Axtarış
The search found 105785 results in 0.025 seconds.
Search results
GÜRCÜSTANDA HƏKİM SƏHLƏNKARLIĞI: Soydaşımız bətnindəki körpə ilə birlikdə öldü
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Nəzərli kənd sakini 33 yaşlı Samirə Yusubova bətnindəki 8 aylıq körpəsi ilə birlikdə dünyasını dəyişib.
Muxalifet - 17-06-2019
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında 77 PKK terrorçusunu zərərsizləşdiriblər.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, onlardan 51-i Hakurk rayonunda zərərsizləşdirilib:
"Əməliyyat zamanı həmçinin terroristlər tərəfindən istifadə olunan 133 sığınacaq və mağara məhv edilib".
Nazirlik əməliyyatın planlaşdırıldığı kimi uğurla davam etdiyini vurğulayır.
Muxalifet - 17-06-2019
Binalı İldırım-Əkrəm İmamoğlunu dueli: Kim üstün oldu?
Türkiyədə İstanbul Bələdiyyə Seçkiləri ilə bağlı jurnalist İsmayıl Küçükkayanın moderatırlığı ilə keçirilən Binalı İldırım-Əkrəm İmamoğlu dueli Lütfü Kırdar Konqres Mərkəzində reallaşıb. İldırım və İmamoğlu İstanbul seçkisinə bir həftə qalmış həyata keçirəcəkləri layihələrini açıqlayıb, sualları cavablandırıbı.
Muxalifet3 - 17-06-2019
ŞOK: Həbsxanada qiyam zamanı 5 nəfərin başı kəsildi
Paraqvayın San-Pedro həbsxanasında qiyam zamanı 10 nəfər həlak olub.
"ABC Color" nəşrinin yazdığına görə, Braziliyanın "Birinci paytaxt komandası" cinayət qruplaşmasının üzvləri qiyam qaldıraraq, qarşılarına çıxan hər kəsi öldürüblər.
Canilər 5 nəfərin başını kəsiblər, 4 nəfər yanıq xəsarəti alaraq ölüb, daha bir zərərçəkmiş isə xəstəxanada keçinib. Toqquşma zamanı həmçinin 10 nəfər yaralanıb.
Ölənlərin hamısı "Birinci paytaxt komandası" ilə düşmənçilik edən "Rotel" cinayətkar klanının üzvləri olub (Report).Muxalifet - 17-06-2019
İran ABŞ-ın tankerlərə hücumla bağlı ittihamlarına cavab verib
İran Məşvərət Şurasının spikeri Əli Ərdəşir Laricani Vaşinqtonun Oman körfəzində baş vermiş insidentlə bağlı Tehranın ünvanına səsləndirdiyi ittihamları şərh edib. "Report" "Tasnim News"ə istinadən xəbər verir ki, o bunu parlamentin açıq iclasında çıxışı zamanı deyib.
Muxalifet - 17-06-2019
Ərdoğanın sözləri Yunanıstanı qorxutdu
Yunanıstanda Fateh gəmisinin qazma fəaliyyətləri və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şərqi Aralıq dənizi ilə əlaqədar açıqlamaları Afinada əndişəyə səbəb olub.
Muxalifet3 - 17-06-2019
Zaxarçenkonun qətlinin sifarişçiləri açıqlandı
Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun keçmiş rəhbəri Aleksandr Zaxarçenkonun qətlinin təşkilatçıları müəyyən edilib. Bu haqda qurumun “xüsusi xidmət orqanları”nın anonim əməkdaşı “Rossiya 1” telekanalının efirində danışıb. Onun sözlərinə görə, terror aktının təşkilinə Ukrayna Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatının 5-ci idarəsinin müdirinin köməkçisi Sergey Motorin cəlb olunub. Separatçı qurumun nümayəndəsi qeyd edib ki, Motorin Donbasdan gəlmədir və daha əvvəl Slavyanskda xidmət edirdi.
