Axtarış
The search found 105785 results in 0.113 seconds.
Search results
Oman körfəzində neft tankerlərinə hücum: İran ABŞ pilotsuz təyyarəsinə də raket atıb - TRAMP HƏRBİ ZƏRBƏ HAQDA DÜŞÜNÜR...
ABŞ prezidenti Donald Tramp və onun müşavirləri İranın Oman körfəzində iki neft tankerinə hücum etməsinə cavab olaraq Yaxın Şərq regionuna əlavə qüvvələr göndərməyi müzakirə edir.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda CNN-ə ABŞ administrasiyasındakı mənbələr bildiriblər. Konkret olaraq regiona “Petriot” zenit-raket komplekslərinin əlavə batareyalarının göndərilməsi planlaşdırılır.
Muxalifet - 17-06-2019
Eldar Sabiroğlu oğlundan İMTİNA ETDİ: “Məzarıma da gəlmə” – FOTO
Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu oğlu Rüfət Səfərovdan imtina edib. Muxalifet.az bakupost.az-a istinadən xəbər verir ki, E.Sabiroğlu bununla bağlı oğluna məktub yazıb. O, məktubunda oğluna artıq onun atası olmadığını deyib, hətta cənazəsinə belə gəlməməyini tapşırıb. Məktubu Rüfət Səfərov özünün feysbuk səhifəsində yayıb. Qeyd edək ki, R.Səfərov keçmiş müstəntiqdir. O, prokurorluq orqanlarındakı fəaliyyətə etiraz edərək işdən ayrılmış, daha sonra isə həbs edilmişdi. Uzun müddət həbsdə qalan R.Səfərov ölkə başçısının əfv sərəncamı ilə azadlığa çıxmışdı.
Muxalifet - 17-06-2019
Ağstafada bazarda güllələnən şəxslərin FOTOLARI yayıldı
Ağstafa rayonunda bazarda güllələnmə nəticəsində yaralananların fotoları yayılıb. Sonxeber.az xəbər verir ki, bunlar 1964-cü il təvəllüdlü Lilpar Baba oğlu Əhmədov, 1999-cu il təvəllüdlü İbrahim Rasim oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev və 1961-ci il təvəllüdlü Rəsul Abbas oğlu Həsənovdur. Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar. Bundan başqa, Şərqiyyə Musayeva və övladları - Şəmiddin Musayev və Novruz Musayev, eləcə də satıcı Zeynəb Cəlilova hadisə yerində ölən şəxslərdir. Qətli törədən şəxs isə 1994-cü il təvəllüdlü Elnur Süleymanovdur.
Muxalifet - 17-06-2019
ABŞ əleyhinə yazı “vətən xainliyi” oldu: Mətbuat azadlığı yaddan çıxdı
ABŞ prezidenti Donald Tramp ABŞ-ın Rusiyadakı elektrik şəbəkələri və digər hədəflərə yönəlik siber hücumları artırdığına dair xəbər dərc edən “Nyu York Times” (NYT) qəzetinə "Xainlikdir, alçaqlıqdır, xalq düşmənliyidir" deyərək təpki göstərib.
Muxalifet3 - 17-06-2019
Yunanlar manşet atdı: “Türklərin əsiri olduq”
Şərqi Aralıq dənizində Türkiyənin axtarış qazma fəaliyyətlərini dayandıra bilməyən Yunanlar çətin vəziyyətə düşübləe. Bölgədəki qəzetlərin yazdıqları da bu vəziyyəti dəqiq bir şəkildə ortaya qoyur.
Türkiyə Şərqi Aralıq dənizindəki haqlarını qorumaq üçün Fateh qazma gəmisiylə təbii qaz və neft axtarışına davam edir.
Bu vəziyyət Yunanıstan və Cənub Kipr Yunan Rəhbərliyində böyük narahatlığa gətirib çıxarıb. Ötən günlərdə təxribat xarakterli bir qərar verən Yunanlar, Fateh gəmisindəki heytə qarşı həbs əmri çıxardı.
