Axtarış
The search found 105785 results in 0.022 seconds.
Search results
Azərbaycanın UEFA Avropa Liqasının finalından əldə etdiyi gəlir açıqlandı
Dünyada böyük nüfuza sahib futbol turnirlərindən olan UEFA Avropa liqasının 2019-cu il 29 may tarixində Bakı şəhərində keçirilən final oyunu nəticəsində Azərbaycana birbaşa nağd şəkildə təxminən 175 milyon manat vəsait daxil olub, ümumilikdə isə 680 milyon manatlıq iqtisadi qazanc əldə edilib.
Muxalifet - 11-06-2019
Afrində 10 terrorçu ZƏRƏRSİZLƏŞDİRİLDİ!
Türkiyənin Milli Müdafiə Nazirliyi Afrində 2 gün bundan əvvəl Suriyanın Tel-Rüfət rayonundan edilən hücumları həyata keçirən PKK/YPG üzvü olan terrorçuların 10 nəfərinin zərərsizləşdirildiyini bildirib. Nazirliyin açıqlamasında deyilir: “Afrində PKK/YPG terror təşkilatının 9 iyun 2019-cu il tarixində Tel Rüfətdən edilən hücumundan sonra bölgədə yerləri aşkar edilən terrorçular ağır silahlarla atəşə tutulub, nəticədə 10 nəfər terrorçu zərərsizləşdirilib, şəhid olmuş qəhrəman türk hərbçilərinin və yaralıların qanı yerdə qalmayıb.
Muxalifet - 11-06-2019
Çiyələk yemək uşağın cinsiyyətini dəyişdirir? - İNANMAYACAĞINIZ FAKTLAR
Hamiləlik zamanı çiyələk yeməyin bir çox fəsadlar yaratması ilə bağlı iddialar var. Bildirilir ki, hamiləlik zamanı çiyələk yemək dölün cinsiyyətinin dəyişməsinə və ya onun üzərində müxtəlif ləkələr əmələ gəlməsinə səbəb ola bilir. Hamiləlikdə çiyələk yemək nə qədər zərərlidir? Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, vitamin və minerallarla zəngin olan çiyələk yüksək qida dəyərinə malikdir. Bol lifli tərkibi sayəsində uzun müddət toxluq hissi verir. Hamiləlikdə isə çəkinin balansının saxlanmasına yardımçı olur.
Muxalifet - 11-06-2019
İvan Qolunov sərbəst buraxıldı
Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev bildirib ki, “Meduza” nəşrinin həbs edilmiş jurnalisti İvan Qolunovun azad olunması barədə qərar verilib. Virtualaz.org Rusiya mətbuatına istinadən bildirir ki, nazir bu qərarı jurnalistin günahının sübut oluna bilməməsi ilə əlaqələndirib. Əlavə olunur ki, Kolokoltsev Moskva üzrə bəzi polis idarə rəislərinin vəzifələrindən azad ediləcəkləri barədə təkliflər verəcək.
Muxalifet - 11-06-2019
Azərbaycan Slovakiyaya qarşı - Start heyətlər
AVRO-2020-nin seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və Slovakiya milli komandalarının start heyətləri açıqlanıb.
Muxalifet.az-ın məlumatına görə, komandalar ilk dəqiqələrdən meydana aşağıdakı "11-lik"lə çıxacaqlar.
Azərbaycan: 1. Səlahət Ağayev, 3. Şəhriyar Rəhimov 5. Maksim Medvedev (k), 18. Anton Krivotsyuk, 6. Bədavi Hüseynov, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 14. Rəşad Eyyubov, 11. Ramil Şeydayev, 7. Araz Abdullayev, 9. Ağabala Ramazanov.Muxalifet3 - 11-06-2019
FHN-in xanım əməkdaşı dünya çempionu oldu
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun əməkdaşı, paralimpiyaçı, nizəatma üzrə yüngül atlet İradə Əliyeva İtaliyada keçirilən dünya paraatletika Qran-Prisində 42,84 metr nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Muxalifet3 - 11-06-2019
Rusiyadan S-400 açıqlaması: İyulda Türkiyəyə...
S-400-ün Türkiyəyə yerləşdirilməsi iyul ayına planlaşdırılıb.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
O bildirib ki, iki ölkə arasında bütün razılaşmalar vaxtında yerinə yetiriləcək:
“Məsələ ilə bağlı hər hansı problem yoxdur”.
