Axtarış
The search found 105785 results in 0.132 seconds.
Search results
Hücumlardan sonra Suriyadan “Türkiyə” açıqlaması!
Türkiyənin Suriya tərəfindən nəzarət edilən İdlib bölgəsindəki müşahidə nöqtəsinə hücum təşkil edildiyi istiqamətindəki açıqlamasından sonra Suriya Xarici İşlər naziri ‘Ankara ilə qarşıdurma istəmədiklərini' söyləyib.
Rəsmi təmaslar çərçivəsində Çində olan Suriya Xarici İşlər naziri Velid Müəllim həmkarı Wang Ye ilə birlikdə təşkil edilən ortaq brifing əsnasında Türkiyəyə mesaj verib.
Müəllim "Ümid edirik ki, ordumuz və Türkiyə ordusu döyüşməyəcək. Bu bizim prinsipial mövqeyimizdir" deyib.
Muxalifet3 - 18-06-2019
Dünyada nə qədər əhali var? – BMT açıqladı
BMT-dən edilən açıqlamaya görə, 2050-ci ildə dünya əhalisi 9.7 milyarda çatacaq. BMT bundan başqa, bu gün 7.7 milyard olan dünya əhalisinin gedərək daha çox qocaldığını ifadə edib.
BMT-nin İqtisadi və İctimai Mövzular Əhali Qurumu tərəfindən açıqlanan hesabata görə, dünya əhalisi bu əsrin sonunda 11 milyard civarında olacaq.Muxalifet3 - 18-06-2019
Ağstafada 4 nəfərin güllələnərək öldürülməsinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ - VİDEO
Dünən səhər saatlarındaı Ağstafa rayonunda törədilmiş qətliamın görüntüləri yayılıb.
Muxalifet.az xəbər verir ki, baku.ws saytı hadisəni törədən 1994-cü il təvəllüdlü Süleymanov Elnur Ramiz oğlunun kənd bazarında “Koloşnikov” markalı avtomatla necə atəş açmasını əks etdirən videonu yayımlayıb.
Həmin videonu təqdim edirik,Muxalifet - 18-06-2019
Bakıda yeznəsini öldürən “Hozu” həbs edildi
İyunun 14-də saat 1 radələrində Bakıxanov qəsəbəsi ərazisindən Şərur rayon sakini, 47 yaşlı Ramiz Məmmədovun qırma yarası ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Sabunçu RPİ 12-ci Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə ağır cinayətin R.Məmmədovun qaynı, Siyəzən rayon sakini R.Şirinov tərəfindən törədilməsi müəyyən edilib.Muxalifet - 18-06-2019
DƏHŞƏT: 3 uşaq anası Bəturə Məmmədovanı qaçırıb vəhşicəsinə öldürdülər - AZƏRBAYCAN SƏFİRLİYİ İŞƏ QARIŞDI, POLİS QATİLLƏRİ TAPDI
Qazaxıstanın Almata şəhərində Azərbaycan vətəndaşı, 3 uşaq anası Bəturə Məmmədova soyğunçuluq məqsədi ilə qaçırılıb və qətlə yetirilib. Bu barədə Qazaxıstan KİV-lərinin reportajında bildirilir. Gözəllik salonunda kosmetoloq işləyən 40 yaşlı Bəturənin yoxa çıxması haqda xəbər saytlarda bu ilin may ayının sonlarında çıxıb. Xəbərdə deyilirdi ki, qadın mayın 27-də axşam saat 8 radələrində işdən çıxıb və o vaxtdan bəri onu görən olmayıb. 18 gün sonra isə məlum olub ki, Bəturə Məmmədovanı soyublar və vəhşicəsinə qətlə yetiriblər.
Muxalifet - 18-06-2019
Qarabağda erməni hərbçi öldü
Ermənistanın Qarabağda yerləşən işğalçı birləşmələri itki verib.
Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, səhər saatlarında hərbi hissələrin birində baş verən yol qəzasında müqavilə əsasında hərbi xidmət keçən Araik Balasanyan ölüb.
