Axtarış

The search found 105785 results in 0.158 seconds.

Search results

  1. “Pəncə” hərəkatında PKK-ya daha bir zərbə!

    Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalındakı Hakurk bölgəsinə yönəlik keçirilən “Pəncə” Hərəkatı ilə bağlı yeni açıqlama verib. Açıqlamada, "İraqın şimalındakı Hakurk bölgəsində uğurlu şəkildə davam edən “Pəncə” Hərəkatı çərçivəvəsində daha 3 PKK terrorçusu təsirsiz hala gətirilib. Son öldürülən 3 PKK-li terrorçu ilə birlikdə hərəkatın əvvəlindən bəri təsirsiz hala gətirilən terrorçuların toplam sayı 48 oldu" deyə qeyd edilib.
    Müxalifət.az

    Muxalifet3 - 14-06-2019

  2. Belarusda azərbaycanlı tələbənin məhkəməsi başladı - QƏTLDƏ İTTİHAM OLUNUR

    Minsk şəhərinin Zavodski rayon məhkəməsində Aleksey Krivoşeyin qətlə yetirilməsi ilə bağlı iş üzrə proses başlayıb, cinayətin törədilməsində Bakıdan olan tələbə Rüstəm Rəhimov ittiham olunur. Bu barədə TUT.by portalı xəbər verir.

    Mənbəyə əsasən, gənclər arasında qız üstündə uzun müddət davam edən münaqişə olub. R.Rəhimov 2018-ci ilin noyabr ayında "Minqaz"da çilingər işləyən A.Krivoşeyi söhbətə çağırıb. Yaranmış mübahisə zəminində A.Krivoşey bıçaq yarası alıb və sonradan kəskin qan itkisinə görə ölüb.

    Muxalifet - 14-06-2019

  3. Esra Erol beş ilədək həbs edilə bilər

    Gözəllik salonlarından birinin sahibi olan Özlen adlı qadın türkiyəli aparıcı Esra Erolun beş ilədək həbs edilməsini tələb edir.

    "Yeni Sabah" xəbər verir ki, buna illər öncə Esranın verilişində Özleni “Yuva yıxan qadın” olaraq göstərməsi və proqramda şəkillərini nümayiş etdirməsi səbəb olub.

    Erol isə ifadə verərək, verilişə gələnlərin iddiaları əsasında görüntüləri yayımlandığını, qərəzli addım atmadığını bildirib.

    Muxalifet - 14-06-2019

  4. Rusiya 36 ton pomidoru Azərbaycana qaytarıb -VİDEO

    Bir neçə gün əvvəl güvə aşkarlandığı üçün Rusiyadan geri qaytarılan tonlarla pomidor sağlamlaşdırılacaq.

    Bundan sonra Rusiyadan geri qaytarılan 36 ton pomidor yenidən ixrac edilə bilər.

    Xezerxeber.az-ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. O, bildirib ki, çatışmazlıq aşkarlandığı üçün məhsulların geri qaytarılması adi idxal-ixrac prosedurudur. Tomat güvəsi aşkar edildiyi üçün geri qaytarılan pomidorlar da sağlamlaşdırılacaq və yenidən ixrac ediləcək.

    Muxalifet - 14-06-2019

  5. Yeni Zelandiya terrorçusundan həyasız özünümüdafiə

    Yeni Zelandiyanın Christchurch şəhərində Nur və Linwood məscidlərində 51 adamı qətl etmək, 49 adamı yaralamaqda ittiham olunan Avstraliyalı və 28 yaşındakı terrorçu Brenton Tarrant məhkəməyə çıxarılıb.
     
    Nur və Linwood məscidlərinə 15 mart 2019-da terror hücumları təşkil edərək aralarında qadın və uşaqların da olduğu 51 adamı öldürən, 49 adamı yaralayan terrorçu Tarrant Christchurch Yüksək Məhkəməsində hakim qarşısına çıxıb.

    Muxalifet3 - 14-06-2019

  6. “Təmayül siniflərini bitirənlər qəbul imtahanında daha yüksək nəticə qazanırlar” – Təhsil naziri

    “İlkin təhlillər göstərir ki, təmayül siniflərini bitirən məzunlar ali məktəblərə qəbulda daha yüksək nəticələr əldə edirlər və akademik nailiyyətləri ilə fərqlənirlər”. “Report” xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

    Muxalifet - 14-06-2019

  7. ​Bakı metrosunda DƏHŞƏTLİ HADİSƏ: 18 yaşlı qız...

    Dünən axşam saatlarında “Bakı Metropoliteni”nin “Elmlər Akademiyası” stansiyasında intihara cəhd hadisəsi qeydə alınıb.
    Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, dünən 17:35 radələrində Biləsuvar rayon sakini, 2001-ci il təvəllüdlü Nazlı Yaşılxan qızı Mirzəyeva intihar məqsədilə özünü qatarın altına atmaq istəyib.
    Stansiyada xidmət aparan polis əməkdaşları tərəfindən intihara cəhdinin qarşısını alınıb. 
    Aparılan araşdırmalar zamanı N.Mirzəyevanın sevdiyi oğlanla mübahisə etdikdən sonra bu addımı atmaq istədiyi müəyyənləşib.

