Axtarış
The search found 105785 results in 0.088 seconds.
Search results
Türkdilli dövlətlərin Qarabağ məsələsində mövqeyi - Konkretlik yalnız Türkiyədədir...
Nəzakət Məmmədova: “Türk respublikaları öz aralarında belə həmrəy deyillər”
Qazaxıstanın yeni seçilən prezidenti Qasım-Jomart Tokayev keçirdiyi mətbuat konfransında ölkəsinin Ermənistanla dostluq münasibətlərindən danışıb. Tokayev bildirib ki, onun Ermənistana böyük simpatiyası var. Bu açıqlama ilə qazax prezident Ermənistanın işğalçı dövlət olduğunu və Azərbaycan ərazilərini 30 ilə yaxındır işğalda saxladığını sanki unudur...
Muxalifet - 13-06-2019
Ərdoğandan bəzi hərbçilərə sərt sözlər: QORXAQSINIZ
Ak Partiyanın qrup yığıncağında çıxış edən Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, TSQ-dən təqaüdə çıxmış bəzi şəxslərlə əlaqədar çox sərt fikirlər bildirib.
Ərdoğan Türkiyənin terrorla mübarizə edərkən terrorun arxasındakı güclərlə də nə qədər güclü olduqlarına baxmadan mübarizə etdiyini ifadə edərək "önümüzün bağlı olduğunu zənn etdiyimiz yerlərdə necə açıldığını görəcəksiniz. Bu vaxta qədər belə oldu" deyib.Muxalifet3 - 13-06-2019
Bakıda yuxulu sürücü görün nə etdi - VİDEO
Bakıda baş verən qəza anı təhlükəsiz şəhər kameralarına düşüb.
Muxalifet.az Avtosfer.az-a istinadən xəbər verir ki, Neftçilər prospektində ("Kukla teatrı"nın yanı) hərəkətdə olan "Mercedes" markalı avtomobil qəfildən idarəetməni itirir və yolun kənarında park etmiş digər maşına çırpılır. Qəzanın araşdırılması zamanı sürücünün sükan arxasında yuxuladığı məlum olub.Muxalifet - 13-06-2019
Şiddətli dolu yağışı - 12 nəfər xəsarət aldı
Türkiyədə şiddətli dolu yağıb.
Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ordu şəhərinə yağan dolu nəticəsində 12 nəfər xəsarət alıb.
Şəhərin yaşayış məntəqələrinin dam örtüyü və pəncərələrinə, həmçinin kənd təsərrüfatına ciddi ziyan dəyib.Muxalifet - 13-06-2019
Trampa böyük şok! Milyard dollarlıq silah anlaşmasına zərbə
ABŞ-da Nümayəndələr Palatasındakı Demokrat millət vəkilləri Səudiyyə Ərəbistanına silah satışını əngəlləyəcək qərar layihəsi təqdim edib.
ABŞ-da prezident Donald Trampın Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrlikləri (BƏƏ) kimi bəzi ölkələrə silah satışlarında Konqres təsdiqindən yan keçən “fövqəladə vəziyyət” səlahiyyətindən istifadə etməsindən sonra demokratların çoxluq təşkil etdiyi Nümayəndələr Məclisi də yeni addımlar atmağa başlayıb.Muxalifet3 - 13-06-2019
Bankların absurd faiz siyasəti - ÇIXIŞ YOLU
Əmanətlərin 12 faizlə alınıb, kreditin 25 faizlə verilməsinin səbəbləri; iqtisadçı: “Xarici maliyyə institutlarının, korporasiyaların ölkəyə buraxılması lazımdır”
“Kredit faizlərinin yüksək olması son nəticədə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi istiqamətində strategiya ortaya qoyan hökumətin planlarına da neqativ təsir göstərir”
Muxalifet - 13-06-2019
Ermənilərin mövqelərimizi minaatanlardan atəşə tutdu - FOTO
İyunun 12-də düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması və mövqelərimizin 60 mm minaatanlardan atəşə tutulması barədə tərəfimizdən rəsmi məlumat verilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin minaatanlardan atəşə tutulması ilə bağlı sorğuya cavab olaraq bildiriblər.Muxalifet - 13-06-2019
Ərdoğandan ABŞ-a “Fəratın şərqi” mesajı
