Axtarış
The search found 105785 results in 0.029 seconds.
Search results
Azərbaycanda qadın sürücü dəhşətli qəza törətdi - ÖLƏN VAR
Bakı -Quba magistralında ağır yol qəzası baş verib.
Təranə Poladova idarə etdiyi "Toyota" markalı minik avtomobili ilə piyadanı vurub.
Ağır xəsarətlər alan 32 yaşlı Alxas Həsənbəyov hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./PublikaMuxalifet - 6-03-2019
Müğənninin qətldə günahlandırılan oğlunun işində yenilik - vəkil pozuntuları sadaladı, iş geri qaytarıldı
Mərhum müğənninin oğlu qətl törətməkdə ittiham edilərək hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tuncay Vəliyev və Fərman Ocaqquliyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış edib.
Tuncay Vəliyevin vəkili Rəşad Mirmehdizadə vəsatətində bildirib ki, istintaq zamanı ciddi prosessual pozuntulara yol verilib.Muxalifet - 6-03-2019
Gənc müğənnidən AÇIQLAMA: “Sponsorum şəmkirli..."
“Heç kəs mənə bata bilməz. Arxam çox güclüdür. Mənə ilişməyin”
Bu sözləri müğənni Ləman söyləyib .
Rusiyada azərbaycanlılar arasında daha çox tanınan müğənni arxalandığı şəxsin adını açıqlamasa da, çox imkanlı olduğunu dilə gətirib:
“Sponsorum şəmkirli iş adamıdır. Kimliyini açıqlamaq istəmirəm. Tanınmaq istəmir. Heç mən də onun tanınmasını istəmirəm. Qısqanıram”./MetbuatMuxalifet - 6-03-2019
Nazim İbrahimovun qardaşının məhkəməsi - 12 nəfər haqqında məcburi gətirilmə qərarı çıxdı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Əkram Əliyev ifadə verib.Muxalifet - 6-03-2019
40 minə yaxın şagird imtahan verəcək
Dövlət İmtahan Mərkəzi (DİM) martın 10-da ölkənin 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək.
Muxalifet - 6-03-2019
İranda tələbələr Qarabağ uğrunda “SAVAŞA QALXDI”: Həbs olunanlar var - VİDEO
İranın Zəncan şəhərində universitet tələbələri rəsmi Tehranın Ermənistanı dəstəkləməsinə etiraz olaraq aksiya keçirib.
Onlarla tələbə əllərində “Qarabağ bizimdir” yazılı plakatlar tutaraq, təhsil ocağının qarşısına toplaşıb. Aksiya iştirakçıları bir ağızdan “Qarabağ bizimdir, bizim olacaq” şüarını səsləndirib.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyanın İran səfəri ölkədə yaşayan azərbaycanıların kütləvi narazılığına səbəb olub. Belə ki, Paşinyanın erməni icması ilə görüşü zamanı “Qarabağ – Ermənistandır” yazılı plakat qaldırılıb.Muxalifet - 6-03-2019
"Qarabağ məsələsində sona qədər Azərbaycanın yanında olacağıq" - Türkiyə parlamentinin sədri
"Türkiyə Dağlıq Qarabağ məsələsində sona qədər Azərbaycanın yanında olacaq".
Muxalifet.az xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.
"Dağlıq Qarabağ münaqişəsi məsələsi həmişə danışıqlarımızın gündəliyindədir. Bu, Azərbaycana qarşı dəhşətli ədalətsizlik, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Bu məsələdə sona qədər Azərbaycanın yanında olacağıq", - o deyib.Muxalifet - 6-03-2019
Borca görə cinayət məsuliyyətinə cəlb olunanlar kimlərdir? - İdarə rəisi açıqladı
“Prezident İlham Əliyev fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı fərman 10 min dollara qədər krediti olan insanlara aiddir. Cinayət məsuliyyətinə cəlb edilənlər isə 10 min dollardan çox krediti olanlardır”.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu bunu Ədliyyə Nazirliyinin Probasiya xidmətində jurnalistlərlə keçirilən görüşdə nazirliyin İcra baş idarəsinin rəisi Nurəddin Mustafayev deyib.Muxalifet - 6-03-2019
Ana və 5 yaşlı qızının öldüyü dəhşətli qəzanın VİDEOSU
Xəbər verdiyimiz kimi, martın 3-də Ucar rayonu ərazisində ağır yol qəzası baş verib.
