Axtarış
The search found 105785 results in 0.05 seconds.
Search results
“Qanuni oğru”nun qardaşı barədə hökmdən şikayət verilib
Kriminal avtoritetin qardaşı Rüfət Əmirov və onunla birgə ittiham olunan Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimovun barəsindəki hökmdən apelyasiya şikayəti və protest verilib.
“Report”un xəbərinə görə, şikayət və protestə Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrlik etdiyi kollegiya baxacaq.
Baxış iclası iyunun 19-da keçiriləcək.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Əmirov, İ.İbrahimov və R.Kərimov hər biri 7 il, R.Əmirov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Muxalifet - 17-06-2019
Avtobuslarda kondisioner işləməsə nə edək? - Sürücülər üçün sərt tələblər
ay mövsümünün gəlməsi, havaların istiləşməsi ilə əlaqədar avtobuslarda kondisioner sistemi yenidən gündəmə gəlir. Yeni avtobuslarda kondisioner sistemi olsa da bəzilərində işlək vəziyyətdə olmaması sərnişinlərin narazılığına səbəb olur. Köhnə avtobuslarda isə demək olar ki, havalandırma sistemi yoxdur. Bu da avtobus parkının yenilənməsi məsələsini ortaya qoyur.
Muxalifet - 17-06-2019
Gürcüstan Prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi - FOTO
Tbilisidə Gürcüstan Prezidentinin sarayı qarşısında simvolik aksiya keçirilib. “Report” xəbər verir ki, “Birlikdə evdə - Gürcüstanda” təşkilatının üzvləri sarayın qarşısına kartof kisələri gətiriblər. Aksiya iştirakçıları Prezident Salome Zurabişvilinin istefasını tələb ediblər. Təşkilatın rəhbəri Salome Çelidze bildirib ki, kartof Prezidentin hakimiyyətə gəlməsi ilə bağlıdır: “Bizdə hamı üçün havayı kartof var. Kartof simvolik olaraq paylanılacaq və bu, Salome Zurabişvili istefaya gedənə qədər davam edəcək”.
Muxalifet - 17-06-2019
Yasamalda 24 yaşlı gənc hündürlükdən yıxılaraq öldü
Bakının Yasamal rayonunda ölümlə nəticələnən hadisə baş verib.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, 1995-ci təvəllüdlü İbadov Arzuman İbad oğlu hündürlükdən yıxılıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 17-06-2019
Azərbaycanlı gəlinlə amerikalı bəyin toyundan maraqlı görüntülər - VİDEO
Azərbaycanlı xanımla amerikalı bəyin toyundan paylaşılan görüntülər sosial şəbəkədə böyük marağa səbəb olub. BAKU.WS xəbər verir ki, videonu Amerikada yaşayan bloger Elman Kərimov özünün “Bizimlə kəşf et” səhifəsində paylaşıb. Videoda amerikalı bəyin və qohumlarının Azərbaycan musiqisinin sədaları altında rəqs etməsi izləyicilər tərəfindən maraqla qarşılanıb. O, gəlinlə bəyin kimliyi barədə məlumat verməsə də, bu izdivacın sevgi üzərində qurulduğunu qeyd edib. Bloger videoya bu şərhi verib: "ABŞ da azərbaycanlı-amerikan toyu.
Muxalifet - 17-06-2019
Əsl kərə yağını necə seçməli? - Əgər rəngi...
Son illərdə yeyinti məhsulları arasında kərə yağının mövqeyi əhəmiyyətli dərəcədə pisləşib. Bunun səbəbi kərə yağının xolesterin səviyyəsini artırması ilə bağlı yaranan şübhələr idi. Bundan başqa, onun köklüyə səbəb olduğu düşüncələri geniş yayılmışdı. Ancaq elmi araşdırmalar göstərir ki, tibetlilərin uzunömürlü və sağlam həyat sürməsinin sirri kərə yağıdır. Əslində, kərə yağı istifadəsinin müsbət təsiri çox əhəmiyyətlidir. Təəssüf ki, bir çox hallarda fırıldaqçı istehsalçılar bu cür yağları bitki mənşəli piylərlə qarışdıraraq satırlar.
