Axtarış
The search found 105785 results in 0.026 seconds.
Search results
Narkotiklə tutulmuş jurnalistin yalançı şahidi evindən qaçıb – VİDEO
Rusiyada araşdırmaçı jurnalist İvan Qolunovun səs-küylü işi başa çatsa da, onun narkotiklərin yayılması ittihamı ilə saxlanılmasında iştirak edənlərin həyatı macəralarla “zənginləşib”.
Virtualaz.org “Mash” telegram-kanalına istinadla xəbər verir ki, jurnalistin saxta ittihamla saxlanıldığı an şahidlik etmiş şəxslərdən biri – Aleksey adlı Moskva sakini evindən qaçaraq, polis şöbəsində gizlənib. Alekseyin sözlərinə görə, naməlum şəxslər evinin qapısına gələrək, onu axtarıblar.
Muxalifet - 14-06-2019
Evdən qaçan meyxanaçının arvadı görün haradan tapıldı - VİDEO
İki gün əvvəl itkin düşən Xannənə İbrahimqızı Şəkərova tapılıb. "Yeni Sabah"ın xəbər verir ki, o, ər evində dalaşdıqdan sonra bibisigilə gedib. Qohumlar isə dağda olduğundan telefonlarına zəng çatmayıb. Xannənənin anası qızının yad kişi ilə qaçmasına dair səslənən iddiaları rədd edib. Qeyd edək ki, Xannənə meyxanaçı Araz Astaralının arvadıdır. Bu barədə "Bizimləsən" verilişində məlumat verilib. 29 yaşlı Xannənə İbrahimqızı Şəkərova ötən gün evdən çıxıb və geri qayıtmayıb. Verilişə zəng edən iki uşaq anası Xannənənin anası bildirib ki, o, yoldaşı ilə dava edib və sonra evdən gedib.
Muxalifet - 14-06-2019
Azərbaycanda əcnəbilər üçün ÇOXDƏFƏLİK GİRİŞ VİZASINA görə rüsum qaydası dəyişdi
Azərbaycanda xarici ölkə vətəndaşlarına çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsum yeni qaydada tətbiq olunacaq.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.Muxalifet - 14-06-2019
Rusiya polisinə Azərbaycanda istirahət etməyə icazə verilib
Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşlarına istirahət etmək üçün icazə verilən ölkələr arasında Azərbaycanın da adı var.
“Report” BBC-yə istinadən xəbər verir ki, məlumatı Rusiya Turoperatorlar Assosiasiyası yayıb.
Bildirilib ki, 2014-cü ildən Rusiyanın polis və başqa güc strukturları əməkldaşlarının xaricdə istirahət etməsi faktiki qadağan olunub. Bu məqsədlə icazə verilən ölkələrin adları bir neçə dəfə dəyişdirilib. 2018-ci ildə 13 istiqamət müəyyənləşmişdi.
Muxalifet - 14-06-2019
Səmədbəyli Elçibəyin xanımının vəfatından danışdı: ŞOKDAYIQ!
Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva dünyasını dəyişib.
Bu barədə sabiq baş nazir Pənah Hüseyn məlumat yayıb. O qeyd edib ki, Elçibəyin həyat yoldaşı Həlimə xanım Türkiyədə vəfat edib.
Məlumatı Elçibəyin kürəkəni, sabiq millət vəkili Aqil Səmədbəyli Axar.az-a təsdiqləyib. O bildirib ki, Həlimə Əliyevanın səhhəti dünən qəfildən pisləşib və dərhal İstanbulun Silivri rayonunda yerləşən xəstəxanaya aparılıb:
"Bu gün isə reanimasiya şöbəsində dünyasını dəyişdi".Muxalifet - 14-06-2019
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Tanınmış jurnalistin xanımı və qızı özlərini 10-cu mərtəbədən atdı - YENİLƏNDİ
Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb.
Teleqraf.com-un xəbərinə görə, rayon ərazisində ana və qızı yaşadıqları binanın 10-cu mərtəbəsindən özlərini atıb.
Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib.
İntihar edən şəxslərin 1964-cü il təvəllüdlü Rübabə Allahverdiyeva və qızı, 1990-cı il təvəllüdlü Xədicə Allahverdiyeva olduğu müəyyən edilib.
İntihar edən şəxslər “Respublika” qəzetinin baş redaktorunun müavini İsmail Allahverdiyevin həyat yoldaşı və qızıdır.***
14:08
Muxalifet - 14-06-2019
Emin Rüstəmov özü özünü oğurlatdırdı - ARVADINDAN 520 MİN TƏLƏB ETDİLƏR - VİDEO
Rusiyanın “Rosneft” neft şirkətinin məhkəmə departamentinin əməkdaşı Anastasiya Rüstəmovanın əri Emin Rüstəmov özünü oğurlatdırıb.