Muxalifet.az xəbər verir ki, "Qafqazinfo” ana və qızının ölümü ilə nəticələnən qəza anının görüntülərini əldə edib.
Videodan da görünür ki, yolu keçməyə çalışan piyadalar - 1988-ci il təvəllüdlü Turbənd İsgəndərova və qızı 2014-cü il təvəllüdlü Ayşən İsgəndərli sürücü Rəşad Cavadov tərəfindən vurulublar və hadisə yerində keçiniblər.Muxalifet - 6-03-2019
BDU REKTORLUĞU UĞRUNDA SAVAŞ QIZIŞIR - Əmir Əliyev niyə universitetin rəhbəri olmaq iddiasından əl çəkdi?
İki həftə əvvəl Hurriyyet.org-da dərc olunan “BDU rektorluğu uğrunda savaş – Abel Məhərrəmovun komandasında məmur qapısını döyənlər…” sərlövhəli yazıda universitetə rəhbərlik etmək istəyən şəxslər arasında qızğın mübarizə getdiyini bildirmişdik. Qeyd etmişdik ki, hazırda təhsil nazirinin müavini Firudun Qurbanov rektorun səlahiyyətlərini icra etsə də, sabiq rektor Abel Məhərrəmovun komandasının bəzi üzvləri hələ də BDU-nun rəhbəri olmaq iddial
Muxalifet4 - 6-03-2019
Mogerini Paşinyanı Qarabağ üzrə danışıqlara çağırdı - İLKİN ŞƏRT OLMADAN
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda ilkin şərt olmadan tam iştirakının lehinədir.
Trend-in məlumatına görə, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin saytında dərc olunan xəbərdə deyilir.
Muxalifet - 6-03-2019
Banklara borclu olan vətəndaşlara XƏBƏRDARLIQ: Ödənişləri dayandırmayın!
"Martın 15-nə qədər Azərbaycanda fiziki şəxslərə kompensasiya ödənilməsi ilə bağlı qaydalar təsdiqlənəcək".
Muxalifet.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
Onun sözlərinə görə, bundan sonra 1 ay müddətində (aprelin 15-nə qədər) isə fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı prezident fərmanının əhatə dairəsinə düşən vətəndaşların siyahısı tam hazır olacaq.Muxalifet - 6-03-2019
Nazirlikdə işdən çıxarılan Kənan Quliyevə YÜKSƏK VƏZİFƏ VERİLDİ
Təhsil naziri Ceyhun Bayramovun şöbə müdirini işdən çıxarması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat paylaşıb.
“Təhsil Nazirliyinin şöbə müdiri Kənan Quliyev öz ərizəsi ilə tutduğu vəzifədən ayrılıb və digər dövlət qurumunda yüksək vəzifəyə təyin olunub.
Özünüzdən uydurma məlumatlar yayaraq insanları ləkələməyin, belə məlumatlar yalnız böhtan mahiyyəti daşıyır. Sadəcə təəssüf”./PublikaMuxalifet - 6-03-2019
Ana qızının qatilini bağışladı - ÖVLADINA GÖRƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə ittiham olunan Mahir Qocayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org-un xəbərinə görə, prosesdə təqsirləndirilən Mahir Qocayev ifadə verib. Elan olunmuş ittihamla özünü qismən təqsirli bildiyini deyən M.Qocayev hadisə baş verən gün ilk olaraq arvadı Ülviyyə Allahverdiyevanın onu bıçaqla vurduğunu bildirib. M.Qocayevin ifadəsinə görə, həyat yoldaşını, bıçağı onun əlindən alandan sonra vurub.