Muxalifet3 - 17-06-2019
İran bəyan etdi: 4 qatına çıxracağıq
İran Atom Enerjisi Təşkilatının sözçüsü Behrouz Kamalvandi imzalanan nüvə razılaşması səbəbindən aşağı olan zənginləşdirilmiş uran istehsalını 10 gün içərisində 4 qatına çıxaracaqlarını bəyan edib.
Behrouz Kamalvandi təşkil etdiyi mətbuat konfransında, ölkəsinin 10 gün içində nüvə razılaşması ilə müəyyən olunan uran saxlama limitini aşacağını və istehsalı 4 qatına çıxardacağını söyləyib.
"Avropa hərəkətə keçməlidir"
Muxalifet3 - 17-06-2019
Ağstafadakı dəhşətli qətliamın SENSASİON TƏFƏRRÜATI – Uzun illərin qan davası daha 4 can aldı... / DƏHŞƏTLİ FAKTLAR
Bu gün səhər saatlarında Ağstafa rayonunda törədilən dəhşətli qətliamla bağlı Muxalifet.az sensasion informasiyalar əldə edib. Məlumata görə, hər şey uzun illər əvvəl iki ailə arasında baş verən torpaq mübahisəsindən qaynaqlanıb. Belə ki, Ağstafanın Sadıxlı kənd sakinləri - Novruz və Şəbiddin Musayev qardaşlarının ataları Fərrux Musayevlə həmkəndlisi (Ramiz Süleymanov olduğu bildirilir – red.) arasında baş verən məlum mübahisə qanla nəticələnib. Yəni ikinci (Ramiz Süleymanov) Novruz və Şəbbidin qardaşlarınını ataları Fərruxu qətlə yetirib.
Muxalifet4 - 17-06-2019
FETÖ-çu Hakan Şükür də İldırım-İmamoğlu “duel”inə müdaxil oldu
Bütün Türkiyənin böyük bir maraqla izlədiyi Binalı İldırım-Əkrəm İmamoğlu ortaq canlı yayımı FETÖ fərarisi Hakan Şükürün də gündəmində idi. Hakan Şükür pişiyi üzərindən vəd gözlədiyini eyham edib.
Hakan Şükür pişiyinin canlı yayımda açıq bir kompüterin qarşısında fotoşəkilini paylaşaraq "Leo hadisəyə müdaxil oldu və vədləri gözləyir" deyə qeyd edib.
"İsrarla gözləyir"
Muxalifet3 - 17-06-2019
Sumqayıtda polis oğrunu "iş başında" YAXALADI - FOTO
Gecə saat 04:21 radələrində həmin ünvanda yerləşən obyektdən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
Muxalifet.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisəyə Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən vaxtında çevik reaksiya göstərilib.
Cəmi 1 dəqiqə ərzində hadisə yerinə yaxınlaşan polislər aptekin qapısının sındırıldığını və bir nəfərin içəridə olduğunu görüblər. Həmin şəxs oğurluq etmək istəyən yerdə saxlanılaraq ərazi üzrə Polis Bölməsinə təhvil verilib.Muxalifet - 17-06-2019
Yunanıstana qaçmaq istəyən azərbaycanlılar belə SAXLANILDI - FOTO
Türkiyə vasitəsi ilə Yunanıstana qaçmaq istəyən Azərbaycan vətəndaşı saxlanılıb.
