Axtarış

The search found 105785 results in 0.041 seconds.

Search results

  1. SON DƏQİQƏ: Azərbaycanda güclü yanğın, helikopterlər HAVAYA QALDIRILDI

    Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Qobustan Dövlət Qoruğunun ərazisində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
    Məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
    İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.
    Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

    Muxalifet - 14-06-2019

  2. "İsmayıl Allahverdiyev adlı əməkdaşımız yoxdur" - "Respublika" qəzeti

    "Respublika" qəzeti baş redaktorunun müavini İsmayıl Allahverdiyevin həyat yoldaşı və qızının intiharı ilə bağlı açıqlama verib. Qəzetdən Unikal.org-a verilən məlumata görə, redaksiyanın baş redaktorunun İsmayıl Allahverdiyev adlı müavini yoxdur: "Bildirilib ki, ümumiyətlə qəzetdə bu adda əməkdaş olmayıb". Qeyd edək ki, bir neçə saat əvvəl Yasamal rayonunda Dadaş Bünyatzadə küçəsində yerləşən yaşayış binalarının birində 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə və qızı 1990-cı il təvəllüdlü Mahmudova Xədicə İsmayıl qızı intihar edib.

    Muxalifet - 14-06-2019

  3. ​Azərbaycanlı yazıçı azadlığa buraxıldı

    Şair-yazıçı Murad Köhnəqala azadlığa buraxılıb.
    Oxu.Az xəbər verir ki, bundan əvvəl M.Köhnəqala Tovuz Rayon Məhkəməsinin qərarı ilə həbs edilmişdi.
    Buna səbəb onun keçmiş həyat yoldaşı və qızının aliment tələbini ödəməməsi olub.

    Muxalifet - 14-06-2019

  4. Bakıda tuneldə qəza – VİDEO

    Bakıda daha bir yol qəzası baş verib.

    Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, yol qəzası 20 yanvar metrosu yaxınlığında, tuneldə qeydə alınıb.

    Bildirilir ki, tuneldə Sumqayıt istiqamətinə gedən avtomobilin sürücüsü idarəteməni itirib. Nəticədə maşın yol kənarına çırpılıb.

    Qəza nəticəsində xəsarət alanların olduğu bildirilib. Onu da vurğulayıblar ki, qəza yerinə təcili yardım çağırılsa da, həkimlər əraziyə getməyiblər. Səhiyyə Nazirliyindən isə onlara çağırış daxil olmadığını bildiriblər.

    Muxalifet - 14-06-2019

  5. Bakıda 27 yaşlı gənc dənizdə batdı

    Bakıda 27 yaşlı gənc dənizdə batıb. Muxalifet.az APA-ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdakan qəsəbəsində yerləşən çimərlikdə baş verib. Yasamal rayon sakini Fərid Səfərli dənizdə batıb. Onu meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

    Muxalifet - 14-06-2019

  6. ​Novruz Məmmədov Tacikistanda səfərdədir

    Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə Toplantısında iştirak etmək üçün iyunun 14-də Tacikistanın paytaxtı Düşənbəyə səfər edib.
    Muxalifet.az xəbər verir ki, səfər çərçivəsində Baş Nazir Novruz Məmmədovun Əfqanıstan İslam Respublikasının icra rəisi Abdulla Abdulla ilə görüşü olub.

    Muxalifet3 - 14-06-2019

  7. ŞOK: Sərnişin təyyarəsi bir neçə saniyə ərzində suda BATDI - ANBAAN VİDEO

    Türkiyənin Ədirnə vilayəti sahillərində nəhəng sərnişin təyyarəsi suda batırılıb. DHA agentliyi xəbər verir ki, sahildən 1800 metr məsafədə “Airbus A330” tipli laynerin batırılması üçün təntənəli mərasim təşkil olunub. Təyyarənin suyun dibinə endirilməsində məqsəd turizmə dəstək verməkdir. Bu, sualtı turizm üçün faydalı ola bilər. Layner 30 metr dərinliyə endirilib.

    Muxalifet3 - 14-06-2019

  8. ​İvankadan Trampa doğum günü təbriki – Foto

    İvanka Tramp atası, ABŞ Prezidenti Donald Trampı doğum günü münasibətilə təbrik edib.
    Muxalifet.az xəbər verir ki, İ.Tramp bu barədə şəxsi İnstaqram səhifəsində paylaşım edib.
    O, atasının fotosunu paylaşaraq “Doğum günün mübarək, ata”, - sözlərini yazıb.
     

    Muxalifet3 - 14-06-2019

  9. ​Azərbaycanlıya Putinin fəxri fərmanı təqdim edildi

    Krasnoyarsk diyarının qubernatoru Aleksandr Uss həmvətənimiz, Krasnoyarsk Şəhər Deputatları Sovetinin deputatı Taleh Mahmudova Rusiya Prezidentinin Fəxri Fərmanını təqdim edib.

    Muxalifet3 - 14-06-2019

  10. ​Kənd təsərrüfatı texnikasının istehsalı vergidən azad edilir

    Azərbaycanda kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların, texnikaların istehsalının vergidən azad edilməsi təklif olunur. Muxalifet.az xəbər verir ki, bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklik edilir. Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin iclasında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, Məcəlləsin 164-cü maddəsi kənd təsərrüfatı sahəsində bir sıra malların, məhsulların ƏDV-dən azad olunmasını nəzərdə tutur.

    Muxalifet3 - 14-06-2019

  11. ​"Cəbhədə hərbi fəallıq Bakının zərərinə ola bilər" – ŞOK AÇIQLAMA

    Torpaqlarımız işğal altında qaldığı müddətdə, həmişə müharibə riski olacaq və Azərbaycan heç vaxt bunu istisna etməyib. Muxalifet.az xəbər verir ki, redaktor.az-a müsahibəsində, millət Hikmət Babaoğlu müharibə olacağı təqdirdə beynəlxalq, yaxud xarici güclərin müdaxiləsinin mümkünlüyü məsələsinə toxunub: “Bütün müharibələr tarixində xarici faktorlar həmişə olub və şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsi tarixində də bu müşahidə edilib.

