Axtarış

The search found 105785 results in 0.03 seconds.

Search results

  1. Fazil Məmmədov haqqında SENSASİON FAKTLAR – “19 yaşlı oğluna 2 milyon avro veriblər ki, get Almaniyada şirkət aç...” / SƏNƏDLƏR

    Sabiq vergilər naziri Faizl Məmmədov haqqında sensasion faktlar açıqlanıb. Muxalifet.az araşdırmaçı jurnalist Cavanşir Həsənlinin Facebook səhifəsində yaydığı faktları olduğu kimi təqdim edir: Sabiq vergilər naziri Fazil Məmmədovun Almaniyadakı biznesi çöküb. Keçmiş baş darğanın Düsseldorfdakı klinikası bağlanıb, tikinti və daşınmaz əmlak şirkətləri bir-birinin ardınca qapadılır. Keçmiş nazir faktiki olaraq Almaniyadakı 20 illik fəaliyyətinə son qoyub. Heş İngiltərərədəki işləri də o qədər uğurla getmir.

    Muxalifet4 - 10-06-2019

  2. Şimali İrlandiyada 'Trampa tullan' sərgisi görənləri çaşdırdı

    "Jump Trump" adlı interaktiv sərgi ziyarətçilərə mübahisəli bir siyasi fiqur olan Donald Trampa dair hisslərini ifadə etmə imkanı təmin edir. Şimal İrlandiyanın paytaxtı Belfastda təşkil edilən Belfast Fotoşəkil Festivalı maraqlı bir sərgiyə ev sahibliyi edir. Bir çox fotoşəkil sərgisini ehtiva edən festivalda, "Jump Trump (Trampa Tullan)" adlı interaktiv sərgi ən diqqət çəkicidir.

    Muxalifet3 - 10-06-2019

  3. “WhatsApp”dan növbəti YENİLİK: Başqasının profilini...

    “WhatsApp” sosial şəbəkəsi yeni özəllikləri istifadəyə verməyə hazırlaşır.
    Muxalifet.az xarici KİV-lərə istinadən xəbər verir ki, dəyişikliyə görə, bundan sonra istifadəçilər qarşı tərəfin icazəsi olmadan onun profil şəklini telefonuna qeyd edə bilməyəcək. Digər özəllik isə fotoların göndərilməsi ilə bağlıdır.
    Belə ki, qarşı tərəf sizin göndərdiyiniz fotoları yükləmədən onların həcmini və sayını görə biləcək. Məlumata görə, xidmətlər hələ ki test mərhələsindədir. İstifadəçilər yeni özəlliklərə böyük dəstək verib.

    Muxalifet - 10-06-2019

  4. Türk nazirdən cəsarətli S-400 açıqlaması

    Rusiyadan alınacaq S-400 havadan müdafiə sisteminin “azadlıq və müstəqillik' bəyannaməsi” olduğunu vurğulayan Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu, "Niyə S-400 üçün mübarizə edirik. Dərdimiz nədir? Əgər almasaq səhv edərik. Çünki S-400 alma günümüz bizim bu gündür. S-400 bir azadlıq və müstəqillik bəyannaməsidir. Kim Türkiyənin azadlıq və müstəqilliyini istəyirsə, S-400 məsələsində 'bəli hökumət doğru edir' deyə qışqırmalıdır. Amerikadan istədik, verdimi, vermədi. Palçığa yatdı. İndi özümüz alırıq, çünki bu gün buna gücümüz çatdı. Dünən çatsaydı, dünən alardıq.

    Muxalifet3 - 10-06-2019

  5. ​Fransanın Qarabağdakı qondarma qurumla imzaladığı xartiya ləğv edildi

    Fransa ədliyyə orqanları bu ölkənin Arnuvil şəhəri və 1992-ci ildən bəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yaradılmış qondarma qurumu təmsil edən Şeher inzibati bölgəsi arasında imzalanmış dostluq xartiyasını qeyri-qanuni elan edib və onu ləğv edib.
    Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb. 

    Muxalifet - 10-06-2019

  6. Deputatlardan “Qaloş piri”ndəki izdihama fərqli REAKSİYA: “Bara getməkdənsə, ziyarətgaha getsinlər”

    Sosial şəbəkələrdə Goranboyun Qurbanzadə kəndindəki pirdə çəkilən görüntülər müzakirələrə səbəb olub. Müzakirələrin səbəbi isə insanların nicat tapmaq üçün gəldiyi pirdə başlaına hansısa geyim əşyasının sürtülməsidir. Əvvəlcə iddialarda həmin geym əşyasının qaloş olduğu bildirilirdi. Guya, insanların mədət umduğu həmin qaloşu vaxtilə burada yaşamış Seyid Miribiş ağa geyinib.

