Axtarış
The search found 105785 results in 0.091 seconds.
Search results
Fransadan Ermənistana BÖYÜK ZƏRBƏ - Politoloq AÇIQLADI
Fransanın Serji-Pontuaz məhkəməsinin Arnuvilin qondarma Dağlıq Qarabağdakı Şeher inzibati bölgəsi ilə “Dostluq haqqında xartiya”sını ləğv etməsinin ardınca Qrenobl inzibati məhkəməsi tərəfindən də bənzər qərar qəbul olunub. Bu barədə Fransadakı erməni diasporunun media orqanlarından olan "Nouvelles d'Armenie" saytı məlumat yayıb. Məlumatda Qrenobl məhkəməsinin 4 “dostluq xartiyası”nı ləğv etdiyi bildirilir.
Muxalifet - 13-06-2019
Qobustanda dağlıq ərazi yanır - Helikopter cəlb edildi
Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin bir ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
İlkin məlumata görə, dağlıq ərazidə iki hektar sahədə quru ot və kol-kos yanır.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.Muxalifet - 13-06-2019
Футбол тревоги нашей…
«Президент говорил, если столкнетесь с чиновничьим произволом, дайте мне сигнал. Счет 1-5, и недовольных чередой поражений, призывающих к отставке руководства АФФА, арестовывают прямо на стадионе! Какой еще нужен сигнал? АФФА превращена в частную лавочку, футбол на глазах уничтожается! Уже 10 лет один и тот же чиновник выдвигается на пост главы футбольной ассоциации и безальтернативно избирается. Вот вам и произвол!» Это я прочитал вчера поздно вечером в социальных сетях, когда на стадионе «Bakcell arena» очередная европейская команда громила нашу сборную.
Muxalifet4 - 13-06-2019
Türkiyəyə dünyaya MEYDAN OXUDU - "Hücumlar davam edərsə..."
“S-400-lər Türkiyəyə gələcək və yerləşdiriləcək. Kimsə Türkiyəyə ultimatum verə bilməz”.
Bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu deyib.
Fransalı həmkarı ilə birgə mətbuat konfransı keçirən naziri ABŞ-la Türkiyə arasında Rusiyadan alınan S-400 zenit raket kompleksi gərginliyilə bağlı danışarkən belə deyib.
Çavuşoğlu, həmçinin bildirib ki, rəsmi Ankara Fransanın YPG terror rəşkilatı ilə əməkdaşlığından narahatdır: “Fransanın YPG ilə yaxın əməkdaşlığını doğru qəbul etmirik. Bu, Fransaya yaraşmır”.Muxalifet - 13-06-2019
“Biz də təmas xəttinə xüsusi təyinatlılar cəmləşdirmişik...” - ERMƏNİSTANIN MÜDAFİƏ NAZİRİ
Bu gün iyunun 13-də Yerevanda jurnalistlər müdafiə naziri David Tonoyandan təmas xəttindəki vəziyyət barədə soruşublar.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Tonoyan hazırda vəziyyətin “sabit olduğunu” açıqlayıb.
“Dünənki və bu günkü məruzələrə əsasən hazırkı məqamda vəziyyət qismən stabildir”-Tonoyan qeyd edib.
Jurnalistlər bu dəfə Tonoyandan müharibə təhdidi barədə soruşublar, nazir onları əmin edib ki, əgər müharibə təhlükəsi real olsa bu haqda hökmən məlumat verəcək.
Muxalifet - 13-06-2019
Rəşad Mahmudov təcili yardım həkimlərinin döyülməsindən danışdı – təklif
Milli Məclisin iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub. Deputat, tanınmış ürək cərrahı Rəşad Mahmudov bir neçə gün öncə, Bərdədə təcili yardım əməkdaşlarına qarşı törədilmiş zorakılıqdan danışıb.
Muxalifet - 13-06-2019
MAŞIN AŞDI - 4 nəfər yaralandı, sürücünün həyat yoldaşı öldü
Ötən gün Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza Qayabaşı kəndi ərazisində “VAZ-21074” markalı avtomobilin aşması ilə qeydə alınıb. Hadisə zamanı 4 nəfər müxtəlif xəsarətlər alaraq Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Muxalifet - 13-06-2019
ŞOK: Məşhur meyxanaçının arvadı əri ilə dalaşıb yoxa çıxdı - Video
Azərbaycanlı meyxanaçı Araz Astaralının arvadı evdən qaçıb.
Bu barədə "Bizimləsən" verilişində məlumat verilib. 29 yaşlı Xannənə İbrahimqızı Şəkərova ötən gün evdən çıxıb və geri qayıtmayıb.
