Axtarış
The search found 105785 results in 0.025 seconds.
Search results
İslam ölkəsində İLK: “halal gecə klubu” açıldı
Səudiyyə Ərəbistanında “halal gecə klubu” fəaliyyət başlayıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb.
Bildirilir ki, Ciddə şəhərində açılan kluba 18 yaşdan aşağı şəxslərin girişi qadağandır. Həmçinin, spirtli içki qəbul etmək və mobil telefonla görüntü çəkmək olmaz.
“Halal gecə klubu” sosial mediada müzakirələrə səbəb olub.
Muxalifet4 - 14-06-2019
Ramos Ronaldunu toyuna çağırmadı
Madridin “Real” klubunun kapitanı Serxio Ramos iyunun 15-də özünə dəbdəbəli toy etməyə hazırlaşır. Bu barədə “Znaj.UA” məlumat yayıb. O, Pilar Rubio ilə toy mərasiminə 500-ə yaxın qonaq dəvət edib. Dəvət olunanlar arasında kral klubunun, İspaniya yığmasının hazırkı və keçmiş futbolçuları, Zinəddin Zidan və Florentino Peres də yer alır. Maraqlıdır ki, dəvətnamələr kral klubunun bütün canlı əfsanələrinə göndərilsə də, Kriştianu Ronalduya göndərilməyib. “Marca” nəşrinin yazdığına görə, Ronaldu “Yuventus” klubuna keçəndən futbolçular bir-biri ilə danışmır.
Muxalifet - 14-06-2019
Türkmənbaşı hədəflərə velosipeddən atəş açdı - VİDEO
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tapançadan atəş açmaq bacarığını bir daha nümayiş etdirib.
Virtualaz.org bildirir ki, bu barədə hökumətin rus dilində nəşr olunan “Neytral Türkmənistan” nəşri xəbər yayıb.
Qeyd olunur ki, gecəyarısından sonra o, milli ordunun qoşunlarını dərhal döyüş hazırlığı vəziyətinə gətirmək barədə əmr verib. Hərbi hissələrin şəxsi heyətləri həyəcan siqnalı ilə ayağa qaldırılıb. Döyüş təyyarələri və vertolyotlar tədris təlim mərkəzinə yollanıblar.
Muxalifet - 14-06-2019
İyunun 23-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
İyunun 23-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, qəbul imtahanında iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
Abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmaq lazımdır.Muxalifet - 14-06-2019
Yaşar Nurinin qızı müğənnilik edir
Mərhum xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızından xəbər var. BiG.AZ xəbər verir ki, Ülkər müğənnilik edir. O, "Baldır-bal" adlı mahnısına klip də çəkdirib.
Muxalifet - 14-06-2019
Ana və qızının intiharı ilə bağlı YENİ XƏBƏR
Bakı şəhər prokurorluğu Yasamalda baş verən intiharla bağlı məlumat yayıb.
Publika.az-a daxil olan məlumatda deyilir ki, iyunun 14-də paytaxtın Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində yerləşən yaşayış binalarının birində 10-cu mərtəbədə yerləşən mənzildə yaşayan 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə və sonuncunun qızı 1990-cı il təvəllüdlü Mahmudova Xədicənin özlərini yaşadıqları mənzilin pəncərəsindən yerə ataraq intihar ediblər.Muxalifet - 14-06-2019
ABŞ PKK terrorçularına 200 TIR silah göndərdi
Türkiyəyə F-35 mövzusunda divar hörən, S-400 havadan müdafiə sistemləri üzərindən qalmaqal sanksiyalar tətbiq edən ABŞ, terror təşkilatı PKK-nın Suriya qolu YPG-yə 200 TIR ağır silah və zirehli avtomobillər göndərib.
