Axtarış

The search found 105785 results in 0.025 seconds.

Search results

  1. Zərif Əsədə görə istefa verdi? – SENSASİON AÇIQLAMA

    İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi qurumun Suriya Prezidenti Bəşər Əsədin Tehrana səfərindən xəbərdar olmadığı açıqlayıb.
    Muxalifet.az xəbər verir ki, Bəhram Qasımi istefa verən Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin və bəzi diplomatların bu səfərlə bağlı məlumatının olduğuna işarə edərək qurumun bu səfər barədə heç bir şəkildə xəbərdar olmadığını söyləyib.
    “Səfərin son anına qədər nazirliyə məlumat verilmədi”, - deyə sözçü qeyd edib.

    Muxalifet - 5-03-2019

  2. ​“Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların tərkibi yenilənməlidir” - Zurabişvili

    Gürcüstan Prezidenti Salome Zurabişvilihesab edir ki, Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyaların tərkibinin yenilənməsinə ehtiyac var.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin mətbuat katibi Xatia Moistsrapişvili bu gün keçirdiyi brifinqdə bildirib.

    Muxalifet - 5-03-2019

  3. ​Ermənistanda 11 mindən çox gənc ordudan yayınıb

    Bu gün Ermənistan parlamenti 2018-ci ilədək 27 yaşı tamam olan və hərbi xidmətdən yayınan vətəndaşların müvafiq cərimə ödədikləri halda cinayət məsuliyyətindən azad edilməsi barədə qanuna dəyişiklik layihəsi ilk oxunuşda yekdilliklə qəbul edib.
    Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, layihənin müəlliflərindən olan “Çiçəklənən Ermənistan” partiyasının deputatı Qevorq Qorqisyanın fikrincə, bu təşəbbüs Ermənistandan qaçan 2 mindən çox gəncin ölkəyə geri qayıtmalarına və həbs edilmədən cərimə pulunu ödəmələrinə imkan verəcək. 

    Muxalifet - 5-03-2019

  4. Fəxrəddin Abbasovun Bakıdakı ƏSAS HİMAYƏDARI... - Sensasion təhlil

    Bu gün Avropada “siyasi mühacir” statusu almış Əlikram Hümbətov, Şahin Mərzəyev, Namiq Məmmədov, İlham Babazadə, Ruslan Almaszadə, İdris Qasımov, Rəhim Mirzəyev, Məhrəməli İsmayılov, Məhəmməd Axundzadə, İntiqam Həmidov, Zamin Hüseynov, Yusif Sərdarzadə və digərləri “Avrtopa Erməni Təşkilatları Federasiyası” ilə ortaq çalışırlar...

    Muxalifet4 - 5-03-2019

  5. “Ermənistanın son bəyanatları heç də sülhə yönəlik deyil” – Elmar Məmmədyarov

    “Ermənistanın son bəyanatları heç də sülhə yönəlik deyil”.
    Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya XİN başçısı Miroslav Layçakla görüşdən sonra keçirilən mətbuat konfransında bu yaxınlarda Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sədri Artur Vanetsyanın bəyanatlarını şərh edərkən deyib.

    Muxalifet - 5-03-2019

  6. “Avropa ölkələrində insanlara Azərbaycandakı kimi diqqət edilmir" - SİYAVUŞ NOVRUZOV

    "Prezident İlham Əliyev tərəfindən vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımlar atıldı, bu istiqamətdə mövcud problemlər aradan qaldırıldı. Nə postsovet, nə də Avropa ölkələrində insanlara Azərbaycandakı kimi diqqət edilmir".
     
    Muxalifet.az yerli KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı komitə sədri Siyavuş Novruzov deyib.
     
