Axtarış

The search found 105785 results in 0.021 seconds.

Search results

  1. "Xalqı özünə güldürür" - Puşkov Zelenskiyə lağ etdi

    Rusiyalı senator Aleksey Puşkov Ukrayna Prezidenti Vladimir Zelenskinin fontanın üzərindən qaçaraq keçməsinə münasibət bildirib. Senator bu barədə Tvitter hesabında yazıb. “Fontanın arasından qaçır. Birbaşa və sevimlidir. Bütün Ukrayna bunu müzakirə edir. Ölkə başçısı heç nə bacarmayanda – hətta Donbasda atəşi dayandıra bilməyəndə ona yalnız vətəndaşları əyləndirmək, səhnədə rəqs etmək və fontanlardan qaçmaq qalır. Əyləncə və zarafat prezidenti!”, - Puşkov bildirib./axar

    Muxalifet4 - 16-06-2019

  2. Məmur övladları Avropada yaşamaq üçün milyonlar yatırır – QANUNSUZ OLARAQ İKİLİ VƏTƏNDAŞLIĞI OLANLARIN SİYAHISI

    Yüksək vəzifə sahiblərinin bir qisminin ailə üzvlərinin Avropa ölkələri və digər dövlətlərin vətəndaşlığı, yəni ikili vətəndaşlıqları var. Böyük əksəriyyəti isə Azərbaycandan kənarda inestisiya, yaxud daşınmaz əmlak üzərindən müvəqqəti və ya daimi yaşamaq hüququ əldə ediblər.

    Muxalifet4 - 16-06-2019

  3. Sevgilisinin öpüşü 20 yaşlı qızı öldürdü

    Kanadada sevgilisinin öpüşü 20 yaşlı qızın ölümünə səbəb olub. “Journal De Quebec” olayın təfərrüatlarını yazıb. Bizimyol.info xəbər verir ki, gənc qız kəskin allergiyadan əziyyət çəkirmiş. Onun orqanizmini qıcıqlandıran qida məhsullarından biri fıstıq olub. Qızla görüşdən öncə sevgilisi fıstıq yağıyla sendviç yeyib. Onu öpən kimi qızın vəziyyəti dəyişib, çətinliklə nəfəs almağa başlayıb. Gənc qız dərhal üzərindəki inqalyatordan istifadə etsə də, yetərli olmayıb. Oğlan dərhal Təcili Tibbi Yardım çağırıb. Həkimlər qısa müddətdə gəlib çıxsalar da, qızın həyatını xilas edə bilməyiblər.

    Muxalifet4 - 16-06-2019

  4. F-15C “Eagle”, yoxsa Su-57 – ABŞ qırıcısı Rusiya qırıcısını məhv edə bilərmi?

    Amerika istehsalı olan F-15C “Eagle” qırıcısı uzun müddət dünyanın ən yaxşı təyyarələrindən biri hesab olunub, lakin Su-57 kimi müasir tipli qırıcılarla qarşıdurma üçün onun ciddi modernləşdirilməsi tələb olunur.

    Muxalifet4 - 16-06-2019

  5. ​“Tramp və Zelenskiyə xalqın sevgisi gərək deyil...” – ABŞ-dan AÇIQLAMA

    ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski heç bir problem olmadan ortaq dil tapacaqlar.

    Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan kapitanı Hari Tabah danışıb.
    Tabahın sözlərinə görə, hər iki lider ənənəvi siyasətçilərdən fərqlənir və bu da onları birləşdirir.
    “Onların heç biri siyasətçi deyil, onlara xalqın sevgisi gərək deyil. Çünki onlar buna daha əvvəl də sahib idilər”, - Tabah qeyd edib.

    Muxalifet4 - 16-06-2019

  6. “Tüpürdüyümüzü yalaya bilmərik” - ƏRDOĞAN

    Rusiyadan S-400 zenit-raket kompleksinin alışı ilə bağlı razılaşma pozulmayacaq.
     
    “Habertürk” xəbər verir ki, bunu Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısından qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə deyib.
     
    Prezident bildirib ki, S-400 məsələsi artıq bitib, hər hansı dönüş ola bilməz:
     

    Muxalifet4 - 16-06-2019

  7. Ermənilərin Qarabağ yalanına ağır zərbə: İrəvan aciz durumdadır

    Başa çatmaqda olan həftə Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın və onun diplomatiyasının xeyrinə çox mühüm bir gəlişmə ilə yadda qaldı. Belə ki, Fransa məhkəmələri vaxtilə bu ölkənin şəhərləri ilə işğal altında olan Dağlıq Qarabağdakı yaşayış məntəqələri arasında imzalanmış “dostluq memorandum”larını bir-birinin ardınca ləğv elədi. Proses davam edir.

