Axtarış
The search found 105785 results in 0.025 seconds.
Search results
4 il sonra Gürcüstan yenidən fəlakətlə üzləşdi
Güclü leysan yağışları Gürcüstanda yenidən ciddi fəsadlar törədib.
Muxalifet.az xəbər verir ki, bu dəfə ən çox ziyan Qori bölgəsinə dəyib.
Leysan yağışları nəticəsində şəhərin bir neçə məhəlləsində evlərin birinci mərtəbələri, zirzəmi və ictimai-iaşə obyektlərinə su dolub.
Şəhərin tabeliyində olan Kelktseuli, Kvemo Xviti və Zemo Nikozi kəndləri isə su altında qalıb.
Bu kəndlərdə də evlərin birinci mərtəbəsinə və zirzəmisinə su dolub. 50-dən çox ailəyə külli miqdarda maddi ziyan dəyib.Muxalifet3 - 13-06-2019
"Traktor" Mustafa Dənizliyə tapşırıldı
İran Premyer Liqasında çıxış edən "Traktor" komandasının yeni baş məşqçisi müəyyənləşib.
Muxalifet.az xəbər verir ki, Təbriz təmsilçisi türkiyəli Mustafa Dənizliyə tapşırılıb. 70 yaşlı mütəxəssis son olaraq ölkəsində "Kasımpaşa" klubunda çalışıb.
Qeyd edək ki, Mustafa Denizli 2013-2014 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub. O, İranın "Persepolis" və "PAS Tehran" komandalarına da rəhbərlik edib.
Muxalifet3 - 13-06-2019
"İrəvan Azərbaycan ərazisidir..." - Rusiyadan AÇIQLAMA
Tədqiqatçı Oleq Petrenko Azərbaycan tarixinə dair faktların və xəritələrin araşdırılmasını davam etdirdiyi növbəti videonu Yutub kanalında yerləşdirib. Videosujetdə tədqiqatçı Azərbaycanın son 200 illik tarixi barədə danışır, bu tarixin təhrif edilməyə və silinməyə çalışıldığını qeyd edir. MKİ sənədlərindən Petrenkonun sözlərinə görə, o, üzərindən məxfilik qrifi götürülmüş MKİ sənədlərini tədqiq edib. “2016-cı ildə MKİ-nin saytında bu sənədin üzərindən məxfilik qrifi götürülüb.
Muxalifet3 - 13-06-2019
Rusiya narahatdır: ABŞ əlavə qoşun göndərir
Rusiya hərbçiləri ABŞ-ın Polşaya əlavə hərbi kontingent yerləşdirməsi planını analiz edir və ölkəmizin təhlükəsizliyi ilə bağlı tədbirlər görür.
Muxalifet.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.
“Hərbçilərimiz məsələni diqqətli şəkildə izləyir. Onların ölkəmizin təhlükəsizliyi üçün çalışdığından heç kimin şübhəsi olmasın”, - deyə sözçü bildirib.
Qeyd edək ki, ABŞ-ın Polşaya PUA-lar daxil olmaqla, əlavə hərbi texnikalar, canlı qüvvə yeridəcəyi barədə məlumatlar yayılmışdı.
Muxalifet3 - 13-06-2019
Tvitterdən İranla bağlı qərar: 4,8 hesab...
Tvitter administrasiyası İranla əlaqəli 4,8 min hesabı silib. Muxalifet.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Silinmiş hesablar şübhəlilər siyahısına əlavə olunacaq. Bundan əlavə sosial şəbəkə Rusiya qeydiyyatlı 4 hesabı da ləğv edib. Belə ki, bu hesabların adları ABŞ xüsusi prokuroru Robert Müllerin seçkilərə müdaxilə işində qeyd edilmişdi.
Muxalifet3 - 13-06-2019
Millimiz Makedoniya ilə heç-heçə etdi
Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Muxalifet.az AFFA-ya istinadla xəbər verir ki, Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 2:2 hesab ilə başa çatıb. Yığmamızın heyətində Amin Qarayev və İxtiyar Məmiyev fərqləniblər.
