Axtarış
The search found 105785 results in 0.025 seconds.
Search results
Hindistan ABŞ-la ticarət müharibəsinə başladı
Türkiyədən "Pəncə" hərəkatı ilə bağlı - Açıqlama
Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən "Pəncə" hərəkatıyla bağlı açıqlama yayıb.
Muxalifet.az xəbər verir ki, açıqlamada əməliyyat başladığı gündən etibarən 76 terrorçunun məhv edildiyi bildirilib.
Bundan başqa, PKK-çılara məxsus xeyli sayda sığınacaq və silah-sursat ələ keçib.
Muxalifet3 - 16-06-2019
Maduro-Putin anlaşması: ABŞ narahatdır
2019-cu ilin mayında Venesuela Prezidenti Nikolas Maduro Rusiyayla 209 milyon dollar dəyərində müdafiə müqaviləsini bağlayıb.
Muxalifet.az xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton Tvitter hesabında bildirib.
“Maduro Venesuelanın resursları ilə bağlı son dərəcə effektsiz göstəriş verir. O, mayda - yüz minlərlə venesuelanın aclıq çəkdiyi bir vaxtda daimi dəstək almaq üçün Rusiyayla 209 milyon dollarlıq müdafiə müqaviləsini bağladı”, - Bolton qeyd edib.Muxalifet3 - 16-06-2019
Taksi istifadəçilərinin NƏZƏRİNƏ: Gedişhaqları QALDIRILDI
Bakıda taksi xidmətləri ilə məşğul olan şirkətlər gedişhaqqı tariflərini kəskin şəkildə artırıblar.
Muxalifet.az unikal.org-a istinadən bildirir ki, qiymətlər 50 faizə qədər yüksəlib. Belə ki, əvvəllər *9111 - Ekonom taksi, *2424, *8844 - Siti taksi, 189 - taksi xidməti, *9933 - Salam taksi və digər şirkətlər eyni istiqamətə 3-3.50 manata aparırdılarsa, hazırda bu rəqəm 5-5.40 manat arası dəyişir.
Misal üçün *9933 - Salam taksi Binəqədi qəsəbəsi-Novxanı istiqamətinə 3.30 manata aparırdısa, hazırda bu rəqəm 6 manata qədər yüksəlir.
Muxalifet3 - 16-06-2019
Çavuşoğlu hədələdi: Rusiya və İran...
Suriyada rejim qüvvələrinin əsgərlərimizə qarşı təşkil etdiyi hücum qəbuledilməzdir. Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. "Hər kəs həddini bilsin, yoxsa biz onlara hədlərini bildirərik! İdlibdə əsgərimizə qarşı təşkil edilmiş hücum Rusiya ilə imzaladığımız razılaşmaya ziddir. Burada rejim qüvvələrini bu tip olaylardan çəkindirmək Rusiya və İranın borcudur", - Çavuşoğlu bildirib
Muxalifet3 - 16-06-2019
İsrail əsgərləri alman jurnalisti güllələdi
Alman jurnalist Yürgen Todenhöfer İsrail əsgərləri tərəfindən güllələnib. Muxalifet.az xəbər verir ki, Fələstin-İsrail sərhədində video qeydə alan jurnalist çiynindən vurulub. Hadisədən sonra ətrafdakı insanlar ona kömək etmək üçün yaxınlaşıb. Qeyd edək ki, Yürgen Todenhöfer Fələstinə verdiyi dəstəklə bilinir.
Muxalifet3 - 16-06-2019
Papa dünya liderlərinə çağırış etdi
Hər kəsi Yaxın Şərqdəki gərginliyi diplomatik yolla aradan qaldırmağa çağırıram.
Muxalifet.az xəbər verir ki, bu sözləri Roma papası Fransisk deyib.
"Beynəlxalq ictimaiyyəti sülh və dialoq naminə bir araya gəlməyə dəvət edirəm", - Fransisk bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Oman körfəzində “Front Altair” və “Kokuka Courageous” adlı iki neft tankerinə hücum olub. Partlayışdan sonra tankerlərdən birinin ekipajı İran hərbçiləri, digəri isə ABŞ hərbçiləri tərəfindən xilas edilib.
Muxalifet3 - 16-06-2019
Argentina və Uruqvay qaranlığa qərq oldu
Argentina və Uruqvay qaranlığa qərq olub.
Muxalifet.az xəbər verir ki, buna səbəb iki ölkənin elektrik enerji təchizatı sistemində yaranmış problemdir.
Nəticədə sözügedən ölkələrdə bütün şəhərlər və yaşayış məntəqələri işıqsız qalıb.
Ətraflı məlumat verilmir.