Faktla bağlı cinayət işi açılıb.Muxalifet - 18-06-2019
Lenin Mavzoleyində partlayış törədən terrorçunun sirri… - FOTOLAR
Güclü partlayış səsi baş katibin kabinetində də aydın eşidilib, bu səs bütün Kreml məmurlarını vahiməyə salıb. Həmişə sakitliyin hökm sürdüyü Kreml ərazisində gözlənilmədən baş verən bu partlayış təbii ki, ölkənin birinci şəxslərinin ciddi narahatlığına səbəb olub. 1 sentyabr, 1973-cü il, Moskva şəhəri, Qızıl Meydan... 1 sentyabr olduğundan həmin gün Qızıl Meydanda qələbəlik olub. Məktəblilər ilk dərs günündə gəzintiyə çıxıblar, bir çox məktəb kollektivləri isə Lenin Mavzoleyini ziyarət etmək üçün növbəyə dayanıblar. Naməlum şəxs də bu məktəblilərin sırasında mavzoleyə daxil olub.
Muxalifet - 18-06-2019
Fuad Abbasovun sensasion səs yazısı yayıldı - HƏBSİNİN ƏSL SƏBƏBLƏRİNİ AÇIQLADI - TAM MƏTN
Hazırda Rusiyada həbsdə olan jurnalist Fuad Abbasov ictimaiyyətə audio-səs yollayıb. Həmin səs yazısında jurnalist həbsdə olmasının səbəbi və bunun arxasında dayanan qüvvələr barədə danışıb.
F.Abbasov sözügedən səs yazısında günlərdir qanunsuz olaraq azadlıqdan məhrum olunduğunu deyərək detalları səsləndirib.Muxalifet - 18-06-2019
KÖRFƏZDƏ SULAR BULANACAQ? - ABŞ MN: “Yaxın Şərqə əlavə olaraq 1000 nəfər hərbçi göndərəcəyik”
ABŞ-ın müdafiə naziri vəzifsəini icra edən Patrik Şanahan son dövrdə Oman körfəzində baş verən hadisələrdən sonra Yaxın Şərqə daha 1000 nəfər hərbçi göndəriləcəyini bildirib.
ABŞ-ın müdafiə naziri vəzifələrini icra edən Patrik Şanahanı verdiyi yazılı açıqlamada deyilir: “ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) əlavə qüvvə tələbinə qarşılıq olaraq, Baş Qərargah və Ağ Ev ilə razılaşdırılmış şəkildə Yaxın Şərqdəki hava, dəniz və quru təhdidlərinə qarşı müdafiə məqsədi ilə min nəfərə yaxın hərbçi göndərilməsinə razılıq verdim”.
Muxalifet - 18-06-2019
Çinli turistlərin Azərbaycana cəlbi üçün danışıqlar aparılır – Agentlik rəhbəri
Biz Çin hakimiyyəti ilə çinli turistlərin Azərbaycana səfər etmələri ilə bağlı danışıqlar aparırıq. Ancaq bu müzakirələri də ilk dəfə Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurasının Bəhreyndə keçirilən iclasında aparmışıq. Yəni ÜTT-nin sessiyası bir meydandır. Bu meydan bizə imkan verir ki, ikitərəfli danışqlar aparaq.
Muxalifet.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.Muxalifet - 18-06-2019
Sergey Ryabkov: "Vaşinqtonun Tehrana qarşı hərəkətləri müharibə başlatmağa yönəlib"
"Vaşinqtonun Tehrana qarşı hərəkətləri müharibə başlatmağa yönəlib".
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
"Bir müddətdir ki, ABŞ tərəfindən İrana qarşı siyasi, psixoloji, iqtisadi və hərbi təzyiqlərin artırılması cəhdlərinə şahid oluruq. Bu cür hərəkətlər təxribat xarakterlidir və müharibə başlatmaq üçün məqsədyönlü siyasətin bir hissəsidir”,- deyə rusiyalı diplomat bildirib.Muxalifet - 18-06-2019
Sabiq müstəntiq məhkəmə qarşısında - DƏLƏDUZLUQ İTTİHAMI
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Sumqayıt Şəhər Polis İdarəsinin sabiq müstəntiqi Bəhruz Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org-un xəbərinə görə, cinayət işi üzrə zərərçəkmişlərin əksəriyyəti vaxtilə B.Quliyevin istintaqını apardığı şəxslərin ailə üzvlərdir. Belə ki, həbs olunanların yaxınları sabiq müstəntiqə pul verdiklərini və aldadıldıqlarını iddia edirlər.
Muxalifet - 18-06-2019
BMT-dən dünyanı sarsıdan açıqlama! ‘ABŞ İrana taktiki hava hücumu edəcək'
BMT Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı təsisatlarına taktiki hava bombardmanı etmək niyyətində olduğunu ifadə edib.
