Axtarış
The search found 105785 results in 0.08 seconds.
Search results
Xərçəngin yox edilməsində İNQİLABİ ADDIM - Alimlər İNANILMAZI BACARDI
Xərçəng xəstəliyinin müalicəsində daha bir effektiv üsul kəşf olunub.
ABŞ-ın Arkanzas Universitetinin professorları dərinin üzərindən xərçəng hüceyrələrini tapıb yox etməyi bacarıblar.
Professorlar bunun üçün lazerdən istifadə ediblər. Belə ki, xərçəng hüceyrələri digər hüceyrələrə nisbətən daha çox şüa əmir, tez zamanda genişləyir və çökür.
“Futurist” texnologiya şirkətinin məlumatına görə, müalicə üsulunun məqsədi xərçəng hüceyrələrinin digər orqanlara yayılmasının qarşsıını almaq və bədənə yayılmadan yox etməkdir.Muxalifet - 15-06-2019
Bu torpaqlarda tikintiyə rəyin verilməsi üçün XİDMƏT HAQQI ödəniləcək
Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar ayrılarkən sifarişçi tikintiyə rəy verilməsi üçün xidmət haqqı ödəyəcək. Bununla əlaqədar Nazirlər Kabinetinin “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi Qaydaları”na əlav edilib.
Muxalifet - 15-06-2019
Usubovun kürəkəninə yüksək vəzifə verildi
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov kadr dəyişikliyi ilə bağlı əmr imzalayıb. Muxalifet.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, R.Usubovun əmri ilə Nizami RPİ-nin 23-cü Polis Bölməsinin rəis müavini, polis mayoru Vüqar Abdullayev vəzifəsindən azad edilərək Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin rəisi təyin edilib. Qeyd edək ki, V.Abdullayev Baş Prokurorun birinci müavini Rüstəm Usubovun kürəkənidir.
Muxalifet - 15-06-2019
Ermənilərlə “qardaşlaşma” siyasətinin önü kəsilir
Fransada aparılan iş nəticə verməyə başlayıb Avropa ölkələrindəki erməni lobbisinin təsiri və təhriki ilə Fransanın və digər ölkələrin şəhərləri ilə Azərbaycanın işğal altında olan bir sıra şəhərlərinin “qardaşlaşdırılması” siyasətinin önü kəsilməkdədir. Ermənilərin həyata keçirdikləri bu məkrli siyasətin ifşa edilməsi istiqamətində dəfələrlə Azərbaycan haqlı olaraq öz mövqeyini bildirib. Azərbaycanın bu sahədə həyata keçirdiyi məqsədyönlü işlər artıq bəhrə verməkdədir. Belə ki, “qardaşlaşma” aktları pozulmağa başlayıb.
Muxalifet - 15-06-2019
Bakıda 20 yaşlı gənc ürəyindən bıçaqlanaraq öldürüldü
Bakıda 20 yaşlı gənc bıçaqlanıb. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 93 ünvanında baş verib. 20 yaşlı gənc ürək nahiyəsindən aldığı bıçaq zərbəsindən dünyasını dəyişib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə barədə təcili tibbi yardım xidmətinə gecə saat 00:00 radələrində məlumat daxil olub: “Təcili yardım hadisə yerinə çatanda yaralının vəziyyəti ağır olub. Həkimlər onu dərhal xəstəxanaya çatdırmağa çalışıb. Lakin yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib”. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Muxalifet - 15-06-2019
ABŞ-da FETÖ-nun yeni məktəb müraciəti rədd edildi
Fətullahçı Terror Təşkilatı (FETÖ) üzvlərinin ABŞ-ın Texas əyalətində yeni bir müqaviləli məktəb açma cəhdinə icazə verilməyib.
Muxalifet3 - 15-06-2019
AzTV-də qarşıdurma, veriliş yayımdan çıxarıldı – “Qeyri-peşəkar insanlar peşəkarlara meydan oxuyur”
AzTV-də yayımlanan “Palitra ART” verilişinin yayımı dayandırılıb. Proqramın aparıcısı Afət İlhamqızı Axşam.az-a açıqlamasında bildirib ki, ona qarşı haqsızlıq edilib.
