Axtarış

The search found 105785 results in 0.067 seconds.

Search results

  1. ​Bakıda körpüdə aşan "Range Rover"lə bağlı YENİ FAKTLAR: 18 yaşı olmayan sürücü və...

    Dünən saat 12 radələrində Bakı şəhər Nəsimi rayonu ərazisində - Salamzadə küçəsində yerləşən Papanin körpüsündə baş vermiş yol qəzası ilə bağlı bəzi faktlar üzə çıxıb.
    Sürücünün idarəetməsindən çıxaraq aşan ağ rəngli “Range Rover” markalı, 10 YY 809 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəzadan sonra xəstəxanaya yerləşdirilib.
    18 yaşı tamam olmamış və sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edən şəxs özəl klinikaların birinə yerləşdirilib.

    Muxalifet - 5-03-2019

  2. ​Kəklikotunun inanılmaz faydaları - Bu xəstəliyi olanlar dəmləyib içsin

    Xalq təbabətində ən çox istifadə edilən və faydalı hesab edilən bitkilərdən biri kəklikotudur. 
    Muxalifet.az Medicina.az-a istinadən xəbər verir ki, xüsusilə qış aylarında quru öskürək, boğaz ağrısı, bəlğəm problemlərdən xilas olmağın ən effektiv üsullarından biri kəklikotu çayıdır. 
    Kəklikotu bitkisindən çay dəmləyib içmək bəlğəmdən xilas olmaq üçün ən yaxşı üsuldur. Bitkinin 400-ə qədər növü var. Antioksidant tərkibli olduğu üçün bu bitki orqanizmi onkoloji və ürək-damar xəstəliklərindən qoruyur. 

    Muxalifet - 5-03-2019

  3. BŞİH Müsavat Partiyasının yürüş keçirməsinə icazə vermədi

    Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının yürüşlə bağlı müraciətini cavablandırıb.
    “Report”un xəbərinə görə, BŞİH-də müraciətə baxılıb və Müsavat Partiyasının martın 10-da, saat 15:00-da Bakının Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsindən yürüş etməklə “Dərnəgül” metrostansiyası yaxınlığında və Yasamal rayonu, Həsən Bəy Zərdabi prospektindən yürüş etməklə İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.
    Bu barədə yürüş təşkilatçıları məlumatlandırılıb.

    Muxalifet - 5-03-2019

  4. Damla: “Üzeyir Hacıbəyovun kim olduğunu bilmirlər,amma mənim mahnılarıma...”

    Azərbaycanlı müğənni, yerli şou-biznesdə daha çox Damla ləqəbi ilə tanınan Məsumə Məmmədova bu günlərdə "Çamadan" mahnısına çəkdirdiyi yeni klipini təqdim edib.
    Muxalifet.az bildirir ki, müğənni Sputnik Azərbaycan-a müsahibəsində ictimaiyyəti maraqlandıran suallara cavab verib.
    - Damla, niyə siz məhz bu mahnınıza klip çəkdirmisiz?

    Muxalifet - 5-03-2019

  5. ​Avropa İttifaqından Ermənistana SƏRT XƏBƏRDARLIQ: Qarabağ…

    Dağlıq Qarabağ münaqişəsi üzrə hazırkı status-kvo uzun müddət davam edə bilməz.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqı Şurasının sədri Donald Tusk Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla birgə brifinqdə bildirib.
    “Danışıq prosesi və iki tərəfin əlaqələri ümidi verir. Amma hazırkı status-kvo uzun müddət davam edə bilməz. Beynəlxalq hüquqa uyğun olaraq siyasi həll yolunu tapmaq lazımdır”, - Donald Tusk deyib.

    Muxalifet - 5-03-2019

  6. PUTİNDƏN NÜVƏ TƏHDİDİ: “Hədəfimiz təkcə Avropadakı raketlər olmaya bilər, LAZIM GƏLƏRSƏ..."

    Muxalifet.az xəbər verir ki, Moskva hökuməti nüvə sazişinin tamamilə pozulacağı təqdirdə nüvə başlıqlı raketləri ölkənin hər yerinə yerləşdirmək niyyətində olmadıqlarını, lakin lazım gələrsə, bunu həyata keçirəcək texnologiya və istehsal gücünə malik olduqlarını bəyan edib.