Muxalifet3 - 16-06-2019
Lisani aclıq aksiyasını dayandırdı - Səbəb
Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalı Abbas Lisaninin ikinci məhkəmə iclası keçirilib. Muxalifet.az xəbər verir ki, aclıq aksiyası ilə əlaqədar fəalın səhhətində yaranan problemə görə məhkəmə prosesinin davamı sabaha təxirə salınıb. Lisani ailəsinin və digər güneyli fəalların təkidi ilə aclıq aksiyasını müvəqqəti olaraq dayandırıb.
Muxalifet3 - 16-06-2019
Fransada 250 min litr konyak yandı
Fransanın qərbində yerləşən Şaranta departamentində güclü yanğın nəticəsində 250 min litr konyak yanaraq məhv olub.
Muxalifet.az xəbər verir ki, yanğın damında günəş panelləri yerləşdirilmiş binada başlayıb və ətrafa yayılıb. Şənbə günü başlamış yanğını yalnız bu axşam söndürmək mümkün olub. Yanğının söndürülməsinə 70 yanğınsöndürən briqada cəlb olunub.
Yanğınsöndürənlər alovun qonşuluqda yerləşən və 350 min litr konyakın saxlanıldığı zavoda keçməsinin qarşısını ala biliblər.
Yanğın nəticəsində xəsarət alan olmayıb.Muxalifet3 - 16-06-2019
Baş nazir istefadan sonra nə işlə məşğul olacağını açıqladı
Britaniyanın baş naziri Tereza Mey jurnalistlərə istefaya getdikdən sonra nə ilə məşğul olacağı barədə danışıb.
Sky News-un məlumatına görə, xanım siyasətçi bu vaxta qədər yemək bişirməyə vaxt tapmadığı üçün kulinariya ilə məşğul olacağını söyləyib. O həmçinin marağını çəkən digər məşğuliyyətlərdən bəhs edib:
“Mən istefamdan sonra parlamentari kimi siyasətdə qalacam. Amma indi daha çox vaxtım olacaq, ailəmə, gəzintiyə və kriket oyununa zaman ayıracam. Kriket izləməyi sevirəm”.Muxalifet3 - 16-06-2019
Milan-Moskva reysi ilə uçan təyyarədə kondisionerlər işləmədi
Milan-Moskva reysi ilə uçan təyyarənin sərnişinləri kondisionerlərin işləməməsindən narahatlıq keçirsələr də, hava gəmisi heç bir problem olmadan Rusiya paytaxtının aeroporta enib.
Ria Novosti-nin məlumatına görə, “Aeroflot” şirkətinə məxsus təyyarədəki ötürücülər hermetikliyin pozulmasını qeydə alıb. Daha sonra kondisioner sisteminin işləmədiyi məlum olub.
Buna baxmayaraq, təyyarənin “Şeremetyevo” hava limanına enişi zamanı heç bir problem yaranmayıb.
Muxalifet3 - 16-06-2019
Putinə 610 min sual ünvanlandı
“Vladimir Putinlə canlı bağlantı” ilə bağlı artıq prezidentə 610 mindən artıq sual ünvanlanıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, suallar telefon zəngləri, sms, sisoal şəbəkə üzərindən və s. ünvanlanıb.
Sualların daxil olması davam edir.
Qeyd edək ki, Putinin sualları cavablamasını canlı olaraq Birinci kanal, Rusiya-1, Rusiya-24, NTV, ORT, MİR yayacaq.
Yayım 20 iyun saat 12:00-da başlayacaq.
Muxalifet4 - 17-06-2019
Krımda azərbaycanlıların kütləvi davası: ölən var - VİDEO/16+
Ukraynanın Krım Muxtar Respublikasının Simferopol şəhərində azərbaycanlılar arasında qanlı insident baş verib. Rusiyanın Kirov vilayətində "Azərbaycan" Fondunun prezidenti Elnur Hüseynovun report-a verdiyi məlumata görə, hadisə zamanı əslən Azərbaycanın Kəlbəcər rayonundan olan İlqar adlı şəxs hadisə yerində keçinib, Ağsu rayon sakini Həmzə isə xəstəxanaya yerləşdirilib. Hadisədən sonra hüquq-mühafizə orqanları tərəfindən öncə 68 nəfər saxlanılsa da, onlardan 53 nəfəri buraxılıb, 15 nəfər nəzarətə götürülüb. Cinayət işi davam edir.
Muxalifet4 - 17-06-2019
Burada kişiləri qadın kimi böyüdürlər - Səbəbi HƏR KƏSİ ŞOKA SALACAQ - FOTO
Planetimizin hər nöqtəsinin özünə xas möcüzələri, qeyri-adiliyi, mədəniyyət, adət-ənənə fərqi var. Məsələn, Samoa dövlətində kişi və qadından əlavə faafafine adlanan üçüncü cinsiyyət bölgüsü də var. Faafafinelər qız kimi tərbiyə olunub qadın kimi böyüyən oğlanlara deyirlər. Faafafinelər məişətdə, gündəlik həyatda qadın öhdəliklərini mənimsəyir, hətta kişilərlə ailə qururlar. Muxalifet.az xəbər verir ki, Samoanın 190 min nəfərlik əhalisinin üçdə biri faafinedir. Onlar həmçinin digər ölkələrdə də adaların diaspor təşkilatının fəal üzvləridir.
