Axtarış
The search found 105785 results in 0.046 seconds.
Search results
""Qaloş piri"nin videosunu paylaşan şəxs dövlətə zərbə vurmaq istəyir" - ŞEYXİN DEPUTAT QARDAŞI
Milli Məclisin İctimai birliklər və Dini Qurumlar Komitəsinin üzvü, deputat, hakim Yeni Azərbaycan Partiyasında təmsil olunan Cavanşir Paşazadə Press.az-ın suallarını cavablandırıb. -Cavanşir bəy Goranboyun Qurbanzadə kəndindəki pirdə çəkilən görüntülər səs-küylü müzakirələrə səbəb olub. Müzakirələrin səbəbi isə insanların nicat tapmaq üçün gəldiyi pirdə başına qaloş sürtdürməsidir. Sonradan deyilənlərə görə bu qaloş deyil, burada yaşayan Seyid Miribiş ağaya məxsus papaq imiş.
Muxalifet - 18-06-2019
Elmira Süleymanova rusiyalı həmkarına müraciət edib – Fuad Abbasovla bağlı
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Rusiyada həbs olunan azərbaycanlı jurnalist Fuad Abbasovun məsələsi ilə bağlı rusiyalı həmkarı Tatyana Moskalkovaya məktub ünvanlayıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, E.Süleymanova məktubunda F.Abbasovla bağlı məsələnin və onun saxlanma şəraitinin nəzarətdə saxlanılmasını xahiş edib.Muxalifet - 18-06-2019
Sabiq deputatın oğlu 758 minlik dələduzluqda ittiham edilir - TƏFƏRRÜAT
Sabiq deputatın oğlu dələduzluğa və mənimsəməyə görə həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində 1983-cü il təvəllüdlü Məmmədov Elvin Dünyamalı oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Muxalifet - 18-06-2019
Yakudza mafiyasının üzvləri necə yaşayır? - JURNALİST ARAŞDIRMASI
Yaponiyada mütəşəkkil cinayətkarlıq üzrə ekspert və tədqiqatlar aparan jurnalist Ceyk Adelşteynin yeni araşdırması üzə çıxıb. “Ölkə.Az” xəbər verir ki, başlanğıcı Meydzi dövründən başlayan cinayətkar qruplaşmaların əks tərəfi barədə yazı dərc edilib. Bu məqalə “Le Figaro” qəzetində dərc edilib. “Bu gün yakudza deyiləndə bədəni döymələrlə dolu, ən azı iki barmağı kəsilmiş kişilər nəzərdə tutulur. Realda isə biz cibində tapanca olan bankirlərlə rastlaşırıq”, - deyə Adelşteyn deyir. Ceyk Yaponiyanın “Yomiuri Shimbun” qəzetində çalışan ilk xarici jurnalist olub.
Muxalifet - 18-06-2019
Türkiyə ABŞ-ın CAVABINI VERDİ
Türkiyə Müdafiə Nazirliyi ABŞ Müdafiə Nazirliyinə cavab məktubu yollayıb.
Məktubda ABŞ-ın müttəfiqlik ruhuna uyğun olmayan yanaşmasından doğan narahatlıq vurğulanıb.
Qeyd edək ki, ABŞ Müdafiə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Patrik Şanaxan Türkiyənin Müdafiə naziri Hulusi Akara məktub göndərmişdi. Məktubda Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sisteminin Türkiyə üçün ağır nəticələr doğuracağı, maksimum təzyiq və sanksiya tətbiq olunacağı yazılmışdı./publikaMuxalifet - 18-06-2019
“Prezidentin xanımı bizdən xəbərsiz “talkuçka”ya getmişdi” - Elçibəyin mühafizəçisi
Mərhum prezident Əbülfəz Elçibəyin şəxsi mühafizə xidmətinin rəisi Oqtay Məmmədov bu günlərdə dünyasını dəyişən Həlimə Əliyeva barədə xatirələrini Teleqraf.com-a danışıb.
Muxalifet.az müsahibəni oxucularına təqdim edir:
- Oqtay bəy, əslində üzdə görünməsəniz də, Elçibəy ailəsinə ən yaxın şəxslərdən biri siz olmuşunuz. Həlimə xanım yaddaşınızda necə qalıb?Muxalifet - 18-06-2019
Parkda gəzinti: milyarder Karapetyan Kremldən Paşinyana nə xəbər gətirmişdi... - ÖZÜ DƏ QARABAĞA DAİR VAŞİNQTON GÖRÜŞÜ ƏRƏFƏSİNDƏ
Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə erməni əsilli rusiyalı milyarder-oliqarx, “Taşir” qrupunun sahibi Samvel Karapetyanla Yerevan parklarından birində gəzinti zamanı görüntülənib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, həmin parkın yenidən qurulması 2015-ci ildə başlanmışdı, pulları isə Karapetyan verirdi. İndi park rəsmən iyunun 1-də açılıb və Paşinyan iyunun 16-da Karapetyanla birlikdə parkda görünüb. Xəbər verilib ki, erməni milyarder ailəsi ilə birlikdə Ermənistandadır.