Muxalifet - 17-06-2019
“Corc Kluni” Tailandda həbs olundu - FOTO
Qazanc əldə etmək məqsədilə uzun müddət özünü ABŞ aktyoru Corc Kluni kimi təqdim edən italiyalı və onun sevgilisi Tailandda həbs olunub.
BBC-nin məlumatına görə, 58 yaşlı Françesko Qaldelli və 45 yaşlı Vanya Qoffi 2013-cü ildən bəri İnterpolun axtarışında olub.
Corc Kluni cütlükdən məhkəməyə şikayət edib. Hollivud ulduzu 2010-cu ildə İtaliya məhkəməsinə verdiyi ifadədə cütlüyün onun adından öz şəxsi məqsədləri üçün istifadə etdiyini və saxtakarlıq yolu ilə qazanc əldə etdiklərini bildirib.Muxalifet - 17-06-2019
Honkonqda 2 milyon insan etiraz aksiyasına çıxıb – VİDEO
Çinin xüsusi inzibati rayonu olan Honkonqda iki milyona yaxın etirazçı küçələrə çıxıb.
“Report” xəbər verir ki, bu barədə rayonun Mülki İnsan Hüquqları Cəbhəsinə istinadən CNN məlumat yayıb.
Polisin qiymətləndirməsinə görə, ilkin marşrut üzrə 338 min insan hərəkət edib. Həmçinin təşkilatçılar iddia edirlər ki, ümumilikdə iki milyona yaxın etirazçı olub.
Muxalifet - 17-06-2019
ABŞ-ın pilotsuz uçağını raketlə vurdular: İranı ittiham edirlər
ABŞ Mərkəz Qüvvələr Komandanlığı (CENTCOM) MQ-9 Reaper tipli insansız hava uçağının (İHA) 6 iyunda Yəmən üzərində Husilər tərəfindən vurularaq salındığını, digər bir MQ-9-a isə 13 iyunda Oman Körfəzində atəş açıldığını bəyan edib. ABŞ ikinci hücumun şərqdən İranın etdiyini iddia edib.
CENTCOM-un sözçüsü podpolkovnik Earl Brown etdiyi yazılı açıqlamada, "Bir ABŞ MQ-9-u 6 iyunda Yəmən üzərində Husilərə aid olduğu qiymətləndirilən bir SA-6 tipli qurudan havaya atılan raketlə vurularaq salındı"deyə qeyd edib.Muxalifet3 - 17-06-2019
Xırdalanda kişi 4-cü mərtəbədən yıxıldı
Abşeron rayonunun Xırdalan şəhərində ehtiyatzılıqdan yıxılma hadisəsi baş verib. "Report"un məlumatına görə, 1983-cü il təvəllüdlü Ələkbərov Şamil Sərdar oğlu şəhərdəki yaşayış binalarından birinin 4-cü mərtəbəsindən yerə yıxılıb. Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ona açıq kəllə-beyin travması və çənə sümüyünün sınığı diaqnozu qoyulub.
Muxalifet - 17-06-2019
Qarabağda APREL MÜHARİBƏSİ ərəfəsindəki vəziyyət varmı...
Qarabağda təmas xətti boyu vəziyyət gərginləşməkdədir və bu prosesi başladan Ermənistan silahlı qüvvələridir. Erməni tərəfinin təcavüzkar əməllərinə hələlik Azərbaycan tərəfi “mülayim” cavablar verməkdədir və belə görünür ki, rəsmi Bakı uzun müddətdən bəri ilk dəfə ABŞ-da baş tutacaq danışıqlar ərəfəsində mümkün qədər təmkinli davranmağa, bu danışıqlara şans yaratmağa çalışır.
Muxalifet - 17-06-2019
Türkiyədən sərt açıqlama: Hər kəs həddini bilsin!
