Axtarış
The search found 105785 results in 0.077 seconds.
Search results
Akif Əlizadə və Misir Mərdanovun səlahiyyət müddəti başa çatdı - SİYAHI
AMEA-nın 6 bölmə üzrə fəaliyyət göstərən 17 institutunun direktorlarının səlahiyyət müddəti bitib.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, onların arasında AMEA prezidenti Akif Əlizadənin, sabiq Təhsil naziri Misir Mərdanovun, deputat Rafael Hüseynovun, deputat Gövhər Baxşəliyevanın da adı var.Muxalifet - 11-06-2019
İki uşaq atasını yandırıblar, yoxsa özü intihar edib? - Rəsmi açıqlama
İsmayıllı rayonunda iki uşaq atasının özünü yandıraraq intihara cəhd etməsi haqda prokurorluq açıqlama yayıb. İsmayıllı rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, rayon sakini 1984-cü il təvəllüdlü Ramil Rəcəbalıyevin iyunun 1-də üzərinə tez alışan məhlul tökməklə özünü yandıraraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.
Muxalifet - 11-06-2019
Gürcüstanın sabiq müdafiə naziri yeni siyasi hərəkat yaratdı
Gürcüstanın sabiq Müdafiə naziri İrakli Okruaşvili yeni siyasi hərəkat yaradıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu gün Tbilisidə hərəkatın təqdimatı keçirilib. Təşkilatın liderləri arasında sabiq nazir İ.Okruaşvili ilə yanaşı siyasətçilər Qubaz Sanikidze, Kote Kemularia və Valeri Gelbaxiani də var.
Yeni Hərəkatın adının "Qalib Gürcüstan" olaraq müəyyənləşdirildiyi bildirilir.Muxalifet - 11-06-2019
Tramp Çini hədələdi: Əgər görüşməsək onda...
Ağ Evdə mətbuata açıqlama verən ABŞ prezidenti Donald Tramp iyunun sonunda keçiriləcək G-20 zirvəsində Çin lideri Şi Cinping ilə görüşmədikləri təqdirdə Çinə daha çox gömrük vergisi tətbiq edəcəyini deyib.
Ağ Evdə jurnalistlərə açıqlama verən Donald Tramp, Çindən idxal edilən 300 milyard dollar dəyərindəki məhsula 25 faiz və ya 25 faizdən daha çox gömrük vergisi tətbiq edəcəyini açıqlayıb.
Donald Tramp verdiyi açıqlamada, Şi Cinpingin 28-29 iyun tarixlərində Yaponiyanın Osaka şəhərində keçriləcək G-20 sammitinə qatılmasına ümid etdiyini söyləyib.Muxalifet3 - 11-06-2019
BİR PUL SƏRRAFININ AZƏRBAYCANDAN DAŞIDIĞI MİLYONLAR… - İstanbuldakı əmlakların siyahısı
Bir müddət əvvəl “AzPolitika.info” saytına müsahibə verən hazırda axtarışda olan iş adamı Arzuman İsa oğlu Əliyev başına gələnlərə görə şəriki və qohumu Sərraf Məmmədzadəni ittiham etmişdi. Sərraf Məmmədzadənin təhriki və vasitəsilə neft-qaz sənayesinin təchizatı sahəsində biznes fəaliyyətinə başladığını, daha iki iş adamını da bu işə cəlb etdiyini açıqlayan A.Əliyev şəriki tərəfindən həm özünün, həm də bu işə cəlb etdiyi iş adamlarının aldadılaraq pullarının, əmlaklarının ələ keçirildiyini bildirmişdi. A.
Muxalifet - 11-06-2019
Azərbaycanda ŞOK: Qızların başını kəsib, ətini ət maşınında çəkən manyakın görüntüsü yayıldı - VİDEO
Azərbaycanda qızların başını kəsib, ətini şaqqalara ayırıb yeyən və ətini satan hannibalın illər sonra görüntüsü yayılıb.
Muxalifet.az xəbər verir ki, oxu24.com -un arxiv materiallarından əldə etdiyi məlumata görə, Xaçmaz rayon sakini İqor bir vaxtlar AzTv-də yayımlanan "Ailələr,talelər" verilişində qızları necə öldürməsindən danışıb. Onun sözlərinə görə, ilk dəfə 12 yaşında bir qızı sevib. Bu sevgisi uğursuz alındıqdan sonra qızlardan qisas almaq qərarrına gəlib.Muxalifet - 11-06-2019
“Kitayski” “Huavey”lər tarixə qovuşur – Xilas olun!