İlhamqızı verilişinin yayımının dayandırılması ilə bağlı ona heç bir səbəb deyilmədiyini söyləyib:“Bir aydır ki, verilişim dayandırılıb. Səbəbini demirlər, belə məsləhət görülüb. Mənim üçün də bu məsələ qaranlıqdır. Hələ bilinmir tamam dayanıb, yoxsa, yeni mövsümdə davam edəcək. Amma kanaldakı fəaliyyətim davam edir”.
Muxalifet - 15-06-2019
Əbülfəz Elçibəyin həyat yoldaşının cənazəsi Kələkidədir - YENİLƏNDİ
Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin Türkiyənin İstanbul şəhərində vəfat etmiş həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi Naxçıvandadır.
Cənazə xüsusi təyyarə reysi ilə Naxçıvana çatdırılıb, daha sonra "Təcili yardım" avtomobili ilə Ordubad rayonunun Kələki kəndinə aparılıb.
Cənazəni mərhumun yaxınları ilə yanaşı sabiq Baş nazir Pənah Hüseyn, Müsavat Partiyasının başqanı Arif Hacılı, KXCP sədri Mirmahmud Mirəlioğlu, mərhum Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov və başqaları müşayiət edib.Muxalifet - 15-06-2019
Bakı metrosunda təhlükəli anlar
Axşam saatlarında Bakı metrosunda qatarların birində texniki nasazlıq yaranıb və vaqonlardan birinin qapısı açıq qalıb.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, hadisə axşam saatlarında metronun "Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edən qatarlardan birində qeydə alınıb:Muxalifet - 15-06-2019
Səudiyyə nazirindən PKK-ya dəstək tələbi
Səudiyyə Ərəbistanının Körfəz Əlaqələri naziri Tamer Əl Sabhan Suriyada terror təşkilatı YPG/PKK işğalındakı bölgələri ziyarət edərək bir araya gəldiyi ərəb tayfalarının nümayəndələrindən terror təşkilatına dəstək vermələrini istəyib.
Yerli qaynaqlardan əldə edilən məlumata görə, Əl Sabhan ABŞ-ın İŞİD əleyhinə beynəlxalq koalisiya nəzdindəki nümayəndəsi William Robak ilə birlikdə YPG/PKK işğalındakı bölgələri ziyarət edib.
Səudiyyə naziri Deyrizor bölgəsinin şərqindəki Əl Ömər neft sahəsində ərəb tayfalarının nümayəndələri ilə də bir araya gəlib.Muxalifet3 - 15-06-2019
20 sammitinə 25 mindən çox polis nəzarət edəcək
İyunun 28-29-da Yaponiyanın Osaka şəhərində keçiriləcək “Böyük iyirmilik” ölkələrinin sammitində (G20) təhlükəsizliyi 25 mindən artıq polis təmin edəcək.
Muxalifet.az xarici KİV-ə istinadən bildirir ki, antiterror əməliyyatlarının aparılması və kütləvi iğtişaşların yatırılması üçün hazırlıq görmüş xüsusi təyinatlı döyüşçülər də daxil olmaqla Osakaya artıq Yaponiyanın hər yerindən polislər cəlb olunub.
Osakada sammit zamanı nəqliyyatın hərəkətinə də məhdudiyyət qoyulacağı gözlənilir.Muxalifet - 15-06-2019
SON DƏQİQƏ: Dəhşətli zəlzələ BAŞ VERDİ
İndoneziyada yeraltı təkanlar qeydə alınıb. Publika.az xəbər verir ki, Maluku əyalətində 6,4 bal gücündə zəlzələ baş verib. İndoneziya Meteorologiya, İqlim və Geofizika Qurumunun (BMKG) məlumatına görə, zəlzələnin mərkəzi Cənub-şərqi Maluku bölgəsinin 216 km yaxınlığında, yerin 144 km dərinliyində yerləşib. BMKG və Sakit okean Sunami Mərkəzi zəlzələdən sonra sunami xəbərdarlığı verməyib. İlkin məlumata görə, ölən və yaralanan yoxdur.
Muxalifet - 15-06-2019
Almaniyadan Türkiyəyə S-400 və NATO mesajı!