Mövzuyla əlaqədar Rusiyanın media qurumu olan “Sputnik”-ə danışan və adının açıqlanmasını istəməyən YPG-nin təşkil etdiyi DSG səlahiyyətlisi bunları söyləyib:
"ABŞ yeni bazalar quracaq"
Muxalifet3 - 14-06-2019
Elçibəyin həyat yoldaşının dəfn ediləcəyi yer AÇIQLANDI
Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin bu gün Türkiyədə vəfat edən həyat yoldaşı Həlimə Əliyevanın dəfn ediləcəyi yer açıqlanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə apa-ya Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli məlumat verib.
Onun sözlərinə görə, H.Əliyeva öz vəsiyyətinə əsasən doğulduğu Ordubad rayonunun Kələki kəndində dəfn olunacaq. Cənazə bu gün axşam saatlarından Bakıya gətiriləcək, Bakıdan isə Naxçıvana yola salınacaq.Muxalifet - 14-06-2019
İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi davam edir
Təhsilə, elmə və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar”-ın baş sponsorluq etdiyi “Breyn Rinq” intellektual yarışlarının on üçüncü mövsümü davam edir. Kubok uğrunda mübarizədə aparacaq 3 komandanın adı artıq məlumdur. Onlar “Gəncə”, “Nar” və “Kapital” komandalarıdır.
Muxalifet4 - 14-06-2019
Samir Şərifovdan yeni təyinat
Maliyyə Nazirliyində Aparat rəhbərinin müavini vəzifəsinə təyinat olub.
Bu vəzifə Adil Əhmədova həvalə edilib.
O, bundan əvvəl Nazirliyin ləğv edilmiş Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət üzrə Dövlət Xidmətinin rəisi olub. Həmin idarənin rəis müavini olmuş Mehdi Qasımova isə nazirin müşaviri vəzifəsi verilib.(report)Muxalifet - 14-06-2019
ŞAD XƏBƏR: Bu müəllimlərin maaşı ARTIRILDI
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) professor-müəllim heyətinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir addım atılıb. Universitetdən Publika.az-a verilən məlumata görə, UNEC-in Elmi Şurası professor-müəllim heyətinin sosial rifahının yüksəldilməsi, maddi durumunun yaxşılaşdırılması məqsədilə saathesabı qaydada aparılan dərslərə görə ödəniş məbləğının 3 dəfəyədək artırılması barədə qərar qəbul edib.
Muxalifet - 14-06-2019
SON DƏQİQƏ: İran bu ölkənin 2 neft tankerini partlatdı, 4-nü isə... - VİDEO
Oman körfəzində neft tankerlərinə qarşı hücumu İran təşkil edib.
Publika.az xəbər verir ki, bu iddia ilə ABŞ prezidenti Donald Tramp çıxış edib.
Prezident ötən gün gerçəkləşən hücumların arxasında İranın olduğunu, bütün dəlilərin bunu sübut etdiyini deyib.
İranın qarşısının necə alınacağına dair verilən suala isə Tramp “bunu görəcəyik” deyə cavab verib: “Tehran hökuməti əsla nüvə silahlarına sahib olmayacaq. Oamn körfəzi isə hadisədən sonra bağlanmayacaq”.Muxalifet - 14-06-2019
Gürcüstanda turistləri aparan avtomobil dərəyə yuvarlandı: ölən və yaralanan var
Gürcüstanın Tuşeti bölgəsində turistləri aparan avtomobil dərəyə yuvarlanıb.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı bir nəfər həlak olub.
Daha 1 nəfərin isə xəsarət aldığı deyilir. Avtomobildə nə qədər turistin olduğu və turistlərin milliyəti barədə hələlik məlumat verilməyib.
Qəza yerində təcili yardım briqadaları və xilasedicilər işləyir.Muxalifet - 14-06-2019
Poroşenko Zelenskiyə kömək etməyə hazır olduğunu bildirdi - KRİTİK 3 AY
Ukrayna Prezidenti Vladimir Zelenskiyə xarici səfərlərinin uğurlu olması üçün kömək etməyə hazıram.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko deyib.
Onun sözlərinə görə, Zelenskinin Paris və Berlin səfərlərinin uğurlu alınması və yalnız müsbət izlər buraxması üçün nə etmək lazım olduğunu bilir.
