Axtarış
The search found 105785 results in 0.046 seconds.
Search results
İngiltərəli nazirdən Trampa: Öz ölkəsi üçün narahat olsun!
ABŞ Prezidenti həddindən artıq zorakılıq məsələsində haqlıdır, ancaq zorakılığın İngiltərədən 10 dəfə çox olan ölkəsi üçün narahat olsun.
Muxalifet.az xəbər verir ki, bunu İngiltərənin Daxili İşlər naziri Sayid Cavid deyib.
O, İngiltərədə cinayətlərin artmasında London bələdiyyə sədri Sadiq Xanı ittiham edən Trampı tənqid edib. Nazir belə bir addımın böyük bir ölkə rəhbərinə yaraşmadığını bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp son günlərdə Londonda cinayətlərin artmasında bələdiyyə sədri Sadiq Xanı günahlandırıb.
Muxalifet3 - 17-06-2019
Köçəryan Rusiya ilə İrəvana qarşı saziş başlayıb - Səfəryan
Rusiyadan Robert Köçəryana açıq dəstək var.
Muxalifet.az xəbər verir ki, bunu “1in.am” saytına müsahibəsində erməni politoloq Stepan Səfəryan deyib.Muxalifet3 - 17-06-2019
Ərdoğandan Mursinin ölümünə reaksiya
Mursi şəhid olub, onunla eyni yolda addımlayan hər kəsin başı sağ olsun.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, Misirin sabiq Prezidenti Məhəmməd Mursinin ailəsinə və yaxınlarına, eləcə də Misir xalqına başsağlığı verib.
Qeyd edək ki, bu gün məhkəmə zalında dünyasını dəyişən Məhəmməd Mursi Misirin demokratik üsulla seçilmiş ilk prezidentidir.
Muxalifet3 - 17-06-2019
Ölkədə hamı bu polisdən danışır
Polis əməkdaşları Moskva metrosunun “Oktyabrskaya” stansiyasının vestibülündə unutduğu bir paket pulu moskvalıya təhvil veriblər.
Muxalifet.az xəbər verir ki, bu barədə “RİA-Novosti”yə paytaxt polisinin mətbuat xidmətinin rəhbəri Yuri Titov bildirib.Muxalifet3 - 17-06-2019
İmamoğlu-Yıldırım debatının aparıcısı ələ salındı - Foto
Xəbər verdiyimiz kimi, İstanbul Böyüşşəhər Bələdiyyəsinə namizədlər Əkrəm İmamoğlu (Millət İttifaq) və Binəli Yıldırım (Cümhur İttifaqı) canlı yayımda debata çıxaraq, aparıcı İsmayıl Küçükkayanın suallarını cavablandırıb. Muxalifet.az xəbər verir ki, İsmayıl Küçükkayanın moderatorluğu sosial mediada geniş müzakirələrə səbəb olub. Türkiyə siyasi tarixində 17 il sonra baş tutan canlı yayımda aparıcının moderatorluğu ilə bağlı namizədlərdən rəy alması birmənalı qarşılanmayıb.
Muxalifet3 - 17-06-2019
Köpü yaradan səbəblər: necə xilas olaq? – SADƏ ÜSUL
Passiv həyat tərzi, hərəkət qabiliyyətinin az olması günün aktual problemlərindən olan köpü yaradan başlıca səbəblərdəndir.
Bu sözləri açıqlamasında ümumu cərrah, koloproktoloq Türkan Gündüz bildirib. Həkimin sözlərinə görə, qəbizlikdən əziyyət çəkən insanlarda bu problem daha çox yaşanır:Muxalifet3 - 17-06-2019
Türkiyə buna davam edərsə, sanksiya olmalıdır - Mitsotakis
Ankara Şərqi Aralıqda qayda pozuntularına davam edərsə, Kipr və Yunanıstan AB-nin Türkiyəyə sanksiya tətbiqini təmin etməlidir.
Muxalifet.az xəbər verir ki, bunu Yunanıstanın müxalifət Yeni Demokratiya Partiyasının lideri Kiriakos Mitsotakis deyib. O, Türkiyənin Şərqi Aralıq dənizində qazıntı işləri aparmasının beynəlxalq hüquqa zidd olduğunu söyləyib:
“Türkiyə son aylarda beynəlxalq hüququ heçə sayır və Kiprin müstəsna iqtisadi zonasındakı suveren haqlarını sistematik şəkildə pozur”.Muxalifet3 - 17-06-2019
ABŞ istəyinə çatdı: AB rəhbərliyi ilə birgə...
ABŞ Avropa Birliyinin hərbi-sənaye layihələrində yalnız AB-nin rəhbərliyi ilə iştirak imkanı əldə edə bilər.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumat Avropa Birliyinin xarici işlər nazirlərinin bəyanatında yer alıb.