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə sərhdləri boyunca terror koridoru qurmaq istəyənlərə sərt mesaj göndərib:
“Suriyada sərhədlərimiz boyunca yaradılmağa çalışılan terror koridorunu Cerablus-Afrin xəttində, Şimali İraq sahəsində necə qırdıqsa, Fəratın şərqində də eyni şəkildə darmadağın edəcəyik.Muxalifet3 - 13-06-2019
Azərbaycanlı dünya çempionu öz toyunda gəlinlə yumruqlaşdı - VİDEO
Kikboksinq üzrə dünya çempionu, uşu sanda üzrə Avropa çempionu Eldar Əlizadənin toyu olub. Muxalifet.az baku.ws-yə istinadən xəbər verir ki, həyatını ali təhsil almaq üçün getdiyi Türkiyədə davam etməyə qərar verən azərbaycanlı idmançı orada evlənib. Eldar Fatma adlı türk xanımla ailə quran idmançımızın toy məclisi Kastamonu şəhərində baş tutub. İdmançımızın toydan paylaşdığı görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub. Belə ki, bəylə gəlin boks əlcəyi geyinərək yumruqlaşırlar. Görüntüləri təqdim edirik:
Muxalifet - 13-06-2019
İşsizlərlə bağlı qaydalar təsdiqləndi
Baş Nazir Novruz Məmmədov "İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası” nı təsdiq edib. Muxalifet.az xəbər verir ki, qayda "Məşğulluq haqqında” qanunun 20.4-cü maddəsinə əsasən hazırlanıb və işaxtaran və işsiz şəxslər üçün peşə hazırlığının (bundan sonra – peşə hazırlığı) təşkili qaydasını müəyyən edir. İşaxtaran və işsiz şəxslər peşə hazırlığına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və ya "DOST” mərkəzləri” tərəfindən (bundan sonra – Mərkəz) cəlb edilirlər.
Muxalifet - 13-06-2019
Ərdoğan S-400 məsələsinə son noqtəni qoydu
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-Türkiyə arasında mübahisə predmeti olan S-400 havadan müdafiə sistemi ilə bağlı son fikrini bildirib.
Ərdoğanın S-400-lə bu sözləri söyləyib:
“S-400 mövzusunda, "Türkiyə bu sistemi alacaq" demirəm, "Türkiyə bu sistemi alıb” deyirəm"!
Belə bir sistemi biz ABŞ-dan istədikmi, istədik, verdinmi, vermədin! Hörmətli Obama dövründən etibarən biz bu işi başlatdıq. Konqres icazə vermirmiş kimi bəhanələrlə üzləşdik. Biz də təbii ki, belə olan halda başımızın çarəsinə baxacağıq.
Muxalifet3 - 13-06-2019
Zelenskiyə impiçment elan olunması barədə qanun imzalandı
Ukraynada Ali Radanın spikeri Andrey Parubiy Ukrayna prezidenti Vladimir Zelenskiyə impiçment elan olunması barədə qanun imzalayıb.
APA-nın məlumatına görə, bu barədə “Twitter” səhifəsində yazıb.
Qanun prezidentə qarşı impiçment proseduru ilə məşğul olacaq xüsusi komissiyanın yaradılmasını nəzərə tutur. Qanun daha əvvəl Rada tərəfindən qəbul olunub.
Sənəd rəsmi mətbuatda dərc olunduğu gündən qüvvəyə minəcək.Muxalifet - 13-06-2019
Baş Prokurorluğun mətbuat xidmətinə YENİ PROKUROR təyin edildi
Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin olunub. Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Əbdülsəməd Əzizli Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru təyin edilib. Ə.Əzizlinin vəzifəsinin icrasına başlaması barədə məlumat Baş Prokurorluğun saytında da yerləşdirilib. Qeyd edək ki, Ə.Əzizli bundan əvvəl Bərdə rayon Prokurorluğunun müstəntiqi, daha əvvəl isə Gəncə şəhər Prokurorluğun müstəntiqi və Gəncə şəhər prokurorunun köməkçisi vəzifələrində çalışıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovdur./apa/
Muxalifet - 13-06-2019
CHP-dən qalmaqal S-400 təklifi!