    Muxalifet - 14-06-2019

  8. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı açıqlandı

    Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı açıqlanıb.
    Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat idarəsindən verilən məlumata görə, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş iyunun 20-də Vaşinqton şəhərində keçiriləcək.
    Görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilir.

    Muxalifet - 14-06-2019

  9. Ağ Evin sözçüsü vəzifədən getdi

    ABŞ prezidenti Donald Tramp sosial media üzərindən etdiyi açıqlamada, Ağ Evin sözçüsü Sarah Sandersin vəzifədən getdiyini bəyan edib. "Çox xüsusi biridir" Bu ayın sonunda Sandersin Ağ Evdən ayrılacağını ifadə edən Tramp, "O möcüzə işlər görmüş, fövqəladə qabiliyyətlərə sahib çox xüsusi biridir. Onun Arkansas qubernatorluğu üçün seçkiyə qatılmasına ümid edirəm. O bu iş üçün möcüzə namizəd olardı. Gördüyün çox yaxşı işlər üçün təşəkkürlər" deyə qeyd edib. Müxalifət.az

    Muxalifet3 - 14-06-2019

  10. Azərbaycanda müəllim işləyən FETÖ-çülər Afrikada TUTULDU

    MİT-in keçirdiyi əməliyyatla Fətullah Gülənin rəhbəri olduğu “FETÖ” terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 3 nəfər Orta Afrika ölkəsi olan Qabondan tutularaq Türkiyəyə gətirilib.
    Unikal.org Türkiyə KİV-nə istinadən məlumatına görə, saxlanılan Osman Özpınar, İbrahim Akbaş və Adnan Demirönal İstanbul 22-ci Ağır Cəza Məhkəməsinə hakim qarşısına çıxarılıb. Onlar “silahlı terror təşkilatına üzv olmaq”, “təşkilata maliyyə yardımı etmək” maddələri  ilə ittiham olunurlar. 

    Muxalifet - 14-06-2019

  11. BDU-nun rektoru deputata yeni vəzifə verib- SİYAHI

    Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərova yeni vəzifə verilib.
    “Report”un əldə etdiyi məlumata görə, o, Bakı Dövlət Universitetinin (BDU) Ümumi dilçilik kafedrasının müdiri seçilib.
    Bu barədə qərar BDU-nun Filologiya fakültəsinin Elmi Şurasının iclasında qəbul edilib. N.Cəfərov kafedra müdiri vəzifəsində filologiya elmləri doktoru, professor Əbülfəz Rəcəblini əvəzləyib.
    Akademik N.Cəfərov əvvəllər həmin kafedranın professoru vəzifəsində işləyib.

    Muxalifet - 14-06-2019

  12. Türkiyədən ABŞ-a daha bir S-400 mesajı

    Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan S-400-lə bağlı gərginliyə yönəlik “Biz S-400-ləri alacağıq demirik, artıq aldıq, deyirik” açıqlaması verməklə bu məsələyə son nöqtəni qoymuş oldu. Bu ərəfədə S-400-lə bağlı bir açıqlama da Türkiyənin Xarici İşlər naziri Mevlud Çavuşoğlundan gəldi. Çavuşoğlu ABŞ ilə S-400 gərginliyiylə əlaqədar etdiyi açıqlamada, "S-400 məsələsində qərarlıyıq, heç bir şəkildə geri addım atmayacağıq" deyib. Müxalifət.az

    Muxalifet3 - 14-06-2019

  13. Bakıda "Son zəng" QALMAQALI: Valideynlər buraxılmadı - FOTO

    Məzunların valideynləri və yaxınları tədbirə buraxılmadı.
    G.Əsgərova adına 200 nömrəıi tam orta məktəbdə keçirilən “Son zəng” mərasiminə məzunların valideynləri və yaxın qohumıarı buraxılmır.
    Muxalifet.az bizimyol-a istinadən xəbər verir ki, bir çox valideyn və məzunlarən yaxın qohumları qapıdan buraxılmayıb və onlar övladladının “Son zəng” mərasimini məktəbin barmaqlıqları arxasından izləməli olublar.
    Məktəbin barmaqlıqlarını aşmaq istəyənlər isə polis müdaxiləsi ilə üzləşiblər.

    Muxalifet - 14-06-2019

  14. Yasamalda AĞIR QƏZA: 3 qadın xəstəxanalıq oldu

    Yasamal rayonu ərazisində, avtomobil bazarının arxasında yol qəzası baş verib.
    Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 3 qadın xəsarət alıb. Onlardan 19 və 40 yaşlı qadınlar qapalı kəllə beyin travması, digər 50 yaşlı qadın başın yumşaq toxumalarının əziyi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
    Hazırda müayinələri davam edir.

