Axtarış
The search found 105785 results in 0.048 seconds.
Search results
“Tarixin ən böyük missiyası keçmiş səhvlərdən dərs almaqdır” – NƏSİB NƏSİBLİ
Tarixçi alim Nəsib Nəsibli deyir ki, “Quzeydə Sovet dövrü Azərbaycan tarixçiliyinin bəlalarından qurtulmaq lazımdır... Güneydə isə, tarix şüuru kimlik problemini çözmə missiyasını aşıb, tarixdən dərs alma missiyasına fokuslanmalıdır.”
Tarixçi alim Amerikanın Səsi ilə söhbətdə bu yaxınlarda Türkiyədə yayımladığı 700 səhifəlik “Azərbaycan Tarixi” adlı əsərini həmin anlayışa uyğun olaraq qələmə aldığını ifadə edir.Muxalifet4 - 14-06-2019
1 milyondan çox adam iranlı hüquq müdafiəçisinə azadlıq istəyir
Dünyanın 200-dən artıq ölkəsi və ərazisindən 1 milyondan çox adam petisiya imzalayaraq İran hakimiyyətini tanınmış insan haqları müdafiəçisi Nəsrin Sotudeni azadlığa buraxmağa çağırıb.
Məlumatı Amnesty International hüquq-müdafiə təşkilatı yayıb.
Hüquq müdafiəçisi ümumilikdə 38 il yarım həbs cəzasına və 148 qamçıya məhkum edilib. Təşkilat Sotudenin “iki dəfə kobudcasına ədalətsiz şəkildə mühakimə olunduğunu” bildirib.
Artıq onun həbsindən bir il keçir. Amnesty iyunun 13-də imzaları İranın müxtəlif ölkələrdəki səfirliklərinə təqdim etdiyini bildirir.
Muxalifet4 - 14-06-2019
Rus polisinə Türkiyə yolu göründü
Rusiyanın Daxili İşlər naziri Vladimir Kolokoltsyev Rus polisinin tətil edə biləcəyi ölkələr ara
Muxalifet3 - 14-06-2019
Trampdan İran açıqlaması: Hazır deyilik
ABŞ prezidenti Donald Tramp Yaponiyanın baş naziri Abe Şinzo-nun İran ziyarətindən məmnuniyyət duyduğunu, ancaq İranın və ABŞ-ın bir müqavilə bağlamaq üçün hazır olmadığını açıqlayıb.
Prezident Tramp rəsmi Twitter hesabından Yaponiyanın baş naziri Abe-nin İran ilə ABŞ arasındakı gərginliyin azaldılması və Orta Şərqdə sabitliyin təmin edilməsi üçün Tehrana etdiyi səfərlə bağlı açıqlama verib.Muxalifet3 - 14-06-2019
İrana bir zərbə də Twitterdən
Dünyanın ən böyük sosial media platformalarından biri olan Twitter etdiyi açıqlamada, İran qaynaqlı və İran hökumətinin doğrudan dəstəklədiyi düşünülən təxminən 4800 Twitter hesabının platformadan silindiyini bəyan edib.
Twitter silinən hesabları siqnal və davranışlarının fərqli olduğunu açıqlayan üç fərqli qrupa ayırıb. İlk qrupun təxminən 2 milyon tweet atmış olan 1666 hesabdan meydana gəldiyi ifadə edilib.Muxalifet3 - 14-06-2019
Türkiyə hərəkətə keçdi: Kiprdə hərbi bazalar yaradılır
Şərqi Aralıq dənizinin təhlükəsizliyi üçün adada dəniz və hava bazası qurulması ilə bağlı işlər davam edir. Hava bazası mövzusunda Keçidqalanın yenidən açılması planlanarkən, dəniz bazası üçün isə yerin müəyyənləşdirilməsi demək olar ki, tamamlanıb.
Muxalifet3 - 14-06-2019
Tiflis İrəvanın əlini geri çevirdi - Azərbaycanla Gürcüstanın arasını vurmaq cəhdi fiaskoda
Ermənilərin gürcülərə BMT reveransına Tiflisdən ilginc reaksiya; işğalçı ölkənin Gürcüstandan özünə dəhliz açmaq üçün növbəti cəhdi də havada qaldı - umsuq edilən düşmən təlaşda... Azərbaycan və Türkiyə silahlı qüvvələrinin Naxçıvan bölgəsində 5 günlük “Sarsılmaz qardaşlıq-2019" birgə təlimi başa çatdı. Budəfəki ortaq təlimlər xüsusilə üç aspektdən yadda qalan və önəmli oldu. Əvvəla, təlimlər cəbhə xəttində düşmən tərəfin artan təxribatları və Qarabağ məsələsində onun görünməmiş həyasızlığı fonunda, İrəvan şəhərinin cəmi bir neçə on kilometrliyində keçirilirdi.