Muxalifet3 - 13-06-2019
İnterpol bu azərbaycanlını axtarır
Azərbaycanda qətl törətməkdə təqsirləndirilən şəxs beynəlxalq axtarışa verilib. Muxalifet.az-ın məlumatına görə, 1964-cü ildə Lerik rayonunda anadan olan Əlipaşa Məmmədov barəsində Azərbaycan hüquq-mühafizə orqanlarında cinayət işi başlansa da, o istintaqdan yayınıb. Bundan sonra məhkəmə Ə.Məmmədov barəsində həbs qətimkan tədbiri seçib və təqsirləndirilən şəxs axtarışa verilib. İnterpol həmin şəxs barəsində beynəlxalq axtarış elan edib.
Muxalifet3 - 13-06-2019
ABŞ Hindistanı HƏDƏLƏDİ: Seçim etməlisiniz!
Hindistan strateji partnyorluq məsələsində seçim etməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə müşaviri Alis Vels deyib.
O, S-400 sisteminin alınacağı təqdirdə ABŞ silahları ilə uyğunlaşmada Hindistanın problemlər yaşayacağını bildirib:
“Bir nöqtədə partnyorluq məsələsində strateji seçim etməlisiniz. Hansı silah sistemlərindən istifadə ilə bağlı qərar verməlisiniz”.
Qeyd edək ki, Dehlinin Rusiya istehsalı S-400-ə marağı Vaşinqtonu ciddi narahat edir.
Muxalifet3 - 13-06-2019
Gürcüstanın ölkəmizə olan borcu açıqlandı
Cari il iyunun 1-nə olan məlumata əsasən, Gürcüstanın ümumi xarici dövlət borcu 5 milyard 367,1 milyon ABŞ dolları təşkil edib. Bu da əvvəlki ayla müqayisədə 8,5 milyon dollar azdır.
Muxalifet.az xəbər verir ki, dövlət borcunun 5 milyard 201,8 milyon dolları hökumətin payına düşür.
Hesabatda Gürcüstanın xarici dövlətlərə borcu da yer alıb. Məlumata görə, iyunun 1-nə Gürcüstanın Azərbaycana olan borcu 7,43 milyon dollar təşkil edib. Gürcüstanın ən çox borcu Almaniyayadır (317,9 milyon dollar).
Muxalifet3 - 13-06-2019
Misirli nazir Azərbaycana gəlir
Misirin turizm naziri xanım Rania Al Mashatın başçılıq etdiyi nümayəndə heyəti iyunun 15-dən 18-dək Ümumdünya Turizm Təşkilatının İcraiyyə Komitəsinin 110-cu iclasında iştirak etmək üçün Bakıya gələcək. Bu səfər bir neçə illik fasilədən sonra Misirdən Azərbaycana nazir səviyyəsində olan ilk səfərdir.
Muxalifet.az xəbər verir ki, bu barədə Misirin Azərbaycandakı səfiri Adel İbrahim bildirib.Muxalifet3 - 13-06-2019
Putin üçün limuzin istehsal edən azərbaycanlı - Foto
Rusiyanın siyasi elitası, özəlliklə prezident Viladimir Putin üçün avtomobil istehsalını gerçəkləşdirən “Aurus” ASC-nin prezidenti vəzifəsinə azərbaycanlı Adil Şamil oğlu Şirinov gətirilib. 1964-cü ildə Bakıda doğulan Adil Şirinov Rusiyada avtomobil istehsalı və satışı üzrə əsas söz sahiblərindən biri hesab edilir.
Muxalifet3 - 13-06-2019
Qarabağda erməni hərbçi məhv edildi
Bu gün saat 17:05-də Qarabağda erməni əsgər Xaçatryan Artyom Vazgenoviç məhv edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Qarabağ separatçıları məlumat yayıb.
Bildirilib ki, 1999-cu il təvəllüdlü A.Xaçatryan aldığı güllə yarasından yerindəcə keçinib.
Muxalifet3 - 13-06-2019
Türkiyədən S-400 bəyanatı: ABŞ mövqeyini dəyişməzsə...
Ankara ümid edir ki, ABŞ Türkiyənin S-400 sistemləri almasından dolayı sərgilədiyi mövqeyi dəyişəcək. Əks halda, hazırki durum ikitərəfli əlaqələrə ciddi zərər verəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın Pentaqonun müvəqqəti rəhbəri Patrik Şanahanın məktubuna cavabında deyib.
Qalın vurğulayıb ki, məktubun məzmunu iki ölkə arasındakı əməkdaşlıq ruhuna ziddir.
