Axtarış

The search found 105785 results in 0.037 seconds.

Search results

  1. İranın Yaponiyadan xahişi: Aramızı düzəlt...

    İran rəsmiləri Yaponiya Baş naziri Şinzo Abedən ABŞ ilə gərgiliyi azaltmağı istəyəcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə danışan adları açıqlanmayan iranlı rəsmilər Abedən ABŞ-la İran arasında vasitəçilik etməyi xahiş edəcəklərini bəyan ediblər.
    Qeyd edilir ki, Yaponiya hər zaman İrana hörmət edib: "Abe Yaxın Şərqdə çox konstruktiv rol oynayacaq, çünki o, İranla ABŞ arasındakı əlaqələri yaxşılaşdırmaq üçün böyük vasitədir".
    Qeyd edək ki, bu gün Yaponiya Baş naziri Şinzo Abe Tehrana rəsmi səfərə gəlib.
     

    Muxalifet3 - 12-06-2019

  2. Bakıda sərxoş sürücü sükan arxasında yatdı - VİDEO

    Bakıda baş verən qəza anı təhlükəsiz şəhər kameralarına düşüb.
    Muxalifet.az avtosfer.az-a istinadən xəbər verir ki, Neftçilər prospektində ("Kukla teatrı"nın yanı) hərəkətdə olan "Mercedes" markalı avtomobil qəfildən idarəetməni itirir və yolun kənarında park etmiş digər maşına çırpılır. Qəzanın araşdırılması zamanı sürücünün sükan arxasında yuxuladığı məlum olub.

    Muxalifet3 - 12-06-2019

  3. Hər il Azərbaycanda bu qədər miqrant aşkarlanır

    Azərbaycanda Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı mübarizə istiqamətində ciddi addımlar atır. İl ərzində orta hesabla 20 mindən çox qanunsuz miqrant aşkarlanır. Onların bir hissəsi könüllü olaraq öz ölkələrinə göndərilir. Bir hissəsinin isə ölkə ərazisində qalmaları leqallaşdırılır və ya ölkədən çıxarılır. Bu, miqrantların təhlükəsizliyi, eləcə də insan alveri qurbanına çevrilməsinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

    Muxalifet3 - 12-06-2019

  4. ABŞ-dan Türkiyəyə kritik səfər: Sales gəlir

    ABŞ Dövlət Katibliyinin Terrorla Mübarizə üzrə koordinatoru Natan Sales Türkiyəyə gəlir.
    Muxalifet.az xəbər verir ki, Salesin türkiyəli rəsmilərlə terror təşkilatları ilə mübarizə, sərhəd təhlükəsizliyi və PKK məsələsinin müzakirəsi gözlənilir.
    Salesin hansı tarixdə Türkiyəyə səfərə gələcəyi barədə məlumat verilməyib.
     

    Muxalifet3 - 12-06-2019

  5. Ermənistanın 3 ölkə üzrə səfiri öldü

    Ermənistanın Əfqanıstan, Tacikistan və Türkmənistandakı səfiri Qarnik Badalyan iyunun 12-də 61 yaşında ölüb. Muxalifet.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. O, 2018-ci ilin noyabrında Türkmənistana səfir təyin olunub. Bir neçə həftə əvvəl isə Q.Badalyan Ermənistanın Əfqanıstan və Tacikistan üzrə də səfiri təyin edilib. O, əvvəllər Ermənistan Xarici İşlər Nazirliyinin Siyasi proqarmlar üzrə müşaviri vəzifəsində işləyib.

    Muxalifet3 - 12-06-2019

  6. ​ABŞ İrana görə İraqı “vurdu” – SENSASİON SƏBƏB

    ABŞ İraqa qarşı da sanksiya tətbiq edib. Muxalifet.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi bu ölkənin iki vətəndaşını və bir şirkətini sanksiya siyahısına salıb. Qeyd edilir ki, hər iki şəxs və "South Wealth Resourses Company" şirkəti İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqədə olması səbəbindən sanksiyaya məruz qalıb.