Verilişə zəng edən iki uşaq anası Xannənənin anası bildirib ki, o, yoldaşı ilə dava edib və sonra evdən gedib.
Verilişdən sözügedən kadrları sizə təqdim edirik:Muxalifet - 13-06-2019
Çavuşoğlu Əsəd ordusunun bombardmanına cavab verdi
Türkiyənin Xarici İşlər naziri Mevlud Çavuşoğlu Əsəd ordusunun İdlikdəki Türk mövqellərinə artilleriya hücumuna münasibət bildirib. Çavuşoğlu “Bu səhər İdlibdəki 10-çu müşahidə məntəqəmizə yönəlik bir hücum oldu, 3 əsgərimiz yüngül şəkildə bundan təsirləndi. Bunun bilərəkdən edildiyini düşünürük. Rusiya ilə bu mövzuyla bağlı görüşürük. Rejim bu hücumlarını davam etdirsə, gərəyini edəcəyik. Bundan kimsənin tərəddüdü olmasın” deyə Əsəd rejiminə həddini göstərib. Müxalifət.az
Muxalifet3 - 13-06-2019
5000 metr uzunluqda Azərbaycan bayrağı hazırlandı - FOTO
Azərbaycan sərhədçiləri 15 iyun - “Milli Qurtuluş günü”nün 26-cı ildönümünü ənənəvi olaraq yüksək səviyyədə qeyd edirlər. Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, xidmət tərəfindən bu münasibətlə “Vətənə xidmət – andımız, amalımızdır!” şüarlı möhtəşəm bayraq yürüşü təşkil edilib. Dövlət müstəqilliyimizin rəmzi və hər bir azərbaycanlının qürur mənbəyi olan, 5 km 100 m uzunluqda Dövlət Bayrağımızı irəlidə generallar və zabitlər olmaqla 5000 nəfər heyət çiyinləri üzərində daşıyıblar.
Muxalifet - 13-06-2019
“PAŞİNYAN MÜHARİBƏ İSTƏYİR VƏ BİZ BUNA HAZIRIQ!” – “Azərbaycan Rusiya və Türkiyə ilə müzakirələr aparır”
Tofiq Zülfüqarov: “Ortaya Naxçıvan faktoru çıxıb və Ermənistan 2 cəbhədə müdafiə olunmağa məcbur olacaq” Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla son günlər cəbhə xəttində baş verən gərginlik, Azərbaycan Ordusunun Naxçıvandakı hərbi təlimləri, Ermənistanda daxili siyasi vəziyyət, hərbi əməliyyatların başlanması ehtimalı və Qarabağ münaqişəsinə dair digər məsələləri müzakirə etmişik. “AzPolitika.info” sabiq nazirlə müsahibəni təqdim edir: - Tofiq müəllim, son günlər cəbhə xəttindəki gərginliyin, snayperlərin işə düşməsinin görünməyən tərəfləri nədən ibarətdir?
Muxalifet - 13-06-2019
Rusiya prezidenti jurnalistə görə iki polis generalını işdən azad etdi
Rusiya prezidenti Vladimir Putin iki polis generalını tutduğu vəzifədən azad edib.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı iyunun 13-də Kremlin Mətbuat xidməti yayıb.
Bildirilib ki, işdən azad edilən general-mayor, Rusiya Daxili İşlər Nazirliyinin Moskvanın Qərb administrasiyası dairəsinin rəisi Andrey Puçkov “Meduza” internet-qəzetinin jurnalisti İvan Qolunova qarşı cinayət işi açıb. O biri general-mayor Rusiya Daxili İşlər Nazirliyinin Narkotik maddələrin dövriyyəsinə nəzarət üzrə Moskva idarəsinin rəisi Yuri Devyatkindir.
Muxalifet - 13-06-2019
Murad Köhnəqalanın həbs müddəti açıqlandı
Şair-yazıçı Murad Köhnəqala 15 gün müddətində həbs edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Axar.az-a Tovuz Rayon Məhkəməsinin sədri Qafil Baxşıyev deyib.
Q.Baxşiyev bildirib ki, icra məmurunun iddiası əsasında qanunvericiliyə uyğun olaraq M.Köhnəqala barəsində inzibati həbs qərarı verilib.
