Axtarış
The search found 105785 results in 0.044 seconds.
Search results
Tiflisdə cinsi azlıqlarla millətçilər toqquşdu - Foto
Tiflisdə Gürcüstanın Hökumət Administrasiyasının binası qarşısında cinsi azlıq tərəfdarları ilə millətçilər arasında qarşıdurma baş verib. Muxalifet.az xəbər verir ki, LGBT nümayəndələri “Dövlət haradasan?” adlı aksiya keçirməyə cəhd ediblər. Millətçilər və din xadimləri aksiyanın keçirilməsinə mane olub. Tərəflər arasında qarşıdurma baş verib. Cinsi azlıq tərəfdarları hökumət rəsmilərini LGBT nümayəndələrinin 18-23 iyun tarixinə Tiflisdə planlaşdırdığı parad ətrafında yaranmış vəziyyətə münasibət bildirməyə çağırıb. Əraziyə cəlb olunan çox sayda polis tərəflər arasında canlı sədd yaradıb.
Muxalifet3 - 14-06-2019
Moldova hökuməti istefa verdi
Pavel Filipin Baş Naziri olduğu Moldova hökuməti istefa verib. Ölkənin Demokratiya Partiyası yeni Baş Nazir Mayya Sandunun xeyrinə bu cür qərar çıxarıb .
Muxalifet.az xəbər verir ki, bu barədə Kişineuda keçirdiyi brifinqdə partiyanın sədrinin müavini Vladimir Çebortar məlumat verib. “Biz ölkəni təhlükədən xilas etmək üçün hökumətdən imtina etdik. Yaxın saatlarda Pavel Filip hökumətin rəsmən istefasını açıqlayacaq”,- deyə Çebortar bildirib.Muxalifet3 - 14-06-2019
Serialın yayımı dayandırıldı, TV cərimə olundu
Türkiyə Radio və Televiziya Şurası (RTÜK) Fox TV-ni cəzalandırıb.
Muxalifet.az xəbər verir ki, buna səbəb “Fox Life”da Amerika istehsalı olan “Jane The Virgin” serialının yayımlanması olub.
Qeyd olunub ki, sözügedən serialda həmcinslərin münasibətləri qabardılıb, bu isə Türkiyə milli-mənəvi dəyərlərinə ziddir.
Həmçinin, RTÜK FOX TV-ni cəmiyyətin əxlaq dəyərlərini heçə saymaqda günahlandırıb.
Şura serialın yayımlanmasını dayadıraraq, kanalı yüksək məbləğdə cərimələyib.
Muxalifet3 - 14-06-2019
Sərnişin təyyarədə tualet qapısı əvəzinə çıxış qapısını açdı, aləm qarışdı
Sərnişin təyyarədə tualet qapısı əvəzinə çıxış qapısını açdı, aləm qarışdı İslamabaddan Mançesterə uçuşa hazırlaşan 702-ci reysdə insident baş verib. “Pakistan hava yolları” şirkətinə məxsus təyyarənin qadın sərnişini tualetin qapısı ilə qəza çıxışının qapısını dəyişik salıb. Uçuşa hazırlaşan zaman sərnişinlərdən biri “təhlükəsizlik kəmərini taxın” elanına əhəmiyyət verməyərək tualet axtarmaq üçün ayağa qalxıb və bu insident yaşanıb. Nəticədə 37 sərnişin təxliyyə edilib, reys isə 8 saat gecikib.
Muxalifet3 - 14-06-2019
İsraildən Qərbə şok çağırış: Türkiyəyə güvənməyin!
ABŞ və NATO müasir silahlara sahib olmağa çalışan Türkiyəyə gözləri qapalı şəkildə güvənməməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri İsrailin Təhlükəsizlik Kabinəsinin üzvü və Ətraf Mühit naziri Zeev Elkin deyib.