Türkiyənin Edirnenin Ənəz mahalının Gülçavuş kəndi yaxınlığında, qeyri-qanuni yollarla iki rezin gəmi ilə Yunanıstana keçməyə çalışan 6-sı uşaq, 5-i qadın olmaqla ümumilikdə 37 immiqrant, sahil təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Türkiyə vaxtı ilə dünən saat 07: 20 radələrində sahil təhlükəsizlik qüvvələri tərəfindən rezin qayıqla Yunanıstana keçmək istəyən 23 Əfqanıstan, 11 İran, 3 Azərbaycanlı (26 kişi, 5 qadın, 6 uşaq) tutulubMuxalifet - 17-06-2019
“Miss Azərbaycan-2019”dan AÇIQ-SAÇIQ VİDEO
“Miss Azərbaycan-2019”un qalibi Səmra Hüseynova açıq-saçıq video çarxa çəkilib. Model videonu İnstaqramda paylaşıb. Bu videoda Səmra bədən gözəlliyini və rəqs bacarığını nümayiş etdirib. Hüseynova izləyicilərindən video çarxı dəyərləndirməyi xahiş edib. İzləyicilər isə onu kompliment yağışına tutublar. Bununla yanaşı, Səmranı tənqid edənlər də olub. Amma gözəl model onlara cavab verməyib. Qeyd edək ki, Səmra bir sıra beynəlxalq və yerli moda layihələrində iştirak edib. Uzun müddət xaricdə işləyib. 2019-cu ildə isə “Miss Azərbaycan” tituluna sahib olub.
Muxalifet - 17-06-2019
Gürcüstanın səhiyyyə naziri istefaya gedir
Gürcüstanın səhiyyə naziri David Sergeyenko bu gün istefa verəcək.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə məlumatı "Rustavi 2" telekanalı yayıb.
Bildirilir ki, ABŞ-dan rəsmi səfərdən dönən baş nazir Mamuka Baxtadze artıq məsələ ilə bağlı D.Sergeyenko ilə görüşüb. Yeni səhiyyə nazirinin Saxere klinikasının müdiri Ekaterine Tikaradzenin olacağı, nazirin birinci müavini vəzifəsinə isə Gürcüstanın Estoniyadakı keçmiş səfiri Tea Axvledianin təyin ediləcəyi bildirilib.
Muxalifet - 17-06-2019
Meyvə və tərəvəzlərdə istifadə edilən dərmanların DƏHŞƏTLİ FƏSADLARI - Millət vəkili AÇIQLADI
Kənd təsərrüfatında istifadə edilən xlorpyrifos sinir sisteminin fəaliyyətinə zərər verir. Bu, körpələrdə və uşaqlarda neyro-davranış inkişaf pozulması ilə nəticələnir.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, türkiyəli millət vəkili Gülizar Bıçer Karaca 2016-ci ilin yanvar ayında Avropa Birliyi (AB) tərəfindən kənd təsərrüfatı istehsalında xlorpirifosların istifadə edilməsinin qadağan edildiyini bildirib. Millət vəkili bildirib ki, Türkiyədə istifadə edilən bu dərmanlar uşaq sağlamlığı üçün çox zərərlidir.Muxalifet - 17-06-2019
""Qaşını alır" yazanda elə bil nəslimi söyürlər"
"ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasının qonağı müğənni Nadir Qafarzadə və rəqqasə Fatimə Fətəliyeva olub.
Muxalifet.az axşam.az-a istinadən bildirir ki, Nadir haqqında deyilən "Qaşlarını alır" sözlərinə münasibət bildirib.
"Yazanda, qaşını alır, elə bil nəslimi söyürlər. Mənim qaşlarım anadangəlmə belədir", - sənətçi bildirib.
Qafarzadə daha sonra "Sosial şəbəkədə ən çox kim status yazır: Nura Suri, yoxsa Nadir" sualına belə cavab verib:Muxalifet - 17-06-2019
Masazırdakı bıçaqlanma kameraya düşdü - VİDEO
Oxu.Az iyunun 14-də gecə saatlarında Abşeron rayonunun Masazır qəsəbəsində baş vermiş bıçaqlanma hadisəsinin videogörüntüsünü əldə edib. İnsident nəticəsində 1995-ci il təvəllüdlü yerli sakin Ağayev İsmayıl Şirvan oğlu ağır yaralanıb. Artıq insidentin bəzi təfsilatları məlum olub. Bu barədə Oxu.Az-a zərərçəkənin qardaşı İslam Ağayev açıqlama verib. Onun sözlərinə görə, bundan əvvəl yerli KİV-də İsmayıl Ağayevin öz qardaşı tərəfindən bıçaqlandığı və birincinin ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıldığı barədə məlumat verilir. Lakin bu informasiya həqiqəti əks etdirmir.
