Axtarış

The search found 105785 results in 0.025 seconds.

Search results

  1. PKK/YPG-nin yeni SDG oyunu İfşa oldu

    Terror təşkilatı YPG/PKK Türkiyə sərhədində işğal etdiyi Tel Abyad və Aynul-Arabda (Kobani) nəzrətində olduğu sözdə hərbi məclisləri özünün təşkil etdiyi SDG-yə təhvil vermiş kimi göstərərək varlığını gizləməyi davam etdirmə qərarı verib.
     
    Bölgədəki yerli qaynaqlardan alınan məlumata görə, YPG/PKK Türkiyə sərhədində yer alan və Rakka şəhərinə bağlı Tel Abyad ilə Ayn al Arabdakı sözdə hərbi məclislərini SDG-yə təhvil verib.
    Qaynaqlar sözdə məclislərin vəzifələrinin şəhəri müdafiə etmək və sərhəd təhlükəsizliyini qorumaq olduğu bildirilib.

    Muxalifet3 - 17-06-2019

  2. İrandan şok müharibə addımı: 10 gün içində...

    İran nüvə anlaşmasına görə məhdudlaşdırdığı uranın zəngilləşdirilməsini 4 qat artıracaq.
    Bu barədə İranın Atom Enerjisi Təşkilatının (AEOİ) sözçüsü Behrouz Kamalvandi deyib.
    Onun sözlərinə görə, uranın zənginləşdirilməsinə önümüzdəki 10 gün içində başlanacaq.
    “27 iyundan etibarən nüvə anlaşması ilə məhdudlaşdırılan uranın zənginləşdirilməsinə başlanacaq və dördqat artırılacaq”, - deyə o bildirib.

    Muxalifet - 17-06-2019

  3. F-35-lərin istehsalçısından “Türkiyə” açıqlaması

    ABŞ ilə Türkiyə arasında münasibətlərin gərilməsinə səbəb olan F-35-lərin istehsalçı şirkəti Lockheed Martının bir nömrəlişəxsi Marillyn Hewson açıqlama verib.
     
    “Lockheed Martın” şirkətinin rəhbəri Marillyn Hewson Fransanın paytaxtı Parisdə təşkil edilən bir tədbirdə “Financial Times”-a açıqlama verib.

    Muxalifet3 - 17-06-2019

  4. “Mercedes” betona çırpıldı - Sürücü öldü

    Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
    Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir.
    Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunda “Mercedes” markalı minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb.
    Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1979-cu il təvəllüdlü Ocaqverdiyev Vüqar İnqilab oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

    Muxalifet - 17-06-2019

  5. Əməkdar artistin vəziyyəti QƏFİL PİSLƏŞDİ - Reanimasiyaya yerləşdirildi - FOTO

    Ötən gecə Lənkəran Dövlət Dram Teatrının quruluşçu rejissoru, Əməkdar artist Adil Zeynalovun vəziyyəti qəfildən pisləşib. Onu Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriblər. Rejissorun vəziyyəti ağırdır./Publika

    Muxalifet - 17-06-2019

  6. Azərbaycan vətəndaşları Türkiyədə daha çox daşınmaz əmlak alırlar

    Bu ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Türkiyədə 466 daşınmaz əmlak obyekti alıblar ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 134 ədəd çoxdur.

    Trend-in məlumatına görə, təkcə 2019-cu ilin may ayında Azərbaycan vətəndaşları Türkiyədə 90 daşınmaz əmlak obyekti alıblar. Bu da 2018-ci ilin may ayına nisbətən 15 ədəd çoxdur.

    Obyektlərin daha çox satıldığı yerlərə gəlincə, yanvar-may ayları ərzində İstanbulda 15,8 min, Ankarada 8,2 min, Antaliyada 5 min əmlak satılıb. Qalan 53.2 min obyekt isə Türkiyənin digər şəhərlərinin payına düşür.

    Muxalifet - 17-06-2019

  7. ​Bakıda QƏRİBƏ HADİSƏ: Kişi yolun ortasına uzanıb... - VİDEO

    Bakının Xətai rayonu ərazisində qəribə hadisə baş verib.
    Muxalifet.az xəbər verir ki, Zığ şossesində orta yaşlı kişi yerə uzanaraq avtomobillərin hərəkətinə mane olub.
    Həmin anlar ətrafdan keçən insanların diqqətinə səbəb olub. Kameralara düşən görüntülərdən aydın olduğu kimi nəqliyyatın hərəkəti dayanıb. Sürücülərdən biri yerdə uzanan kişiyə yaxınlaşaraq onu qaldırmağa çalışıb.
    Vətəndaşın yola hansı səbəbdən uzandığı məlum deyil. Onun sərxoş olduğu ehtimal edilir.

