Axtarış
The search found 105785 results in 0.047 seconds.
Search results
Mnatsakanyan ABŞ-da həmsədrlərlə görüşdü
Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) ilə görüşüb.
Virtualaz.org bildirir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Vaşinqtonda baş tutan görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
Xatırladaq ki, iyunun 20-də Vaşinqtonda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Z.Mnatsakanyanla görüşü keçirilməlidir.Muxalifet - 19-06-2019
ABŞ-dan Ukraynaya 250 milyon dollarlıq yardım
ABŞ Ukrayna ordusuna 250 milyon dollarlıq yardım etməyi planlaşdırır.
Amerika Ukrayna ordusunda struktur islahatlarına dəstək verməyə qərarlıdır.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) rəsmi internet saytında Ukraynaya 250 milyon dollarlıq yardım etmək istədiklərini açıqlayıb.
250 milyon dollarlıq dəstək
Muxalifet3 - 19-06-2019
Meyxanaçı internetdə tanış olduğu oğlanla danışan arvadını döydü, sonra... - Video
Meyxanaçı Araz Astaralının həyat yoldaşı Xannənə Şəkərovanı döydüyü ortaya çıxıb.
Onun xanımını döyməsinə səbəb isə qadının sosial mediada tanış olduğu Türkiyə vətəndaşı ilə telefonla danışması olub. Bu xəyanəti qəbul edə bilməyən ər Xannənəni döyüb. Bundan sonra 2 uşaq anası evdən qaçıb. Bir neçə gün sonra isə onun Bakıya gələrək tanımadığı bir qadının evində qaldığı məlum olub.
Qeyd edək ki, Xannənə meyxanaçı Araz Astaralının arvadıdır.Muxalifet - 19-06-2019
Ermənilərdən yəhudilərə qarşı DƏHŞƏTLİ ƏMƏL - Görün NƏLƏR ETDİLƏR
İyunun 8-də İsraildə ermənilər vəhşilik törədiblər.
Yəhudilərin Şavuot dini bayramı ərəfəsində erməni kilsəsinin 60 tələbəsi Qüdsün Köhnə şəhər hissəsində “Erməni Patriarxı” küçəsində gəzən iki gənc yəhudiyə hücum edərək onları vəhşicəsinə döyüblər.
Erməni kilsəsinin yerləşdiyi bölgə
Vəkil Xaim Bleyçerin verdiyi məlumata görə, yəhudi gənclər erməni tələbələrin kahinlərinin əmrinə qədər döyülüb. Belə ki, kahin yəhudilərin vəhşicəsinə döyülməsindən ləzzət alıb və yalnız gənclərin ölümcül hala salındığını gördükdən sonra vəhşiliyi dayandırıb.Muxalifet - 19-06-2019
BƏƏ ordusu Yəməndəki kritik bölgədən qaçdı
Birləşmiş Ərəb Əmrlikləri Yəməndəki Sokotra adasındakı hökumət qüvvələriylə yaşanan silahlı qarşıdurmalardan sonra adadan ayrılmaq məcburiyyətində qalıb.
Verilən məlumata görə, Birləşmiş Ərəb Əmrliklərinin silahlı qüvvələri Yəmənin Sokotra adasından çəkilib.
Sokotranın rəhbəri Nizar Mahrus etdiyi yazılı açıqlamada, təxribatçı ünsürlərin bu gün adadakı Erahbil limanına hücum etdiyini, yaşanan qarşıdurmalardan sonra söz mövzusu qüvvələrin qaçaraq adanı tərk etmək məcburiyyətində qaldıqlarını ifadə edib.Muxalifet3 - 19-06-2019
Müəllimlərə ŞAD XƏBƏR: Bu tarixdən 605 manat olacaq
Azərbaycanda aylıq vəzifə maaşlarının artımı orta məktəblərdə çalışan 160 minə yaxın müəllimi əhatə edəcək.