Nazir bildirib ki, Avropaya istiqamətlənmə artıq Türkiyənin strateji hədəfi deyil və hətta NATO-ya üzvlüyün də bir anlamı qalmayıb:
“Türkiyənin strateji hədəfi müsəlman ölkəsi olaraq müstəqil siyasətlə İslam dünyasında yerini almaqdır”.
Muxalifet3 - 14-06-2019
Britaniya da İranı ittiham etdi - Tankerə HÜCUM
Böyük Britaniya Oman körfəzində tankerlərdə baş verən partlayışlara görə İranı ittiham edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Britaniya XİN-in bəyanatında deyilib.
“Baş verən hadisədən sonra Britaniya belə bir qənaətə gəldi ki, İran silahlı strukturlarından biri – İran İslam İnqilabı Keşikçiləri Korpusu 13 iyunda 2 tankerə hücum edib.
Dövlət tərəfindən dəstəklənməyən heç kim bunun məsuliyyətini öz üzərinə götürə bilməz”, - deyə bildirilib.Muxalifet3 - 14-06-2019
Kərəm Məmmədli BDU-nun kafedra müdiri seçildi
Tanınmış tarixçi alim, professor Kərəm Məmmədli Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri seçilib.
Muxalifet.az xəbər verir ki, ictimaiyyətdə də geniş nüfuzu olan K.Məmmədlinin yeni vəzifəsi sosial şəbəkələrdə təqdir edilməkdədir.
Qeyd edək ki, Arxeologiya və Etnoqrafiya kafedrasına bu vaxta qədər Qüdrət İsmayılzadə rəhbərlik edib. Q.İsmayılzadə Azərbaycanın Yaponiyada səfiri olmuş Gürsel İsmayılzadənin atasıdır.
Muxalifet4 - 15-06-2019
Nazilə Səfərli məhkəməni uduzdu - XOŞQƏDƏM HİDAYƏTQIZINA TƏZMİNAT ÖDƏMƏLİ OLACAQ
Şairə Nazilə Səfərli ilə Xoşqədəm Hidayətqızı arasında aylardır davam edən məhkəmə prosesi başa çatıb. Bu barədə Xoşqədəm Hidayətqızının vəkili Tahir Əlirzayev Unikal.org-a məlumat verib.
Muxalifet4 - 15-06-2019
"Çernobıl" serialında adı çəkilən şəxsdən SENSASİON AÇIQLAMALAR - Şok faktlar
Üç "likvidator-təsviyəçinin" - Ananenko, Bespalov və Baranovun ÇAES-in 4-cü reaktorunun altındakı radioaktiv suya girməsi səhnəsi "Çernobıl" serialının ən parlaq səhnələrindən biridir.
Filmdəki qədər dramatik olmasa da, 1986-cı ilin mayında həqiqətən belə bir əməliyyat keçirilib.
BBC News Ukrayna həmin əməliyyatın canlı iştirakçısı - reaktor sexinin keçmiş böyük mühəndis-mexaniki Aleksey Ananenkoyla görüşüb.
Muxalifet4 - 15-06-2019
Muradı həbsdən kim buraxdırdı? - AÇIQLAMA
Murad Köhnəqalanın belə tezliklə azadlığa buraxılacağını gözləmirdim. 10 gün müddətində Muradın ailəsi, dostları tələb olunan vəsaiti ödəməsəydilər, onu buraxmayacaqdılar. İş elə gətirdi ki, məsələyə millət vəkili Qənirə Paşayeva, Avrasiya Mətbuat Fondunun prezidenti, Muradın tələbə yoldaşı Umud Rəhimoğlu qarışdı. Onların köməkliyi ilə Murad azadlığa buraxıldı.
Bunu Teleqraf.com-a açıqlamasında tanınmış şair Murad Köhnəqalanın həyat yoldaşı Şəlalə Göytürk bildirib.
