman oğlu Əbdürrəhimov Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən tutulub.Muxalifet - 6-03-2019
Erməni baş nazirin puç olan Qarabağ arzuları
Nikol Paşinyanın sülhü deyil, müharibəni yaxınlaşdıran bəyanatlarının pərdəarxası; Bakıdan reaksiya gecikmədi: “Heç kim beynəlxalq prinsipləri güc yolu ilə poza bilməz...”
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak dünən Bakıya gəlib. O, səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. ATƏT sədri az öncə verdiyi müsahibədə Bakıda Azərbaycanla ATƏT-in əməkdaşlığının inkişafı, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə etmək niyyətində olduğunu bildirmişdi.
Muxalifet - 6-03-2019
DEPUTATDAN ŞOK ETİRAF: “Rövnəq Abdullayevlə Qorxmaz Hüseynov həmişə qabları...”
İqbal Məmmədov "Atam bilsə ki, donuz fermam var, heç məni evə də buraxmaz”
78 saylı Lerik seçki dairəsinin deputatı İqbal Məmmədov geniş müsahibə verib.
Qeyd edək ki, bu, İqbal Məmmədovun mətbuata ilk belə geniş müsahibəsidir. İqbal Məmmədov müsahibədən öncə bizə deyirdi ki, çox çətinliklər çəkib, bunları dilə gətirərkən isə bəzən xəyallara daldığını görürdük. Elə müsahibəyə də keçmişi ilə bağlı sual verərək giriş edirik.Muxalifet - 6-03-2019
Rusiyadan Qarabağda qorxunc müharibə XƏBƏRDARLIĞI: Yüzminlərlə insan məhv olacaq və...
Ermənistanda daxili qarşıdurma getdikcə kəskinləşir. Bu kontekstdə Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyovun canlı efirdə səsləndirdiyi fikirlər diqqət çəkdi. Sovolyov qeyd etdi ki, Ermənistanda mövcud olan ziddiyyətlər erməni cəmiyyətinin parçalanmasına gətirib çıxaracaq: “Bu parçalanma Qarabağ üzərində nəzarətin itirilməsi ilə nəticələnəcək. Bu, qorxunc faciə olacaq, minlər, bəlkə də yüzminlərlə insan məhv olacaq. Qarabağda nəzarəti itirən Ermənistan özü də yox olacaq”.
Muxalifet - 6-03-2019
Dəhşətli qəzada ölən azərbaycanlıların adları - FOTOLAR
Bakıdan Moskva istiqamətində hərəkətdə olan mikroavtobusun Stavropolda qəzaya uğraması nəticəsində ölən Azərbaycan vətəndaşlarının adları açıqlanıb.
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, həmin şəxslər aşağıdakılardır:
- 1975-ci il təvəllüdlü Həsənov Rəsul Ənvər oğlu
- 1983-cü il təvəllüdlü İsmayılov Şəmsi Tanrıverdi oğlu
- 1962-ci il təvəllüdlü Əhmədov Namiq Tohid oğlu
- 1969-cu il təvəllüdlü Abdullayev Ələmdar Niftalı oğlu
- 1984-cü il təvəllüdlü Quliyev Vüsal Alı oğluMuxalifet - 6-03-2019
Fatimə qızına görə polisə müraciət edəcək
Azərbaycanlı rəqqasə Fatimə Fətəliyeva polisə müraciət edəcək.
Unikal.org-un məlumatına görə, rəqqasə bu barədə özü xəbər verib. O bildirib ki, sosial şəbəkədə onun qızının adından saxta profil açılıb:Muxalifet - 6-03-2019
Konqresmen Müsəlman qadına ABŞ mətbuatından dəstək
ABŞ Konqresinin ilk hicablı Müsəlman üzvü İlhan Omarın İsrail lobbisinin Amerika siyasətindəki roluna dair açıqlamalarını pisləmək üçün təqdim olunan qərar layihəsi siyasətçi və jurnalistlərin etirazına səbəb olub.
ABŞ Konqresinin Nümayəndələr Məclisinin ən gənc qadın üzvü Alexandria Ocasio Cortez ABŞ Konqresinin ilk hicablı Müsəlman üzvü Ilhan Omarın İsrail lobbisinin Amerika siyasətindəki roluna dair açıqlamalarını pisləmək üçün Nümayəndələr Məclisinə təqdim olunan qərar layihəsi haqqında Twitter hesabında açıqlama verib.Muxalifet3 - 6-03-2019
Bürokrativ səhv, yoxsa düşünülmüş həmlə? - Zərifin yerinə, general Süleymaninin Əsədlə görüşməsi ilə yaranan küskünlük
Babək Depqanpişe
“Reuters”, 05.03.2019
Qasim Süleymaninin İrandakı siyasi böhranda rolu uzun illər gözə dəymədən vətənində ünlü statusu əldə edən İnqilab Keşikçilərinin “Qüds” Qüvvələri liderinin nüfuzunu vurğulayır.
Xarici işlər naziri Məhəmməd Cavad Zərifin ötən həftə istefasını prezident Həsən Ruhani rədd edib. Ancaq Suriya prezidenti Bəşər Əsədlə görüşlərdə Zərifin yoxluğu və Süleymaninin iştirakı ilə yaranmış gərginlik hələ də açıq-aşkar görünür.