Muxalifet.az-ın məlumatına görə, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılaraq orta aylıq əməkhaqqı 605 manat müəyyənləşib.Muxalifet - 19-06-2019
Mursinin vəfatını belə bəyan etdilər: Yalan ortaya çıxdı
Misirdə çevrilişçiçi Sisi rəhbərliyinin qadağası ilə üzləşən elektron media dünən seçilmiş ilk dövlət başçısı Məhəmməd Mursinin vəfatını təlimatla göndərilmiş və yalnız 42 sözdən ibarət olan eyni mətn ilə xalqa bəyan edib. Xəbərin aparıcısı Whatsapp ilə göndərildiyi aydın olan və promptera əks etdirilən mətnin sonundakı ibarəni də səhvən oxuyub: "Bu mesaj Samsung cihazından göndərildi". Bununla da xəbər təqdimatının Sisi xuntası tərəfindən xüsusi olaraq hazırlandığı ortaya çıxıb və şübhələri bir az da artırıb.
Müxalifət.azMuxalifet3 - 19-06-2019
Binəqədidə qardaş qardaşı döydü
Binəqədi rayonunda kişi ögey qardaşı tərəfindən döyülüb.
Oxu.Az xəbər verir ki, 1979-cu il təvəllüdlü Abdullayev Ramin Kamal oğlu Binəqədi İdman Kompleksinin yaxınlığında ögey qardaşı tərəfindən döyülüb.
R.Abdullayev dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb.
Faktı Binəqədi Rayon 4-cü Polis Bölməsi araşdırır.Muxalifet - 19-06-2019
Putin II Avropa Oyunlarının açılışına getmir - AZƏRBAYCAN PREZİDENTİ VƏ DAHA HANSI VİP QONAQLAR ...
Minskdə iyunun 21-də start götürəcək II Avropa Oyunlarının açılışı mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Salome Zurabişvili, Moldova prezidenti İqor Dodon, Serbiya prezidenti Aleksandr Vuçiç, habelə Bosniya və Hersoqovina rəyasət heyətnin sədri Milorad Dodik iştirak edəcəklər.
Bu barədə Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz Minskdə keçirdiyi brifinqdə bildirib.
Muxalifet - 19-06-2019
Yol polisi saxladı, BNA cərimə yazdı – Bakıda kuryoz hadisə - FOTO
Bakıda vətəndaşın başına kuryoz hadisə gəlib.
Bakupost.az-ın məlumatına görə, Fərhad Həmidov adlı vətəndaş yolda hərəkət zamanı yol polisi tərəfindən saxlanılıb və qayda pozuntusuna görə cərimələnib.
Hadisədən bir neçə gün sonra isə Bakı Nəqliyyat Agentliyindən sürücüyə yol polisinin saxladığı yerdə dayanıb dayanma-durma qaydasına pozduğuna görə yeni cərimə gəlib.
Muxalifet - 19-06-2019
Ərəb turistlərin biabırçı görüntüləri – TƏYYARƏNİ AYAQYOLUNA DÖNDƏRİBLƏR / VİDEO
Azərbaycanda ərəb turistlərin pinti olması, natəmizliyi haqqında dəfələrlə görüntülər paylaşılıb.
Muxalifet4 - 19-06-2019
Binəqədidə maşında öldürülən məşhur riyaziyyatçının oğludur - ilginc gəlişmə
“Mübariz Budaqlını 3 maşın təqib edib” iddiası var; cinayət işinin yeni detalları...
Muxalifet - 19-06-2019
Masazırda bu gün elektrik enerjisi fasilələrlə veriləcək
Bu gün saat 13.30-dan 15.30-dək 110/10 kVt-luq Əliağa Vahid yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
Bu barədə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Muxalifet.az-a deyib.
Yaranmış narahatçılığa görə, “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.Muxalifet - 19-06-2019
Maaşlar nə qədər artacaq? - Nazirlik açıqladı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli Sərəncamı respublikamızda əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində 2019-cu ilin elə ilk aylarından atılan inqilabi addımların davamıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bakupost-a verilən məlumata görə, sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq.