    Muxalifet - 14-06-2019

  15. Turizmin belini qıran qiymətlər – “Tez varlanmaq istəyirlər”

    “Hazırda həm daxili turizm, həm də gəlmə turizm inkişaf edir.  Daxili turizmdə əsasən, regionlarımızda dincəlməyə üstünlük verirlər. Təbii ki, rəqabət gedir. Harda xidmət səviyyəsi daha ucuz və yaxşıdır ora daha çox turist cəlb olunur. Bunlar yoxdursa, az turist axını olur. Rəqabət daha da güclənməlidir. Çünki rəqabət olan yerdə xidmət və keyfiyyət  də yuxarı qalxacaq”.
    Bu sözləri “Yeni Sabah”a Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib. O qiymət siyasətindən də danışıb:

    Muxalifet - 14-06-2019

  16. Pentaqondan S-400 açıqlaması

    ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü podpolkovnik Mayk Andrews “Əl Hurra”-nın suallarını cavablandırıb. Andrews Türkiyənin Rusiyadan S-400 alışı səbəbiylə F-35 proqramına üzvlüyünün təxirə salınması qərarının iki ölkənin hərbi əlaqələrinə necə təsir edəcəyi sualına, "ABŞ strateji müttəfiqi Türkiyəylə əlaqəsinə çox önəm verir. Əlaqələrimiz çoxqatlıdır, yalnız F-35 proqramından ibarət deyil. Türkiyəylə təhlükəsizlik mövzusunda işə davam edəcəyik" deyib. Andrews Türkiyənin bu ayın sonunda ABŞ-ın da qatılacağı Anadolu Qartalı hərbi təliminə ev sahibliyi edəcəyini xatırladıb.

    Muxalifet3 - 14-06-2019

  17. Peterburqda azərbaycanlı “qara bankirlər” tutuldu - 6 AYA 18 MİLYON QAZANIBLAR

    Rusiyanın Sankt-Peterburq şəhərində “qara bankirlər” yaxalanıb.

    Virtualaz.org “Fontanka” nəşrinə istinadən xəbər verir ki, tutulan cinayətkar dəstənin rəhbəri kommunal mənzildə yaşayırmış və “peşə həmkarları”ndan fərqli olaraq, nağdlaşdırmanın faizini xeyli qaldırıbmış.

    Nağd pul “sifarişçilər”ə Peterburqun Liqov prospektində Moldova vətəndaşı tərəfindən verilirmiş.

    Muxalifet - 14-06-2019

  18. ​ŞOK: Azərbaycanda qaçırılan 16 yaşlı qızın oğlanla yataq otağından GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

    Qadın qızını qaçıranların cəzalandırılmasını və qızının geri qaytarılmasını istəyib
    Göygöl rayonunda 16 yaşlı qızı qaçırılan ana "Səni axtarıram" verilişinə müraciət edib.
    Ana qızı Günelin qohumları tərəfindən qaçırıldığını söyləyib. Lakin oğlan evi qızın könüllü gəldiyini bildirib. Onlar efirə qızın oğlanla yataq otağında çəkilmiş səmimi fotosunu göndəriblər.
    Qadın qızını qaçıranların cəzalandırılmasını və qızının geri qaytarılmasını istəyib./AzNews.az

    Muxalifet - 14-06-2019

  19. Çavuşoğlu AÇIQLADI: Türkiyə buna görə S-400-dən imtina edə bilmir - ŞOK DETALLAR

    “S-400-ü aldıq. Razılaşmanı ləğv etməyimiz mümkün deyil. Nəticəsi nə olarsa-olsun”.
    Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
    Anadolu Agentliyinin canlı yayımlanan brifinqində gündəmlə bağlı açıqlamalar verən nazir bildirirb ki, Türkiyə azad və müstəqil olmaq üçün qətiyyətini davam etdirəcək:

    Muxalifet - 14-06-2019

  20. ALİMENT BORCUNA GÖRƏ HƏBS QALMAQALI: Deputatlar, hüquqşünaslar etiraza qalxdı - ARAŞDIRMA

    Xəbər verdiyimiz kimi, tanınmış şair Murad Köhnəqala 12 min manatlıq aliment borcuna görə Tovuz rayon Məhkəməsi tərəfindən 15 sutkalıq həbs edilib. Bir müddət əvvəl də gənc jurnalist Səxavət Məmməd də aliment ödəmədiyi ittihamı ilə Ağdam rayon məhkəməsi tərəfindən sutkalıq həbslə cəzalandırılmışdı. Adıçəkilən şəxslər cəmiyyətdə nisbətən tanınan adamlar olduğu üçün onların həbs məsələsi ictimailəşdi. Lakin Azərbaycanda hər gün xeyli adam aliment ödəyə bilmədiyi üçün həbslə cəzalandırılır.

    Muxalifet - 14-06-2019

Pages