    Muxalifet - 17-06-2019

  8. Gürcüstanda orta aylıq əməkhaqqı açıqlandı

    Bu ilin I rübündə Gürcüstanda orta aylıq əməkhaqqı 1092,7 lari (400 dollar) təşkil edib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib. İllik müqayisədə orta aylı əməkhaqqı 33,5 lari artıb. Hesabat dövründə ən yüksək orta aylıq əməkhaqqı 1894,3 lari (691 dollar) olmaqla maliyyə və sığorta sahəsində qeydə alınıb. Əməkhaqqının yüksək olduğu ikinci sahə peşə, elmi və texniki fəaliyyət (1799 lari/655 dollar), üçüncü isə informasiya və kommunikasiya sahəsi (1751,8 lari/638 dollar) olub.

    Muxalifet - 17-06-2019

  9. Kreml ABŞ-a İraqın işğalını xatırlatdı: “Ağ tozu kütləvi qırğın silahı kimi qələmə vermişdiniz”

    Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Oman körfzində neft tankeri hücumlarına görə İranın əsassız şəkildə ittiham edilməsinin qəbuledilməz olduğunu söyləyib. Peskov 2003-cü ildə ABŞ-ın İraqı işğal eləməsini xatırladaraq deyib: “İçərisində ağ toz olan balonları unutmadıq”. Kremlin rəsmi təmsilçisi 2003-cü ildə ağ tozların ABŞ tərəfindən səhvən İraq hakimiyyətinin əlində olan kütləvi qırğın silahları kimi qələmə verilməsininin yaddan çıxarılmadığını deyib.

    Muxalifet - 17-06-2019

  10. Alimlərdən QORXUNC XƏBƏRDARLIQ - Bəşəriyyəti Günəş tezliklə məhv edəcək

    Kolorado universitetinin alimləri bildiriblər ki, Günəş adi partlayışlardan min dəfə güclü enerji buraxa bilər.
    Bu, sivilizasiyanın texnologiya səviyyəsinə böyük ziyan vuracaq. Bu tip hadisələr super partlayış adlanır və adətən gənc və aktiv ulduzlarda müşahidə edilir. Buna görə də Günəş sisteminə bunun mümkün olmayacağı düşünülürdü.

    Muxalifet - 17-06-2019

  11. ​Meksikada içərisində 791 miqrant olan 4 yük maşını saxlanıldı

    Meksikanın hakimiyyət orqanları bazar günü elan ediblər ki, ölkənin immiqrasiya xidmətinin əməkdaşları Mərkəzi Amerikadan 4 yük maşınında ABŞ-Meksika sərhədinə tərəf gələn 800-ə yaxın miqrantı saxlayıblar.
    Meksika Milli Miqrasiya İnstitutunun məlumatına görə, yük maşınlarının sürücüləri həbs edilib.
    Bildirilir ki, Meksika miqrasiya xidmətinin 1000 nəfər agenti Meksikanın beynəlxalq sərhədlərini keçən başqa ölkə vətəndaşlarının viza sənədlərini yoxlamaq üçün ölkənin şimal və cənub sərhədlərinə göndərilib. Bundan sonra miqrantların saxlanılması başlanılıb.

    Muxalifet - 17-06-2019

  12. Bayıl sakinlərinin bir qismi köçürülüb, amma narazılıqlar da var...

    Bayılda artıq ötən həftədən etibarən köçürülmə prosesi başlayıb. İndiyə qədər sökülən evlərin sayı 15-dən yuxarıdır.
    Muxalifet.az xəbər verir ki, bu barədə musavat.com-a sakinlər özləri məlumat veriblər. Onlar bildiriblər ki, köçürülən ailələr verilən kompensasiya ilə razıdırlar. Lakin məbləğlə razılaşmayanlar da var ki, onların evlərini tərk etmələri üçün rəsmi qurumlar tərəfindən məcburiyyət yoxdur.