Muxalifet4 - 17-06-2019
Əkrəm İmamoğlu və Binəli Yıldırım canlı yayımda üz-üzə gəldilər - YENİLƏNİB, VİDEO
İyunun 23-də İstanbulda çox kritik və Türkiyədə son zamanların ən maraqla gözlənilən seçkilərindən biri – İstanbul bələdiyyəsi sədrinin seçkiləri keçiriləcək.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, 31 martda keçirilmiş və qalmaqallarla yadda qalmış bələdiyyə seçkilərinin nəticələrinə görə CHP-dən İstanbul bələdiyyəsi sədrliyinə namizəd Ekrem İmamoğlu qalib elan edilmişdi. Lakin sonradan hakim AK Partinin etirazları üzündən səslər yenidən sayıldı, nəticə isə dəyişmədi.
Muxalifet4 - 17-06-2019
İmamoğlundan Yıldırıma diqqət çəkən hədiyyə - VİDEO
Xəbər verdiyimiz kimi, iyunun 23-də Türkiyənin İstanbul şəhərində keçiriləcək bələdiyyə seçkiləri öncəsi iki namizəd - Binəli Yıldırım və Əkrəm İmamoğlu ilk dəfə canlı yayımda üz-üzə gəliblər.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, İsmayıl Küçükkayanın aparıcılığı ilə təqdim olunan canlı yayımda Əkrəm İmamoğlu tək açıqlamaları ilə deyil, həm də atdığı bir addımla yadda qalıb.
Belə ki, o, rəqibi Binəli Yıldırımı Atalar günü münasibəti ilə təbrik edib və ona üzərində Atatürkün imzası olan qələm hədiyyə edib.
Muxalifet4 - 17-06-2019
Sevgilisini görmək istəyən kişi inanılmaza əl atdı, ÖMÜRLÜK HƏBS OLUNDU
Hindistanda sevgilisini daha çox görə bilmək üçün təyyarənin tualetinə "Təyyarədə 12 quldur və partlayıcılar var" yazılmış kağız qoyan bir iş adamına ömürlük həbs cəzası verilib.
Birju Salla sevgilisini Mumbaya köçməyə razı sala bilmədiyi üçün onun çalışdığı təyyarə şirkətinin imicini zədələmək və sevgilisinin işsiz qalmasına nail olmaq üçün belə hərəkət etdiyini açıqlayıb.
Məhkəmə ona 720 min dollar təzminat cəzası da kəsib.
Muxalifet4 - 17-06-2019
Həbibdən onunla şəkil çəkdirmək istəyən uşağa qeyri-adi şərt - VİDEO
Rusiyanın qarışıq döyüş sənəti üzrə məşhur idmançısı, MMA çempionu Həbib Nurməhəmmədov “Barselona” azarkeşini “Hala Madrid” deməyə məcbur edib.
“Qafqazinfo” xəbər verir ki, idmançı ilə şəkil çəkdirmək istəyən uşaq onun şərtini yerinə yetirməyə məcbur olur. Belə ki, H. Nurməhəmmədov onunla bir şərtlə şəkil çəkdirməyə razı olacağını deyir. İdmançı uşağın “Barselona” fanatı olduğunu bildiyi halda, ondan rəqib komanda “Real Madrid”in şüarı olan “Hala Madrid” deməyini istəyir.
Uşaq Nurməhəmmədovun şərtini yerinə yetirir və onunla şəkil çəkdirir.Muxalifet4 - 17-06-2019
Bu üç güc dünyanın hökmdarı olacaq - Rusiyaya ŞOK
Rusiya süni intellekt sahəsində dünya lideri ola bilməyəcək. Publika.az xəbər verir ki, bu haqda “Defense One” nəşri yazıb. “Rusiya innovasiyalar mədəniyyətini inkişaf etdirməkdə qabiliyyətsizliyə görə süni intellekt sahəsində lider olmaq cəhdində müvəffəqiyyətsizliyə uğrayacaq”, - Amerika nəşri qeyd edib. Nəşr əsas səbəblər kimi geniş yayımış korrupsiyanı, şəxsi mülkiyyətin müdafiə olunmamasını və təhlükəsizlik orqanlarının həddindən artıq ictimai nəzarətini göstərir. Məqalənin müəllifi əmindir ki, Rusiya süni intellekt sahəsində ABŞ, Çin və Qərbi Avropadan geri qalacaq.
Muxalifet - 17-06-2019