Axtarış

The search found 105785 results in 0.047 seconds.

Search results

  1. Azərbaycanda işdən çıxarılan, təyinat alan mətbuat katibləri – SİYAHI

    Xəbər verdiyimiz kimi Azərbaycanda daha bir nazirliyin mətbuat xidmətində dəyişiklik baş verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova işdən ayrılıb. Bu, son iki gündə mətbuat katibləri ilə bağlı aldığımız ikinci belə xəbərdir.
    Muxalifet.az Primetime.az il başlayandan nazirliklərə təyin olunan və işdən azad edilən mətbuat katibləri ilə bağlı yazını təqdim edir.

    Muxalifet - 12-06-2019

  2. ​Gürcüstanda dalbadal iki zəlzələ baş verdi

    Gürcüstanda ardıcıl olaraq iki zəlzələ olub.
    Bu barədə İlya İnstitutunun Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
    Yeraltı təkanlar yerli vaxtla saat 12:44-də Axaltsixe rayonunda Atskuri kəndində qeydə alınıb. Bir dəqiqə intervalla kənddə 3,3 və 3,5 maqnitudalı zəlzələ olub.
    Yerli sakinlər zəlzələni hiss ediblər.
    Zəlzələ dağıntılara səbəb olmayıb./Report

    Muxalifet - 12-06-2019

  3. İki ölkə ABŞ-ı F-35-lə bağlı təhdid etdi

    “Defence News” saytının xəbərinə görə, layihə ortağı olan iki ölkənin F-35 döyüş təyyarələrində istifadə edilən Autonomic Logistics Information System-ALIS-də (Avtomatik Məntiqi Məlumat Sistemi) yaşadıqları narahatlıq səbəbiylə ABŞ-ı proyektdən çəkilməklə təhdid etdiyi ortaya çıxıb.

    Muxalifet3 - 12-06-2019

  4. Deputat azarkeşləri sərt TƏNQİD ELƏDİ: "Belə ağıllıdırlarsa, buyurub özləri oynasınlar"

    Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor Ağacan Əbiyev Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyunda Azərbaycan millisinin Slovakiyaya 1:5 hesablı məğlubiyyətindən və buna görə azarkeşlərin AFFA rəhbərliyini istefaya çağırmasından danışıb. 
    Ağacan Əbiyev Demokrat.az-a açıqlamasında bildirib ki, azarkeşlər öz işlərilə məşğul olmalıdırlar:

    Muxalifet - 12-06-2019

  5. “Nyu York Times”-dakı Trampla bağlı karikatura böhranı

    ABŞ-ın “Nyu York Times” (NYT) qəzetinin aprel ayındakı bir nəşrində nümayiş olunan bir karikaturada, İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampı arxasından sürüyən bir "rəhbər it" olaraq təsvir edilmişdi.
     
    Karikaturanın nümayiş olunmasından sonra sosial media istifadəçiləri karikaturanın "antisemit fikirlər ehtiva etdiyi" səbəbiylə tənqid etmiş və NYT-yə təpki vermişdi.

    Muxalifet3 - 12-06-2019

  6. Moskvada kütləvi etiraz aksiyası - ONLARLA ADAM SAXLANILDI - VİDEO

    Moskvada jurnalist İvan Qolunovu dəstəkləmək üçün bu günə təyin olunmuş kütləvi etiraz aksiyası baş tutub. Polis aksiya iştirakçılarını saxlayıb. Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, azı 35 nəfər saxlanılaraq polis şöbələrinə aparılıb. Onların arasında “Meduza”, “Kommersant” nəşrlərinin, “Dojd” telekanalının, “Reuters” agentliyinin əməkdaşları və Rusiyanın “əsas müxalifətçisi” Aleksey Navalnı da var. Saxlanılanlardan biri – “Vedomosti” qəzetinin müxbiri Vitali Petlevoy bildirib ki, Trubnaya meydanında yeməyə gedərkən tutulub.

    Muxalifet - 12-06-2019

  7. “Dərslərin iyunun 14-dək olması şagirdlər üçün təhlükəlidir”- ARAŞDIRMA

    Azərbaycanda orta ümumtəhsil məktəblərində tədris ilinin iyunun 14-dək davam etməsi bu il də bir çox valideyn və şagirdlərin narazılığına səbəb olub. “Report”un xəbərinə görə, bəzi valideynlər isti havada övladlarının məktəbə getməsini onların sağlamlığı üçün təhlükəli olduğunu, bəziləri mayın sonundan etibarən məktəblərdə dərs keçirilmədiyini, hətta dərsliklərin şagirdlərdən yığıldığını iddia edirlər.