Hakim xatırladıb ki, ekspertiza rəyində Mahir Qocayevin özü-özünü bıçaqladığı qeyd edilib.Muxalifet - 6-03-2019
“Mərkəzi Bankdan çox şey gözləyirlər” - Elman Rüstəmov
"Azərbaycan elə bir vergi yükünə və vergi bazasına malik olmalıdır ki, özəl investorları stimullaşdırsın, biznesi rentabelli etsin”.
Muxalifet.az "Report”a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "İqtisadiyyatın Şaxələndirilməsi - Özəl Sektorun Rolu üzrə Yüksək Səviyyəli Forum"da Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.Muxalifet - 6-03-2019
“ABŞ İranda çevriliş etmək istəyir” - Ruhani
ABŞ iqtisadi təzyiq və sanksiyalar vasitəsilə İran İslam Respublikasındakı dini qaydalara əsaslanan idarəetmə sistemini dağıtmağa, hakim rejimi devirməyə çalışır.
Muxalifet.az “Reuters”ə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Gilan əyalətində çıxışı zamanı deyib.
“İran Amerika və onun müttəfiqləri ilə iqtisadi və psixoloji müharibə içindədir. Onların məqsədi İrandakı rejimi devirməkdir. Amma biz buna yol verməyəcəyik, çünki xalqımız və rəhbərliyimiz düşmənlərimizə qarşı birlik nümayiş etdirir” , - deyə Ruhani vurğulayıb.Muxalifet - 6-03-2019
Bakıda Novruz bayramı keçiriləcək - Aleyna Tilki konsert verəcək
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz ənənəsinə sadiq qalaraq paytaxt sakinlərini və şəhərimizin qonaqlarını baharın müjdəçisi, Azərbaycan xalqının milli adət-ənənələri ilə zəngin Novruz bayramını İçərişəhərdə qeyd etməyə dəvət edir. Qoruq İdarəsindən bildirilib ki, martın 20-dən 26-dək davam edəcək “Bahar qalası” festivalında Qoşa qala meydanındakı dekorasiyalar qonaqları paytaxtımızın keçmişinə səyahətə aparacaq. Ənənəvi olaraq təşkil edilən konsert proqramı festival ərzində hər gün saat 12:00-dan axşam saat 18:00-a qədər davam edəcək.
Muxalifet - 6-03-2019
SON DƏQİQƏ: Cəlalabadda şirkət binasına HÜCUM: 17 ölü, 9 yaralı
Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətinin Cəlalabad şəhərində özəl bir şirkət binasına hücum olub.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Qətərin “Əl-Cəzirə” telekanalının məlumatına görə, hücum nəticəsində 17 mülki vətəndaş həlak olub, 9-u yaralanıb.
Binanın ABŞ ordusu üçün xüsusi layihələr hazırlayan və bu layihələr üzərində işləyən MQ şirkətinə məxsus olduğu bildirilir.
Heç bir təşkilat hücuma görə məsuliyyəti hələlik üzərinə götürməyib.Muxalifet - 6-03-2019
"Paşinyan ya dəlidir, ya da həddindən artıq hiyləgərdir" - QABİL HÜSEYNLİ
Ermənistanın baş naziri Nikol Paşinyan həmişəki kimi Qarabağ konflikiti ilə bağlı ziddiyyətli, ancaq özlərini düşünən bəyanatlar səsləndirməkdədir. Avropa Parlamentinin Xarici İşlər Komitəsinin iclasında çıxışı zamanı Paşinyan deyib ki, Azərbaycan tərəfi Qarabağ konfliktinin həlli ilə bağlı danışıqlar çərçivəsində ümidləri doğrultmadı.
Görəsən, ölkəsinin işğalçı olduğunu bilən Paşinyan hansı məntiqlə Azərbaycandan danışıqlar çərçivəsində ümid gözləyir?Muxalifet4 - 6-03-2019
“Ermənistan istəyir ki, İsrail Azərbaycana silah satmasın” - Ovannisyan
“Ermənistan istəyir ki, İsrail Azərbaycana silah tədarük etməsin”
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Qriqor Ovannisyan “The Jerusalem Post”a müsahibəsində deyib.Muxalifet - 6-03-2019