Axtarış

The search found 105785 results in 0.025 seconds.

Search results

  1. Müxalif döyüşçülərdən Əsəd rejiminə intiqam basqını

    Əsəd rejiminin əleyhdarı olan müxalif döyüşçülərin Suriyanın Xama vilayətinin şimalındakı Masasna kəndində təşkil etdiyi hücumda ən az 40 Əsəd əsgərinin öldüyü bildirilib.
     
    Bu haqda Suriya İnsan Haqları Təşkilatı məlumat verib. Məlumata görə, müxalif döyüşçülərin dünən Masasna kəndinə sübh vaxtı həyata keçirdiyi hücumlarda Əsəd rejiminə məxsus 40 əsgərin ölüb, çox sayda əsgər də yaralanıb.

    Muxalifet3 - 5-03-2019

  2. “Fəxrəddin Aboszodə siyasi məhbus ola bilməz”

    Ermənistanın xüsusi xidmət orqanlarının agenti olan Fəxrəddin Abbasov (özünü Aboszodə kimi qələmə verir-red.) ötən həftə Rusiyadan Azərbaycana deport olundu və Azərbaycan DTX-si onu hava limanında həbs etdi. Çünki Fəxrəddin Abbasov Azərbaycana qarşı törətdiyi cinayətlərə görə 2018-ci ilin yayında onun barəsində cinayət işi başlanmış və Səbayel Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi. Onun barəsində beynəlxalq axtarış elan edilmişdi. 2018-ci ilin sentyabrında isə o, Rusiyada saxlanılmışdı.

    Muxalifet - 5-03-2019

  3. ​Bakının bu rayonunda SU OLMAYACAQ

    Martın 5-də gün ərzində Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
    “Azərsu” ASC-dən Muxalifet.az-a verilən məlumata görə, məhdudiyyətlər Bakı şəhəri, Nərimanov rayonu, Molla Cümə küçəsində su təchizatı sistemində yenidənqurma işlərinin aparılması ilə əlaqədardır.
    Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

    Muxalifet - 5-03-2019

  4. ​Düşmən bölmələrimizi iriçaplı pulemyotlardan ATƏŞƏ TUTDU

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.
    Bu barədə Muxalifet.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet - 5-03-2019

  5. ​Bu gün deputatlar TOPLAŞIR: 18 məsələ üçün

    Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.
    Toplantının gündəliyinə 18 məsələ daxil edilib.
    İclasda əvvəlcə Azərbaycanın İnsan Hüquqları Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsi dinləniləcək.
    Deputatlar həmcinin "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Pasportlar haqqında", "Gənclər siyasəti haqqında" və s. qanunlara, o cümlədən Torpaq, Şəhərsalma və Tikinti, Cinayət, İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişiklik layihələrinə baxacaqlar.

    Muxalifet - 5-03-2019

  6. Mütəllibov 27 il sonra istefasından danışdı - VİDEO

    Ayaz Mütəllibovun devrilməsindən 27 il ötür.
    1992-ci ilin martın 6-sı Azərbaycanın siyasi tarixində prezident Ayaz Mütəllibovun hakimiyyətdən getməsi ilə yadda qalıb.
    Bu gediş sıradan gediş deyildi. Ölkənin ilk prezidentinin tutduğu yüksək postdan kənarlaşdırılmasına səbəb olan hadisə cəmi bir həftə qabaq baş vermiş, Xocalıda soyqırım törədilmiş və kimlərsə bundan faydalanmışdı.
    Muxalifet.az Real TV-yə istinadən mövzu ilə bağlı hazırlanan videosüjeti təqdim edir:

    Muxalifet - 5-03-2019

  7. Misirdə Sisiyə qarşı kampaniya: Baxın, pulların üzərinə nə yazırlar!

     Misirdə çevrilişçi dövlət başçısı Abdülfettah es-Sisiyə qarşı edam etirazları sürətlə böyüyür. Son olaraq Misirlilər, Misir pulu üzərində "Rahat ol, tək deyilsən" mesajı yazılan yeni bir kampaniya başlayıb. Misir rəhbərliyi isə bu aksiyanı əngəlləməyə çalışaraq pulların keçərli olmayacağını açıqlayıb.
     
    Misirlilər 9 gəncin edamı və 20 adamın həyatını itirdiyi, 43 nəfərin isə yaralandığı qatar qəzasından sonra yenidən etiraza başlayıb.
    Müxtəlif yerlərdə qazan, tava və fit çala-çala etirazlarına davam edən Misirlilər, bu dəfə yeni bir aksiya başlayıb.