Muxalifet4 - 15-06-2019
BDU-da DEKAN SEÇKİSİ BAŞ TUTMADI – Tarix fakültəsinin dekanı olmağa iddialı namizədlər yetərli dəstək əldə edə bilmədilər / YENİLƏNİB
Xəbər verdiyimiz kimi, iyunun 14-də, saat 16:00-da Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində dekan seçkisi həyata keçirilməli idi. Universitet daxilindəki mənbələrdən əldə etdiyimiz məlumata əsasən, deyilən vaxtda seçki prosesi keçirilsə də, BDU-nun Tarix fakültəsinin dekanını seçmək mümkün olmayıb. Bu səbəbdən də seçki təxirə salınıb. Məlumata əsasən, seçkinin baş tutmamasına səbəb dekan vəzifəsinə iddialı olan şəxslərin fakültə əməkdaşlarının yetərli dəstəyini qazana bilməməsi olub.
Muxalifet4 - 15-06-2019
Meral Akşenerdən Elçibəy ailəsinə başsağlığı - FOTO
Türkiyənin tanınmış siyasətçisi, İYİ Partiyanın rəhbəri Meral Akşener Azərbaycanın məhhum eks-prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva vəfatı ilə əlaqədar təziyə mesajı yayınlayıb.
Muxalifet.az teleqraf.com-a istinadən Meral Akşenerin mesajını olduğu kimi təqdim edir:
Muxalifet4 - 15-06-2019
Elçibəyin həyat yoldaşının cənazəsi Azərbaycana göndərilib - FOTOLAR
Türkiyədə vəfat edən Həlimə xanımın cənazəsi Azərbaycana göndərilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Mete Kaya facebook-da məlumat verib. O, Elçibəyin həyat yoldaşı Həlimə xanımın cənazəsinin hava limanından Azərbaycana yola salındığını bildirib, Türk dünyasına və mərhumun ailəsinə başsağlığı diləyib.
Qeyd edək ki, Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanım iyunun 14-də İstanbulda vəfat edib. O, bir müddətdir ki xəstəxanada müalicə olunurdu.
Həlimə xanım Naxçıvanın Kələki kəndində dəfn olunacaq.Muxalifet4 - 15-06-2019
ABŞ səfirliyinin yaxınına raket düşdü
İraqın paytaxtı Bağdadın mərkəzində ABŞ səfirliyi yaxınındakı bir evə katyuşa raketi düşdüyü bildirilib.
İraq Müdafiə Nazirliyinə bağlı Təhlükəsiz Əlaqələr qurumundan edilən yazılı açıqlamaya görə, Bağdadın mərkəzindəki əl-Cadiriyə bölgəsindəki bir evə katyuşa tipli bir raket düşüb.
Raket dağıntıya səbəb olmayıb. Açıqlamada, mövzu ilə bağlı daha çox məlumat verilməyib.Muxalifet3 - 15-06-2019
Makrondan Türkiyə əleyhinə hədsiz sözlər
Cənubi Avropa ölkələrinin liderlərini bir araya gətirən Maltadakı Avropa Birliyi zirvəsindən sonra çıxış edən Fransa prezidenti Emmanuel Makron, Cənubi Kipr Yunan Rəhbərliyi ilə tam bir həmrəylik içində olduğunu ifadə edərək Yunan tərəfinin suverenliyinə hörmət edilməsi mövzusundakı qətiyyətini vurğulayıb. Makron həddini aşaraq Türkiyəni Şərqi Aralıq dənizi bölgəsindəki fəaliyyətlərinə son verməyə çağırıb: "Kiprlə tamamilə həmrəylik içindəyik və suverenliyinə dəstək veririk. Türkiyə Kiprin iqtisadi bölgəsindəki qeyri-qanuni fəaliyyətinə son verməlidir.
Muxalifet3 - 15-06-2019
ABŞ mətbuatının F-35 əndişəsi: Təyyarə müharibəyə hazır deyil
ABŞ ordusu daha yaşlı F-35-ləri modifikasiya etmək üçün onsuz da milyonlarla dollar xərcləyib. “Defense News”-un F-35-lərdə ifşa etdiyi qüsurları örtmək üçün bu faktura daha da qabara bilər. Üstəlik düzəltməsi bir xeyli zaman da alacaq.
