Axtarış
The search found 105785 results in 0.023 seconds.
Search results
PUTİN ÇOXDAN BELƏ “İLİŞMƏMİŞDİ” – Uğursuz bir əməliyyat onun sistemini sarsıtdı
Üzərində narkotik maddə “tapılan” və həbsə atılan jurnalist İvan Qolunovun ətrafında baş verənlər Rusiyada və ondan kənarda böyük rezonansa səbəb olub. Çoxlarının gözləmədiyi halda, bu iş ölkədəki polis və məmur özbaşınalığına qarşı kütləvi etirazlara səbəb oldu.
Muxalifet - 15-06-2019
Müharibə təhlükəsi artır! ABŞ və BMT-dən açıqlama
Oman Körfəzindən keçən gəmilərlə bağlı hücumda yeni gəlişmələr yaşanır. İngiltərənin Xarici İşlər naziri Jeremy Hunt “Oman Körfəzində tankerlərə yönəlik hücumun İran tərəfindən edildiyi şübhə doğurmur" deyə bildirib.
İngiltərə Xarici İşlər Nazirliyindən edilən açıqlamada, "İran ordusunun bir qolu olan İnqilab Mühafizəçilərinin iki tankerə 13 iyunda hücum etdiyi haradasa qətidir. Başqa heç bir dövlət və ya dövlət xarici aktyor bir şəkildə məsul ola bilməz" deyilib.Muxalifet3 - 15-06-2019
Qonşumuzda ard-arda 14 zəlzələ
Bu gün Türkiyə ərazisində silsilə zəlzələlər baş verib. Seysmik zonada yerləşən Denizli, Hakkari, Van, Manisa, Çanaqqala, İzmir, Kütahya, Egey, Mərmərə, Aralıq dənizi sahillərində müxtəlif zamanlarda yeraltı təkanlar qeydə alınıb. Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələləri Araşdırma İnstiutununun məlumatına görə, yeraltı təkanların ən güclüsü 3,3 bal gücündə, ən zəifi isə 1,2 bal gücündə olub. Ümumilikdə, 15 iyunda ayrı-ayrı vaxtlarda 14 zəlzələ qeydə alınıb./Publika
Muxalifet - 15-06-2019
Melkumyan necə cəzalandırıldı? – erməni Allahverdinin oğlu Dağlıq Qarabağda fitnə-fəsad toxumu səpirmiş
Bəzi erməni araşdırmaçıların qənaətinə görə SSRİ dövründə Azərbaycanın tabeliyində olan Dağlıq Qarabağ Muxtar vilayətinin ən “milli ruhlu” rəhbəri, vilayət partiya komitəsinin birinci katibi Qurgen (atasının adı Allahverdi) Melkumyan olub. O, 1962-1973-cü illərdə vilayətə rəhbərlik edib.
Muxalifet - 15-06-2019
Atası və əmisi ömürlük həbs edilən, “Lotu Quli”ni tanımayan “Gəncəli Firdovsi” kimdir? - DOSYE
Azərbaycanlı kriminal aləm üzvü, "Gəncəli Firdovsi” kimi tanınan Firdovsi Mustafayevin yaxın zamanlarda "qanuni oğru” adı alacağı bildirilir. Firdovsi Mustafayevin hazırda Qobustan türməsində "obşak”a nəzarət edən şəxslərdən olduğu bildirilir. Muxalifet.az Bakupost.az-a istinadla "Gəncəli Firdovsi”nin kriminal dosyesini təqdim edir: "Gəncəli Firdovsi” kimdir? Mustafayev Firdovsi Elşad oğlu 1992-ci ildə Gəncədə anadan olub. O, gənc yaşlarından kriminal aləmə maraq salıb. Firdovsi Mustafayev ömürlük həbs cəzası almış Elşad Mustafayevin oğludur.
Muxalifet - 15-06-2019
SON DƏQİQƏ: şəhərin mərkəzindəki ticarət mərkəzində DƏHŞƏTLİ YANĞIN - VİDEO
Türkiyənin İstanbul şəhərinin Bağcılar səmtində yanğın baş verib.
Publika.az xəbər verir ki, hədiyyə, xırdavat və ev əşyaları satılan ticarət mərkəzinin daxilində fəaliyyət göstərən ofis yanıb.
Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb olunub. Yanğının nəzarət altına alınması məqsədilə işlər davam edir.