    Muxalifet4 - 16-06-2019

  8. Avropa Birliyi Maduroya qarşı sanksiya imkanlarını gözdən keçirir

    Bəzi AB ölkələri Venesela prezidenti Nikolas Maduroya və ölkənin onlarla rəsmi şəxslərinə qarşı sanksiya tətbiqi imkanlarını gözdən keçirir.

    APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

    Muxalifet4 - 16-06-2019

  9. ​90 nəfəri öldürdü, qadın qurbanlarını isə… - SERİYA QATİLİN QANDONDURAN DOSYESİ

    ABŞ-ın ən böyük seriya qatillərindən biri sayılan 79 yaşlı Samuel Littl 14 fərqli ştatda 60 qadın öldürüb.
    Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, başqa bir həbsxanaya köçürülən qatil Federal Təhqiqatlar Bürosuna (FBI) ümumilikdə 90 nəfəri qətlə yetirdiyini açıqlayıb.

    Muxalifet - 16-06-2019

  10. Məsciddə yaşayan gənc mollanın meyiti tapıldı - FOTO

    Türkiyədə məscid imamının meyiti tapılıb.

    Publika.az Habertürk-ə istinadən xəbər verir ki, Manisa vilayətinin Alaşehir qəsəbəsindəki məsciddə yaşayan həmin məscidin 23 yaşlı imamı Veli Keskinin meyiti tapılıb. Məscidə gələn dindarlar imamı çağırsalar da, cavab verən olmayıb. Daha sonra onun otağına daxil olan sakinlər gənc din adamının öldüyünü görüblər.

    V.Keskinin hansı səbəbdən ölməsi hələlik bilinmir.

    Sakinlər deyiblər ki, qəsəbə məscidinin imamı 4 gün əvvəl başqa yerə təyin edildiyini deyərək onlarla halallaşıbmış.

    Muxalifet4 - 16-06-2019

  11. Erməni jurnalist Ermənistan rəhbərliyini ifşa etdi

    Fransa məhkəmələrində Qarabağdakı separatçı rejimlə bu ölkənin şəhərləri arasında imzalanmış dostluq xartiyalarının ləğv edilməsi Ermənistanda və erməni lobbisində ciddi narahatlıq yaradıb. Ermənilər etiraf edirlər ki, bu, ilk növbədə Azərbaycanın beynəlxalq hüququn normalarına uyğun olaraq məsələni hüquqi müstəviyə çıxarması və bu istiqamətdə fəal iş aparmasının nəticəsidir. Digər tərəfdən ermənilər onu da etiraf etməyə məcburdular ki, Fransada erməni lobbisi nə qədər güclü olsa belə ATƏT MQ nin həmsədri kimi Fransa neytrallıq saxlamağa məcburdur.

    Muxalifet4 - 16-06-2019

  12. SABİQ NAZİR HAQQINDA ŞOK İDDİA - Ölkədən 11 milyon funt sterlinq çıxarıb... / SƏNƏDLƏR

    "2004-2013-cü ilədək ölkənin kənd təsərrüfat naziri işləmiş, kəndlinin və aqrar sahənin belini qırmış, bu azmış kimi 2013-cü ildən 2018-ci ilin aprelinə kimi baş nazirin müavini vəzifəsini icra etmiş İsmət Abbasovun izini-tozunu görən varmı?
    Keçmiş nazir zamanında çox zirək tərpənib. Adam ötən il vəzifədən uzaqlaşdırıldığı ərəfədə ölkədən nə az, nə çox 11 milyon funt sterlinqdən (14 milyon dollardan artıq) çox pul çıxarıb. O pullar İngiltərədə, oğlu Yunis Abbasova aid Y.A. PROPERTY INVESTMENTS LIMITED şirkətinə yatırılıb".

    Muxalifet4 - 16-06-2019

  13. 44 yaşlı qadın əri tərəfindən bıçaqlandı - SUMQAYITDA

    Sumqayıtda 44 yaşlı qadın bıçaqlanıb.

    "Report"un məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayonunda baş verib.

    Belə ki, Sumqayıt şəhər sakini, 1975-ci il Babayeva Tahirə Səxavət qızıyaşadığı evdə əri tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

    Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 16-06-2019

  14. Böyük Britaniya xüsusi təyinatlılarını Fars körfəzinə yollayır - REGİONDA VƏZİYYƏT DAHA DA GƏRGİNLƏŞİR

    Oman körfəzində tankerlərə hücum edildikdən sonra Böyük Britaniya öz gəmilərini qorumaq üçün Fars körfəzinə xüsusi təyinatlılarını yollamaq niyyətindədir. Virtualaz.org xəbər verir ki, bu barədə “The Times” nəşri yazıb.