Muxalifet - 18-06-2019
Bakıda müəllim şagirddən pul istədi - Valideyn polisə müraciət etdi
Bakıda valideyn məktəbdə övladından pul istənilməsinə görə hüquq-mühafizə orqanlarına müraciət edib.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, Bakı sakini olan qadın Xətai rayonu üzrə hüquq-mühafizə orqanlarına ünvanladığı ərizədə bildirib ki, iyunun 6-da 9-cu sinifdə oxuyan oğlundan təhsil aldığı 171 saylı məktəbin müəllimləri tərəfindən pul istənilib. O, oğlu pul vermədiyinə görə övladının psixoloji təzyiqlərə məruz qaldığını, eləcə də özünün təhqir olunduğunu bildirib.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.Muxalifet - 18-06-2019
"Qarabağ"ın rəqibi müəyyənləşdi - YENİLƏNDİ
"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Muxalifet.az-ın xəbərinə görə, UEFA-nın Nyon şəhərindəki püşk Albaniyanın "Partizan"ını komandamıza rəqib edib. Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda keçiriləcək. *** 08:45 Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Püşkdə ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək “Qarabağ”ın da rəqibi bilinəcək.
Muxalifet - 18-06-2019
Rəsmi mərasimdə Angela Merkelin halı pisləşdi
Almaniyanın baş naziri Angela Merkel rəsmi mərasimlə qarşılandığı Ukraynada halı pisləşib. Görüntülərdə Merkelin çox şiddətli şəkildə titrədiyi və özünə çətin hakim olduğu görülür. Almaniyanın baş naziri Angela Merkel Ukraynanın yeni seçilən prezidenti Vladimir Zelenski ilə görüşmək üçün Ukraynaya gedib. Zelenski tərəfindən rəsmi mərasimlə qarşılanan Merkelin mərasimdəki görünüşləri hər kəsi qorxudub. Mərasimdə halı pisləşən Merkelin çox şiddətli şəkildə titrədiyi və özünə çətin hakim olduğu görülür.
Muxalifet3 - 18-06-2019
“Diletantlar Fuad Abbasovu qızışdırırlar...” - Jurnalistin vəkilindən sensasion açıqlama - AUDİO
Hazırda həbsdə olan jurnalist Fuad Abbasov yeni səsyazısı ilə öz durumu barədə məlumat verib. F.Abbasovun vəkili Elman Paşayev özünün təşəbbüsü ilə TV Musavata səsli açıqlama verib. Hər zaman ondan Fuad bəylə bağlı dəstək açıqlamaları alan müxbirimiz bu dəfə heyrətə gəlib. Özünüzün də dinləyəcəyiniz kimi, Rusiyanın ən məşhur vəkili Elman Paşayev bu dəfə Fuad Abbasovu dəstəkləyən yox, ittiham edən, suçlayan açıqlama verib. Bunun nədən belə olduğunu da özü izah edib.
Muxalifet - 18-06-2019
Buraxılış imtahanının II mərhələsinin nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 16-da 29 şəhər və rayonda, o cümlədən müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə təhsil alan 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının II mərhələsinin nəticələrini elan edib.
DİM-dən Muxalifet.az-a verilən məlumata görə, imtahanın nəticələri saat 17:30-dan etibarən DİM-in internet saytında yerləşdirilib.Muxalifet - 18-06-2019
Suriyalı terrorçudan şok etiraf: "Ağır silah təlimini Amerikanlar verdi"
Terror təşkilatı PKK/YPG-yə yönəlik istintaq çərçivəsində haqqında iddia açılan Suriyalı terrorçu ağır silah təlimini ABŞ-dan aldıqlarını etiraf edib.
PYD/YPG üzvü olan Suriyalı terrorçu H. M, peşmanlıq qanunundan faydalanaraq ifadə verib.
