Axtarış
The search found 105785 results in 0.023 seconds.
Search results
Məşhur hərbi ekspert öldü – Özünü güllələdi
Ukrayna Radasının deputatı, məşhur hərbi ekspert Dmitri Timçuk ölüb.
Axar.az xəbər verir ki, bu məlumatı Teleqram sosial şəbəkəsindəki “Nyusrum” kanalı yayıb. Onun başına odlu silahdan açılan atəş nəticəsində öldüyü bildirilib.
Deputat Anton Geraşenko Timçukun evində öz silahını təmizləyən zaman yol verdiyi ehtiyatsızlıq ucbatından dünyasını dəyişdiyini bəyan edib.Muxalifet - 19-06-2019
Nənəsini öldürən gəncin məhkəməsində gərginlik: qızıllara görə mübahisə düşdü
Tamah məqsədi ilə nənəsini öldürməkdə ittiham edilən gənc növbəti dəfə hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Eldar Əfəndiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmədə Eldarın anası Təravət Əfəndiyeva şahid qismində ifadə verməkdən imtina edib.
Prosesdə təqsirləndirilən şəxsin xalası Məlahət Axundova dindirilib. O, suallara cavab olaraq deyib ki, anası Eldar Əfəndiyev tərəfindən öldürülüb.
Muxalifet - 19-06-2019
“İCRA BAŞÇISI MƏNİ HƏBSLƏ HƏDƏLƏYİR…” – İş adamından Qubanın rəhbərinə yeni ittihamlar
“Siz nomenklatur rəhbər işçilərə həmişə insanlarla xoş rəftar etməyi, hər gün, hər saat vətəndaşları qəbul etməyi, onların ərizə, şikayət və təkliflərinə həssas yanaşmağı tövsiyə etdiyiniz halda mən bir ildən artıqdır ki, bütün səylərimə baxmayaraq, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin başıma gətirdiyi haqsızlığın və zorakılığın səbəblərinə aydınlıq gətirmək üçün qəbuluna düşə bilmirəm”.
Muxalifet - 19-06-2019
ABŞ-ın müdafiə nazirini arvadı döyüb - QALMAQAL ÜZƏ ÇIXDI, ŞANAHAN NAMİZƏDLİYİNİ GERİ ÇƏKDİ
Neçə vaxtdır ABŞ müdafiə naziri vəzifəsini icra edən, prezident Donald Tramp tərəfindən namizədliyi bu vəzifəyə irəli sürülən Patrik Şanahan namizədliyini geri çəkib. Bu barədə ABŞ prezidenti Donald Tramp Twitter səhifəsindəki mesajında bildirib. Tramp qərarın Şanahanın ailəsi ilə daha çox vaxt keçirmək istəməsi ilə əlaqədar olduğunu yazıb.
Muxalifet - 19-06-2019
Nazir müəllimlərin əməkhaqqının artırılmasından danışdı
"Təhsil sahəsində qazanılan uğurların arxasında Prezident İlham Əliyev tərəfindən yürüdülən düzgün təhsil siyasəti, qəbul edilən fərman və sərəncamların arxasında isə müəllim amili dayanır".
Muxalifet.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimindəki çıxışı zamanı bildirib.Muxalifet - 19-06-2019
Azərbaycanda DƏHŞƏT - Lalə Məmmədova özünü körpəsini parçalayan itin qarşısına atdı
Bərdə rayonunun Mustafaağalı kəndində yaşayan Məmmədova Lalə Fəxrəddin qızı bədbəxt hadisə ilə üzləşib.
Muxalifet.az sputnik.az-a istinadla xəbər verir ki, özlərinə məxsus həyətdə paltar yuyarkən qonşudan gələn it onun azyaşlı uşağına hücum edib.
Körpəsini qorumaq üçün iti qovmaq istəyən ananın özü də heyvanın hücumuna məruz qalıb. Köməksiz vəziyyətdə olsa da, Lalə Məmmədova iti həyətdən qova bilib. Ancaq, itin hücumu zamanı ana və onun körpəsi xəsarət alıb. Köpək ananın qollarını və ayaqlarını dişləyib. Körpə isə üz nahiyəsindən yaralanıb.Muxalifet - 19-06-2019
"Qarabağ alınana qədər qarabağlıyam" – Meyxana ustadından hər kəsə örnək yanaşma!