İYİ Partiyanın sədri Maral Akşenerin S-400-lərlə əlaqədar AK Partiyaya yönəlik "S-400-ləri alıb qoyacaqsan anbara, çürüyəcək" tənqidini, CHP bu dəfə hökumətə təklif olaraq təqdim edib. ABŞ-ın Türkiyənin S-400 alışına yönəlik təhdidlərinə qarşı Türkiyənin qərarlı duruşunu davam etdirməsi qarşısında, ABŞ tezislərini müdafiə etmək CHP-yə həvalə edilib. CHP sədrinin müavini Ünal Çeviköz Türkiyənin NATO-dan çıxmasının fəlakət olacağını bəhanə edərək "S-400-ləri alaq, lakin angara qoyaq, istifadə etməyək" deyə qorxaq və xaincəsinə təklif edib.
Muxalifet3 - 13-06-2019
Ukrayna paytaxtının adı dəyişdirildi
ABŞ-ın Coğrafi Adlar Şurası özünün beynəlxalq bazasında Ukrayna paytaxtı Kiyevin adını dəyişdirərək Kyiv edib.
Bu məlumatı öz Feysbuk səhifəsində Ukraynanın ABŞ-dakı səfirliyi yayıb. Səfirlik bu qərardan sonra artıq beynəlxalq aləmdə və ABŞ-da rəsmi şəkildə Kyiv adının istifadə ediləcəyini bildirib:Muxalifet - 13-06-2019
Mədəniyyət Nazirliyi: "Qrifonlu ev"in söküləcəyi ilə bağlı yayılan xəbərlər şayiədir
"Bakıdakı "Qrifonlu ev" kimi tanınan tarixi binanın sökülməsi ilə bağlı yayılan xəbərlər şayiədir".
Bunu “Report”a açıqlamasında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib.
O bildirib ki, bina yerli əhəmiyyətli tarixi abidədir: “Abidənin təmir olunması üçün layihə Mədəniyyət Nazirliyinə təqdim olunub. Abiədədə təmir-bərpa işləri həyata keçiriləcək, onun sökülməsindən söhbət gedə bilməz”.
Qeyd edək ki, Facebook sosial şəbəkəsində binanın söküləcəyi iddia olunub.
Muxalifet - 13-06-2019
Həbibdən ŞOK AÇIQLAMA: "Makqreor mənə onu öldürməmək üçün yalvarırdı"
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə qalibi olan rusiyalı samboçu Həbib Nurməhəmmədov Londonda mətbuat konfransında verdiyi açıqlama ilə gündəmə gəlb.
Muxalifet.az open.az-a istinadən xəbər verir ki, Nurməhəmmədov keçmiş dünya çempionu Konoq Makqreqorla yenidən döyüş imkanını rədd edib.Muxalifet - 13-06-2019
İtini xilas etmək üçün ayı ilə boğuşdu - VİDEO
Los-Ancelesin (ABŞ) şəhərkənarında bir kişi itini xilas etmək üçün dişi ayı ilə dava edib.
Bu barədə “Daily Mail” məlumat yayıb.
Yerli polisin bildirdiyinə görə, insident bazar ertəsi (10 iyun) baş verib. Zərərçəkənin həyətinə dişi ayı daxil olub. “Çağırılmamış qonaq” evin keşiyini çəkən balaca iti özündən çıxarıb. Onun hürməsi isə ayını qıcıqlandırıb. O, öz balasını qorumaq üçün itə hücum çəkib.Muxalifet - 13-06-2019
RUSİYADA “KİLSƏ XƏSTƏLİYİ”: yeni nəsil Putinlə ittifaq qurmuş pravoslav ruhaniləri daşlayır
“Foreign Policy”, 12.06.2019
Son həftələrdə Rusiyanın dördüncü böyük şəhəri olan Yekaterinburqda fövqəladə etiraz aksiyası baş verib. Şəhərin mərkəzindəki bir parkda yeni kilsə tikmək planı ucbatından yerli əhali ayağa qalxıb. Qorxutma, həbslər, həm regional, həm də federal siyasətçilərin dəstək açıqlamaları, Rus Pravoslav Kilsəsinin böyük nüfuzuna axmayaraq, etirazçılar istəyinə nail olublar.
Muxalifet - 13-06-2019
24 cinayətin üstü "isti izlərlə"açılmışdır
Muxalifet.az iyun ayının 12-dən 13-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatla oxucuları tanış edir:
- Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 24 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 5 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.Muxalifet - 13-06-2019