Ölən və xəsarət alanların olması ilə bağlı, hələ ki, məlumat verilməyib.Muxalifet - 15-06-2019
"Vay o kişinin halına ki, evlənir-boşanır..." - Azərbaycanlı müğənni - VİDEO
ARB TV-nin “Show news” verilişinin növbəti müsahibi müğənni Nazim Pişyari (Faytonçu Nazim) olub:
Müğənni səs-küy yaradacaq iddialı açıqla verib:Muxalifet - 15-06-2019
Səudiyyə Ərəbistanına silah satışı ləğv edildi
Belçikada Dövlət Şurası Səudiyyə Ərəbistanına silah ixrac edən “FM Herstal! və “CMI” adlı iki firmanın lisenziyalarını ləğv edib.
Belçika hökuməti “FN Herstal” və “CMI” adlı iki silah satışı olan şirkətin ixrac sənədlərini ləğv edib. Ərəb ölkələriylə ticarət razılaşmaları olan bu iki şirkət üçün verilən qərarın, xüsusilə Səudiyyə Ərəbistanının konstitusional haqlar mövzusuna tam olaraq hörmət göstərməməsi səbəbiylə alındığı ifadə edilib.Muxalifet3 - 15-06-2019
XİN-dən Qarabağ BƏYANATI: Vaşınqton görüşündə...
Son zamanlar Ermənistan rəsmilərinin bu ölkənin işğalçı siyasətini açıq bəyan edən çıxışları və hərəkətləri ilə gündəmə gəlir. Ermənistan müdafiə naziri Azərbaycan hərbi qulluqçusunu qətlə yetirənləri şəxsən mükafatlandırır. Belə bir şəraitdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qarşıdan gələn Vaşinqton görüşündən nə gözləmək olar?
Muxalifet - 15-06-2019
Körfəzdə kim vurdu, kim vuruldu? - TƏHLİL
Yasin Aktay
Bir müddətdir suları isidilməyə çalışılan Körfəzdə ötən ay hardasa bir partlayış nöqtəsinə gəlindiyi havası əsirdi. Daha əvvəl nüvə razılaşmasını ləğv etməklə yetinməyib, İrana qarşı lazım olsa, sürətli hücum reallaşdıra biləcəyi təəssüratı da verməkdə olan ABŞ-ın gərginliyi artırma siyasətinin sonunun hara çatacağı mövzusunda görünənə aldanmamaq lazım olduğu barəsində xəbərdarlıqlar etmişdik.
Muxalifet3 - 15-06-2019
“AZƏRSUN” GENEFONDUMUZU MƏHV EDİR - Şirkətin istehsal etdiyi ərzaq məhsulları əhalinin sağlamlığı üçün təhlükəlidir
Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, "Azərsun Holding"in prezidenti Abdulbari Gozal bugünlərdə Bakıda keçirilən "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxışı zamanı Azərbaycanda qanunların işləməməsindən gileylənib. O, həmçinin dövlətin iqtisadiyyatda uğurlu ola bilməyəcəyini iddia etməklə yanaşı, dövlətin ticarətdən uzaq durmasını məsləhət görüb: "Biz dövlətdən xahiş edirik ki, sən ticarətlə məşğul olma, bizim yolumuzu aç. Dövlət heç vaxt iqtisadiyyatda uğurlu ola bilməz.
Muxalifet - 15-06-2019
Sabiq nazir məhkəməyə müraciət etdi – ƏMLAK QALMAQALI
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Bakının Səbail rayonu ərazisində yerləşən mülkiyyətin ona məxsus olduğunu iddia edərək, həmin ərazinin boşaldılmasını tələb edir. Sabiq nazir bundan ötrü məhkəməyə müraciət edib.