    Muxalifet - 5-03-2019

  7. ​Əfv Komissiyasının iclası keçirilib, 500-dən çox müraciətə baxılıb

    Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
    ONA-nın verdiyi xəbərə görə, iclasda 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə haqqında müsbət rəy verilib. İndiyədək keçirilən iclaslarda 500-dən çox müraciətə baxılıb.
    Qeyd edək ki, komissiyaya 1000-dək müraciət daxil olub. İclaslar yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.
    Xatırladaq ki, Novruz bayramı ərəfəsində əfv olacağı gözlənilir.

    Muxalifet - 5-03-2019

  8. Sabiq icra başçısının qohumunun əməlləri: qanunsuz tikililər, rüşvət...

    Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xalid Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
    Muxalifet.az Trend-ə istinadən bildirir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror X.Məmmədovun 9 il azadlıqdan məhrum edilməsini istəyib.
    Məhkəmənin növbəti iclası martın 12-nə təyin edilib.

    Muxalifet - 5-03-2019

  9. ​Dünyanın dini liderləri Bakıya toplanacaq

    Noyabrın 14-15-də dünya dini liderlərinin Azərbaycanda toplanması nəzərdə tutulur.
    Muxalifet.az xəbər verir, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.
    Onun sözlərinə görə, hazırda bunun üçün hazırlıq işləri aparılır: "Azərbaycan təkcə nefti, iqtisadiyyatı ilə deyil, mənəvi həyatda gördüyü işlərlə də liderdir".
    Bununla belə, A.Paşazadə tədbir barədə ətraflı məlumat verməyib./ONA.az

    Muxalifet - 5-03-2019

  10. ​ABŞ-ın yeni səfiri tezliklə Azərbaycana gələcək

    ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberger tezliklə Bakıya gələcək. 
    Bu barədə Azvision.az -a ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər. 
    Qeyd edək ki, ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi Örl Litzenbergerin bu ölkənin Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini 2018-ci ilin dekabrın 13-də təsdiq edib. 

    Muxalifet - 5-03-2019

  11. Azərbaycanlıları söyən çeçen ÜZR İSTƏDİ: “Bu, utancverici hərəkət idi” - Video

    Çeçen “Mansur Starıy” azərbaycanlıların ünvanına işlətdiyi sözlərə görə üzr istəyib.
    O, müraciətində Azərbaycan xalqına qarşı işlətdiyi ifadələrə görə tövbə etdiyini bildirib.
    “Bu, bəzilərinin, o cümlədən mənim də inandığım erməni təxribatı idi. Buna görə mən bütün Azərbaycan xalqından dərin üzr istəyirəm. Bu, utancverici hərəkət idi”, - çeçen bildirib.
    Qeyd edək ki, Rusiyada azərbaycanlılarla çeçenlar arasında konfliktin erməni təxribatı nəticəsində baş verdiyini jurnalist Fuad Abbasov üzə çıxarıb./Axar
     

    Muxalifet - 5-03-2019

  12. 2 ölkə arasında müharibəyə səbəb olacaqdılar! Yaxalandılar

     Pakistan 14 fevralda 44 Hind əsgərinin öldürülməsindən Hindistanın məsul tutduğu silahlı qrupa qarşı əməliyyat keçirdiyini və aralarında Mufti Abul Raoof  ilə oğlu Həməd Azharın olduğu cəmi 44 şəxsin həbs olunduğunu bildirib.
     
    Pakistanın daxili işlər naziri Şəhriyar Afridi bu əməliyyat keçirlidiyini və Mufti Abdul Raoof  ilə oğlu Həməd Azharın də içərilərində olduğu 44 kritik şəxsinhəbs olunduğunu təsdiq edib.

    Muxalifet3 - 5-03-2019

  13. ​Bərdədə qadının qətlində şübhəli bilinən daha iki nəfər saxlanılıb

    Bərdə rayonunda 27 yaşlı qadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən daha iki nəfər saxlanılıb.
    "Report"un Qarabağ Mərkəzinin hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Bərdə Rayon Prokurorluğunun və rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayon sakinləri - 1996-ci il təvəllüdlü Sadiq Şükür oğlu Hümbətov və 1997-ci il təvəllüdlü Murad Natiq oğlu Qurbanov tutulublar. Hər iki şəxsin Bərdədə Nəbat Qurbanovanı qətlə yetirməkdə şübhəli bilindikləri bildirilib.

    Muxalifet - 5-03-2019

  14. Rusiyadan çox sərt “Venesuela” açıqlaması!

     Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-ı Latın Amerikasını Venesuela üzərindən yenidən şəkilləndirməkdə günahlandırıb.
     