Muxalifet - 14-06-2019
Elnarə "Hyundai"la qəza törətdi - ÖLƏNLƏR VƏ YARALILAR VAR
Oğuzda qadın sürücü avtomobili ağaca çırpıb, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hadisə gecə saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.Muxalifet - 14-06-2019
ABŞ İrana qarşı hərəkətə keçdi: Müharibə gəmiləri göndərilir
ABŞ Mərkəz Qüvvələr Komandanlığı (CENTCOM) Əmman Körfəzində meydana gələn neft tankeri hücumundan sonra bölgəyə müharibə destoyeri göndərmə qərarı verib.
Körfəzdə ABŞ-İran gərginliyi artmaqda davam edir. Xüsusilə iqtisadi sanksiyalar və nüvə gərginliyi ilə başlayan proses, Əmman Körfəzində neft tankerlərinə yönəlik hücumlar ilə dırmanmağa başladı. ABŞ donanması bölgədə yaşananlardan sonra körfəzə müharibə gəmiləri göndərəcəyini açıqlayıb.
DESTROYER GÖNDƏRİLİR
Muxalifet3 - 14-06-2019
Bakıda küçədə daha bir güllələnmə - İŞ ADAMI QƏTLƏ YETİRİLDİ
Bakının Sabunçu rayonunda silahlı insident olub.
“Yeni Sabah” xəbər verir ki, hadisə Zabrat yolu, Şəhər şossesində baş verib. İlkin məlumata görə, Suraxanı rayonu, Əliheydər Qarayev küçəsində qeydiyyatda olan 1972-ci il təvəllüdlü Məmmədov Ramiz Hümbət oğlu İlkin adlı şəxs tərəfindən güllələnib.
Onlar arasında yaranan mübahisə zamanı yuxarıda adı çəkilən şəxs avtomobilindəki odlu silahı götürərək R.Məmmədova atəş açıb.Muxalifet - 14-06-2019
GENERALIN BACANACAĞI MƏHKƏMƏ ZALINDA HƏBS OLUNDU - Təfərrüat
Ləğv edilən nazirliyin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin sabiq rəisi Sübahir Qurbanovun qohumlarının həbsi davam edir. Sübahir Qurbanovun bacanağı Müsənnif Talıbov Bakı Ağır Cinayətlər Məhkəməsində proses zalında qandallanıb.
Muxalifet - 14-06-2019
AVRONUN ÜZƏRİNƏ RƏSULZADƏNİN ŞƏKLİ VURULDU – FOTO
Avropa Mərkəzi Bankında üzərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru paşanın rəsimləri olan avro xatirə pul nişanı basılıb. Bu barədə öz “Facebook” səhifəsində Rəsmiyyə Rzalı-Qarayeva paylaşıb.
Muxalifet - 14-06-2019
Oğuzda ağır yol qəzası - 2 ölü, 3 yaralı
Oğuzda ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.
Muxalifet.az qafqazinfo-a istinadən xəbər verir ki, hadisə iyunun 13-dən 14-ə keçən gecə Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Oğuz rayonu Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı avtomobildə olan və şəxsiyyətləri hələki dəqiqləşdirilməyən iki qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Muxalifet - 14-06-2019
Azərbaycanda enerji içkiləri ilə bağlı yeni qaydalar təsdiqlənib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi enerji içkiləri ilə bağlı qaydaları müəyyənləşdirib. Bu barədə Muxalifet.az-a agentlikdən məlumat verilib. Belə ki, enerji içkilərinin tərkibində kofein, taurin, qlükoronolakton, inozitol, amin turşular, B qrupu vitaminlər və s. digər stimullaşdırıcı komponentlər mövcuddur. Bu maddələr bədəndə qan dövranının sürətlənməsini, mərkəzi sinir sistemində hormonların və insulinin ifrazını stimullaşdırır. Belə ki, enerji içkiləri orqanizmdə əlavə enerji mənbəyi kimi yox, onun daxili resurslarından məcburi intensiv istifadənin gücləndiricisi kimi çıxış edir.
