Axtarış
The search found 105785 results in 0.033 seconds.
Search results
Türkiyədən Şərqi Aralıq dənizində “əzələ” nümayişi
Türk Silahlı Qüvvələrinin (TSQ) Şimal Kipr Türk Respublikası (KKTC) ilə müştərək olaraq Axtarış Xilasetmə Dəvət Manevri-2019 hərbi təlimi başlayıb. Şərqi Aralıq dənizi və KKTC-də dünən başlayan hərbi təlim quruda və dənizdəki axtarı-xilasetmə qabiliyyətlərinin sınanmasından sonra 13 iyunda başa çatacaq. Hərbi təlimi Əfqanıstan, Fələstin, Qatar, KKTC, Kosova, Malayziya, Nigeriya və Pakistandan 13 müşahidəçi izləyəcək. ƏVVƏL QURU SONRA DƏNİZ Türkiyə ilə KKTC hərbi təlimin quru mərhələsində, Girne cənubunda xüsusi bir hava yolu şirkətinə aid yolçu təyyarəsinin düşməsi canlandırılacaq.
Muxalifet3 - 11-06-2019
Türk dövlətinin prezidentindən SENSASİYALI SÖZLƏR: Ermənilərə böyük simpatiyam var...
Ermənistana böyük simpatiya ilə yanaşıram. Bunu “Ermənistanın səsi” qəzetinə açıqlamasında Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib. “Mən Ermənistana böyük simpatiya ilə yanaşıram, bir müddət əvvəl Nikol Paşinyanla görüşmüşəm. Yeri gəlmişkən, təxminən 5 dəqiqə sonra o mənə zəng etməlidir. Bizim Ermənistanla tarix və hətta dil baxımından ortaq nöqtələrimiz çoxdur. Ona görə də mən gələcək əməkdaşlığa optimist yanaşıram”, – deyə o bildirib./axar
Muxalifet - 11-06-2019
Türkiyədən ABŞ-a sərt təpki
Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsüi Hamid Aksoy ABŞ Nümayəndələr Palatasında qəbul edilən "ABŞ-Türkiyə ittifaqına yönəlik narahatlıqların ifadə edilməsi" başlıqlı qərarın Türkiyə ilə ABŞ arasındakı köklü dostluq və müttəfiqlik əlaqələriylə heç bir şəkildə uyğun gəlmədiyini ifadə edib. Aksoy açıqlamasında, "Qərarda Türkiyənin xarici siyasəti və məhkəmə sistemi haqqında yer verilən haqsız və əsassız iddiaların qəbul edilməsi əsla mümkün deyil" deyib.
Muxalifet3 - 11-06-2019
ABŞ Türk pilotların F-35 təlimlərini dayandırdı
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türk F-35 pilotlarının ABŞ-dakı təhsillərinin dayandırıldığını açıqlayıb.
Pentaqon sözçüsü Mayk Andrews ABŞ-da F-35 təhsili alan Türk heyəti haqqında açıqlama verib.
TƏLİM UÇUŞLARI DAYANDIRILDI
Pentaqonun sözçüsü Andrews "Türk pilotlarının F-35 təlim uçuşları dayandırıldı. Nazirlik Türk pilotların artıq uçuş həyata keçirmədiyindən xəbərdardır" deyib.
Andrews açıqlamasına belə davam edib:Muxalifet3 - 11-06-2019
ÖZƏL PROVAYDERLƏR İNTERNET BAZARINDAN SIXIŞDIRILIR – “Analoqu olmayan situasiyadır”
Osman Gündüz: “Bu, faktiki olaraq, müştəri oğurluğudur”
Nazirlik: “Biz qanunlar əsasında fəaliyyət göstəririk”
Muxalifet - 11-06-2019
Fransız məşqçidən Türkiyəyə qarşı əsilsiz iddia
Andorra matçından əvvəl mətbuatın qarşısına çıxan Fransa Milli Futbol Komandasının məşqçisi Didier Deschamps Türkiyə ilə matçda milli marşlarının fitə basılması ilə əlaqədar suala cavab verərkən Türkiyə ilə əlaqədar əsassız iddialar edib.
Türkiyənin müdhiş bir oyunla son dünya çempionu olan Fransanı məğlub etməsinin əks-sədaları davam edir.Muxalifet3 - 11-06-2019
Xəzər dənizində TANKER PARTLADI: Ölənlər var
Rusiyanın Mahaçqala limanında tankerdə partlayış baş verib.
Bu barədə “Ren TV” məlumat yayıb.