Muxalifet3 - 11-06-2019
Rusiya 36 tondan çox Azərbaycan pomidorunu geri qaytardı
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Karaçay-Çərkəz Respublikasının Stavropol vilayəti üzrə İdarəsinin əməkdaşları Azərbaycandan bu vilayətə gətirilmiş ümumi çəkisi 36,5 ton olan 2 partiya faraş pomidoru geri qaytarıb.
Məhsula baxış zamanı pomidorda Cənubi Amerika tomat güvəsi aşkar edilib. Bu məlumat müxtəlif laborator ekspertizalarla təsdiqini tapıb.
Qanunlara əsasən karantin məhsulların bölgəyə aparılmasına qadağa qoyulub, məhsul yükü göndərənlərə geri qaytarılıb.
Muxalifet3 - 11-06-2019
Dünyada ikinci ən böyük sədd Azərbaycandadır - Foto
Azərbaycanın tarixi abidəsi olan Çıraqqala yaxın vaxtlarda təmir ediləcək. Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, IV-VI əsrlərdə Sasani hökmdarları tərəfində müdafiə məqsədilə tikilən qala uzun illərdir təbii fəlakətlər nəticəsində dağılmağa məruz qalıb. Çıraqqala, mərkəzi qala da daxil olmaqla, 17 bürcdən ibarət düzbucaqlı formasındadır. Hazırda bu bürclərdən dördü salamat qalıb. Baş qüllə hündürlüyü 120 metr olan sıldırım qaya üzərində ucalır.
Muxalifet3 - 11-06-2019
Cəlilabadda ata yük maşını ilə oğlunun üstündən keçib
Cəlilabadda ata ehtiyatsızlıqdan avtomobillə oğlunu vurub.
Hadisə rayonun Sabirabad kəndində qeydə alınıb. Kənd sakini Nicat Əliyev sahədə iş görərkən “Qazel” markalı avtomobili ilə 12 yaşlı oğlu Samir Əliyevin üstündən keçib. Samir Əliyev aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet3 - 11-06-2019
Adam ayının dilini dişləyib qopardı, canını ölümdən qurtardı - FOTO/VİDEO
Rusiyanın Tuva Respublikasının Piy Xemsk rayonunda meşədə gəzən Nikolay İqritə ayı hücum edib. Hadisə iyunun 2-də baş verib.
29 yaşlı Nikolay İqrit dostları ilə qoruq elan edilmiş ərazidə maral buynuzu yığmağa gedib. Bu zaman ona vəhşi ayı hücum edib. Öncə ayını qışqıraraq qorxutmaq istəsə də, ayı gəncə hücum edib və onlar “güləşməli” olublar. Ayı gəncə çoxsaylı caynaq zərbələri endirib. Özünü ölümdən qorumaq istəyən Nikolay ayının dilini dişləyərək qoparıb və ayı qaçıb.Muxalifet3 - 11-06-2019
Pentaqon türk pilotlarla bağlı qərarını verdi
Türkiyəli pilotların F-35 qırıcıları ilə təlimi sona çatdırılıb.
Muxalifet.az xəbər verir ki, bu sözləri Pentaqon sözçüsü Mayk Endryus deyib.
“Türkiyə ilə bağlı siyasətdə dəyişiklik yoxdur. Lakin F-35 proqramı ilə bağlı iştirak faizini endirmək üçün danışıqlar aparılır”, - deyə o bildirib.
Muxalifet3 - 11-06-2019
Trampdan xoşum gəlir - Yunker
Donald Trampla yaxşı münasibətlərim var.
Muxalifet.az xəbər verir ki, bu sözləri Avrokomissiyanın rəhbəri Jan Klod Yunker deyib.
“Bir insan kimi o, mənim xoşuma gəlir. Əgər bir insanla şəxsi münasibətləriniz yaxşıdırsa, ən çətin danışıqlar da asan olur. Amerikan lideri həmsöhbətlərinin ona “Sən səhvsən!” deməsinə öyrəşməyib”, - deyə Yunker bildirib.
Avropalı diplomat eyni zamanda əlavə edib ki, amerikalılarla görüşdə Avropa reallıqlarını onlara çatdırmaq lazımdır. Yunker hesab edir ki, amerikalılar Avropa reallığı ilə tam olaraq tanış deyil.
Muxalifet3 - 11-06-2019
Tanınmış şərqşünas qəzaya düşdü
Qarabağ Seyid Ocaqlarının rəhbəri, tanınmış şərqşünas Seyid Camal Əzimbəyli Cəlilabad rayonundan Bakıya qayıdarkən qorxunc avtomobil qəzasına düşüb.