    Muxalifet - 12-06-2019

  8. Səudiyyə Ərəbistanı raketlə vuruldu! Çox sayda yaralı var

    Yəməndə olan Husilər Səudiyyə Əərəbistanının Abha Havalımanına raket hücumu təşkil edib. Koalisiya güclərinin açıqlamasına görə, hücumda 26 adam yaralanıb.
     
    Yəmənin “Al-Masirah” TV kanalı Husilərin Səudiyyə Ərəbistanındakı Abha Havalımanına raket hücumu etdiyini bildirib.
    Səudiyyə Ərəbistanı liderliyindəki koalisiyanın etdiyiaçıqlamaya görə, Abha Beynəlxalq Havalımanının gözləmə salonuna düşən raket nəticəsində 26 adam yaralanıb.
    Müxalifət.az

    Muxalifet3 - 12-06-2019

  9. KADIROV HƏDƏLƏDİ – “Dilinizi qopararıq…”

    Çeçenistan rəhbəri Ramzan Kadırov qonşu Dağıstan əhalisinə ziddiyyətli müraciət ünvanlayıb. “AzPolitika.info”Rusiya mətbuatına istinadla xəbər verir ki, Kadırov son günlər Dağıstanla Çeçenistan sərhədində baş verən insidentlə bağlı özünün sosial şəbəkədəki səhifəsində açıqlama paylaşıb.

    Muxalifet - 12-06-2019

  10. Hacı Surxay "Qaloş piri" barədə danışdı - AÇIQLAMA

    Belə inanclar xurafatdan başqa bir şey deyil. Din cəhalət kimi məsələləri qəbul etmir, - bunu anews.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi,din xadimi, ilahiyyatçı Hacı Surxay Məmmədli Goranboy rayonu Qurbanzadə kəndində "Qaloş piri”nin fəaliyyət göstərməsi barədə məlumatları şərh edərkən deyib.

    Muxalifet - 12-06-2019

  11. ​Bakı sakini evində təmir işləri apararkən faciəli şəkildə öldü

    Bakı sakini evində təmir işləri apararkən hündürlükdən yıxılması nəticəsində ölüb.
    Muxalifet.az-ın xəbərinə görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.
    Qəsəbə sakini, 52 yaşlı Əsgərov Samid Zabil oğlu yaşadığı evdə təmir işi görən zaman hündürlükdən yıxılaraq baş nahiyəsindən xəsarət alıb və nəticədə vəfat edib.

    Muxalifet - 12-06-2019

  12. Dronların uçuşu ilə bağlı vahid qaydalar tətbiq olunacaq- Avropa İttifaqı ərazisində

    Son illərdə həvəskarlar arasında sevimli əyləncə aparatına çevrilən dronlar getdikcə rəsmi qurumları narahat edir. Son dövrlərdə bir sıra Avropa ölkələrində hava limanları ərazisində dronların hava nəqliyyatının fəaliyyətini pozması isə Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyini (EASA) bu istiqamətdə yeni qaydalar tətbiq etməyə vadar edib.

    Muxalifet - 12-06-2019

  13. Cavanlıqda arvadını sevən şəxsi güllələdi - Hacıqabuldakı cinayətin TƏFƏRRÜATI

    Hacıqabul rayonunda qohumuna odlu silahdan atəş açaraq öldürmək istəməkdə təqsirli bilinərək məhkum olunan Soltanov İxtiyar Tofiq oğlu Ali Məhkəməyə müraciət edib. Muxalifet.az ölkə.az-a istinadən xəbər verir ki, onun müraciəti ilə bağlı məhkəmə baxış iclası hakim Əli Seyfəliyevin sədrliyi ilə avqust ayının 28-də keçiriləcək. Qeyd edək ki, hadisə Hacıqabul rayonunun Nəvahi qəsəbəsində baş verib.