    Rusiya Xarici İşlər Nazirliyi tərəfindən edilən açıqlamada, özünü "müvəqqəti prezident" elan edən Milli Məclis sədri Xuan Guaido sərt sözlərlə tənqid edilib.
    Açıqlamada, "Guaido hər addımını ABŞ-la razılaşdıran və müstəqil olmayan bir siyasətçidir. Bu üzdən onunla bir əlaqəmizin olması söz mövzusu deyil" deyilib.

    Muxalifet3 - 5-03-2019

  15. ​“Bu, bizim son hücumumuz olmayacaq” - HİNDİSTANIN BAŞ NAZİRİ

    Muxalifet.az xəbər verir ki, Hindistanın ultrasağ meylli baş nazir Narendra Modi Pakistanla hava toqquşmaları ilə bağlı belə deyib: “Bu, bizim terrorçulara qarşı son hücumumuz olmayacaqdır”.
    Pakistan müzakirələrə açıq siyasət yürütdüyü halda Hindistanın baş naziri gərginliyi artıracaq açıqlamalar verib.
    Modi dünən verdiyi açıqlamada Hindistan qırıcılarının Pakistan ərazisindəki əməliyyatı ilə bağlı belə deyib: “Bu, terrorçulara qarşı son əməliyyatımız olmayacaq. Hökumətimiz bir işi sona çatdıranda yatmaz. Yenisini həll eləmək üçün hazırlıq aparar”.

    Muxalifet - 5-03-2019

  16. Problemli krediti olanların nəzərinə: Martın 6-sı, saat 11-də...

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı martın 6-da saat 11:00-da Feysbukda “Problemli kreditlərin həlli” mövzusunda canlı yayıma çıxacaq.
    Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.
     

    Muxalifet3 - 5-03-2019

  17. ABŞ təkzib etdi: bu məlumat yalandır!

    ABŞ koalisiyasının İŞİD-lə mübarizə çərçivəsində Suriyanın Baquz yaşayış məntəqəsində ağ fosfordan istifadə etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
    Muxalifet.az xəbər verir ki, bu barədə amerikalı polkovnik Şon Rayan deyib.
    “Tamamilə yalandır. Aviazərbələr İŞİD-in hərbi surstalar olan iki anbarına endirilib”, - deyə hərbçi qeyd edib.
    Qeyd edək ki, Suriya mediası koalisiyanın Baquzda dinc sakinlərə qarşı beynəlxalq konvensiya ilə qadağan edilən ağ fosfordan istifadə etdiyini bəyan etmişdi.
     

    Muxalifet3 - 5-03-2019

  18. Sahibkarların vergi yükü nisbətən aşağı düşüb

    Martın 4-də Prezident Administrasiyasının dəstəyi, Vergilər və Xarici işlər nazirliklərinin birgə təşkilatçılığı ilə xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirləri, müvəqqəti işlər vəkilləri və diplomatik korpusun nümayəndələri ilə keçirilən görüş zamanı vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən sonra ölkədə vergi yükünün aşağı düşməsi ilə bağlı bəzi açıqlamalar verilib.

    Muxalifet3 - 5-03-2019

  19. İstanbulu CHP-dən xilas etdik - Ərdoğan

    Gəldiyimizdə hava çirkliliyi, susuzluq var idi. İstanbulu CHP-dən xilas etdik.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Esenyurdda mitinqdə çıxışı zamanı deyib.
    “Biz millətimizə olan sevgimizi sadəcə sözlə ifadə etmirik. Eyni zamanda əməllərimizlə də bunu sübut edirik”, - deyə Ərdoğan bildirib.
    Qeyd edək ki, martın 31-də Türkiyədə yerli özünü idarəetmə orqanlarına seçkilər baş tutacaq.
     

    Muxalifet3 - 5-03-2019

  20. ABŞ təyyarəsi Rusiya sərhədində kəşfiyyat apardı

    ABŞ Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə növbəti dəfə Rusiya sərhədlərinə görünüb.
    Muxalifet.az RİA-ya istinadən xəbər verir ki, RC-135V Rivet radiokəşfiyyat təyyarəsi Böyük Britaniyanın Mildenxol aviabazasından qalxaraq, Fin körfəzi üzərində uçuş həyata keçirib.
    Moskva vaxtı ilə 16:00-da Estoniya səmasında uçan təyyarə Leninqrad sərhədində və Pskov əyalətində kəşfiyyat aparıb.
     

    Muxalifet3 - 5-03-2019

Pages