Türkiyənin Xarici İşlər naziri Mevlud Çavuşoğlu S-400 havadan və raketdən müdafiə sistemləriylə əlaqədar olaraq ABŞ ilə yaşanan gərginlik və İdlibdə TSQ müşahidə məntəqəsinə yönəlik yaşanan hücumla bağlı açıqlama verib. Rusiyadan alınacaq S-400-lərlə əlaqədar açıqlama verən Çavuşoğlu, "Bu gün S-400 ilə əlaqədar ABŞ-ın bizə məcbur qəbul etdirmək istədikləri ilə razılaşmağımız mümkün deyil" deyil.
Muxalifet3 - 17-06-2019
Sabirabadda manyak peyda olub - FOTO
Sabirabadda sakinlərin ot tayalarını yandıran manyak peyda olub.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Sabirabadın Nizamikənd kəndində cərəyan edir.
Kənd sakinlərinin sözlərinə görə, 4-5 gündən bir təxminən saat 22-23 radələrində ot tayaları yandırılır. Naməlum şəxs tərəfindən indiyə kimi 6 ot tayası yandırılıb.
Hətta evlərinin yandırılacağından ehtiyat edən sakinlər gecələr yatmayıb gözətçilik edirlər. Bir aya yaxındır kənd əhalisi belə vəziyyətdə yaşamaq məcburiyyətində qalıb.
Hadisə ilə bağlı polisə müraciət edildiyi bildirilir.Muxalifet - 17-06-2019
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Bu gün Azərbaycanda 38 dərəcəyə qədər isti olacağı proqnozlaşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir, bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturu Bakıda 32-34° isti təşkil edəcək. Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi axşam arabir güclənəcək.
Muxalifet - 17-06-2019
Binalı İldırımdan “duel” görüşündən sonra gecəyə damğa vuran tweet
23 iyun İstanbul Bələdiyyə Seçkisindən əvvəl “Cumhur İttifaqı”nın İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Binalı İldırım ilə CHP-nin İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Əkrəm İmamoğlu canlı yayımda üz-üzə gəlib.
Binalı İldırımın suallarının heç birinə dürüst cavab verə bilməyən CHP-nin namizədi İmamoğlu proqramın sonunda bəyan etdiyi heç bir layihəsini də izah edə bilməyib. Canlı yayımdan sonra Binalı İldırımın Twitter hesabı üzərindən atdığı tweet gecəyə damğa vurub.Muxalifet3 - 17-06-2019
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 16 dəfə pozub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Muxalifet - 17-06-2019
ŞOK: Azərbaycanda mollanı SOYUNDURUB DÖYDÜLƏR - Qıza qarşı seksual...
Biləsuvar rayonu Dərvişli kəndinin İzzətulla adlı mollası döyülüb.
Muxalifet.az Ölkə.aza istinadən xəbər verir, uzun illərdən bəri mollalıqla məşğul olan Biləsuvar rayonun Dərvişli kənd sakini İzətulla adlı kənd mollası, qonşusu 28 yaşlı qıza quran dərsi keçmək adıyla evində nəalayiq hərəkətlərə yol verdiyi aşkar edilib.
İddialarda o da qeyd edilir ki, quran dərsi vermək adı ilə hər gün evinə dəvət edilən 28 yaşlı qızla mollanın arasında cinsi əlaqə yarandığı bilidirilir.Muxalifet - 17-06-2019
Orta yaşlı kişini döyüb, yol kənarına atdılar - Bərdədə
Bərdə rayonunda orta yaşlı kişi döyülüb.
Muxlifet.az "Report"a istinadən xəbər verir ki, hələlik şəxsiyyəti müəyyənləşməmiş şəxs rayonun Göyüşlü kəndində yolun kənarında yaralı vəziyyətdə tapılıb.
Ağır xəsarətlər almış kişi yoldan keçən insanların köməkliyi ilə Bədə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya yerləşdirilib. Ona baş nahiyəsinin xəsarəti diaqnozu qoyulub. Yaralı hansı şəraitdə bu vəziyyətə düşdüyünü xatırlamır.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 17-06-2019
Azərbaycanda AĞIR QƏZA - Polis xəsarət aldı
Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet - 17-06-2019