    Muxalifet - 10-06-2019

  7. Spirtli içkilərlə bağlı XƏBƏRDARLIQ: “Keyfiyyətsiz qablaşdırma materiallarından istifadə edilir”

    “Kustar üsulla alkoqollu içkilərin hazırlanması yolverilməzdir və bu insan sağlamlığı üçün təhlükəlidir”.

    Bunu Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən bildiriblər.

    Rəsmi məlumata görə, kustar üsulla alkoqollu içkilərin hazırlanmasında daha çox metil spirtindən istifadə edilir:

    Muxalifet - 10-06-2019

  8. Ukrayna sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirdi - SƏBƏB

    Moldovada yaranan siyasi böhranla əlaqədar Ukrayna bu ölkə ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib.

    Azərtac Ukrayna Təhlükəsizlik Xidmətinə istinadla xəbər verir ki, sərhəddə gediş-gəliş zamanı insanlar ciddi yoxlanılır. Təhlükəsizlik Xidməti sabitliyi qorumaq üçün Moldovanın müvafiq qurumları ilə informasiya mübadiləsini intensivləşdirib. Ukrayna Xarici İşlər Nazirliyi isə Moldovada sabitliyin qorunması üçün köməyini təklif edib.

    Muxalifet4 - 10-06-2019

  9. “Neftin qiyməti 30 dollara qədər düşəcək, bu realdır...” - RUSİYA NAZİRLƏRİ AÇIQLADI

    Rusiyanın baş nazirinin müavini və maliyyə naziri Antn Siluanov, habelə energetika naziri Aleksandr Novak əmindirlər ki, dünya bazarlarında neftin qiymətinin 30 dollara qədər düşməsi realdır. Və bunun əsası OPEC+ razılaşmasının pozulması ehtimalıdır.

    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Rusiya nazirlərinin sözlərindən TASS sitat gətirir.

    Muxalifet4 - 10-06-2019

  10. Bakıda gömrük terminalında ölüm hadisəsi baş verib

    Bakıda gömrük terminalında ölüm hadisəsi baş verib.

    Muxalifet.az report-a istinadən xəbər verir ki, Səbail rayonunda yerləşən “İpək yolu” gömrük terminalında Türkiyə vətəndaşı 65 yaşlı Ahmet Tez qəfildən ölüb.

    A.Tez TIR sürücüsüdür. O, Azərbaycana yük gətiribmiş.

    Ölümün ilkin səbəbi kimi infarkt göstərilir, dəqiq səbəb araşdırmalardan sonra məlum olacaq.

    Muxalifet4 - 10-06-2019

  11. Prezident Təhsil Nazirliyinə 18 milyon manat ayırdı - SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

    Muxalifet4 - 10-06-2019

  12. Səudiyyə vəliəhdinin planı ifşa olundu: O, ölkəyə "killer" göndərib

    Sudanda aprel ayında reallaşan hərbi çevrilişdən sonra ölkəyə Səudiyyə Ərəbistanından üst səviyyə ziyarət reallaşdırılıb. Şahzadə bin Salmanın kiçik qardaşı Xalid bin Salman və Birləşmiş Ərəb Əmrlikləri Xarici İşlərdən məsul dövlət naziri Enver Qaraqaş ötən həftənin cümə günü gizlicə Sudana səfər edib və qısa bir görüşdən sonra ölkəni tərk edib. Bu görüşdə Orta Şərqin "killer" Məhəmməd Dahlanın da olduğu bildirilib.

    Muxalifet3 - 10-06-2019

  13. “İCRA BAŞÇISI OTELİMİ ƏLİMDƏN ALMAQ İSTƏYİR…” – İş adamından Ziyəddin Əliyevə qarşı ŞOK İTTİHAMLAR

    “Mən keçən illər ərzində minbir əzab-əziyyətlə Quba-Qəçrəş turizm bölgəsində 16 nəfər işçini özündə birləşdirən otel qurub yaratmışam. İlk illər otel mənfəətlə işləyirdi. Evimizə, ocağımıza bir loxma çörək apara bilirdik. Lakin Ziyəddin Əliyev rayona başçı təyin olunduğu ilk günlərdən bizim obyekti hədəfə götürdü”.

    Quba rayonundan olan iş adamı Yusif Piriyevin Prezident İlham Əliyevə ünvanladığı məktubunda belə deyilir.

    Muxalifet4 - 10-06-2019

  14. ​Türkiyə İslandiyaya nota verdi: Qarşılığı olacaq...