Qeyd edək ki, ABŞ bundan öncə Avropa Birliyinin müdafiə əməkdaşlığı proqramı olan PESCO-ya qarşı öz etirazını dilə gətirmişdi. Vaşinqton AB-nin bununla NATO-nun hərbi funksiyalarını təkrarladığını, AB və NATO arasında gərəksiz rəqabət yaratdığını bildirmişdi.Muxalifet3 - 17-06-2019
Makron Zelenski ilə razılaşdı: Putinlə görüş olacaq
Ukrayna Prezidenti Vladimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
Muxalifet.az xəbər verir ki, bu barədə RİA yazıb.
Görüşün nəticəsi olaraq prezidentlər yaxın vaxtda “Normand formatı” ölkələrinin xarici siyasət müşavirlərinin görüşü barədə razılıq əldə ediblər.
“Bizim xarici siyasət müşavirlərimiz yaxın vaxtda görüşəcəklər və liderlərin növbəti görüşünü hazırlayacaqlar”, - Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, “Normand formatı” üzrə danışıqların bərpası üçün əsas şərt atəşkəsə nail olunması və Donbasdakı qüvvələrin çıxarılmasıdır.Muxalifet3 - 17-06-2019
AB: İranla əməkdaşlığımız buna görə davam edir
Məqsədimiz İranın nüvə razılaşmasının tam olaraq icra edilməsini təmin etməkdir.
Muxalifet.az xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Federika Moqerini deyib. O bildirib ki, İran nüvə öhdəliklərini yerinə yetirdiyi müddətdə AB İrana dəstəyini davam etdirəcək:
"Biz nüvə sazişi ilə bağlı dəyərləndirmələri Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatlarına görə edirik. İran nüvə razılaşmasının öhdəliklərini yerinə yetirməyə davam edir və AB də İranla qanuni iqtisadi fəaliyyətini davam etdirmək üçün bəzi mexanizmlər qurub”.
Muxalifet3 - 17-06-2019
Poroşenko mütləq həbs edilməlidir - Saakaşvili
Eks-prezident Pyotr Poroşenko müdafiə sahəsindəki oğurluqlara görə mütləq həbs edilməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Mixail Saakaşvili deyib.
“Əsgərləri yalnız düşmən öldürmür. Ukraynadakı korrupsiya heç də düşməndən az əsgər öldürmür”, - Saakaşvili bildirib.Muxalifet - 18-06-2019
6 il edam hökmü altında yaşayan sabiq prezident – Murisirin ölüm səbəbləri
Misirin keçmiş prezidenti Məhəmməd Mursi iyunun 17-də dünyasını dəyişib. Misir rəsmi dövlət televiziyasının məlumatıan görə eks-prezidenti Məhəmməd Mursi casusuluq ittihamı ilə mühakimə olunduğu prosesin gedişində ürək tutmasından vəfat edib.
2012-2013-cü illərdə Misir prezidenti olmuş Məhəmmdə Mursi ordunun həyata keçirdiyi hərbi çevriliş nəticəsində devrilib və casusluq, polis idarəsinə basqın kimi cinayətlərdə ittiham olunub. 2015-ci ilin mayında edam cəzası alıb, bir başqa məhkəmə prosesində isə yenə 2015-ci ildə ömürlük həbs cəzası alıb. Ancaq edamı icra olunmayıb.Muxalifet - 18-06-2019
Nazir prezidenti aldadıb? - “PALMALAR BİR GÜN SONRA YOXA ÇIXDI”
Bakıda Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (Semaşko Xəstəxanasının) həkimi sensasion açıqlama verib. Muxalifet.az xəbər verir ki, Turan İnformasiya Agentliyinə danışan həkimlərdən biri xəstəxanada olan problemlər haqda məlumat verib. Amma ən maraqlı məqam onun mərkəzin əsaslı təmirindən sonra keçirilən açılış mərasimi ilə bağlı dedikləri olub. Həkim qeyd edib ki, prezident İlham Əliyevin "Semaşko xəstəxanasının" təmirdən çıxmış tibbi binasında açılış etdiyi gün mərkəzin həyətində iki gözəl palma ağacı əkilib. Lakin açılışın səhəri gün həmin bahalı ağaclar yoxa çıxıb.
Muxalifet - 18-06-2019
Azərbaycanda BİABIRÇILIQ: Ana 17 yaşlı qızının sevgilisi ilə... - "Aşkım..."
Valideynlərinin iddiasına görə 17 yaşında bibisi oğlu tərəfindən şantaj olunaraq qaçırılan 17 yaşlı Aygün ötən gün Xəzər TV- də yayımlanan "Səni axtarıram" verilişinda maraqlı açıqlamalar verib.