Muxalifet - 14-06-2019
Ramzan Kadırovdan sərhəd insidentinə REAKSİYA- VİDEO
Çeçenistan prezidenti Ramzan Kadırov REAL-a müsahibəsində Dağıstan sakinlərinin iki muxtar respublika arasındakı inzibati sərhədlə bağlı yaranan insidentə cavab verib.
Muxalifet - 14-06-2019
Bakıda beş nəfər itkin düşdü - İkisi məktəblidir
Bakının Qaradağ rayonunda iki azyaşlı itkin düşüb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 2004-cü il təvəllüdlü Fuad Elnur oğlu Əliyev və qonşusu 2005-ci il təvəllüdlü Qəhrəman Vüqar oğlu Cəfərli iyunun 12-si saat 08:00 radələrində məktəbə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar. Azyaşlıların valideynləri bununla bağlı rayonun 10-cu Polis Bölməsinə müraciət ediblər. Hazırda yeniyetmələrin axtarışları davam edir. Qeyd edək ki, ötən sutka ərzində hüquq-mühafizə orqanlarına itkindüşmə ilə bağlı üç ərizə daxil olub.
Muxalifet - 14-06-2019
“YALTAQ ADAM SONDA MÜTLƏQ ƏCLAF OLUR…” – “Nə yaxşı ki, məni Prezidentlə görüşə dəvət etmədilər” - Müsahibə
Şair Rüstəm Behrudinin “AzPolitika.info”-ya müsahibəsi
- Rüstəm bəy, bu yaxınlarda bir neçə şair və yazıçıya fəxri adlar verildi. Bir çoxları fəxri adların verilməsinə qarşıdır. Sizin bu məsələyə münasibətiniz necədir?
Muxalifet - 14-06-2019
Separatçılar Azərbaycan təyyarəsinə raket tuşlayırlarsa, demək.... - ŞƏRH
“Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri iyunun 20-də Vaşinqtonda görüşəcəklər. Görüş yeri kimi nədən Vaşinqton seçilib? Bu heç də ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığını artırması istəyi ilə bağlı deyil”. Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib. Politoloq bildirib ki, ABŞ tərəfindən belə bir istək hələ nəzərə çarpmır: “Məsələ burasındadır ki, xarici işlər nazirləri yanvarda Parisdə, apreldə isə Moskvada görüşüblər, yerdə qalırdı üçüncü həmsədr. Ona görə də bu dəfə görüş yeri kimi ABŞ-ın paytaxtı seçilib.
Muxalifet - 14-06-2019
"Oman körfəzində tankerlərə hücumu İran edib" - TRAMP
“Dəlillər açıq-aşkar şəkildə bunu İranın etdiyinin təsdqiləyir”.
Bunu ABŞ prezidenti Donald Tramp iyunun 13-də Oman körfəzində Yaponiya, Tayvan və Omana məxsus neft tankerlərinə hücumla bağlı açıqlamasında vurğulayıb.
Ağ ev sahibi bildirib ki, hadisəyə görə Oman körfəzi bağlanmayacaq.
“İranın qarşısı necə alınacaq?” sualına cavabında isə D.Tramp söyləyib: “Buna baxacağıq. Tehran hakimiyyəti nüvə silahına heç vaxt sahib olmayacaq”.
İran tərəfi isə hadisə ilə irəli sürülən ittihamları rədd edib.
Muxalifet - 14-06-2019
Fuad Abbasovun müdafiəsinə daha bir vəkil qatıldı
Rusiyada həbsdə olan jurnalist Fuad Abbasovun müdafiəsinə daha bir vəkil qoşulub.
Bu barədə Fuad Abbasovun ailəsi məlumat yayıb.
Bildirilib ki, yeni vəkil Azərbaycanın Rusiyadakı Səfirliyi tərəfindən təyin olunub. O, bu gün Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün müvəqqəti saxlanma məntəqəsində saxlanılan Fuad Abbasovla görüşüb və materiallarla tanış olub.Muxalifet - 14-06-2019