“The Daily Beast”-a açıqlama verən Vaşinqton mərkəzli Hökumət Qarovul Proyektinin analisti Dan Grazier "Tamamilə funksional döyüş təyyarəsi ola bilməsi üçün, təbii əgər bu keyfiyyətdə ola biləcəksə, 5 il, ya da daha çox gözləmək lazım olacaq" deyib.Muxalifet3 - 15-06-2019
Putindən Paşinyana qarşı ÖLDÜRÜCÜ HƏMLƏ: Qarabağ... - Bir saatlıq QAPALI GÖRÜŞÜN ŞİFRƏSİ
“Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin Ermənistanın eks-prezidenti Robert Koçaryanla görüşünün mənası odur ki, Kreml əvvəlkitək baş nazir Nikol Paşinyanla Qarabağ klanı arasındakı mübarizədə ikinciyə dəstək mesajını verir”. Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, rus səfir Kremlin təlimatını yerinə yetirib: “Rusiya səfiri bu görüşdə qeyri-adi heç nə olmadığını deyir. Bu açıqlama diqqəti yayındırmaq üçündür. Rusiyanın başqa ölkələrdəki səfirləri, adətən, müxalifət liderləri ilə görüşmürlər, əlaqəni rəsmi strukturlarla qururlar.
Muxalifet - 15-06-2019
Kredit faizlərini kəlləçarxa çıxaran səbəblər açıqlandı - ilginc faktlar
Ekspert deyir ki, faiz dərəcələrinin artmasını şərtləndirən xərc, risk və digər mənfi amillərin aradan qaldırılması təkcə bank sektorundan asılı deyil; “Yüksək faiz kreditin geri qayıtma ehtimalını və riskləri artırır” Azərbaycanda bank kreditlərinin faizlərinin yüksək olması yenidən ciddi müzakirə mövzusuna çevrilib. Bir sıra ekspertlər, Milli Məclis üzvləri əhalidən 12 faizlə əmanət kimi götürülən vəsaitlərin sonradan 25-30 faizlə kreditə verilməsinin normal olmadığını bildirir, kredit faizlərinin aşağı salınmasının zəruriliyini vurğulayırlar.
Muxalifet - 15-06-2019
İsraildən ABŞ və NATO-ya Türkiyə əleyhinə çağırış
İsrailin Təhlükəsizlik Kabinetinin üzvü və Ekologiya naziri Zeev Elkin Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemi alışına işarə edərək ABŞ və NATO-ya "inkişaf etmiş silahlara sahib olmağa çalışan Türkiyəyə etibar etməmək" çağırışı edib.
İsrailli nazir Elkin paytaxt Təl Əvivdəki proqramına qatıldığı yerli bir radio kanalında, ABŞ-ın Arizona əyalətindəki Luke Hava bazasında təhsil alan Türk F-35 pilotlarının uçuşlarını dayandırma qərarını dəstəklədiyini açıqlayıb.
'TÜRKİYƏYƏ ETİBAR ETMƏYİN'
Muxalifet3 - 15-06-2019
Almaniyanın “Bild” qəzetindən “S-400 və Türkiyə” yazısı!
Almaniyanın “Bild” qəzeti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Türkiyə S-400 müdafiə sistemlərini alacaq, demirəm, alıb, deyirəm. Biz bu işi bitirdik" sözlərini analiz edib.
Türkiyənin ABŞ ilə uzun müddətdir davam edən böhrana baxmayaraq S-400-ü alma qərarı verdiyini yazan “Bild”, prezident Ərdoğanın ABŞ-ın buna qəzəblnəcəyini bilsə də, bu razılaşmanı imzaladığını ifadə edib.Muxalifet3 - 15-06-2019