Muxalifet - 17-06-2019
Qazaxıstanın yeni Prezidenti aksiyaları məhdudlaşdırır - "İCAZƏSİZ MİTİNQLƏR İĞTİŞAŞLARA ÇEVRİLİR"
“Qazaxıstanda “Sərbəst toplaşmaq haqqında” qanun yenidən hazırlanır. Bu sənəd çərçivəsində qanunsuz yığıncaqların qarşısı alınacaq”. Bunui Qazaxıstan Prezidenti Qasım-Comart Tokayev deyib. “Təbii ki, bütün qanunsuz aksiyaların qarşısı alınacaq. Baş Prokurorluq da bu cür küçə aksiyalarının qanunsuz olduğunu dəfələrlə bildirib. İcazəsiz mitinqlər iğtişaşlara çevrilir, bu aksiyalarda iştirak etmək istəməyən insanlara maneələr yaradır. Yeni qanuna görə, nümayişə çıxıb öz fikirlərini ifadə etmək istəyənlər müvafiq orqanlara müraciət edəcəklər.
Muxalifet - 17-06-2019
Bakıya 300 müasir avtobus gətiriləcək - VİDEO
Bakı Nəqliyyat Agentliyi avqust ayında 300 yeni avtobus gətirəcək.
Bu barədə agentliyin rəhbəri Vüsal Kərimli bildirib. Onun sözlərinə görə, yeni avtobuslar Bakının ətraf qəsəbə və kəndlərinə də veriləcək./Unikal.org
Muxalifet - 17-06-2019
Qaxda ilanlar yaşayış evinə hücum etdi - FOTO
Qaxda ilanlar evə basqın edib. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Zəyəm kəndində Balayevlər ailəsinin evində ilanlar məskunlaşıb. Zirzəmidə məskunlaşan ilanları günün istənilən vaxtı evdə və həyətdə görmək mümkündür. Bu səbəbdən 5 nəfərlik ailə gecələmək üçün qohumlarıgilə getməyə məcbur olurlar. Aidiyyatı qurumlara müraciət edən ailə üzvlərinin sözlərinə görə, mütəxəssislər evi dərmanlasa da, bunun yalnız bir həftə faydası olub. Ailə üçün təhlükə hələ də qalır.
Muxalifet - 17-06-2019
PKK/PYD-li terrorçuları MOSSAD öyrədir
“El-Halbour”-a istinadən verilən xəbərə görə, 20 PYD-DSG-lı terrorçunun MOSSAD kəşfiyyat Xidmətinin təhsil kursuna qatılmaq üçün İsrailə getdiyi iddia edilib.
Yerli qaynaq “əl-Halbour” təhsil məqsədiylə 20 PYD-DSG-lı terrorçunun MOSSAD-ın təhsil kursuna qatılmaq üçün İsrailə getdiyini iddia edib.Muxalifet3 - 17-06-2019
Nigeriyada terror aktı törədilib, xeyli sayda ölən və yaralanan var
Nigeriyada terror aktı törədilib.
“Report” “Al Jazeera”ya istinadən xəbər verir ki, bu barədə Dövlət Təcili Yardım İdarəetmə Agentliyində əməliyyat rəhbəri Osman Kaçalla məlumat verib.
Hadisə Nigeriyanın şimal-şərqində, Borno ştatının mərkəzi Maiduquri şəhərinin 38 kilometrliyindəki Konduqa yaşayış məntəqəsində qeydə alınıb. Ard-arda üç partlayış nəticəsində 30-dan artıq sakin ölüb, 40-dən artıq yaralı var.Muxalifet - 17-06-2019
ABŞ-İran savaşı: Kremlin planları təhdid altında
ABŞ və Tehran arasındakı hərbi konflikt Rusiya üçün pat vəziyyətidir.
Muxalifet.az xəbər verir ki, bu iddia ilə “Die Velt” qəzeti çıxış edib.Muxalifet3 - 17-06-2019
Bu partiya namizədini niyə geri çəkib? - Boykot, yoxsa...
Partiyamızın 23 iyun seçkilərində iştirak etməmək qərarı boykot çağırışı deyil, siyasi mövqedir.
Muxalifet.az xəbər verir ki, bu sözlər Türkiyə Kommunist Partiyasının açıqlamasında öz əksini tapıb. Məlumatda bu qərarın boykot çağırışı kimi qiymətləndirilməsinin doğru olmadığı bildirilib:
“Partiyamız Türkiyənin əməkdar insanlarının bu siyasi mövqeyə 24 iyundan etibarən daha çox ehtiyac duyacağı düşüncəsi ilə hərəkət edir”.Muxalifet3 - 17-06-2019
Fransa Ermənistana od qoydu: Siyasi çaxnaşma...