    Muxalifet3 - 12-06-2019

  7. İrana məxsus neft zavodunda şiddətli partlayış

    Bəsrə körfəzində İrana aid neftçıxarma zavodunda şiddətli partlayış baş verib.
    Muxalifet.az xəbər veirr ki, İran Neft Nazirliyi partlayışdan sonra baş verən yanğının nəzarət altına alındığını bildirib.
    Partlayışın qaz sızmasından olduğu bildirilib. Qeyd edilir ki, hadisə zamanı xəsarət alan olmayıb.
     

    Muxalifet3 - 12-06-2019

  8. Türkiyədə PKK əməliyyatı: 23 nəfər saxlanıldı, 10-u isə...

    Türkiyənin Siirt rayonunun 6 mahalında eyni vaxtda terrorçulara arşı əməliyyat həyata keçiriib. Muxalifet.az xəbər verir ki, təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində 23 nəfər saxlanılıb. Saxlanılan şəxslərin PKK terror təşkilatına yardım etdiyi güman edilir. Bundan əlavə, daha 10 nəfərin axtarışı davam etdirilir.

    Muxalifet3 - 12-06-2019

  9. ​Bu ölkə qanunda dəyişiklik etdi, ABŞ əks-reaksiya verdi

    Honkonqdakı qaçaqların Çinə deportasiya edilməsi üçün qanunda dəyişiklik edilməsindən narahatıq.
    Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət Katibliyinin sözçüsü Morqan Ortaqus çıxış edib.
    Ortaqus bildirib ki, Vaşinqtonun Honkonq üçün qəbul etdiyi xüsusi status bu dəyişikliklə təhlükə altında qalıb.
     

    Muxalifet3 - 12-06-2019

  10. Naxçıvana yeni teplovoz gətirildi - Foto

    Naxçıvan dəmir yolunda lokomotivlərə olan tələbat nəzərə alınaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun tapşırığına əsasən “ÇME 3” seriyalı 6069 saylı yeni manevr teplovozu “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilib.

    Muxalifet3 - 12-06-2019

  11. ​Türkiyəli hərbçilər üçün Naxçıvanda tədbir keçirildi - Foto

    “Sarsılmaz qardaşlıq-2019” təlimində iştirak etmiş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının mənalı istirahətləri üçün mədəni-kütləvi tədbirlər keçirilib.
    Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni yerləri və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanış olublar.

    Muxalifet3 - 12-06-2019

  12. Düşmən cəbhədə təxribat törətdi

    Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri minaatanlardan atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin minaatanlardan atəşə tutulması ilə bağlı sorğuya cavab olaraq Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib. “Bu gün düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması və mövqelərimizin 60 millimetrlik minaatanlardan atəşə tutulması barədə tərəfimizdən rəsmi məlumat verilib.

    Muxalifet3 - 12-06-2019

  13. ​Britaniya özünü iqtisadi intihara aparır - Breksit

    Böyük Britaniyada istehsalçılar müqaviləsiz Breksitin iqtisadi intihar olduğunu bildiriblər. Muxalifet.az xəbər verir ki, İstehsalçılar Birliyinin (Make UK) baş iqtisadçısı Simus Nevin deyib ki, heç bir müqavilə olmadan Avropa İttifaqını tərk etmək iqtisadi intihara aparır. O, siyasətdə yaranan qeyri-müəyyənliyin iqtisadiyyata da güclü təsir etdiyini bildirib, neçə-neçə iş yerinin bağlanacağını və yüzlərlə insanın işsiz qalacağını vurğulayıb. Qeyd edək ki, Britaniyada baş nazir vəzifəsinə ən güclü namizəd Boris Conson ölkənin Avropa İttifaqını müqaviləsiz tərk edə biləcəyini açıqlayıb.

    Muxalifet3 - 12-06-2019

  14. ​ABŞ-la münasibətlərimiz pis həddə çatıb - Rusiya

    Rusiya ilə ABŞ arasındakı münasibətlər "soyuq müharibə"dən daha pis həddə çatıb.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
    Rusiyalı diplomat bildirib ki, münasibətləri yaxşılaşdırmaq üçün qarşılıqlı olaraq diplomatların ölkədən çıxarılmasının dayandırılması kömək edə bilər.
     