İfadəsində, təxminən 6 il əvvəl Türkiyəyə gəldiyini, ancaq Hələbdə yaşayan atasının xəstələnməsindən sonra təkrar Suriyaya qayıtdığını deyən terrorçu H. M, burada 2 ay qaldıqdan sonra Aynularab (Kobani) yaxınlarında olan Pendir kəndinə getdiyini bildirib.Muxalifet3 - 18-06-2019
GÖMRÜKDƏ UĞURLU ƏMƏLİYYAT: İrandan Avropaya aparılan 129 kq heroin Azərbaycanda tutuldu
Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarının uğurlu əməliyyatı nəticəsində 128 kq 689 qram narkotik vasitə - heroin aşkar edilərək dövriyyədən çıxarılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən virtualaz.org-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından ölkə ərazisinə daxil olacaq “İveco” markalı, B979SAL/B876SAL nömrə nişanlı yük nəqliyyat vasitəsində Azərbaycandan tranzit keçməklə Avropa ölkələrinə külli miqdarda narkotik vasitələr aparılacağı barədə əməliyyat məlumatı daxil olub.
Muxalifet - 18-06-2019
Fəhlələrin şit zarafatı qanla bitdi: Biri qəbrə, biri isə... - TƏFƏRRÜAT
Şirvanda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əziz İbadovun məhkəmə bitib.
Muxalifet.az Bakupost.az-a istinadən xəbər verir ki, İbadov Əziz Loğman oğlu Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində yerləşən binada aparılan təmir-tikinti işlərində çalışıb. Bu zaman iş yoldaşlarının Abbasov Abas Qulamhüseyn oğlu ilə etdiyi zarafata sonuncu söyüşlə cavab verib. Bu zaman Ə.İbadov iş yoldaşına iradını bildirib.
A.Abbasov işdən sonra həmin məsələni aydınlaşdırmaq məqsədi ilə ona heç kimin onları görə bilməyəcəyi yerə getməyi təklif edib.Muxalifet - 18-06-2019
Merkelin ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI: Zelenski ilə birgə... - VİDEO
Almaniya kansleri Angela Merkel Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüş zamanı özünü pis hiss edib. Qırmızı xalıda dayanan zaman Almaniya Nazirlər Kabineti rəhbərini güclü əsməcə tutub. O, dövlət himni səslənən müddətdə əllərinin vəziyyətini təxminən on dəfə dəyişib. Sonra tərəflər danışıqlara yollanıb və təxminən bir saat 30 dəqiqədən sonra mətbuat qarşısına çıxıblar. “Mən bundan sonra azı üç stəkan su içdim. Yəqin suya ehtiyacım varmış. Hazırda özümü çox yaxşı hiss edirəm”, - deyə Angela Merkel jurnalistlərə açıqlamasında bildirib./Axar
Muxalifet - 18-06-2019
Əhaliyə ŞAD XƏBƏR: Minimum aylıq əməkhaqqı artırıldı
Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:Muxalifet - 18-06-2019
Azərbaycanda yüzminlərlə insanın maaşı artırıldı - PREZİDENTDƏN ARDICIL SƏRƏNCAMLAR
Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.Sərəncamda deyilir:
Muxalifet - 18-06-2019
ŞOK: Polis “WhatsApp” yazışmalarını izləyəcək
İndoneziya hökuməti ölkə polisinə "WhatsApp" messencer proqramında yazışmaları izləmək hüququ verən planı dəstəkləyib.
Muxalifet.az Trend-ə istinadən bildirir ki, bu prosesdə əsas diqqət qrup yazışmalarına veriləcək.
Bu qərar İndoneziya cəmiyyətində gərginliyin artması ilə əlaqələndirilib.
"WhatsApp" yazışmalarının izlənilməsi ilə bağlı təklif ölkənin Daxili İşlər Nazirliyi və Kommunikasiya və İnformasiya Nazirliyi tərəfindən irəli sürülüb.Muxalifet - 18-06-2019
BMT-dən Mursi ilə bağlı tələb
Misirin hakimiyyət orqanları İyunun 17-də məhkəmə prosesi zamanı həyatını itirmiş sabiq prezident Məhəmməd Mursinin ölümünün müstəqil təhqiqatını aparmalıdır. Muxalifet.az xəbər verir ki, bu bəyanatla Cenevrədə BMT-nin insan hüquqları üzrə ali komissarı İdarəsinin rəsmi nümayəndəsi Rupert Kolvill çıxış edib. “Aydındır, vətəndaş Mursinin saxlanma şəraiti də daxil, onun ölümü ilə bağlı son dərəcə diqqətlə müstəqil təhqiqat aparmaq lazımdır”, -deyə o, jurnalistlər arasında yayılan yazılı şərhində qeyd edib.
Muxalifet3 - 18-06-2019