    İslandiyanın bizdən üzr istəməsini gözləyirik.
    Bu sözləri AKP-nin millət vəkili Yavuz Subaşı deyib.
    O bildirib ki, hava limanında yaşananlar nə idman prinsiplərinə, nə insanlığa nə də centilmenliyə uyğundur.
    Türkiyə millisinin keçmiş oyunçusu Alpay Özalan da məsələ ilə bağlı bunları deyib: "Lazımi cavabı yoldaşlarımız meydanda verəcək. Sakit olub, işimizi görmək bizim birinci dərəcəli vəzifəmizdir".
     

    Muxalifet3 - 10-06-2019

  15. Bakıda gömrük terminalında Türkiyə vətəndaşı İNFARKDAN ÖLDÜ

    Bakıda gömrük terminalında ölüm hadisəsi baş verib.
    Muxalifet.az xəbər verir ki, Səbail rayonunda yerləşən “İpək yolu” gömrük terminalında Türkiyə vətəndaşı 65 yaşlı Əhməd Tez qəfildən ölüb.
    Ə.Tez TIR sürücüsüdür. O, Azərbaycana yük gətiribmiş.
    Ölümün ilkin səbəbi kimi infarkt göstərilir, dəqiq səbəb araşdırmalardan sonra məlum olacaq.
     

    Muxalifet3 - 10-06-2019

  16. Putinin gəlməsini gözləyirik, hazırlıq gedir - Falih

    Rusiya Prezidenti Vladimir Putinin oktyabr ayında Səudiyyə Ərəbistanına gəlməsini gözləyirik və bu səfər iki ölkə arasındakı əlaqələrin inkişafını sürətləndirəcək.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının Energetika naziri Xalid əl-Falih bildirib.
    Falih iki il öncə də Putinin səfərinin iki ölkə arasında əməkdaşlığın inkişafına böyük güc qatdığını söyləyib.
    Onun sözlərinə görə, Putinin səfəri zamanı gözlənilən ikitərəfli viza rejiminin sadələşdirilməsi üçün hazırlıq işləri davam etdirilir.
     

    Muxalifet3 - 10-06-2019

  17. Zakir Həsənov Hulusi Akarla görüşdü

    İyunun 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar ilə Naxçıvanda görüşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə türkiyəli nazir Naxçıvan şəhərinin mərkəzində ucaldılan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib. Sonra H.Akar Mustafa Kamal Atatürkün büstünü də ziyarət edib və önünə əklil qoyub.

    Muxalifet3 - 10-06-2019

  18. Müharibəni biz başlatmayacağıq, ancaq bitirən tərəf.. - Zərif

    Heç bir müharibəni başladan tərəf biz olmadıq və olmayacağıq. Ancaq bizə savaş açan bir ölkə savaşı bitirən tərəf olmayacaq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İran XİN rəhbəri Cavad Zərif almaniyalı həmkarı Hayko Maasla keçirdiyi mətbuat konfransında bildirib.
    "Heç kim xalqımıza yönəlik bir addım ata bilməz. Belə bir halda sərt cavabla qarşı-qarşıya qalacaq. Bölgədəki problemlərin mənbəsi İsrailin müdaxiləsi və ABŞ-ın davamlı dəstəyidir", - Zərif qeyd edib.
     

    Muxalifet3 - 10-06-2019

  19. Qarabağ Ermənistanı məhv edir - Nəşnl İnterest

    Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqovun dünyanın beynəlxalq münasibətlər üzrə tanınmış ən məşhur jurnallarından biri olan “Nəşnl İnterest”də “Dağlıq Qarabağ münaqişəsi Ermənistanı məhv edir” başlıqlı məqaləsi çap edilib.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, məqalə həmin məcmuədə mayın 14-də qondarma Dağlıq Qarabağ rejiminin xarici işlər nazirinin Dağlıq Qarabağı müstəqil dövlət kimi göstərməyə çalışan məqaləsinə cavab olaraq yazılıb.

    Muxalifet3 - 10-06-2019

  20. Bu ölkə də İraq və Əfqanıstandan ordusunu geri çəkir

    İraq və Əfqanıstanda xidmət edən Yeni Zelandiya əsgərləri 2020-ci ildə mərhələli olaraq bu ölkələrdən çıxarılacaq.
    Muxalifet.az xəbər verir ki, bunu Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern Nazirlər Kabinetinin iclasından sonra bildirib.
    Onun sözlərinə görə, İraq hərbçilərinə təlim verən Yeni Zelandiya əsgərləri 12 ay, Əfqanıstanda xidmət edən əsgərlər isə 18 ay ərzində geri çəkiləcək.

    Muxalifet3 - 10-06-2019

Pages