Muxalifet - 17-06-2019
Ermənilər Qarabağda HƏRƏKƏTƏ KEÇDİ: 10 min əsgər, 200 tank... - VİDEO
Azərbaycanın işğal edilmiş ərazilərinə yerləşdirilən erməni hərbi birləşmələri bu gün hərbi təlimlərə başlayıb.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, təlimlərdə 10 min erməni əsgər, 200-dən çox artilleriya, 150 zirehli texnika, 50-dən artıq hava Hücumundan Müdafiə sistemi, 400-dən çox avtotexnika iştirak edir.
Bu gün başlayan təlimlər iyunun 20-dək davam edəcək. Təlimlərin videogörüntüləri separatçı rejimin adını daşıyan “Youtube” kanalında yayımlanıb.
Son günlər işğalçı Ermənistanın cəbhədə törətdiyi təxribatlar fonunda bu təlimlər diqqət çəkir.Muxalifet - 17-06-2019
Kolleci qurtaranlar bu ixtisaslara qəbul ola bilməyəcək! - İmtahansız
Müsabiqədən kənar ali məktəblərə qəbul olmaq istəyən subbakalavrlar (kollec məzunları) bu ixtisasları seçə bilməyəcək. Bu barədə Təhsil eksperti Kamran Əsədov məlumat verib: 1.
Muxalifet - 17-06-2019
Azərbaycanda 19 yaşlı qız bu məktubu yazıb evdən qaçdı - FOTO
Azərbaycanda 19 yaşlı gənc qız məktub yazıb evdən qaçıb. Muxalifet.az xəbər verir ki, bunu ATV-də yayımlanan, Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Bizimləsən" verilişinə müraciət edən ana deyib. O qeyd edib ki, mayın 28-də qızım evə məktub qoyub qaçıb: "O, məktubunda yazmışdı ki, hamınızı çox istəyirəm. Özünüzü qoruyun. Mən polis bölməsinə müraciət etdim. Bir qadın mənə zəng edib bildirdi ki, qızına səndən də yaxşı baxıram. Qızımın 19 yaşı var. Mən övladlarımı tək başına böyüdürəm. Qızımın evdən getmə səbəbini bilmirəm. Rəfiqəsi onu aldadıb evdən aparıb.
Muxalifet - 17-06-2019
Afrikalı futbolçu Azərbaycanda qalmaqdan imtina etdi
"Səbail" komandası futbolçusu Maudo Jarjue ilə yollarını ayırıb.
Bu barədə komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib.
38 yaşlı mütəxəssis bildirib ki, qvineya-bisaulu müdafiəçi klubun müqaviləni yeniləmək barədə təklifinə müsbət cavab verməyib.
Hacıyev deyib ki, Jarjue başqa bir komandaya keçəcəyini söyləyib: "Agenti ona başqa klub tapıb. "Səbail"lə müqaviləsi başa çatdığı üçün istədiyi yerə gedə bilər. Jarjueni növbəti mövsüm komandamızda görmək istəyirdik. Ona qalmağı təklif etmişdik".Muxalifet - 17-06-2019
Böyüdü, atasının və əmisinin qisasını “Kalaşnikov”la aldı... - AĞSTAFADAKI QƏTLİAMIN SƏBƏBİ, YENİ
Ağstafanın Böyük Kəsik qəsəbəsindəki bazarda bu gün törədilən qətliamın motivinə dair yeni təfərrüatlar məlum olub. Kənd sakinlərindən virtualaz.org- a verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Elnur Süleymanov ailəsi ilə birgə "Ceyrançöl" ərazisində yaşayıb, femer təsərrüfatı ilə məşğul olublar.
25 yaşlı Elnurun bazarda “Kalaşnikov”la 4 nəfəri öldürməsinin, 3 nəfəri yaralamasının səbəbi isə daha əvvəl xəbər verildiyi kimi, qan davasıdır.
Muxalifet - 17-06-2019