ABŞ Prezidenti Donald Trampın “Huavey”lə ABŞ şirkətlərinin əməkdaşlığını qadağan etməsinin ardından Quqlun da bu markalı telefonların “Android” sistemi ilə təminatını dayandırması onsuz da keyfiyyətsiz olan bu telefonların satışını tamamilə öldürüb.
Çin istehsalı olan “Huavey” telefonlarının hələlik Quql-pley, xəritə, elektron poçt, Yutub girişi olsa da, bu müvəqqətidir. Bir müddət sonra heç bir istifadəyə yaramayacaq bu “ağıllı” telefonları heç mütəxəssislər də almağı məsləhət görmür.Muxalifet - 11-06-2019
Deputatlar dərs ili haqda DANIŞDILAR: “1 senytabrda başlasın, 25 mayda bitsin”
Orta məktəblərdə dərs ilinin müddəti ilə bağlı mövzu yenidən aktuallaşıb. Valideynlərin böyük əksəriyyəti sosial şəbəkələrdə tədrisin 14 iyuna qədər uzadılmasını qəbul etmədiklərini vurğulayır, buna nəhayət son verilməsini istəyirlər.
Əksəriyyət düşünür ki, may ayının sonlarından etibarən məktəblərdə tədris proqramı bitir, o cümlədən isti günlərdə uşaqların məktəbə getməsi çətinləşir, davamiyyət aşağı düşür.
Bu səbəbdən də məktəblərin əvvəlki sistemlə – senytabrın 15-dən may ayının 31-nə kimi olmasını istəyirlər.Muxalifet - 11-06-2019
Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi İŞDƏN ÇIXDI
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı tutduğu vəzifədən azad olunub. Muxalifet.az Modern.az-a istinadən xəb ər verir ki, Y.Babanlı öz ərizəsilə işdən ayrılıb. “Mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bir müddət öncə - mayın 29-dan etibarən öz ərizəsilə işdən ayrılıb. Hələlik yerinə təyinat olmayıb”. Qeyd edək ki, Y.Babanlı bu il martın 1-də Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmrilə mətbuat katibi təyin olunmuşdu.
Muxalifet - 11-06-2019
Qanunsuz silahlı dəstə, döyüş sursatı, partlayıcı maddələr... - SANKT-PETERBURQDA TUTULAN VƏLİYEV KİMDİR?
Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən silahlı dəstə yaratmaqda, qanunsuz odlu silah gəzdirməkdə ittiham edilən və bu səbəbdən də beynəlxalq axtarışa verilən Faliq Vəliyev iyunun əvvəlində Peterburq polisi tərəfindən saxlanılıb.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiya hüquq mühafizə orqanlarının xəbərinə görə, F.Vəliyev müvəqqəti saxlama təcridxanasında saxlanılır, yaxın zamanda vətənə göndəriləcəyini gözləyir.
Azərbaycan vətəndaşının Rusiya Federasiyası ərazisində qanuni yaşadığı, sənədlərinin də qaydasında olduğu müəyyən edilib.Muxalifet - 11-06-2019
DİM buraxılış imtahanlarının nəticələrini açıqladı
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 9-da Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərinin, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanının ikinci mərhələsinin nəticələrini açıqlayıb.
Muxalifet.az-ın xəbərinə görə, iş nömrəsini 7727-ə göndərməklə nəticələrlə tanış olmaq olar.Muxalifet - 11-06-2019
Paşinyandan SƏRT GEDİŞ: Qarabağda "at oynadan" Balasanyan İŞDƏN QOVULDU
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan vəzifəsindən azad edilib.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, separatçı rejimin rəhbəri Bako Saakyan Balasanyanın vəzifədən azad edilməsi ilə bağlı “fərman” verib.Muxalifet - 11-06-2019
ABŞ-a o ölkədən ağır zərbə! Dollardan imtina etdilər
Çin Mərkəz Bankı ABŞ ilə yaşanan ticarət müharibəsində dollardan asılılığı minimuma endirmək məqsədi ilə 15.86 ton qızıl alıb.
ABŞ ilə ticarət müharibəsi vəziyyətində olan Çin dollar yığmaq yerinə qızıla üstünlük verməyə başlayıb.
“Bloomberg”-in xəbərinə görə, Çin Mərkəz Bankı (PBOC) may ayında 15.86 ton qızıl satın alıb.
Xəbərə görə, ABŞ ilə yaşanan ticarət müharibəsi Çində böyüməni aşağı salıb və ehtiyat saxlama mövzusunda dollara alternativ yer alıb.Muxalifet3 - 11-06-2019
Gecikən mesaj, 24 günlük ata həsrəti, bitməyən sevgi nağılı – ŞƏHİD MAYORUN XANIMI DANIŞIR
Lent.az -ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.