    O bildirib ki, ölkə başçısı tərəfindən həyata keçirilən işlər Ombudsmanın fəaliyətini də yüngülləşdirmiş olur:
     

    Muxalifet4 - 5-03-2019

  7. ​Ramil Usubov keçmiş rəisə VƏZİFƏ VERDİ

    Daxili İşlər naziri Ramil Usubov sərəncama götürdüyü  rəisi yeni vəzifəyə təyin edib.
    Məlumata görə, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə, Xocavənd rayon Polis şöbəsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Yadigar Hüsən oğlu Hüseynovu Beyləqan rayon Polis şöbəsinin Tədqiqat şöbəsinin rəisi təyin edib./Unikal

    Muxalifet - 5-03-2019

  8. Başlarının arxasına maska taxırlar ki... - ÖLÜMDƏN XİLAS OLMAĞIN YOLU

    Hindistanda pələng hücumlarından qorunmaq üçün çox maraqlı üsuldan istifadə olunur.

    Hurriyyet.org xəbər verir ki, 1989-cu ildə 60 insanın pələng hücumu nəticəsində həlak olmasından sonra bu üsuldan istifadə edilməyə başladığı bildirilir.

    Muxalifet4 - 5-03-2019

  9. ​Rasim Balayev Prezidentlə görüşə niyə çağırılmadı? - NAZİR ÜZR İSTƏDİ

    Rasim Balayevlə dostluq münasibətimiz var, biz illərdir bir-birimizi tanıyırıq.
    Muxalifet.az kult.az-a istinadən xəbər verir ki, bu sözləri bu gün Mədəniyyət naziri Əbülfəs Qarayev M.F.Axundov adına Milli Kitabxanada dövlət başçısı ilə görüşdə müzakirə olunan məsələlərə həsr edilmiş mətbuat konfransında xalq artisti Rasim Balayevin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də incəsənət və mədəniyyət xadimləri ilə görüşünə dəvət edilməməsinə aydınlıq gətirərkən çıxışında deyib.

    Muxalifet - 5-03-2019

  10. "Rasim Balayevin kabineti yoxdur deyə, indi belə danışır" - Şəfiqə Məmmədova

    Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova Xalq artisti Rasim Balayevin onun barəsində səsləndirdiyi tənqidi fikirlərə cavab verib.
    Ş.Məmmədova "Ölkə.Az"a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevlə görüşdə özü üçün heç nə istəməyib:
    "Rasim də nə vaxtsa kabinetdə oturub. Amma təəssüf ki, indi kabineti yoxdur. Ona elə gəlir ki, mən özüm üçün kabinet istəmişəm.  Mən özüm üçün heç nə istəməmişəm. İstədiyim kabinet yox, kinematoqrafçılar üçün bina olub. 

    Muxalifet - 5-03-2019

  11. ABŞ-dan İsrailə hava qalxanı

    ABŞ-ın Avropa Qüvvələri komandınlığından (EUCOM) İsrailə havadan müdafiə sistemi  olan THAAD yerləşdirildiyi bildirilib.
     
    “EUCOM”-'dan edilən açıqlamada, "ABŞ-ın İsrailin regional təhlükəsizliyinə bağlılığını göstərmək üçün ABŞ-ın Avropa Qüvvələri Komandanlığı Müdafiə Nazirliyiinin təlimatına görə, İsrailə Terminal Yüksək İrtifa Alan Müdafiə sistemi (THAAD) yerləşdirildi " deyə qeyd edilib.
    Açıqlamada, İsrailə sövq edilən THAAD sistemlərinin Texasdakı Fort Bliss bazasından nəql edildiyi qeyd edilib.

    Muxalifet3 - 5-03-2019

  12. ​“Laçın” Ticarət Mərkəzinin sahibinin oğlunun cinayət işi məhkəməyə göndərildi

    Bakıda piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Sunay Vəliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, iş baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib və hakim İbrahim İbrahimlinin icraatına verilib.
    Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

    Muxalifet - 5-03-2019

  13. Prezident iki teatra “akademik” statusu verdi - SƏRƏNCAM

    Prezident İlham Əliyev “Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında” sərəncam imzalayıb.
    Muxalifet.az xəbər verir ki, sərəncamla Nazirlər Kabinetinə Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsini on beş gün müddətində təmin etmək tapşırılıb.

    Muxalifet - 5-03-2019

  14. ŞOK: Azərbaycanlı müğənni həyat yoldaşını xəyanət edərkən TUTDU - FOTO

    Müğənni Zahidə Günəş "Şou ATV"də həyat yoldaşından ayrılma səbəbindən danışıb.
    Müğənni xəyanətə məruz qaldığını efirdə etiraf edib.