    Muxalifet - 17-06-2019

  13. Putin müharibəyə hazırlaşır və çox tələsir… - O, neft qiymətlərinin sürətlə düşməsindən narahatdır - TƏHLİL

    Rusiya Federasiyası (RF) terror aktlarını, dəqiq desək, Oman körfəzində neft tankerlərinə yönəlik hərbi əməliyyatları şərh edir. Hamıya məlumdur ki, indiki meyllər davam edərsə, neft qiymətləri düşəcək, analizlə məşğul olan bəzi kompaniyalar isə elə bu il ərzində kəskin düşmə vəd edirlər.

    Özü də neft qiymətlərinin RF-nin büdcəsini formalaşdırmaq imkanlarından aşağı, kritik həddə düşməsi gözlənilir.

    Muxalifet - 17-06-2019

  14. Bakıda qadın keçmiş sevgilisini şantaj etdi - Kondisioner ver

    Paytaxt sakinindən hədə-qorxu yolu ilə pul tələb edilib.
    Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisə Səbail rayonunda qadın kişini şantaj edib.
    44 yaşlı paytaxt sakini X.M. şikayət ərizəsi ilə Səbail rayon Polis İdarəsinə müraciət edib. Ərizəyə görə, keçmiş sevgilisi intim “WhatApp” yazışmalarını həyat yoldaşına göstərəcəyi ilə hədələyib. Susması müqabilində ondan beş min manat pul və kondisioner tələb edib.

    Muxalifet - 17-06-2019

  15. Zerrin Özərin dünən evləndiyi şəxs fırıldaqçı çıxdı

    Ötən gün türkiyəli müğənni Zerrin Özər 34 yaşlı Murat Akınca ilə evlənib.
    Lakin 61 yaşlı sənətçi ilə ailə quran Muratın fırıldaqçı olduğu ortaya çıxıb.

    Muxalifet - 17-06-2019

  16. Məşhur alim gənc qalmağın SİRRİNİ TAPDI - Qocalmaq istəmirsinizsə, BUNLARI EDİN!

    Rusiyalı professor, məşhur səyahətçi və Rusiya Federasiyasının Hökuməti Mükafatının laureatı Nikolay Drozdov 81 yaşı olmasına baxmayaraq, gənc və sağlam görünür. Sağlam həyat tərzini təbliğ edən professor çoxlu sayəhət edir və çalışır. Publika.az bu yazıda Nikolay Drozdovun 10 həyat qaydasını təqdim edir:1. Devizim: “Həyat pozitivdir”. Hər işin müsbət tərəflərini görməyə çalışıram. Həyata gül çəhrayı eynəklərdən baxmaq lazım deyil, sadəcə hər insanın ətrafına müsbət tərəfdən baxmaq bacarığı olmalıdır. 2. Artıq 37 ildir ət yemirəm.

    Muxalifet - 17-06-2019

  17. Dövlət ittihamçısı Baş prokurorun keçmiş müavininə cəza istədi - 7 İL

    Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən M.Cəfərova verilən dələduzluq ittihamının məhkəmədə sübuta yetirildiyini deyərək onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Muxalifet - 17-06-2019

  18. Tramp öskürən adamı salondan bayıra atdırdı

    ABŞ prezidenti Donald Tramp Ağ Evdə açıqlama verdiyi zaman öskürən bir adamı çölə atdırdı. “ABC” televiziyasının 'This Week' (Bu həftə) proqramı üçün açıqlama verən Tramp, danışdığı zaman ofisdə olan başqa bir adamın öskürdüyünü eşidib. Öskürəkdən narahat olan Tramp, əvvəl verilən sualın cavabını təkrarlamağa çalışıb, ancaq öskürək səsləri davam edincə, "Cümləmin ortasında öskürür, bu xoşuma getmədi" deyərək öskürən adamın çölə çıxarılmasını istəyib.

    Muxalifet3 - 17-06-2019

  19. Azərbaycanda bir kişi özünə 4 arvad alıb

    Azərbaycanda bir kişi özünə 4 arvad alıb və onları istismar edib. 
    Muxalifet.az xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişində ekspert kimi iştirak edən vəkil Tahir Əlirzayev bildirib. 

    Muxalifet - 17-06-2019

  20. Azərbaycan daha 400 avtomobil üçün sifariş aldı

    İlin əvvəlindən başlayaraq qeyri-neft sənayesində daha böyük fəallıq avtomobil istehsalı sahəsində müşahidə olunub.
    Muxalifet.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
    Nazirin sözlərinə görə, ölkədə istər minik, istər yük avtomobillərinin istehsalı ildən-ilə artır.

    Muxalifet - 17-06-2019

Pages