Meyxana sənətinin şifali xalq ədəbiyyatının qədim və özünəməxsus növlərindən biri olduğu hər kəsə məlumdur. Sovet dönəminin yasaqları, qadağaları çərçivəsində belə yaşayan, öz varlığını davam etdirən meyxanadan hətta II Dünya Müharibəsi zamanı düşmənə qarşı təbliğat vasitəsi və gənclərdə mübarizə əhval-ruhiyyəsinin yüksəldilməsi məqsədi üçün istifadə edilib. Məşhur "Bizim Cəbiş müəllim" filmində gənc meyxanaçıların faşist Almaniyası haqqında dediyi meyxana da, sovet rejiminin təbliğati vasitə kimi meyxanaya verdiyi rolun önəmini göstərir.
Muxalifet - 19-06-2019
İran ÇIXIŞ YOLUNU TAPDI: ABŞ-dan BELƏ QORUNACAQ
İran gömrük-keçid məntəqələrində xarici turistlərin pasportuna möhür vurmayacaq.
Publika.az xəbər verir ki, buna səbəb turistləri ABŞ-ın sanksiyalarından qorumaqdır.
Bu barədə hökumət sözçüsü Əli Rəbiyi məlumat verib.Muxalifet - 19-06-2019
Bakıda yol polisi qaydanı pozaraq belə təhlükə yaratdı - VİDEO
Bakı şəhəri, Balaxanı-Binəqədi yolunda qaydaları pozaraq digər sürücülərə təhlükə yaradan yol polisi vətəndaşlardan biri tərəfindən kameraya çəkilib.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, 99 YP 746 dövlət nömrə nişanlı patrul avtomobildə xidmət aparan əməkdaş 1.1 xəttinin tələbini pozaraq əks yola çıxır və qadağan olunmuş yerdə ötmə edir.
Bu zaman qarşıdan gələn yük maşını, həmçinin digər avtomobillər üçün təhlükə yaradır.Muxalifet - 19-06-2019
Yük avtomobili aşdı - Sürücü öldü
Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Mualifet.az-a verilən məlumata görə, iyunun 18-də saat 17 radələrində Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində Bakı şəhər sakini Sərdar Məmmədov idarə etdiyi “Dong Feng” markalı yük avtomobilini aşırıb və hadisə yerində ölüb.
Muxalifet - 19-06-2019
Azərbaycan Ordusunun hərbi birliyinin təlimi keçirilib - VİDEO
Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən, ümumqoşun poliqonunda hərbi birliklərdən birinin təlimi keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlim qoşunların idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və bölmələrin döyüş uzlaşmasının səviyyəsinin artırılması, taktiki əməliyyatlar zamanı fəaliyyətlərin planlaşdırılması, bölmələrin idarə edilməsində qoşun növləri ilə qarşılıqlı fəaliyyətin təşkili və digər məsələləri məşq etdirmək məqsədilə keçirilib.Muxalifet - 19-06-2019
Dünya üzrə qaçqınların sayı 70 milyonu keçdi – 70 ilin ən yüksək göstəricisi
Müharibə, təqib və münaqişələrdən qaçan insanların sayı 2018-ci ildə 70 milyonu keçib. Bu, BMT-nin qaçqınlar üzrə qurumunun mövcud olduğu 70 ilə yaxın müddət ərzində müşahidə etdiyi ən yüksək rəqəmdir.
Muxalifet - 19-06-2019
Azərbaycanlı "iş adamları"nın Dağıstandakı ŞOK BİZNESİ: Buradan adam oğurlayıb kölə edirlər
Dağıstanda bir neçə Azərbaycan vətəndaşı köləyə çevrilib. Üstəlik, bunu edənlər elə həmvətənləri olub. DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi qanunsuz azadlıqdan məhrumetmə və icbari əməyə cəlb etmə maddələri üzrə cinayət işi açıb.
Bu barədə Azərbaycan Respublikası DİN-dən məlumat verilib.Muxalifet - 19-06-2019
ERMƏNİSTANI ÖTÜB, RUSİYAYA YAXINLAŞDIQ! - Minimum əmək haqqına görə kimdən öndə, kimdən geridəyik?
2019-cu ildə minimum əmək haqqının artıq ikinci dəfə artırılması şübhəsiz ki, kifayət qədər ciddi sosial və iqtisadi hadisədir. Bu göstəricinin ötənilki 130 manatdan əvvəlcə 180, sonra isə 250 manata, yəni təqribən 147 dollara qaldırılması üst-üstə az qala 100 faizlik artım deməkdir ki, bu da istənilən ölkə üçün olduqca böyük və ciddi irəliləyiş sayıla bilər.