Fransa məhkəmələrinin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılan qondarma dqr-lə bağlı qərarlarının İrəvanda yaratdığı siyasi çaxnaşma davam edir. Əvvəlcə Serji-Pontuaz məhkəməsinin qərarı ilə Arnuvil şəhərinin qondarma Dağlıq Qarabağdakı Şeher inzibati bölgəsi ilə “Dostluq haqqında xartiya”sı ləğv edildi. Eyni qərarla Arnivul şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “dostluq xartiyası” ləğv edildi. Daha sonra Qrenobl məhkəməsi eyni xarakterli 4 “dostluq xartiyası”nı ləğv etdi.
Muxalifet3 - 17-06-2019
"Çernobıl"ın yayımından sonra bu dərmana tələbat artdı
NBO şirkətinin çəkdiyi “Çernobıl” serialı Norveçdə yod tabletkalarının satışının ikiqat artmasına səbəb olub.
Muxalufet.az xəbər verir ki, bu barədə Norveç Əczaçılıq Birliyi məlumat yayıb. “Çenobıl” serialının yayımlanmasından sonra son 5 həftə ərzində “Yodiks"preparatlarına tələbatın çoxaldığı qeyd edilib.
Norveç Nüvə Təhlükəsizliyi və Radiasiyadan Qorunma İdarəsinin əməkdaşı Astrid Liland “Yodiks” preparatına tələbatın artmasını müsbət qiymətləndirib:Muxalifet3 - 17-06-2019
Ermənistan təşvişdə — Azərbaycan sözdən HƏRƏKƏTƏ KEÇİR
Cəbhə xəttində vəziyyət gərginləşir.
Muxalifet.az xəbər verir ki, Ermənistan tərəfi bir neçə dəfə təxribat törətsə də, Azərbaycan təxribatlara uymur və səbr göstərir. Bu isə qarşı tərəfi əməlli başlı qorxuya salıb.
Bu yaxınlarda isə Azərbaycan və Ermənistanın XİN rəhbərləri ABŞ-da görüş keçirəcək. Bunun ardınca isə Vaşinqtonda Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü baş tuta bilər.Muxalifet3 - 17-06-2019
Misirin sabiq prezidenti vəfat etdi
Misirin sabiq prezidenti Məhəmməd Mursi vəfat edib. Muxalifet.az xəbər verir ki, bu barədə Misir dövlət televiziyası məlumat yayıb. Sabiq prezidentin məhkəmə zalında öldüyü bildirilir. Qeyd edək ki, 2012-ci ilin 30 iyununda vəzifəyə gələn M.Mursi 2013-cü ilin 3 iyulunda Misir Silahlı Qüvvələrinin hərbi çevilişi nəticəsində devrilib.
Muxalifet3 - 17-06-2019
"Ziko" ləqəbli məhşur oğru saxlanıldı
Kürdəmir şəhərində əvvəllər dəfələrlə məhkum olunmuş "Ziko" ləqəbli oğru saxlanılıb.
Muxalifet.az xəbər verir ki, bu, Kürdəmir rayon Polis şöbəsinin (RPŞ) Cinayət axtarış bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olub.Muxalifet3 - 17-06-2019
Adaya 35 min dollar maaşla bağban axtarılır — MARAQLI İŞ ELANI
İngiltərədəki maraqlı iş elanı bütün dünyanın marağına səbəb olub.
Muxalifet.az xəbər verir ki, Kornuelldəki Sent-Maykls-Maunt adasına baş bağban axtarılır. Ada nağıllar aləminə bənzəyir. Burada qəsr, qədim liman var. Bundan başqa, təbii ki, unikal bitki kolleksiyası ilə zəngin olan ekzotik bağ da var.
Elanda bildirilir ki, bağbana bir neçə yataq otağı olan ev veriləcək. Onun illik maaşı isə 28 min funt sterlinqdir. Eyni zamanda öz işi ilə məşğul olan komandanın üzvünə çevriləcək. Hazırda adada 30 insan yaşayır. Amma hər il 350 min turist gəlir.
Muxalifet3 - 17-06-2019
İran heç vaxt nüvə silahı əldə etməyəcək - Netanyahu
Əgər İran öhdəliklərindən imtina ilə təhdidlərinə davam edərsə, dünya ictimaiyyəti dərhal ona qarşı sanksiyaları sərtləşdirməlidir.
Muxalifet.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib. O, İsrailin heç vaxt İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini deyib.
Qeyd edək ki, İran bundan öncə nüvə razılaşması çərçivəsində bəzi öhdəliklərini icra etməkdən imtina etdiyini bildirmişdi.
Muxalifet3 - 17-06-2019