Muxalifet.az Bizimyol.info-ya istinadən xəbər verir ki, F.Ələkbərov “Məlahət” MMC-yə qarşı iddia qaldırıb. Cavabdeh qismində həm də Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin bakı Ərazi İdarəsini qoyub.Muxalifet - 15-06-2019
Müdafiə naziri xidməti müşavirə keçirib - “Düşmənin təxribatlarının qarşısı alınmalıdır”
İyunun 15-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib. Bu barədə “Report”a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Muxalifet - 15-06-2019
Meral Akşener Elçibəyin xanımının vəfatından yazdı - FOTO
Türkiyənin İYİ Partiyasının lideri Meral Akşener Azərbaycanın keçmiş Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın vəfatı ilə əlaqədar başsağlığı verib. Partiya lideri bu barədə "Twittter"də yazıb. "Türk dünyasının birləşəməsi və qardaşlığı üçün ömrü boyu mübarizə aparmış, rəhmətlik böyüyüm Əbülfəz Elçibəyin dəyərli həyat yoldaşı Həlimə xanımı ititrməyin təsəvvür edilməz kədərini yaşayıram. Rəbbim məkanını cənnət eləsin”, deyə Meral Akşener qeyd edib.
Muxalifet - 15-06-2019
"ABŞ-Avropa alyansını ən çox zədələyən adam Trampdır" -“Le Monde”
Fransanın “Le Monde” qəzetinin siyasi analitiki Alen Fraşon Donald Trampın vurduğu ardıcıl zərbələrlə sarsılan ABŞ-Avropa münasibətlərinin sonrakı taleyini təhlil edib.
Muxalifet - 15-06-2019
Əbülfəz Elçibəyin həyat yoldaşı dəfn edildi - FOTOLAR - YENİLƏNİB
Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva Kələkidə kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.
Cənazə Azərbaycan bayrağına bürünüb.
Muxalifet - 15-06-2019
Nazilədən Xoşqədəmə sərt İSMARIC - "Məni tutdurmağa qüdrətin çatmaz"
Şairə Nazilə Səfərli aylardır davam edən məhkəmədə uduzduğu aparıcı Xoşqədəm Hidayətqızına açıq məktub ünvanlayıb.
Muxalifet.az xəbər verir ki, o, "Facebook" səhifəsində yazdığı məktubda aparıcıdan üzr istəməyəcəyini deyib:
"Xoşqədəm, bir əsr də Allah sənə ömür versə, İnşallah olsun (ancaq əzabdır deyə sənə arzulamaram) hətta bir əsrdən də çox özünü məhkəmələrdə həlak edib, illərini, əsəblərini bu yolda qurban versən, yenə sən məndən üzr gözləmə!!!Muxalifet - 15-06-2019
Dollardan qurtuluş yolu TAPILDI: İran, Türkiyə, Rusiya və Çin...
Dünyada dolların hegemonluğuna qarşı hərəkətə keçən Malayziya Cənub-şərqi Asiyada fəaliyyət göstərəcək yeni valyuta sistemi üzərində çalışır.
Məsələni Malayziyanın baş naziri Mahathir Məhəmməd Yaponiyanın Osaka şəhərində təşkil edilən 25-ci Beynəlxalq Asiyanın Gələcəyi Konfransında gündəmə gətirib.
Baş nazir bildirib ki, yeni valyuta sistemi qızıla indeksli şəkildə istifadə oluna bilər.Muxalifet - 15-06-2019
Ermənistan niyə Azərbaycanı müharibəyə təhrik edir?
Təmas xəttində vəziyyət getdikcə gərginləşir. Vyanada sülh prosesi ilə bağlı əldə olunmuş razılaşmalar gerçəkləşməyib. Bu yaxınlarda Ermənistan tərəfinin açdığı atəş nəticəsində daha bir azərbaycan hərbçisi həyatını itirib.
Gədəbəy rayonunun Xoxneqışlaq kəndinin 2000-ci il təvəllüdlü sakini Elşən Xəlilov erməni tərəfinin cəbhə xəttinin Tərtər istiqamətində açdığı atəş nəticəsində şəhid olub. Bundan bir neçə gün əvvəl isə düşmən snayperinin Ağdam istiqamətində açdığı atəşdən mayor Aqil Omarov şəhid olub.Muxalifet - 15-06-2019
ABŞ-dan daha bir S-400 açıqlaması: İmkan verməyəcəyik
Türkiyə və ABŞ arasında S-400 və F-35 böhranının baş verməsiylə iki ölkə arasında gərginlik artarkən, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Eric Pahon-dan mövzuyla əlaqədar kritik bir açıqlama verilib.
Mövzuyla əlaqədar açıqlama verən Eric Pahon "Moskvanın birinci hədəfi, onlar baxımından ən böyük hədiyyə NATO ittifaqında parçalanma yaratmaqdır, amma belə bir şey olmayacaq" deyib.Muxalifet3 - 15-06-2019