Muxalifet - 19-06-2019
Azərbaycanda 53 yaşlı kişi Hepatit B virusundan bu bitki ilə sağaldı – Möcüzəvi pasiyent hekayəsi
53 yaşlı Akif Məmmədov 6 il əvvəl həyatının ən dəhşətli diaqnozunu eşidəndə tam sağalmaq barədə düşünmürdü.
Muxalifet - 19-06-2019
Messi Neymarı “Barselona”ya qaytarmağa çalışır
“Barselona” klubunun forvardı və kapitanı Lionel Messi braziliyalı futbolçu Neymarın Kataloniya klubuna qayıtmasını istəyir.
Bu barədə “El Mundo” nəşri məlumat yayıb.
Məlumata əsasən, argentinalı hücumçu bu istəyini klubun prezidenti Xosep Mariya Bartomeuya ifadə edib.
“Barselona” klubunun rəhbərliyi hazırda potensial transfer sövdələşməsinin şərtlərini götür-qoy edir.
Neymar hazırda Fransanın PSJ klubunda çıxış edir və klubla yollarını ayıracağı ilə bağlı söz-söhbətlər gedir.Muxalifet - 19-06-2019
“Nar” fiziki məhdudiyyətli idmançılara dəstək olacaq
Gənclərə və idmana yönəlik korporativ sosial məsuliyyət (KSM) strategiyasını davam etdirən “Nar”, “Ümid” İdman Klubuna dəstək olacaq. Mobil operator klub üzvlərinin Paralimpiya Oyunlarına lisenziya qazanması üçün Avropa və dünya yarışlarına hazırlaşmasına öz töhfəsini verəcək. Layihə çərçivəsində klub idmançılarına lazım olan təchizatı və digər xərcləri “Nar” təmin edəcək.
Muxalifet4 - 19-06-2019
SON DƏQİQƏ: Qarabağda döyüş başlayacaq – Rusiyadan XƏBƏRDARLIQ
“Hadisələrin inkişafı gec-tez Qarabağda silahlı toqquşmaya gətirib çıxaracaq”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Qriqori Trofimçuk deyib.
Onun sözlərinə görə, Paşinyan “sülh əvəzinə əraziləri dəyişdimirik” deyəndən sonra danışıqlar prosesi sual altına düşdü və Bakıda Ermənistanın baş nazirinin bütün bəyanatları neqativ qarşılanır.Muxalifet - 19-06-2019
BMT Kaşıkçı cinayəti ilə bağlı hesabat verdi: vəliəhd şahzadə bin Salmana qarşı sanksiya tətbiq edilməli, Türkiyədən üzr istənməlidir
BMT-nin mühakiməsiz və özbaşına edam məsələləri üzrə xüsusi hesabatçısı Aqnes Kallamardın səudiyyəli jurnalist Camal Kaşıkçının ölümü ilə bağlı hazırladığı hesabatda deyilir: “Kaşıkçı beynəlxalq hüquqa görə, Səudiyyə Ərəbistanın məsuliyyət daşıdığı, qəsdən və planlı şəkildə həyata keçirilən mühakiməsiz edamın qurbanı olub”.
BMT İnsan Hüquqları Ali Komissarlığı tərəfindən (OHCHR) bu gün açıqlanan 101 səhifəlik hesabatda deyilir: “BMT-nin baş katibi (Antonio Quterres), Kaşıkçının öldürülməsi ilə bağlı kriminal istintaqı başlatmalıdır”.
Muxalifet - 19-06-2019
Rayon başçısı son əmlakını da Xocalı qaçqını olan qadının əlindən aldı
1993-cü ildə Xocalı qaçqını, həyat yoldaşı Xocalı aeroportunu müdafiə edərkən qəhrəmancasına həlak olmuş Mehriban Bəkirovaya (Həmzəyevaya) Beyləqan rayonunun Türklər qəsəbəsində 12 sot torpaq sahəsi ayrılıb.
Mehriban Bəkirova və dörd azyaşlı uşağı bütün bu illər ərzində əksər Xocalılılar kimi Goranboy rayonunda yaşayıb. Həmin dövrdə hakimiyyət yerli sovxoz fondundan 22 hektar torpaq ayırıb, amma kadastr sənədlərinin, xəritələrin tərtibatının və məhz kimə və harada torpaq sahəsi ayrıldığını dəqiq şəkildə müəyyən etməyin qeydinə qalmayıb.
Muxalifet - 19-06-2019