    Muxalifet - 5-03-2019

  15. Müharibə hər an başlaya bilər! Son anda qarşısı alındı

    Pakistan Dəniz Qüvvələri Hindistanın sualtı qayığının Pakistanın ərazi sularına girməsinə maneə törədildiyini bildirib.
     
    Donanmadan verilən açıqlamada, bir Hind sualtı gəmisinin səhər saatlarında Pakistana ərazi sularına girməyə cəhd etdiyi bildirilib.
    Açıqlamada, sualtı gəminin ölkənin ərazi sularına girməsinə maneə törədildiyi və gəminin Hindistan sularına qayıtmaq məcburiyyətində qaldığı qeyd edilib.
    Açıqlamada, “Sülhü qorumaq üçün Hind sualtı gəmisi hədəf alınmadı.Bu da bir daha Pakistanın sülh istəyini əks etdirir” deyilib.

    Muxalifet3 - 5-03-2019

  16. Lukaşenkodan ŞOK İTTİHAM - Belarus dünyanın o başında…

    Belarus qərb ölkələriylə əməkdaşlığı inkişaf etdirməyə məcburdur, çünki Rusiya iki ölkənin əməkdaşlığına məhdudiyyətləri tətbiq edir.
    Publika.az BELTA agentliyinə istinadən xəbər verir ki, bu haqda Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
    “Qərblə bu əməkdaşlıq bu gün hansısa allergiyaya, bəzən bizim əsas partnyorumuz Rusiyada isterikaya səbəb olur. Soruşuram, niyə? Bizim məhsulumuzu bazara buraxmırlar, təzyiq göstərirlər”, - Aleksandr Lukaşenko Avropa təşkilatlarıyla əməkdaşlıq məsələləri üzrə müşavirədə çıxış edərkən hiddətlənib.

    Muxalifet - 5-03-2019

  17. ​Abbas Bağırovun zərər çəkdiyi dələduzluq işində adı keçən polkovnik işdən çıxarılıb

    Tanınmış müğənniyə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.
    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
    Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində şahid qismində ehtiyatda olan polkovnik Rizvan Abbasov ifadə verib.
    Adı bu işdə vasitəçi və işədüzəldən kimi keçən polkovnik bildirib ki, həbs edilən şəxs qaynıdır.

    Muxalifet - 5-03-2019

  18. ​““Sputnik Azərbaycan”da baş verənlər araşdırılmalıdır” – ƏFLATUN AMAŞOV

    Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “Sputnik Azərbaycan” saytında baş verən son hadisələrə münasibət bildirib.
    Belə ki, Ə.Amaşov Milli Məclisin bu gün keçirilən plenar iclasında Ombudsman Elmira Süleymanovanın təqdim etdiyi hesabatında mediaya bağlı məqamların yer aldığını vurğulayıb.
    Onun sözlərinə görə, Ombudsmanın illik hesabatında jurnalistlərin fəaliyyətinə dair araşdırma aparılması təqdirəlayiq hadır:
    “Ombudsmanın hesabatında ilk dəfədir ki, konkret spesifik sahələr, o cümlədən media ilə bağlı məqamlara da toxunulub.

    Muxalifet4 - 5-03-2019

  19. AzTV-nin iki əməkdaşı işdən çıxarıldı - ŞOK SƏBƏBLƏR

    “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdindəki “İdman Azərbaycan” kanalının iki əməkdaşı nöqsanlara görə vəzifələrindən azad edilib.

    Məlumata görə, Şahin İbrahimov və Tural Həmidzadə maliyyə pozuntularına yol verdiklərinə görə qurumun sədri vəzifəsini icra edən Rövşən Məmmədovun əmri ilə işdən kənarlaşdırılıb.

    Muxalifet4 - 5-03-2019

  20. İLHAM ƏLİYEV RASİM BALAYEVƏ ZƏNG VURDU: "Prezident dedi ki…”

    Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevə zəng vurub.

    Muxalifet4 - 5-03-2019

Pages