    Muxalifet3 - 5-03-2019

  8. ​“Övladıma anlatmaq istədim ki, İranın bizim ölkədə gözü var”- Elçin Əlibəyli

    “Space” kanalının tanınmış teleaparıcısı Elçin Əlibəyli martın 3-də, bazar günü İran səfirliyinin qarşısında oğlu ilə aksiya keçirib. Buna səbəb İran prezidenti Həsən Ruhaninin Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsidir.
    Teleaparıcı azyaşlı oğlunun və özünün ağzını “İran, sus!” şüarı yazılmış kağızla bağlayıb.

    Muxalifet - 5-03-2019

  9. ​Qadın müğənni Instagram-ın canlı yayımında döyüldü - FOTO

    Qadın müğənni Instagram-ın canlı yayımında döyülüb.
    Muxalifet.az xarici mətbuata istinadla xəbər verir ki, Cənubi Afrikanın tanınmış ifaçısı Babes Wodumonun yataq otağında orta yaşlı kişi tərəfindən döyülmə anı Instagram-a canlı yayıma düşüb.
    Ehtimal olunur ki, müğənni döyülmə anını qəsdən canlı yayıma salmayıb. Onu döyən şəxsin müğənninin sevgilisi olduğu deyilir.
    Əsl adı Bongekile Simelane olan müğənni 38 saniyəlik videoda yumruqlanıb, saçından tutularaq şillələnib.
    Görüntülər ölkədə qalmaqal yaradıb, işə polis qarışıb.

    Muxalifet - 5-03-2019

  10. Rusiyadan milyardlarla dollar çıxaran gizli sxem aşkarlandı - Korrupsiya maşınına Ruben Vardanyan rəhbərlik edib

    Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi (OCCRP) Rusiyanın ölkənin hakim elitası ilə sıx əlaqələri olan ən böyük investisiya bankının az qala 9 milyard dollarlıq çirkli pulların yuyulması sxemini yaratdığını və həyata keçirdiyini aşkar edib.

    Muxalifet - 5-03-2019

  11. İcra başçısına ağır itki

    Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə ağır itki üz verib.
    Muxalifet.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, başçının bacısı vəfat edib. 
    Allah rəhmət eləsin!

    Muxalifet - 5-03-2019

  12. SON DƏQİQƏ: İstanbulda GÜCLÜ PARTLAYIŞ - yaralılar var

    Türkiyənin İstanbul şəhərində partlayış olub.
    Trend-in məlumatına görə, partlayış şəhərin Qaziosmanpaşa rayonundakı binanın qarşısında qeydə alınıb.
    İlkin ehtimala əsasən, hadisə nəticəsində 3 nəfər yaralanıb.
    İnsident səhər saatlarında baş verib. Belə ki, kağız toplamaqla məşğul olan ana və qızı yaşadıqları binanın qarşısına gələrək tapdıqları konserv qutusunu açarkən partlayış olub.
    Yaralanan qadın və qızı xəstəxanaya yerləşdirilib.
    Polis araşdırma aparır.

    Muxalifet - 5-03-2019

  13. NATO-dan Rusiyaya təhdid kimi xəbərdarlıq

    NATO-nun baş katibi Jens Stoltenberq Rusiyanın, Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsinin (INF) dayandırılmasına dair fərmanı imzalamasından sonra Moskva rəhbərliyinə müqavilə öhdəliklərini yerinə yetirmək çağırışını təkrarlayıb.
     
    Stoltenberq açıqlamasında, INF Müqaviləsinin 1987-dən bu yana Avro-Atlantik təhlükəsizliyinin təməl daşlarından biri olduğuna diqqət çəkib.

    Muxalifet3 - 5-03-2019

  14. Həbsdəki OMON komandirinin qızından müraciət: “Atamı əfv edin”

    Aytac Əmiraslanova: “Bəlkə də sevincdən ürəyim gedər...”

    Qarşıdan gələn Novruz bayramında imzalanacaq əfv sərəncamında bir sıra siyasi məhbuslarla yanaşı Qobustan həbsxanasında ömürlük həbs cəzasına məhkum edilmiş OMON-çu məhbuslar-Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovun da azad ediləcəyi deyilir. 25 ilə yaxındır cəza çəkən üç OMON-çunun ailəsinin ümid dolu baxışları əfvə dikilib.