BMT-dən adının açıqlanmasını istəməyən bəzi qaynaqlar Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı təsisatlarına taktiki hava bombardmanı keçirmək niyyətində olduğunu bildirib.Muxalifet3 - 18-06-2019
Mübariz İbrahimovun şəhid olduğu gündür
Bu gün Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Mübariz İbrahimovun şəhid olduğu gündür. Muxalifet.az-ın məlumatına görə, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Muxalifet - 18-06-2019
Ayaqyalın gəzməyin uşaqlara bilmədiyiniz FAYDASI
Bəşəriyyət milyonlarla il ayaqyalın keçinib və yalnız son bir neçə əsrdə ayaqqabı geyinməyə başlayıb. Tədqiqatçı alimlərin sözlərinə görə, ayaqyalın gəzəndə daban fərqli şəkildə formalaşır. Ayaqabının yaratdığı təzyiq nəticəsində daban böyüyür, pəncə isə daralır. Ayaqqabısız çox gəzənlərin isə ayağı daha genişlənir, dolayısı ilə təzyiq dabana yox, pəncə və ayaq barmarlarına daha çox yayılır.
Muxalifet - 18-06-2019
Bakıda çoxmərtəbəli binada təhlükə - Kondisioner asılı vəziyyətdə qaldı
Bu gün Bakının Nizami rayonunda yanğın qeydə alınıb.
Muxalifet.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının çöl divarına bərkidilən kondisionerin mühərriki yerindən qoparaq asılı vəziyyətdə qalması barədə müraciət daxil olub.Muxalifet - 18-06-2019
Azərbaycanda dəhşət: 3 uşaq anası hamamda asılmış vəziyyətdə tapıldı - VİDEO
Muxalifet.az Oxu24.com-a istinadən xəbər verir ki, Masallı rayonunda 3 uşaq anasının müəmmalı şəkildə ölməsi böyük müzakirələrə səbəb olub. Müəmmalı ölüm hadisəsi ilə bağlı Space TV-də yayımlanan "Gəl, Dərdini Danış" verilişində sensasion fikirlər səsləndirilib. İntihar edən Nəsibənin yaxınlarının iddiasına görə, qızları öldürülüb, daha sonra asılıb. Yaxınlarının iddiasına görə, 3 uşaq anası əri tərəfindən öldürülüb.Daha sonra izi itirmək üçün asılıb. Hadisə ilə bağlı qarşı tərəf iddiaları rədd edib.
Muxalifet - 18-06-2019
Azərbaycanda istehsal olunan kərə yağı haqda SENSASİON İDDİALAR
“Hazırda ən böyük problemlərdən biri kərə yağı adı altında əslində, içərisində spred yağ qarışı olan yağların satılmasıdır. Bu, insan səhhəti üçün zərərli olmasa da hiyləgərlikdir. Bilirik ki, kərə yağı heyvansal yağdır, heyvan südündən hazırlanır. Amma onun içinə bitkisəl yağ qarışdıraraq (Spred) kərə yağı adı altında işbazlıq edərək, marketinq oyunu oynayaraq satırlar”.
Muxalifet - 18-06-2019
Paşinyan separatçıları Azərbaycanla təkbətək qoyacaq – İrəvanda nə baş verir?
“Paşinyan “Qarabağ klanı”nın onunla hesablaşmadığını düşünür və ona təzyiq edir, eyni zamanda ikincilər də baş nazirdən narazıdır”. Bu barədə rusiyalı ekspert Aleksey Fenenko deyib. Lakin ekspert hesab edir ki, hazırda Paşinyan “Qarabağ klanı”ından güclüdür. “Mən xalq dəstəyindən danışırıam, hərçənd, son zamanlar bu dəstək zəifləyir. Ermənilər ötən il baş verən inqilabı qəbul etdilər. Paşinyan bu gücdən istifadə edərək, “Qarabağ klanı”na təzyiq edir. O, istənilən vaxt deyə bilər: “Özünüzü pis aparacaqsanız, Qarabağa maliyyə dəstəyini kəsəcəyik, onda Azərbaycanla təkbətək qalın”.
Muxalifet - 18-06-2019
Füzulidə 63 yaşlı kişini cərayan vuraraq öldürdü
Füzulidə 63 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölüb.
APA-nın məlumatına görə, rayonun Zobucaq-2 qəsəbəsində yaşayan, 1956-cı il təvəllüdlü Dadaş Teymurov evində elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Füzuli rayon Prokurorluğunda cinayət işi başlanıb.
Muxalifet - 18-06-2019