Qeyd edək ki, M.Köhnəqalanın keçmiş həyat yoldaşı və qızının alimment tələbini ödəmədiyi üçün həbs edildiyi haqda məlumat yayılmışdı.Muxalifet - 13-06-2019
Tofiq Heydərov idmançılara ayaqqabı ala bilmir
Ağır Atletika Federasiyası yenə maddi problemlə üz-üzə qalıb. Unikal.org-un əldə etdiyi məlumata görə, maaşlar bir ildən çoxdur ki, verilmir. Həmçinin vəziyyət o yerə çatıb ki, idmançıların formaları və ağır atlet ayaqqabıları alınmır. Saytmıza verilən məlumata görə, idman ayaqabısını federasiyaya aldıra bilməyənlərdən biri də məhz Dadaş Dadaşbəylidir. Dopinqə görə cəzalı olan idmançı cəzasının bitməsinə az müddət qalmış (dekabr) məşqlərini bərpa edib. Məşqçilərin də inandığı idmançı atlet ayaqqabısının cırıldığı ilə bağlı rəhbərliyə müraciət edib. Ona "imkanımız yoxdur" cavabı verilib.
Muxalifet - 13-06-2019
“Mango” müştəriləri belə aldadır - “Kassada 79 manat aldılar”
“Etiketin üstünə 49.9 yazılmışdı, kassada 79 manat olduğunu öyrəndim”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Hüsniyə Cavadzadə adlı istifadəçi sosial şəbəkədə “Mango” geyim markasından şikayətində yazıb. Bildirib ki, mağazalar şəbəkəsində 50%-dən endirim olduğu üçün alış-verişə gedib. Bu zaman hər birinin üzərində qiyməti 49.99 yazılmış şalvar və köynək seçib.
Lakin kassaya yaxınlaşdığı zaman ona qiymətlərin fərqli olduğu bildirilib”.
Muxalifet - 13-06-2019
Girovluqdakı Dilqəm Əsgərovun oğlu Avropaya gedir - "Qərara aldım ki..."
“Qərara aldım ki, atam Dilqəm Əsgərovla bağlı olaraq Avropaya gedim”.
Muxalifet.az xəbər verir ki, bu sözləri Lent.az -a özəl olaraq açıqlamasında Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. O hələ ki, hansı ölkəyə getdiyini açıqlamaq istəmədiyini bildirib:Muxalifet - 13-06-2019
"Məni söyəndə, xoşuma gəlir" - Əli Mirəliyev
Müğənni Əli Mirəliyev təhqir və tənqidi sevdiyini etiraf edib. Axşam.az-ın məlumatına görə, sənətçi "Səhər-səhər" verilişində deyib ki, bundan nəticə çıxarır: "Mənim haqqımda kimsə, yaxşı rəy deyəndə, xoşum gəlmir. Məni söyəndə, xoşuma gəlir. İstəyirəm iradımı desinlər".
Muxalifet - 13-06-2019
Çimərliklərində qadın xilasedicilər çalışacaq
Gürcüstanın Acarıstan Muxtar Respublikasında builki çimərlik mövsümündə ilk dəfə olaraq qadın xilasedicilər çalışacaq.
“Report” xəbər verir ki, 20-yə yaxın xanım xilasedici iyunun 15-dən etibarən çimərliklərdə kişi xilasedicilərlə birgə xilasetmə işlərinə cəlb olunacaq.
Qadın xilasedicilər Batumi Dəniz Akademiyasının tələbələridir. Onlar fiziki hazırlıq təlimini başa vurublar.
Acarıstanda builki çimərlik mövsümündə, ümumilikdə, 250 xilasedici çalışacaq.Muxalifet - 13-06-2019
Azərbaycanlılara işgəncə vermiş erməni generalın ayağını kəsəcəklər
Ermənistanın sabiq deputatı, general Manvel Qriqoryanın vəkili Levon Baqdasaryan bildirib ki, əgər hakimiyyət lazımi tədbirlər görməsə, müvəkklinin hüquqları ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, vəkilin sözlərinə görə, Qriqoryanın vəziyyəti daha da pisləşib. Belə ki, onun ayaqlarını amputasiya etmək lazım olacaq. Hazırda sabiq deputat süni nəfəs aparatı ilə yaşayır.Muxalifet - 13-06-2019
"Düşmən cəbhə xəttində vəziyyəti gərginləşdirmək istəyir"- EHTİYATDA OLAN POLKOVNİK
"Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrini "OSA” zenit-raket kompleksindən atəşə tutdurmaqla cəbhə xəttində vəziyyəti gərginləşdirmək istəyir. Düşmənin bundan sonra da elə təxribatlara əl atacağı istisna deyil".
Muxalifet.az xəbər verir ki, bunu "Report”a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanov deyib.Muxalifet - 13-06-2019