    Muxalifet - 5-03-2019

  15. İŞ ADAMININ QƏTLİNİN 9 İL GİZLİ QALAN TƏFƏRRÜATLARI - Cinayət dosyesi

    Xirtdəyi kəsilərək öldürülən Nəcimə Babayevanın qızı ilginc açıqlamalar verdi
    “Anamızın kimin sifarişi ilə gətirilən killer tərəfindən öldürülməsini bilirik”

    Muxalifet - 5-03-2019

  16. ABŞ-ın “Əsrin Müqaviləsi” planı qarşı Rusiyadan addım

    Rusiyanın xarici işlər naziri Lavrov Fələstin-İsrail münasibətlərinə dair açıqlama verib. Lavrov, "İsrailin bizimlə olan ünsiyyətinə əsasən Rusiyanın ev sahibliyində ön şərt olmadan sülh prosesinə dair konfrans keçirilməsi barədə Fələstin rəhbərliyi ilə razılaşdıq" deyə bildirib. Fələstin rəhbərliyinin toplantı üçün hazır olduğunu, ancaq İsrailin hələ bir tarix vermədiyini bildirən Lavrov, bir tarix müəyyən etdiyi təqdirdə İsrailin təşəbbüsünə müsbət cavab verməyə hazır olduqlarını qeyd edib.
     

    Muxalifet3 - 5-03-2019

  17. Sərkisyan qardaşının güllələnməsində Rusiyanın əlinin olduğunu deyir - “BU HADİSƏNIN ÜSTÜ ANCAQ PUTİN GEDƏNDƏN SONRA AÇILA BİLƏR...”

    Ermənistan parlamentində 1999-cu il oktyabrın 27-də törədilmiş terrorun üstünün açılmasını heç indiki hakimiyyət də bacara bilməz.

    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, belə bəyanatla “Respublika” partiyasının lideri Aram Sərkisyan çıxış edib. Sərkisyanın qardaşı, keçmiş müdafiə naziri Vazgen Sərkisyan həmin hadisələr zamanı parlamentdə güllələnənlər arasında olub. Vazgen Sərkisyan Qarabağın işğalına rəhbərlik edənlərdən biridir və azərbaycanlı mülki əhaliyə qarşı çoxsaylı hərbi cinayətlər törətmiş cani idi.

    Muxalifet - 5-03-2019

  18. ​“Şahdağ”da bədbəxt hadisə - Fəhlənin qara ciyəri cırıldı

    Qusarda turizm kompleksində xarici şirkət nümayəndəsi ağır yaralanıb.
    Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, fevralın 28-də Şepelyov Nikita Mixayloviç “qara ciyərin cırılması” və “böyrəyin qan sızması” diaqnozu ilə Qusar rayon mərkəzi xəstəxanasına daxil olub. 

    Muxalifet - 5-03-2019

  19. Türkiyədən Rusiyaya “qazın qiymətini endir” tələbi

    Türkiyə ildə 50 milyard kubmetr səviyyəsində qaz istifadə edir. Bunun mühüm bir hissəsi Rusiyadan idxal edilir. Türkiyə Rusiyadan Qərb Xəttindən və Mavi Axın üzərindən qaz satın alır. Rusiyanın Avropa miqyasında ən böyük müştərilərindən biri kimi önə çıxan Türkiyə, Rusiyanın Qazprom şirkəti ilə kritik bəzi məsələlərdə danışıqlara başlayıb.
     
    Təbii qaz qiymətinin endirilməsi
     

    Muxalifet3 - 5-03-2019

  20. ​Xırdalanda qorxulu yanğın - ONLARLA SAKİN ÖLÜMDƏN DÖNDÜ - VİDEO

    Martın 5-də gecə saat 4 radələrində Xırdalan şəhəri 28-ci məhəllə binalardan birinin blokunda yanğın baş verib. 
    Bakupost.az-ın xəbərinə görə, gecə vaxtı qısa müddət ərzində binadakı onlarla mənzil tüstüyə bürünüb. 
    Sakinlər deyir ki, binanın qaz və elektrik təchizatı xətlərinin keçdiyi yerdə baş verən yanğın gec söndürülsəydi, nəticə bütün bina sakinləri üçün faciəvi olardı. 
    Yanğın nəticəsində 162 ailənin yaşadığı binanın elektrik təhçizatı kəsilib. Elektrik şitləri dəhşətli səslə partlayıb və sakinlərdə həyacan yaradıb. 

    Muxalifet - 5-03-2019

Pages