Muxalifet - 6-03-2019
Terror aktları, qiyam: Rusiya BU ÖLKƏLƏRİ TUTACAQ və... – Dəhşətli SSENARİ AÇIQLANDI
Rusiya seçkilər zamanı Ukraynada stabilliyi poza bilər.
Bu haqda Ukraynanın “Apostrof” nəşrində ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin istefada olan 1-ci dərəcəli kapitanı, NATO-nun Rusiyadakı sabiq nümayəndəsi Harri Tabax bildirib.Muxalifet - 6-03-2019
“Sovetski” sakinlərinə kompensasiya hansı əsaslarla verilir?
Nazirlər Kabineti millət vəkillərinin qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan keçmiş "Sovetski" deyilən ərazidə və onun ətrafında yerləşən sökülən evlərin kompensasiyasının məbləğini manatın inflyasiyası nəzərə alınmaqla, heç olmasa, hər kvadratmetrə görə 2 min manata çatdırmaq, yaxud onların sahiblərinə pul əvəzinə yeni tikilən binalarda hazır mənzillər vermək təklifinə cavab verib.
Muxalifet - 6-03-2019
"FÖVQƏLNAZİR"İN SAYMAQLA BİTMƏYƏN ƏMLAKLARININ SİYAHISI - Şok faktlar
Azərbaycanda yaşayan iş adamlarından heç biri nüfuzlu «Forbes» dərgisinin tərtib etdiyi dünyanın ən varlıları siyahısına indiyədək bir dəfə də olsun düşməyib. Hərçənd, biznesi ölkə hüdudlarını aşan və daim genişlənən, təyyarəsi, bankı, çoxsaylı şirkətləri və saysız-hesabsız mülkləri olan azərbaycanlıların olması heç kəsə sirr deyil. Onlardan biri də 56 yaşlı fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.
Muxalifet4 - 6-03-2019
AzTV-də kadr dəyişikliyi
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) bir sıra kadr dəyişikliyi olub.
Televiziyanın mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova, Kadrlar və Xüsusi işlər İdarəsinin rəisi Mənsur Bayramov, baş operator Fazil Hadıyevin işdən azad edildiyi bildirilir. Yayılan məlumatlarda bir sıra əməkdaşlar keçmiş sədrin “kadrları” olduğu üçün işdən azad edilib.Muxalifet - 6-03-2019
Kredit borcu olanlar – martın 15-nə qədər təsdiqlənməlidir
Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bankla birlikdə xarici valyutada olan kreditlərin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri martın 15-dək təsdiq etməlidir.
Muxalifet.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov şərhində bildirib.Muxalifet - 6-03-2019
Dəmir yol stansiyasında əməliyyat – Saxlanılan var
Polis Ağstafada dəmir yol stansiyasında əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, nazirliyin Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında Ağstafa dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş M.Həsənov saxlanılıb.Muxalifet - 6-03-2019
Vüsal Qasımlı problemli kreditlərlə bağlı sualları cavablandırır - CANLI
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı problemli kreditlərin həlli ilə bağlı sualları canlı yayımda cavablandırır.
Muxalifet.az canlı yayımı təqdim edir:Muxalifet - 6-03-2019
DƏHŞƏTLİ HADİSƏ: Tomat qutusu PARTLADI - ana və qızı ağır yaralandı
İstanbulun Qaziosmanpaşa bölgəsindəki mənzilin qarşısında tomat qutusu partlayıb.
Muxalifet.az Türkiyə KİV-nə istinadən bildirir ki, Pazariçi Məhəlləsi Kaynar küçəsində bir mənzilin qarşısında partlayış olub. Hadisə nəticəsində kağız toplayan ana və qızı ağır yaralanıb.
Hadisə yerinə dərhal xilasetmə briqadası gəlib.
Bomba üzrə ekspertlərin hadisə yerində araşdırmaları davam edir.Muxalifet - 6-03-2019
Bu qızla evlənənə 533 min MANAT VERİLƏCƏK... - FOTOLAR
Taylandlı biznesmen Arnon Rodthonq qızı ilə evlənəcək şəxsi tapmaq üçün yarış təşkil edəcək və qalibə 10 milyon Baht (314 min dollar//533 min manat) pul verəcək.
Durian meyvəsinin satışı ilə məşğul olan 58 yaşlı biznesmen bu barədə sosial media hesabında məlumat paylaşıb. Elandan sonra yüzlərlə şəxs 26 yaşlı Karnsita Rodthonq ilə evlənmək üçün yarışa müraciət edib.Muxalifet - 6-03-2019
KİVDF qəzet layihələrinin maliyyələşməsi ilə bağlı yeni məqamı açıqladı - ŞƏRTLƏR
Martın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fonddan verilən məlumata görə, Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək bildirib ki, gündəliyə əsasən iclasda bir məsələnin - Fondun 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqənin şərtlərinə yeni əlavələrin edilməsi məsələsinin müzakirəsi nəzərdə tutulur.Muxalifet - 6-03-2019