“Rosmorreçflot”dan verilən məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb, üç nəfər itkin düşüb. Xəsarət alanların xəstəxanaya yerləşdirildiyi bildirilir.
“İnterfaks” agentliyi isə öz mənbələrinə istinadən iki nəfərin öldüyünü xəbər verir.
“RİA Novosti”nin “Rosmorreçflot”a istinadən verdiyi məlumata görə, partlayış “VF Tanker 16” adlı tankerin maşın bölməsində meydana gəlib.Muxalifet - 11-06-2019
Şimali Koreya liderinin öldürülən ögey qardaşı “MKİ casusu çıxdı”
Malayziyanın paytaxtı Kuala Lumpurdakı havalimanında 2017-də sui-qəsd nəticəsində öldürülən Şimali Koreya lideri Kim Jongunun ögey böyük qardaşı Kim Jong-namın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) üçün çalışdığı iddia edilib. ABŞ-ın “Wall Street Journal” qəzetinin mövzuya dair məlumatı olan bir qaynağa söykədiyi xəbərdə, Şimali Koreya liderinin ögey böyük qardaşı Kim-in MKİ ilə əlaqəsinin olduğu ifadə edilib. Xəbərdə, Kim-in 2017-nin fevralında Malayziya səyahətinin buradakı bir MKİ casusu ilə görüşmə məqsədli reallaşmış ola biləcəyinə işarə edilib.
Muxalifet3 - 11-06-2019
Onlarla helikopter havaya qalxdı - FOTO
Türkiyə Silahlı Qüvvələri Şimali Kipr Türk Cümhuriyyəti ilə birgə Şərqi Aralıq dənizində hərbi təlimlərə start verib.
“Şəhid Leytenant Canər Gönyəli Axtarış-Xilasetmə Təlimi – 2019” adlı təlimlər quruda və dənizdəki axtarış-xilasetmə qabiliyyətlərinin sınanması üşün təşkil olunub.
Türkiyənin bölgədə söz sahibi olduğunu bir daha təsdiq edəcək təlimləri Fələstin, Əfqanıstan, Qətər, Malayziya, Nigeriya, Kosovo və Pakistandan 13 müşahidəçi izləyəcək.Muxalifet - 11-06-2019
Qaxda "Cherry" ALOVLANDI: 4 nəfər...
Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hadisə Qorağan-Qax avtomobil yolunun 11-ci kilometrliyində, rayonun Meşəbaş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Ağayev Aqşin Xəlilağa oğlu idarə etdiyi "Cherry" markalı avtomobil ilə hərəkətdə olan zaman avtomobili idarətetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə avtomobil yanıb.
Qəza zamanı 4 nəfər xəsarət alıb.Muxalifet - 11-06-2019
Paşinyanın hökuməti Dağlıq Qarabağdakı qondarma rejimin pulunu kəsdi - SENSASİON TƏFƏRRÜAT
Nikol Paşinyanın hökuməti qondarma Dağlıq Qarabağ” respublikası” rejiminin maliyyə yardımı barədə xahişlərini rədd edir. Bu sensasion məlumatı Rusiya mənbələri erməni mətbuatına istinadən yayıb. Məlumatda deyilir ki, Paşinyan Dağlıq Qarabağa maliyyə yardımının göstərilməsi üçün qondarma rejimin “təhlükəsizlik şurasının katibi”, general Vitali Balasanyanın istefası şərtini irəli sürüb. Qondarma “prezident” Bako Saakyan Balasanyandan Ermənistan hakimiyyətinin tələbini yerinə yetirib istefa verməyi istəsə də keçmiş səhra komandiri bu addımı atmaqdan imtina edib.
Muxalifet - 11-06-2019
Orta Asiya və Azərbaycan üçün İŞİD təhlükəsi – Rusiyadan xəbərdarlıq
Rusiya kəşfiyyat xidməti FTX İŞİD-ın Orta Asiyada Əfqanıstan mərkəzli yeni bir təşkilatlanma etdiyi xəbərdarlığını edib. Mövzuya münasibət bildirən rus alim Andrey Zdrojewski “Dünyanın diqqəti Orta Şərqə çevrildiyi üçün İŞİD-ın Pakistan və Hindistanın şimalında, Əfqanıstanın dağlıq bölgələrində və Orta Asiya respublikalarının içində silahlı mübarizəyə hazırlandığına hələ dünyanın diqqəti çəkilə bilməyib” deyib.