Almaniya hökuməti Rusiyadan S-400 raketdən müdafiə sistemləri almağa hazırlaşan Türkiyəyə NATO-dakı mövqeyini nəzərə alaraq bu qərarını yenidən nəzərdən keçirməsi çağırışı edib.
Alman hökuməti Rus S-400 raketdən müdafiə sistemlərinin alışı mövzusunda Türkiyəni xəbərdar edib. Hökumətin sözçüsünün vəkili Ulrike Demmer "Alman hökuməti Türkiyənin qərarını Transatlantik ittifaqındakı mövqeyi çərçivəsində bir dəfə daha nəzərdən keçirməsindən məmnuniyyət duyacağını açıqlayıb.Muxalifet3 - 15-06-2019
Bakıda "Nissan" YPX avtomobilinə çırpıldı - Polis xəsarət aldı
Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet - 15-06-2019
Çipras Türkiyədən AB-yə şikayət etdi
Türkiyənin "Fatih" qazma gəmisini Kipr sahillərinə göndərməsi və regionda təbii qaz axtarması Qərbi narahat etməyə davam edir.
Axar.az xəbər verir ki, məsələ ilə bağlı Yunanıstan baş naziri Aleksis Çipras Türkiyədən Avropa Birliyinə şikayət edib. Çipras Türkiyənin fəaliyyətinin ikitərəfli deyil, bütün Avropa Birliyini maraqlandırdığını deyib.
Muxalifet - 15-06-2019
Sumqayıtda mənzildən 47 yaşlı kişi meyiti tapıldı
Sumqayıt şəhəri, 15-ci məhəllədə ölüm hadisəsi qeydə alınıb. Muxalifet.az APA-ya istinadən xəbər verir ki, 2 saylı yataqxanada 1972-ci il təvəllüdlü Cəfərov Mais Bayram oğlunun yaşadığı mənzildə meyiti tapılıb. Sumqayıt Şəhər Prokurorluğu tərəfindən ölümün səbəbləri araşdırılır.
Muxalifet - 15-06-2019
Mehriban Əliyeva Elçibəyin ailəsinə başsağlığı verdi - DƏFN XƏRCLƏRİNİ HEYDƏR ƏLİYEV FONDU ÖDƏYƏCƏK
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib.
Bakupost-un xəbərinə görə, yas mərasimi ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə göturub.
Xatırladaq ki, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. Mərhumun cənazəsi doğma Kələki kəndinə (Naxçıvan Muxtar respublikası, Ordubad rayonu) aparılıb.Muxalifet - 15-06-2019
Tovuz sakininin cinayət işi məhkəmədə: sevgilisini diri-diri yandırmışdı
Tovuzda qeyri-rəsmi münasibətdə olduğu qadını diri-diri yandırmaqda təqsirləndirilən Əflatun Məhərrəm oğlu Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.Muxalifet - 15-06-2019
Makrondan Türkiyə ilə bağlı SKANDAL SÖZLƏR: Ankara buna son qoymalıdır
Türkiyə Şərqi Aralıq dənizindəki “qanunsuz fəaliyyətlərinə” son qoymalıdır.
Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron deyib.
Daha əvvəl Suriya mövzusunda da Türkiyə ilə bağlı nota dilində danışan Makron Avropa İttifaqının bu mövzuda zəiflik göstərməyəcəyini deyib.Muxalifet - 15-06-2019
Moskvada erməni əsilli iş adamı tutuldu - 10 MİLYON DOLLARLIQ OĞURLUQ
Moskva polisi "Optima" tütün distribütor şirkətinin erməni əsilli keçmiş sahibi Albert Xudoyanı şirkətlərdən birinin üç torpaq sahəsinin oğurlanması ittihamı ilə saxlayıb.
Bunu onun vəkili Aleksandr Karabanov deyib.
Onun sözlərinə görə, istintaq iş adamını 10 milyon dollar məbləğində ziyan vurmaqda məsuliyyətli bilir.
"Müstəntiq Albert Aşotoviç Xudoyana qarşı üç torpaq sahəsinin oğurlanması şəklində iri həcmdə xüsusi dələduzluq ittihamı irəli sürüb", - deyə hüquq müdafiəçisi bildirib.
Muxalifet - 15-06-2019