    Muxalifet3 - 14-06-2019

  12. "Son zəng"i qeyd edən məzunlar qəzaya düşdü

    Lənkəran rayonunda "Son zəng"i qeyd edən məzunlar qəzaya düşüb. Muxalifet.az-ın report-a istinadən məlumatına görə, hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, "VAZ-2107" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəzaya səbəb taksi sürücüsünün nəqliyyat vasitəsi ilə təhlükəli manevrlər etməsi olub. Nəticədə M.F.Axundov küçəsi, ev 13 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Adil Məmməd oğlu Həsənzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Muxalifet3 - 14-06-2019

  13. ​Urmiyədə etiraz: "Azərbaycan" şüarı səsləndirildi - Video

    Bu gün Urmiyə şəhərində İran və Kanadanın voleybol yığmalarının görüşü keçirilib.
    Muxalifet.az xəbər verir ki, oyun Təbriz vaxtı ilə 18:30-da başlanıb.
    Belə ki, İranın asayiş qüvvələri oyunu izləməyə gələn azarkeşlərin "Traktor" bayraqlarını müsadirə edib.
    Lakin stadion ətrafında Tehranın "Persopolis" və "İstiqlal" komandalarının bayraqlarının satılmasına şərait yaradılması soydaşlarımızın etirazına səbəb olub və onlar "Azərbaycan yaşasın", "Azərbaycan var olsun " şüarları səsləndiriblər.

     

    Muxalifet3 - 14-06-2019

  14. ​Konstitusiya Məhkəməsindən kreditlərlə bağlı - Qərar

    Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib. Konstitusiya Məhkəməsindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.

    Muxalifet3 - 14-06-2019

  15. ​Metropoliten hərəkətə keçdi: Qatar qapısı açıq şəkildə...

    Bu gün axşam saatlarında Bakı metrosunda qatarların birində texniki nasazlıq yaranıb və vaqonlardan birinin qapısı açıq qalıb.
    "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib.
    O bildirib ki, sosial mediada görüntüləri yayılan fakt "İçəri Şəhər" stansiyasından "Həzi Aslanov" istiqamətində gedən qatarda "28 May"- "Gənclik" stansiyalarının arasında qeydə alınıb.

    Muxalifet3 - 14-06-2019

  16. ​Alen Delon xəstəxanaya yerləşdirildi

    Məşhur fransalı aktyor Alen Delon Paris yaxınlığında, Neyi-Sur-Sen qəsəbəsində xəstəxanalardan birinə yerləşdirilib.
    Muxalifet.az xəbər verir ki, aktyorun müntəzəm başağrısı səbəbindən xəstəxanaya gətirildiyi deyilib.
    A.Delonun nümayəndəsi bildirib ki, xəstəxanada sadəcə yoxlama keçiriləcək.
    Sənətçi axşam saatlarında evinə göndəriləcək.
     

    Muxalifet3 - 14-06-2019

  17. Putinin Türkiyə açıqlaması hər kəsi HEYRƏTLƏNDİ

    Suriyada terrorizmə qarşı mübarizədə əldə edilən nailiyyətlər Türkiyə, İran və Rusiyanın birgə uğurudur.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının iclasında çıxışı zamanı deyib.
    “İranın aktiv rolu nəticəsində bu sahədə bir çox şeyi həll etdik. Əlbəttə ki, bu, Rusiya, İran və Türkiyənin birgə uğurudur. Terrorizmə qarşı mübarizədə və sabitliyin təminatında olduqca konstruktiv əməkdaşlığa sahibik”, - deyə Kreml rəhbəri bildirib.
     

    Muxalifet3 - 14-06-2019

  18. Mərmərədə zəlzələ: İstanbulda da hiss edildi

    Mərmərə dənizində 3,3 bal gücündə zəlzələ baş verib.
    Muxalifet.az AFAD-a istinadən xəbər verir ki, yeraltı təkanlar İstanbulda da hiss edilib.
    Yerli vaxtla 18:11-də baş verən zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.
    Dağıntı və tələfat yoxdur.
     

    Muxalifet3 - 14-06-2019

  19. Sübut olundu: Azərbaycanın 2 milyon yaşı var

    Əgər XX əsrin ortalarına qədər Azərbaycan tarixi cəmi iki-üç min il zaman çərçivəsində qəbul edilirdisə, məhz arxeoloji tədqiqatlar nəticəsində vətənimizin tarixinin iki milyon ilədək izlənilməsi mümkün olub. Muxalifet.az-ın məlumatına görə, bunu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyibli deyib. Onun sözlərinə görə, Azərbaycanın yazıyaqədərki tarixi dövrü, həmçinin, region barədə yazılı məlumatların yetərincə olmadığı antik və ilk orta əsrlər dövrü barədə məlumatlar yalnız arxeoloji tədqiqatlar hesabına əldə edilir.

    Muxalifet3 - 14-06-2019

  20. ​Hərbi poliqon yandı, silah-sursat partladı

    Rusiyanın Voronej vilayətində hərbi poliqonda yanğın baş verib.
    Muxalifet.az xəbər verir ki, yanğın nəticəsində silah-sursat partlamağa başlayıb.
    Qeyd olunur ki, yanğına poliqonun ərazisində quru otun yanması səbəb olub.
    Hadisənin yaşayış məntəqələrinə təhlükə törətmədiyi deyilir.
     

    Muxalifet3 - 14-06-2019

Pages