Muxalifet - 14-06-2019
600-dən çox bal toplayanların sayı 81,3 faiz artıb
Keyfiyyətin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2018-ci ildə ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəriciləri daha da yüksəlib. Belə ki, 2013-cü ilə nisbətən qəbul imtahanlarında 300 baldan çox toplayanların sayı 26,5 faiz, 400 baldan çox toplayanların sayı 35,1 faiz, 500 baldan çox toplayanların sayı 51,5 faiz, 600 baldan çox toplayanların sayı isə 81,3 faiz artıb.
Muxalifet.az xəbər verir ki, bunu "Azərbaycan" qəzetində dərc olunan məqaləsində Təhsil naziri Ceyhun Bayramov deyib.Muxalifet - 14-06-2019
Azərbaycanda DƏHŞƏTLİ OLAY: 27 yaşlı gəlini uşağı ilə birgə...
Qusar rayonu ərazisində ana və yeni doğulan uşağın meyiti tapılıb.
Muxalifet.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Suvacal kəndində qeydə alınıb.
Kənd sakini 27 yaşlı Ema Ağamuradova yaşadığı evin ərazisində uşaq dünyaya gətirdikdən sonra ölüb. Onun və dünyaya gələn uşağın meyiti aşkarlandıqdan sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.
Uşağın dünyaya ölü gəldiyi bildirilir.
Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırmalar davam etdirilir.Muxalifet - 14-06-2019
Tvitterdən ŞOK - Minlərlə hesab BU SƏBƏBƏ GÖRƏ silindi
Dünyanın ən böyük sosial media platformalarından biri olan “Tvitter” İran qaynaqlı və İran hökumətinin birbaşa dəstəkllədiyi düşünülən 4800 hesabı silib. Bu barədə şirkət özü açıqlama yayıb. Bildirilib ki, bu hesabların əksəriyyəti İran dövlətinin diplomatik və geostrateji maraqlarını dəstələyən yeni baxış bucağı ilə qlobal xəbər tərkibli paylaşımlar edib. Tvitter silinən hesabların siqnal və davranışlarının fərqli olduğu 3 qrupa ayırıb. İlk qrup təxminən 2 milyon tvit atmış 1666 hesabdan ibarət olub. 248 hesabdan ibarət ikinci qrup isə İsraillə bağlı müzakirələrə birbaşa qatılıb.
Muxalifet - 14-06-2019
ABŞ-ın 30 illik Türkiyəni havadan müdafiəsiz buraxma oyunu - TƏHLİL
Rusiyadan S-400 alışına maneə törətmək üçün Türkiyəni istehsal ortağı olduğu F-35 döyüş təyyarəsi layhəsindən çıxarmaqla təhdid edən ABŞ, 1991-də varılan razılaşmağa baxmayaraq “Patriot” havadan müdafiə sistemini heç cür vermədi. Tam 30 il Türkiyənin başını müxtəlif bəhanələrlə qatan Vaşinqton, Çin ilə edilən razılaşmanın ləğvində də rol oynadı. Bir sözlə, ABŞ Türkiyəni müdafiəsiz buraxmaq üçün hər yolu sınaqdan keçirdi.
Muxalifet3 - 14-06-2019
Şamaxıdakı yanğın sahibkara ciddi ziyan vurub - biçilməmiş taxıl sahələrini necə qorumalı
Yanğınlarla bağlı əsas problem samanın yandırılmasıdır, sığorta məsələsi yenidən gündəmdə...
Ölkədə bir neçə taxıl zəmisinin yanması ötən günün neqativ xəbərlərindən biri oldu. Belə ki, Şamaxı rayonunun Çöl Göylər kəndi yaxınlığında biçilmiş və biçilməmiş taxıl sahələrində yanğın baş verib.
Muxalifet - 14-06-2019
ABŞ Oman körfəzinə hərbi gəmilərini göndərir - Müharibə ola bilərmi?
ABŞ tankerə Oman körfəzində tankerlərə hücumdan sonra, körfəzə qırıcı "USS Mason" hərbi gəmilərini göndərmək qərarına gəlib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının məlumatına görə, bu hadisədə Amerika öz maraqlarını müdafiə edəcək, İranla müharibə isə onun strateji maraqlarına daxil deyil.
Eyni zamanda Vaşinqton bəyan edib ki, Oman körfəzində tankerlərə hücumlar bir daha İranın Yaxın Şərq və dünya ölkələri üçün real təhlükə olduğunu nümayiş etdirir.Muxalifet - 14-06-2019