Muxalifet.az xəbər verir ki, işıqforda "Nissan" markalı avtomobilində həyat yoldaşı ilə birgə dayandığı zaman arxadan sürətlə yaxınlaşan avtomobil onların maşınına çırpılıb.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzanı törədən sürücü narkotik maddələrin təsirində olub.Muxalifet3 - 11-06-2019
ABŞ-dan Suriyaya qarşı növbəti həmlə
ABŞ Maliyyə Nazirliyi Suriyanın 3 fiziki və 13 hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib.
Muxalifet.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Muxalifet3 - 11-06-2019
Tramp Baydeni təhqir etdi: Bir faizlik...
ABŞ Prezidenti Donald Tramp prezident seçkilərində (2020-ci il) rəqibi olacaq demokratların lideri Co Baydeni əqli cəhətdən zəif adlandırıb.
Muxalifet.az xəbər verir ki, dövlət başçısı Baydenə qarşı mübaribə aparmaqdan məmnun olduğunu bildirib.
“Mən digərlərinə deyil, Baydenə qarşı olmağı üstün tutardım. Düşünürəm ki, o ağıldan çox zəifdir. Co əqli cəhətdən zəifdir. Digərlərində daha çox enerji var. Mən onu bir faizlik Co adlandırıram”, - deyə Tramp bildirib.
Muxalifet3 - 11-06-2019
Ukrayna Qara dənizdəki qaz yataqlarını tələb edir
Ukraynanın Haaqadakı təmsilçisi Yelena Zerkal ölkəsinə Qara dənizdə təbii qaz yataqlarını istismar etmə haqqının verilməsini tələb edib.
Muxalifet.az xəbər verir ki, nümayəndə 2014-cü ildən bəri Rusiyanın 9 milyard kubmetr qaz istehlak etdiyini bildirib.
“Hökumətimiz ölkənin enerji müstəqilliyini təmin etməyə çalışır. Ehtiyac olan illik 5-6 milyard kubmetrdir. Qara dənizdəki mənbələr ehtiyacımızı qarşılaya bilər”, - deyə Zerkal bildirib.
Muxalifet3 - 11-06-2019
Gürcüstan ABŞ-ın strateji tərəfdaşıdır - Pompeo
Gürcüstan ABŞ-ın strateji tərəfdaşıdır.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə keçirdiyi görüşdən sonra birgə brifinqdə deyib.
M.Pompeo Gürcüstanın beynəlxalq turizm mərkəzi və qlobal təhlükəsizliyə töhfə verən ölkə olduğunu deyib.
Dövlət katibi ABŞ və Gürcüstan arasında müdafiə, təhlükəsizlik, ticarət və energetika sahələrində uğurlu əməkdaşlığın olduğunu qeyd edib.Muxalifet3 - 11-06-2019
Bakıda mənzillər ucuzlaşdı
Bu ilin aprel ayında Bakının təkrar mənzil bazarında qiymətlər mart ayı ilə müqayisədə 1,1 faiz azalıb, ötən ilin aprel ayı ilə müqayisədə isə 2,9 faiz artıb.
Bunu trend -ə daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, bu ilin aprelində mənzilin bir kvadrat metri üçün orta qiymət 990 dollar təşkil edib, ötən ilin eyni dövründə isə bu göstərici 962 dollara bərabər olub:
"Təkrar bazarda ekonom tipli mənzillərin qiyməti bu ilin aprelində bir kvadrat metr üçün 754 dollar təşkil edib. Ötən ilin aprelində bu rəqəm 777 dollar olub".Muxalifet3 - 11-06-2019
Futbolçularımızın Lobotka qədər qiyməti yoxdur - Yurçeviç
Slovakiyanı təbrik edirəm. Çox yaxşı oynadılar. Bu nəticədən sonra nəsə demək çətindir. Matça yaxşı başladıq. Topa da sahib ola bilirdik. Hər qol barədə danışmaq istəmirəm. Şeydayevin qolundan sonra geridönüş edə bilərdik. Hesab 1:4 olanda artıq oyun bitdi. Rəqibin heyətində Lobotkanın qiyməti 25 milyon avrodur. Bizdə isə hamısının qiyməti bu qədər etmir.
Muxalifet.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində Slovakiyaya 1:5 hesabı ilə məğlub olduqları matçdan sonra mətbuat konfransında deyib.Muxalifet3 - 11-06-2019