    Mənbəyə görə, kifayət qədər dar olan və tankerlərlə dolu Hörmüz boğazında istənilən ciddi zərbə faciəvi nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən, Böyük Britaniyanın Kral Hərbi-Dəniz Donanmasının komandanlığı regiona 100 nəfər xüsusi təyinatlı yollamağı planlaşdırır.

    Muxalifet4 - 16-06-2019

  15. “Off-road” avtomobili gözlənilmədən insanlara çırpıldı, çox sayda yaralı var - VİDEO

    İstanbulda "Big boys" festivalı zamanı ağır qəza baş verib.

    Habertürk xəbər verir ki, "Off-road" avtomobili gözlənilmədən insanlara çırpılıb.

    Hadisə nəticəsində çox sayda insanın yaralandığı bildirilir.

    Muxalifet4 - 16-06-2019

  16. Keçmiş bələdiyyə sədrini güllələyib öldürdülər - FOTO

    Türkiyənin Aksaray vilayətində silahlı insident olub.

    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, ötən gecə Aksarayın Güzelyurt qəsəbəsində Milliyətçi Hərəkat Partiyasının üzvü, keçmiş bələdiyyə sədri Mehmet Bezgen ilə düşmənçilik edən Ramazan Yasav və Kərim Yasav arasında mübahisə olub. Mübahisəyə sonrasan daxil olan İsa Yasav özü ilə gətirdiyi tüfənglə 51 yaşlı Mehmet Bezgen və onun qardaşı oğluna doğru atəş açıb. Nəticədə ağır xəsarət alan M.Bezgen xəstəxanaya aparılarkən ölüb. Hadisə vaxtı daha 3 nəfər xəsarət alıb. Onların vəziyyəti normaldır.

    Muxalifet4 - 16-06-2019

  17. Moskvada Fuad Abbasovun həbsinə ETİRAZ OLUNDU - Azərbaycanlılar aksiya keçirdi / FOTO

    Rusiyanın paytaxtı Moskvada azərbaycanlılar bu ölkədə həbsdə olan jurnalist Fuad Abbasovla bağlı Arbitiraj Məhkəməsinin qarşısında aksiya keçiriblər.

    "Report"un Rusiya bürosu xəbər verir ki, soydaşlarımız aksiyaya Fuad Abbasovun fotoları ilə qatılıblar.

    Rusiyada Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təsiscilərindən olan Ramiz Mikayılov "Report"un yerli bürosuna açıqlamasında aksiyaya qoşulmağın məqsədindən danışıb.

    Muxalifet4 - 16-06-2019

  18. Azərbaycanlı Rassıxinin arvadını maşınla vurdu

    Ukraynanın Lvov şəhərində Azərbaycan vətəndaşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Lvov Regional Dövlət Administrasiyası məlumat yayıb.
    Bildirilir ki, hadisə iyunun 15-də yerli vaxtla 20:05-də qeydə alınıb.
    Məlumata görə, 44 yaşlı azərbaycanlı "Mercedes" markalı avtomobildə Qorski küçəsi ilə hərəkətdə olarkən 77 yaşlı qadını vuraraq üstündən keçib. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

    Muxalifet3 - 16-06-2019

  19. Tramp yadplanetlilər HAQDA: Pilotlarımız bunu bilirdi

    Yadplanetlilərin varlığına inanmıram. Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp ABC telekanalına müsahibəsində deyib. “Bəzi məsələləri görüb, oxuyub, eşitmişəm. Bununla bağlı qısa məlumatlar da verilib. İnsanlar UNO-ları gördüklərini deyirlər. Həqiqiliyinə inanırammı? Sayılmaz”, - deyə Ağ Ev rəhbəri bildirib. Dövlət başçısı Yer Kürəsi xaricində həyatın olub-olmaması ilə bağlı suala isə belə cavab verib: “Pilotlarımız bunu bilirdi. Bəziləri keçmişdəkindən daha fərqli nələrsə görürdü. Görəcəyik. Məsələ diqqətdədir. İlk bilən siz olacaqsınız”.

    Muxalifet3 - 16-06-2019

  20. ​Türkiyədə dəhşət yaşanacaqdı: hamısı ələ keçdi

    Türkiyə Jandarma Komandanlığı Suriya sərhədində yerləşən Kilis vilayətində axtarış tədbirləri həyata keçirib.
    Muxalifet.az xəbər verir ki, axtarış zamanı xeyli sayda partlayıcı maddə və bir ədəd kamikadze jileti ələ keçib.
    Bunların PKK-çılara məxsus olduğu və terrorçuların ölkə ərazisinda terakt həyata keçirməyə hazırlaşdıqları müəyyən edilib.
     

    Muxalifet3 - 16-06-2019

Pages