Gənc qız şantaj edilmədiyini, öz istəyi ilə bibisi oğluna qoşulub getdiyini bildirib. Onun sözlərinə görə, verilişdə ekspertlərə guya onun sevdiyi oğlanla mesajlaşmaları kimi təqdim olunan yazışmaların isə əslində anası tərəfindən yazıldığını söyləyib. Aygün anasının onun adından Eldənizlə yazışdığını, özünün isə həmin oğlanı sevmədiyini bildirib.Muxalifet - 18-06-2019
Trampdan maraqlı açıqlama: “11 sentyabrı kimin etdiyini bilirəm”
ABŞ prezidenti Donald Tramp 2001-in sentyabrında ABŞ-da təşkil edilən terror hücumlarının arxasında kimlərin olduğunu bildiyini söyləyib.
Qeyd edək ki, 11 sentyabr 2001 tarixində əksəriyyəti Səudiyyə vətəndaşı olan Əl Qaidə döyüşçüləri tərəfindən New York-dakı Əkiz Qüllələrə və Virginia əyalətindəki ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) kamikadze hücumları təşkil edilmiş, təxminən 3 min adam həyatını itirmişdi.
"11 SENTYABRIN ARXASINDA İRAQ YOX İDİ"
Muxalifet3 - 18-06-2019
Bakı metrosunda problem YARANDI: Sərnişinlər boşaldıldı, hərəkət iflic oldu
Bakı Metrosunun işində nasazlıq yaranıb.
Oxu.Az-ın məlumatına görə, bu gün səhər saat 8 radələrində Bakı metrosunda qatarların hərəkətində texniki problem yaranıb.
“Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib ki, hadisə metronun “Xalqlar Dostluğu” stanaiyasında baş verib:Muxalifet - 18-06-2019
Türkiyə-Yunanıstan gərginliyindən sonra Yunan heyət Ankarada
Türkiyə ilə Yunanıstan arasında başda Egey dənizi olmaqla, problemli sahələrlə bağlı əməkdaşlığı inkişaf etdirmək məqsədiylə başladılan görüşlərin ikincisi Ankarada başlayıb. Hər iki tərəf də yaxşı qonşuluq əlaqələrinin inkişaf etdirilməsi və regional barışın davamlılığı üçün problemli sahələrdə atıla biləcək bütün addımları açıqca müzakirə edəcək. Türkiyə və Yunanıstan Müdafiə Nazirliklərinin heyətləri arasındakı görüşlərdə, Egey dənizində əməkdaşlığı inkişaf etdirmək və etimad artırıcı tədbirləri yenidən dövrəyə soxmaq məqsəd qoyulur.
Muxalifet3 - 18-06-2019
"iPhone" və "iPad"ı qıran yeni proqram yaradılıb
İsrailin "Cellebrite" şirkəti "iPhone" və "iPad"ın əməli olaraq bütün modellərini qırmaq iqtidarında olan nadir proqram yaradıb.
"Report" xəbər verir ki, proqram istehsalçılar tərəfindən hüquq-mühafizə orqanlarının ehtiyaclarını ödəmək üçün yaradılıb.
Onun yaradıcıları iddia edirlər ki, proqram iOS 7-dan iOS 12.3-ə qədər olan əməliyyat sistemləri ilə işləyən "iPhone" və "iPad" qurğularına giriş əldə etməyə imkan verəcək.
Bundan əlavə, indi "Android"lə işləyən qurğular, eləcə də, "Samsung Galaxy" smartfonları da onlar üçün əlçatandır.
Muxalifet - 18-06-2019
Binəli Yıldırım qəzaya düşmüş motosikletçiyə yardım etdi - Video
İstanbul bələdiyyə başqanlığına namizəd, sabiq baş nazir Binəli Yıldırım İstanbulda yol qəzasına düşmüş motosikletçiyə ilk yardım göstərib.
B.Yıldırım motosikletçinin qəza keçirdiyini görüb və xidməti avtomobilini saxladıb. Yıldırımın həkimi yaralı sürücüyə ilk tibbi yardım göstərdikdən sonra o xəstəxanaya aparılıb./Teleqraf
Muxalifet - 18-06-2019
Məhəmməd Mursi Qahirədə dəfn edildi: Çevrilişçi Sisi nəşindən belə qorxdu
Misirin həbsdə olan sabiq prezidenti Məhəmməd Mursi sıx təhlükəsizlik tədbirləri altında ailəsi və vəkillərinin müşayiəti ilə Qahirənin şərqində yerli saatla 05.00-da dəfn edildi.
Misirin demokratik yolla seçilmiş ilk prezidenti Məhəmməd Mursinin cənazəsi Qahirədə sıx təhlükəsizlik tədbirləri altında yerli saatla 05.00-da Qahirədə dəfn edilib.
Alınan məlumata görə, Məhəmməd Mursinin dəfni əsnasında sıx təhlükəsizlik tədbirləri alınıb.Muxalifet3 - 18-06-2019