    Muxalifet3 - 12-06-2019

  15. ​Azərbaycan millisi Gürcüstanı məğlub edib

    Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gümüş Avropa Liqasında V turun oyununu keçirib.
    Muxalifet.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçilik etdiyi kollektiv evdə Gürcüstanla üz-üzə gəlib.
    Qarşılaşma Azərbaycan komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk iki set yığmanın aşkar üstünlüyü ilə bitib. Üçüncü setdə rəqib müqavimət göstərməyə çalışsa da, istəyinə nail ola bilməyib.

    Muxalifet3 - 12-06-2019

  16. ​Ermənilər Qarabağda keçirəcəkləri oyunların məşəlini Türkiyədə yandırdılar - VİDEO

    Avqust ayında Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin təşkilatçılığıyla keçiriləcək ümumerməni oyunlarının məşəli Türkiyənin Xatay vilayətindəki Musadağ deyilən mə

    Muxalifet3 - 12-06-2019

  17. ​Şeydayev azarkeşlərə səsləndi: Üzr istəyirəm...

    Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev ötən günkü darmadağından (1-5) dolayı üzr istəyib.Mux
    Muxalifet.az xəbər verir ki, Slovakiya ilə keçirilən görüşdə millinin heyətində yeganə inamlı oyun sərgiləyən futbolçu Feysbuk hesabında bunları yazıb:
    "Dünənki zəif oyunumuza görə üzr istəyirəm. Siz daha yaxşısına layiqsiniz. Müsahibədə ağlamamışam, tərimi silirdim".
     

    Muxalifet3 - 12-06-2019

  18. Suriya təsdiqlədi: Tartus rəsmən Rusiyanın əlində...

    Suriya parlamenti Tartus limanına sərmayə yatırılması ilə bağlı Rusiyanın "STG Energi" şirkəti arasında imzalanan anlaşmanı təsdiq edib.
    Muxalifet.az xəbər verir ki, anlaşmaya əsasən, Rusiya şirkəti limanın rəqabət gücünü artıracaq.
    Qeyd edək ki, qanun layihəsi 2018-ci ilin dekabrında imzalanan hökumətlərarası protokoldan ibarətdir. Şirkət həmçinin müqavilənin imzalanması tarixindən etibarən 6 il ərzində bütün vergilərdən azad edilib.
     

    Muxalifet3 - 12-06-2019

  19. Bu, dünyanın sonunu gətirəcək - DÜNYA ŞOKDA

    Rusiya bu gün Rusiya qızğın silahlanmada liderlik edir.
    Bu haqda Almaniyanın “Stern” jurnalı yazıb.
    Nəşrin iddiasına görə, Rusiya belə mövqeyi hipersəsli raketləri hazırlamaqla tutub. Materialda qeyd edilir ki, yaxın vaxtlarda Rusiyanın müdafiə idarəsi raket əleyhinə müdafiənin ən yeni sisteminin – PRS-1M-in işə salınmasını göstərən videonu dərc edib. Sistem ölkənin müdafiəsi üçün nəzərdə tutulub.
    “PRS-1M dünyanın sonu üçün əsl silahıdır. Ondan yalnız dünyanı dağıdan müharibədə istifadə etmək olar”, - jurnal qeyd edib./Publika

    Muxalifet - 13-06-2019

  20. «Türkiyə Krımı, Rusiya isə Şimali Kipri tanısın» – Türkiyəli professor

    Beynəlxalq münasibətlər üzrə ekspert, professor Hasan Ünal hesab edir ki, Türkiyə Krımı Rusiya ərazisi kimi, Rusiya isə Şimali Kipr Türk Respublikasını tanımalıdır.

    «Aydınlıq Qazetesi»-nin yazdığına görə, Rusiya və Türkiyənin ümumi maraqları mövcuddur. Ona görə də Vaşinqtonu mövcud problemlərin tənzimlənməsi prosesindən kənarlaşdırmaq lazımdır.

    Muxalifet - 13-06-2019

Pages