    Muxalifet - 12-06-2019

  14. "Qurbanov o futbolçunu komandadan qovdurdu ki..." - İdman jurnalistindən SENSASİON ETİRAF

    “Qarabağ”ın U-13 komandasında Vüqar Bağırov adlı bir uşaq vardı. Olduqca istedadlı idi. Hamı ondan danışırdı. Bu uşaqda, gələcəkdə yaxşı futbolçu olmaq üçün bütün xüsusiyyətlər mövcuddur. Qalırdı yaxşı klubda, yaxşı məşqçilərin nəzarəti altında inkişaf etməsi”.
    Bunu idman jurnalisti Natiq Muxtarlı qeyd edib.

    Muxalifet - 12-06-2019

  15. ​SON DƏQİQƏ: Tanınmış jurnalist həbs edildi - FOTO

    Tovuz Rayon Məhkəməsi şair-yazıçı Murad Köhnəqalanı həbs edib.
    Kult.az xəbər verir ki, bu barədə yazıçının həyat yoldaşı Şəlalə Göytürk məlumat yayıb. O bildirib ki, M.Köhnəqala keçmiş həyat yoldaşı və qızının alimment tələbini ödəmədiyi üçün həbs edilib.

    Muxalifet - 12-06-2019

  16. Noyer Mayerin rekordunu qırdı

    Almaniya millisinin qapıçısı Manuel Noyer rekorda imza atıb.

    Qol.az xəbər verir ki, onun rekordu Avro-2020-nin seçmə mərhələsində Estoniya ilə görüşdə (8:0) qeydə alınıb.

    33 yaşlı qolkiper yığmada 37-ci oyunda qapısını toxunulmaz saxlayıb. Bu isə komanda tarixinin ən yaxşı göstəricisidir. Buna qədər ən yaxşı göstərici əfsanəvi qapıçı Zepp Mayerə məxsus idi.

    Qeyd edək ki, Noyer 10 ildir Almaniya millisində çıxış edir. Zepp Mayer isə 1966-1979-cu illərdə Bundestimdə oynayıb.

    Muxalifet - 12-06-2019

  17. ​Elman Babayev vəzifəsindən azad edildi

    Əməkdar jurnalist Elman Babayev Dövlət Gömrük Komitəsindəki (DGK) vəzifəsindən azad edilib. 
    "Report”un məlumatına görə, o, işdən öz istəyi ilə çıxıb. 
    Xatırladaq ki, ötən ayın əvvəlində E.Babayev Komitənin Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin inspektoru vəzifəsinə gətirilmişdi. 
    DGK-nin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov xəbəri "Report"a təsdiqləyib.

    Muxalifet - 12-06-2019

  18. "Rusiya Arktikada güclənib" - NATO baş katibi

    NATO-nun baş katibi Yens Stoltenberq İslandiyada keçirilmiş mətbuat konfransında çıxışı zamanı Arktika bölgəsində Rusiyanın hərbi potensialının gücləndiyini açıqlayıb. Ona “Life”a istinadən xəbər verir ki, belə bir açıqlamanı alyansın mətbuat xidməti dərc edib. “Biz çalışmalıyıq ki, Uzaq Şimalda gərginliyin aşağı səviyyədə saxlanılması sahəsində işlərimizi davam edək. Buna baxmayaraq, burada çoxlu hərbi gücün iştirakını, xüsusilə də Rusiyanın hərbi potensialının artdığını görürük”, – deyə baş katib bildirib.

    Muxalifet - 12-06-2019

  19. ​Bu çimərliklərə getməyin! - XƏBƏRDARLIQ

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə şimal və cənub bölgələrinin çimərlik ərazilərində monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürüb, mikrobioloji təhlillər aparıb.
    Bunu Nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib.

    Muxalifet - 12-06-2019

  20. ​Beyninə qan sızan Ağakərimdən XƏBƏR VAR: Günü-gündən daha da...

    Ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhətindən xəbər var. Milli.az-a açıqlama verən meyxanaçının yeni ailə həyatı quran yeganə oğlu Kamil, atasının vəziyyətinin qənaətbəxş olduğunu bildirib. O, atası Ağakərimin​ tam sağalacağı müddəti də açıqlayıb: "Hal-hazırda vəziyyəti yaxşıdır. Günü-gündən daha da düzəlir. Müalicəsi davam edir. Bu xəstəlik belə xəstəlikdir ki, yəni, tam sağalmağı 5-6 il çəkir. Bu xəstəliyə zaman lazımdır. Həkimlər də həmin sözü deyirlər. Vaxtlı-vaxtında dərmanını içəndə, pəhriz saxlayanda düzəliş olur".

    Muxalifet - 12-06-2019

Pages