Muxalifet - 11-06-2019
Azərbaycan Fuad Abbasova görə Rusiyaya nota verdi
"Jurnalist Fuad Abbasovun Rusiyadan baş tutmayan deportasiyası və Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə qaytarılması ilə əlaqədar bildiririk ki, səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla hər gün əlaqə saxlayırlar".
Muxalifet.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, iyunun 11-də səfirliyin əməkdaşları F.Abbasovla növbəti dəfə görüş keçirib, şəraiti ilə yaxından tanış olublar.Muxalifet - 11-06-2019
Gürcüstan: etnik azərbaycanlılar bu ağacların gücünə niyə inanırlar?
Gürcüstanın Marneuli rayonunun Candar kəndində müqəddəs sayılan bir ağac var. Etnik azərbaycanlılar bu çinar ağacını ziyarət etmək və Novruzun ilk günündə arzu tutmaq üçün regionun hər yerindən bu kəndə gəlirlər. Ziyarətçilər dilək tutaraq ağacın budaqlarına qırmızı lentlər bağlayır, milli musiqi sədaları altında rəqs edir, bir-birlərinə xoşbəxtlik arzulayırlar. Ənənəyə görə, əsasən çinar, dəmirağac, palıd, söyüd, alma, alça, tut, zoğal kimi ağaclar ziyarətgah sayılır. Əkildikləri yerlər "Pir" və "Ocaq" kimi çağırılır.
Muxalifet - 11-06-2019
Rusiyadan ard arda iki S-400 açıqlaması
Rusiyanın Xarici İşlər nazirinin müavini Sergei Ryabkov ölkəsinin Türkiyəyə ABŞ-ın etdiyi bütün S-400 təzyiqinə baxmayaraq hadan müdafiə sistemlərinin təhvil verilməsinin zamanında və problemsiz bir şəkildə həyata keçiriəcəynə yönəlik təəhhüd götürdüyünü bildirib.
Bu yöndə bir açıqlama da Kramldən gəlib. Kremldən edilən açıqlamada isə, Rusiyanın S-400 raket sistemlərini iyulda təhvil verməyi planladığı qeyd edilib.
Müxalifət.azMuxalifet3 - 11-06-2019
Tramp Çinə HƏDƏ-QORXU GƏLDİ!
Ağ Evdə mətbuata açıqlama verən ABŞ prezidenti Donald Tramp bu ayın axırında keçiriləcək G-20 sammitində Çin prezidenti Si Cinpin ilə ümumi dil tapmayacaqları təqdirdə Çin məhsullarına gömrük vergisini daha da artıracağını söyləyib. O, Çindən idxal edilən 300 milyard dollar dəyərindəki məhsula 25% və ya daha da artıq gömrük vergisi əlavə edə biləcəklərini söyləyib. Tramp Si Cinpinin də 28-29 iyun tarixlərində Yaponyanın Osaka şəhərində keçiriləcək G20-də iştirak edəcəyinə ümidvar olduğunu deyib.
Muxalifet - 11-06-2019
PKK terrorçubaşından Əkrəm İmamoğluna dəstək çağırışı
Terror təşkilatı PKK-nın terrorçubaşlarından olan Duran Kalkan 23 iyun İstanbul seçkiləri üçün CHP namizədi Əkrəm İmamoğluna dəstək verərək "AK Partiya-MHP ittifaqını məğlub etmək üçün mübarizə etmək lazımdır" deyib. CHP-nin mövqeyinin əhəmiyyətli olduğunu, CHP və müttəfiqlərinin möhkəm dayanması lazım olduğunu dilə gətirən terrorçubaşı Kalkan, sözlərinə belə davam edib: "AK PARTİYA VƏ MHP MƏĞLUBİYYƏTƏ UĞRADILMALIDIR" "İstanbul seçkilərinə yönəlik CHP-nin mövqeyi və duruşu əhəmiyyətlidir. Hər cür hiyləyə qarşı, təşkilatlı olmaq, seçki qutularını qorumaq lazımdır.
Muxalifet3 - 11-06-2019
Ölkədə internet şəbəkəsi kəsildi - İLGİNC SƏBƏB
Efiopiya hökuməti ölkə miqyasında internet şəbəkəsini məhdudlaşdırıb.
buna səbəb ölkədə milli imtahanların başlamasıdır. Kəsinti imtahan müddətində bilgi oğurluğu hadisələrinin qarşısını almaq məqsədilə aparılıb.
Hökumət və “Ethio Telecom” şəbəkə şirkəti məsələ ilə bağlı açıqlama verməkdən boyun qaçırıb.
Qeyd edək ki, imtahanlara sadəcə liseydə təhsil alan şagirdlər daxil olur. İmtahanlar cümə günü başa çatacaq.Muxalifet - 11-06-2019