Virtualaz.org “Baza” telegram-kanalına istinadən xəbər verir ki, buna səbəb Anastasiyanın ərinə futbol oyunlarına pul qoymaq üçün “cibxərcliyi” verməməsi olub.
Muxalifet - 14-06-2019
Putindən kritik “İdlib” açıqlaması: Hamısı “yox” edilməlidir
Rusiyanın dövlət başçısı Vladimir Putin Suriyada başda İdlib bölgəsi olmaqla, varlığını qoruyan terrorçu yuvalarının yox edilməsinin lazım olduğunu söyləyib və bunun 'ilk vəzifələri' olduğunu ifadə edib.
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yığıncağı səbəbiylə Qırğızıstanın paytaxtı Bişkekdə olan Rusiya lideri Putin, Suriyadakı vəziyyətə bağlı açıqlama verib.
Böyük ölçüdə Rusiyanın köməyi ilə Suriyadakı terrorçu qrupların dağıdıldığını xatırladan Putin, bu sayədə ölkənin böyük bir qisiminin nəzarətinin yenidən Əsədə keçdiyini söyləyib.Muxalifet3 - 14-06-2019
Nərimanov rayonunda yanğın - Tüstüdən zəhərlənən var
Bakıda yanğın faktı qeydə alınıb. Muxalifet.az-a FHN-dən verilən məlumata görə, yanğın paytaxtın Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verib. Məlumata görə, binanın 9-cu mərtəbəsinin pilləkən qəfəsində 4 m² sahədə məişət tullantıları, 2 ədəd istifadəyə yararsız rəf, çardağın taxta atmaları 10 m² sahədə və texniki otaqda 15 p.m kabel yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Muxalifet - 14-06-2019
Fərizənin anası vəfat edib
1990-cı il 20 Yanvar hadisələri zamanı vəfat etmiş Fərizə Allahverdiyevanın anası Bağda xanım həyata gözlərini yumub. Bu barədə deputat Aydın Mirzəzadə sosial şəbəkədə məlumat yayıb. Onun yazdığına görə, bu barədə xəbəri F.Allahverdiyevanın qaynı Elxan Allahverdiyev ona bildirib. Qeyd edək ki, F.Allahverdiyeva 20 Yanvar faciəsi zamanı şəhid olmuş İlham Allahverdiyevin həyat yoldaşıdır. Onlar Şəhidlər Xiyabanında dəfn olunub.
Muxalifet - 14-06-2019
ABŞ son iki ildə bütün qanunları pozdu - Ruhani
ABŞ-ın fəaliyyəti Yaxın və Orta Şərq regionunda sabitliyə ciddi təhdid yaradır. Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib. “ABŞ hökuməti son iki il ərzində bütün beynəlxalq struktur və qanunlarI pozaraq, öz iqtisadi, maliyyə və hərbi imkanlarından istifadə edərək, aqressiv yanaşma nümayiş etdirir”, - Ruhani bildirib.
Muxalifet - 14-06-2019
F-35-lərin gizli sənədləri mətbuata sızdı! Türkiyə risk altındadır
ABŞ-ın bir müdafiə xəbərləri saytı Türkiyə ilə ABŞ arasında böhrana səbəb olan F-35 proqramıyla əlaqədar kritik bəzi sənədləri ələ keçirib. Xəbərə görə, F-35-lərdə hələ də bəzi səhv və qüsurlar var, düzəldilmədiyi təqdirdə bunlar pilotların təhlükəsizliyini riskə ata bilər. “Defencenews” saytının ələ keçirdiyi sənədlərdə, söz mövzusu səhvlərin təhlükəsizliyi və F-35 missiyasına təsir edəcək böyük səhvlər olaraq müəyyən olunan 1-ci kateqoriyada yer aldığı görülür.
Muxalifet3 - 14-06-2019
Döyülən xəstənin sənədləri “Semaşko”da “yoxa çıxıb” – Digahda baş verən cinayət ört-basdır edilir
İyun ayının 11-də ağır bədən xəsarətləri ilə 1 saylı Klinik Tibbi Mərkəzə (Semaşko) daxil olan İmişli rayon Qızılkənd kəndi sakini Salahov Qismət Xanlar oğlunun ilkin müayinəsini və qeydiyyatını əks etdirən tibbi sənədlər möcüzəli şəkildə yoxa çıxıb. Bu barədə Q.Salahovun “AzPolitika”ya müraciət edən yaxın qohumu Süleyman Hüseynov məlumat verib. Şikayətçi bildirir ki, Digah kəndində yaşayan Q.Salahov bir qrup şəxs tərəfindən qəddarlıqla döyülüb. S.Hüseynovun dediyinə görə, Q.Salahovla qonşuluqda yaşayan şəxslər arasında adi məişət problemi zəminində mübahisə yaranıb.