Muxalifet - 19-06-2019
Yunanıstan Türkiyəni təhdid etdi: “Buna əsla icazə verməyəcəyik”
Yunanıstanın baş naziri Aleksis Çipras Türkiyə ilə Şərqi Aralıq və Egey dənizində yaşanan gərginlik haqqında açıqlama verib.
Yunanıstanın baş naziri Aleksis Çipras Egey və Şərqi Aralıq dənizində təzyiqin artdığı təqdirdə bir planlarının olduğu söyləyib. Çipras "Türkiyənin Egeydə təzyiqi artırdığı təqdirdə bunu önləmək üçün bir planımız var. Ankaranın Kipr açıqlarına ikinci bir qazma gəmisi göndərib, qazmaya başlayacağını düşünmürəm" deyib.
"GERİ ADDIM ATMAYACAĞIQ"
Muxalifet3 - 19-06-2019
İsa Həbibbəyli: Maaş artımı AMEA-nın 300-dən çox əməkdaşına şamil edilir
Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatında çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılması barədə sərəncam AMEA-nın Rəyasət Heyətində təmsil olunan və ona bağlı idarəetmə qurumlarında çalışan 300 nəfərdən çox əməkdaşa şamil edilir.
Bunu özəl olaraq Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli deyib.
Muxalifet - 19-06-2019
Maaşlar yaxın vaxtlarda yenə qalxacaq - DEPUTATLARDAN ANONS
Ölkə prezidenti son bir il ərzində ikinci dəfədir ki, ölkədə minumum əməkhaqqını artırır, minimum əməkhaqqı 250 manata qədər qaldırılır. Dövlətdən maliyyələşən təşkilatların hamısında maaşların artırılması cəmiyyətin, demək olar ki, bütün üzvlərinin sosial rifahına ciddi şəkildə təsir edir və edəcək. Bunu oxu.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Muxalifet - 19-06-2019
Zaqatalada Qanıx vadisini qansoranlar basıb, kəndlərdən evlərini tərk edənlər var - YERLİ MƏMURLARIN AÇIQLAMALARI
Zaqatala rayonunun Qanıx (Alazan) çayı vadisində yerləşən kəndləri iri ağcaqanadların və digər həşəratların hücumuna məruz qalıb. Bu il yazın əvvəllərində çayın daşması nəticəsində əmələ gələn bataqlıqlar həşəratların sürətlə çoxalması üçün əlverişli şərait yaratdığından, isti yay aylarında çay hövzəsi kəndlərdə yaşamaq müşkülə çevrilib. Qanıx sahilində yerləşən Kəpənəkçi, Mosul, Aşağı Çardaxlar və digər kəndlərin sakinləri evlərində rahat yaşaya bilmədiklərindən yay aylarında hətta öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qalır.
Muxalifet - 19-06-2019
Güclü yağış Tbilisidə fəsadlar törədib
Gürcüstanın paytaxtı Tbilisidə ötən gecədən yağan güclü yağış şəhərdə bir sıra fəsadlar törədib.
“Report”un yerli bürosu xəbər verir ki, qeyri-sabit hava şəraitinin yaratdığı problemlərlə bağlı Gürcüstanın Fövqəladə Halların İdarə olunması Agentliyinə paytaxt sakinlərindən 60-dan çox müraciət daxil olub.
Muxalifet - 19-06-2019
60 yaşlı kişi dənizin ortasında 4 gün ac və susuz qaldı - VİDEO
Sinqapurlu dayvinq üzrə instruktor Con Lou 4 gün, 4 gecə Cənubi Çin dənizində qalıb.
Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, onun qayığı aşdıqdan sonra 60 yaşlı Con 4 gün sadəcə xilasedici dairə ilə qalıb.
Con Tioman adası yaxınlığında suyun dibinə enmək istəyib. Bu zaman güclü dalğa onun qayığını aşırıb və instruktor suya düşüb. O, nə baş verdiyini anlayana qədər qayıq batır.Muxalifet - 19-06-2019