Muxalifet3 - 11-06-2019
Binəqədidə törədilən iki amansız qətl haqda ŞOK İDDİALAR
Mübariz Budaqlının qətlinin “Emin 444"ün bıçaqlanması ilə nə əlaqəsi ola bilər?; tutulan dünya çempionunun qapısında atasının da həbsi tələb olundu
Binəqədi rayonunda Mübariz Budaqlının odlu silahdan açılan atəşlə qətli ilə bağlı araşdırmalar davam edir. Rəsulzadə qəsəbəsində avtomobildə güllələnən Mübariz Budaqlının qətlinin kriminal dairələr arasındakı münaqişənin təzahürü ola biləcəyi ehtimalları var.
Muxalifet - 11-06-2019
Türk nazirdən ABŞ-a sərt çıxış: “Sizə xərac verməyəcəyik”
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu 7 Bölgə 7 Rəng Mədəniyyət Sənət Festivalının açılışında çıxış edərək ABŞ-a mesaj göndərib.
Soylu etdiyi çıxışda bunları söyləyib:Muxalifet3 - 11-06-2019
Ruhi xəstəxanada yanğın: 6 nəfər ölüb
Ukraynada ruhi xəstəxanada baş verən yanğın zamanı 6 nəfər ölüb. Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, yanğın axşam saatlarında Odessada yerləşən ruhi xəstəxanada baş verib. Yanğın zamanı binada olan 15 nəfərdən 4-ü hadisə yerində ölüb. Ağır yaralı olan 6 nəfərdən 2-si isə xəstəxanada dünyasını dəyişib. Ölənlərdən biri tibb bacısı, digərləri xəstəxanada müalicə alan xəstələrdir. Polisin verdiyi məlumata əsasən, yanğın baş verən zaman binada 48 xəstə və 3 tibbi işçisi olub. Yanğının səbəbləri araşdırılır.
Muxalifet - 11-06-2019
“Gürcüstan NATO-ya gedən yolunu uğurla başa çatdıracaq” - Zurabişvili
“Gürcüstan NATO-ya gedən yolunu uğurla başa çatdıracaq”.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili “Associated Press”ə müsahibəsində bildirib.
Dövlət başçısı deyib ki, rəsmi Tbilisinin Avropa İttifaqına inteqrasiyası da paralel rejimdə uğurla nəticələnəcək.
S.Zurabişvili Gürcüstanın ərazi bütövlüyünün bərpa olunacağına inandığını qeyd edib.Muxalifet - 11-06-2019
Cəbhədə şəhid olan 19 yaşlı Elşənin FOTOSU
Ermənistan silahlı qüvvələrinin Tərtər rayonu istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu iyunun 9-da şəhid olub.
Şəhid Gədəbəy rayonunun İnəkboğan kəndinin inzibati ərazi dairəsində dəfn olunub.
2000-ci il təvvəllüdlü Elşən Xəlilov Gədəbəy rayonunun İnəkboğan kənd inzibati ərazi dairəsinə daxil olan Köhnəqışlaq kənd sakini idi.
Şəhidin yeni şəkillərini təqdim edirik./modern.azMuxalifet - 11-06-2019
Amerikalı onkoloq xərçənglə bağlı HƏR ŞEYİ AÇDI: bu xəstəliyə tutulmaq istəmirsinizsə...
Sağlam həyat tərzinin təbliği ilə məşğul olan Devid Aqus dünyanın ən məşhur tibb mütəxəssislərindən biri və "Sağlam və uzun ömür qaydaları" kitabının müəllifidir. Bu qaydalar toplusu ABŞ-da "New York Times" versiyasında ən çox satılan kitab olub və dünyanın 20-dən çox dilinə tərcümə edilib.
Muxalifet - 11-06-2019
Netanyahudan İrana "Atom Bombası” ittihamı
İsrailin baş naziri Netanyahu İranın atom bombasını əldə etməyə çox yaxın olduğunu iddia edib.
Benyamin Netanyahu İsrail və bütün dünyanın təhlükəsizliyini təhlükəyə atacaq olan İranın nüvə silahı əldə etməsinə qətiliklə icazə verməyəcəyini söyləyib.
"Təhdid edən Tehrandır"
İranın Xarici İşlər naziri Cavad Zərifin "Netanyahu İranı yıxmaqla təhdid edir" açıqlamasına cavab verən Netanyahu, "İki gündən bir İsraili yox etməklə təhdid edən Tehrandır" deyib.Muxalifet3 - 11-06-2019
Qəbələdə AĞIR QƏZA: 1 ölü, 3 yaralı
Qəbələ rayonunda ağır yol-nəqliyyat hadiəsi baş verib.
Hadisə ötən gecə Nic qəsəbəsində saat 05 radələrində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.Muxalifet - 11-06-2019