Muxalifet - 14-06-2019
Əsgər valideynlərinə ŞAD XƏBƏR
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən ictimai nəzarətin gücləndirilməsi, şəffaflığın təmin edilməsi, ordu və xalq birliyinin daha da mökəmləndirilməsi, əsgər ailələri ilə aparılan işin səmərəliliyinin daima artırılması məqsədilə Silahlı Qüvvələr Günü ərəfəsində iyunun 22-də saat 10.00-da Azərbaycan Ordusunun tabeliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı” günü tədbirləri keçiriləcək.
Muxalifet - 14-06-2019
Azərbaycanda "Son Zəng" günü QAN DÜŞDÜ - Məktəb direktoru döyüldü
Bu gün İmişli rayonunda dərs ilinin başa çatması münasibəti ilə keçirilən tədbirdə İmişli şəhər 1 saylı orta məktəbin direktoru Akif Quliyevlə məktəbi bitirən şagirdlər arsında əlbəyaxa dava baş verib.
Muxalifet.az baku.ws-ya istinadən xəbər verir ki, hadisə zamanı şagirdlər məktəb direktorun döyərək ciddi xəsarət yetiriblər. Məlumata görə, polis işə qarışaraq Akif Quliyevin burnunu sındıran şagirdlər polis bölməsinə aparılıblar.
Faktla bağlı cinayət işinin açıldığı bildirilir.Muxalifet - 14-06-2019
BDU-nun Tarix fakültəsinin dekanı kim olacaq? – İDDİALILAR BƏLLİDİR, AZ SONRA UNİVERSİTETDƏ ÇƏTİN SEÇKİ GÖZLƏNİLİR...
Bu gün saat 16:00-da Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində dekan seçkisi həyata keçiriləcək. Muxalifet.az-a BDU daxilindəki etibarlı mənbədən daxil olan məlumata əsasən, Tarix fakültəsinin dekanı olmağa iki nəfər iddialıdır. Bunlardan biri 1999-cu ildən BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri vəzifəsini daşıyan professor İsgəndərov Anar Camal oğludur. Anar İsgəndərov İkinci namizəd isə BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə keçmiş prorektoru Hacıyev Sani Tofiq oğludur.
Muxalifet4 - 14-06-2019
Burada kişiləri qadın kimi böyüdürlər - Səbəbi HƏR KƏSİ ŞOKA SALACAQ - FOTO
Planetimizin hər nöqtəsinin özünə xas möcüzələri, qeyri-adiliyi, mədəniyyət, adət-ənənə fərqi var. Məsələn, Samoa dövlətində kişi və qadından əlavə faafafine adlanan üçüncü cinsiyyət bölgüsü də var. Faafafinelər qız kimi tərbiyə olunub qadın kimi böyüyən oğlanlara deyirlər.
Faafafinelər məişətdə, gündəlik həyatda qadın öhdəliklərini mənimsəyir, hətta kişilərlə ailə qururlar.
Samoanın 190 min nəfərlik əhalisinin üçdə biri faafinedir. Onlar həmçinin digər ölkələrdə də adaların diaspor təşkilatının fəal üzvləridir.Muxalifet - 14-06-2019
Bakıda məşhur "avtoş"u öldürən şəxsə 18 il HƏBS TƏLƏBİ
Bakıda tanınmış avtoş "Cabir 012” öldürməkdə təqsirləndirilən Ehtiram Şərifovun məhkəməsi davam edib. Muxalifet.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror E. Şərifova 18 il cəza istəyib. Proses iyunun 20-də davam edəcək. Qeyd edək ki, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib. Ötən il noyabrın 17-də, günorta saatlarında Ehtiram Şərifov qəsəbə sakini Cabir Babayevi güllələyərək öldürüb. O, polisə gələrək könüllü təslim olub.
Muxalifet - 14-06-2019
Rusiya yeni zenit-raket kompleksini sınaqdan keçirdi - VİDEO
Rusiyanın Həştərxan vilayətinin Kapustin Yar poliqonunda ilk dəfə olaraq “Tor-M2DT” zenit-raket kompleksindən havada yüksək sürətlə manevr edən şərti düşmən hədəflərinə atəş açılıb. “Zvezda” telekanalı sınaqların videogörüntüsünü yayıb. Telekanalın məlumatına görə, atəş aktiv radiopozuntu şəraitində aparılıb. Hava Hücumundan Müdafiə Qüvvələrinin keçirdiyi təlim zamanı komplekslərdən açılan atəş nəticəsində müxtəlif istiqamətlərdə buraxılmış, yuxarı və aşağı yüksəkliklərdə uçan bütün hədəflər məhv edilib.
Muxalifet - 14-06-2019
Daha 50 nəfər Qarabağ əlilinə avtomobil verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 50 nəfər Qarabağ müharibəsi əlilinə minik avtomobili təqdim edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilir ki, avtomobillər Azərbaycanda istehsal olunmuş “Xəzər” markalı minik avtomobilləridir.
Muxalifet - 14-06-2019