Muxalifet3 - 13-06-2019
Gürcüstanda azərbaycanlılar ayağa qalxdı - Etiraz
Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndində sakinlər yetişdirdikləri məhsulu sata bilmədiklərinə görə etiraz aksiyası keçiriblər.
Mualifet.az-ın report-a istinadən məlumatına görə, sakinlər Gürcüstana xarici ölkələrdən böyük həcmdə pomidor idxal olunduğundan onların məhsulunun 20 tetriyə belə satılmadığını bildirir.
Kənd sakini Tamaz Məmmədov deyib ki, məhsulun yetişdirilməsi üçün bankdan kredit götürüb:
“Məhsulumuz satılmadığından xarab olur. Hökumət bu məsələyə diqqət göstərməsə, Marneulidə magistral yolu bağlayacağıq”.Muxalifet3 - 13-06-2019
Nurməhəmmədov: Konor onu öldürməməyim üçün yalvarırdı, indi revanş istəyir?
Londonda Həbib Nurməhəmmədovun iştirakı ilə keçirilən mətbuat konfransında jurnalistlər maraqlı açıqlamalara şahid olublar.
Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla nə üçün revanş istəməməməsinin səbəblərindən danışıb.Muxalifet3 - 13-06-2019
Bu gün Azərbaycan məktəblərində “Son zəng”dir
Bu gün Azərbaycanda 2018/2019-cu dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq.
Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən “Son zəng” tədbirləri məktəblərin həyətində keçirilməlidir.
Tədbirlərdə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları, ictimaiyyət nümayəndələri və məktəb məzunları da iştirak edə bilərlər.
Bu tədris ilində ölkənin ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirəcək.
Muxalifet4 - 14-06-2019
"İran Oman Körfəzində tanker hücumlarına görə məsuliyyət daşıyır" - AMERİKADAN XƏBƏRDARLIQ
İran hakimiyyəti Oman Körfəzindəki iki tankerə edilən hücuma görə məsuliyyət daşıyır.
Muxalifet.az trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
M.Pompeo qeyd edib: "ABŞ hökuməti hesab edir ki, İran İslam Respublikası Oman Körfəzindəki bu dəfəki hücumlara görə məsuliyyət daşıyır".
Muxalifet4 - 14-06-2019
Harvard professoru uzun yaşamağın sirrini açdı
Həftə ərzində 150 dəqiqə gəzinti yaşlı insanlara dünyanın bir çox ölkələrində tövsiyə edilir.
Muxalifet.az medicina.az-a istinadən bildirir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb. Tövsiyələr fiziki aktivliyin insan səhhətinə təsirini araşdıran tədqiqatın nəticələrinə əsaslanır. Bəzi mütəxəssislər isə fiziki yüklənmənin dəqiqələrlə ölçülməsini düzgün hesab etmir.
Muxalifet4 - 14-06-2019
"Oxşar işlərə baxan hakimlər fərqli qərarlar qəbul edirlər..." - KOLLEGİYA SƏDRİ
Muxalifet.az xəbər verir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov “BBC News Azərbaycanca”nın Sual vaxtı Youtube proqramının qonağı olub.
Onunla İlkin Həsənov söhbət edib.
Həmin video-müsahibəni oxucularımıza təqdim edirik:
Muxalifet4 - 14-06-2019
"Çernobıl" serialının müəllifindən faciə məkanında selfie çəkdirənlərə XƏBƏRDARLIQ
Çernobıla səyahət edən turistlər diqqətli olmalıdırlar, şəhərdə baş vermiş nüvə fəlakəti haqqında filmin müəllifi xəbərdarlıq edib. Ukraynada 1986-cı ildə baş vermiş dünyanın ən dəhşətli nüvə fəlakətlərindən birinin baş verdiyi şəhərə baş çəkən turistlərdən bəziləri xarabalıqlar arasında gülərək çəkdirdikləri şəkillərini paylaşırlar. Bir nəfər isə hətta yarıçılpaq şəklini paylaşıb. Fəlakət barədə məşhur filmin müəllifi Craig Mazin deyib ki, insanların bura "axını çox yaxşı haldır". Lakin o insanları "burada baş vermiş dəhşətli faciə" barədə də xəbərdar edib.
Muxalifet4 - 14-06-2019