Axtarış
The search found 105785 results in 0.036 seconds.
Search results
Misir Mərdanovun qardaşına YÜKSƏK VƏZİFƏ VERİLDİ
Şabranın keçmiş polis rəisi Əli Mərdanov "Azərişıq” ASC-də vəzifəyə təyin olunub.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, Ə.Mərdanov "Azərişıq” ASC-nin Qusar Elektrik Şəbəkəsinin rəisi təyin olunub.Muxalifet - 10-06-2019
ABŞ səfirindən qalmaqal “işğala dəstək” açıqlaması
ABŞ-ın İsraildəki səfir David Friedman “New York Times” qəzetinə verdiyi müsahibədə, "Mövcud şərtlər altında İsrailin, hamısı olmasa da, Qərbi Yaxanın bəzi qisimlərini əlində tutmağa haqqı olduğunu düşünürəm" deyərək İsrailin ilhaq planına açıqdan dəstək verib.
ABŞ səfirinin bu sözlərinə Fələstin cəbhəsində təpki göstərilib.Muxalifet3 - 10-06-2019
Bakıda xəstəxananın həyətində DƏHŞƏT: Ər arvadının boğazını kəsdi
Bakıda ər arvadının boğazını kəsib.
Hadisə bu gün səhər saatlarında Yasamal rayonu Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib. Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı tərəfindən ailə münaqişəsi zəminində boğazı kəsilib. Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan yaralının vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır./APA
Muxalifet - 10-06-2019
“Bu gərginlik onunla bağlıdır ki, Paşinyan Qarabağa öz adamını rəhbər qoymaq istəyir...” - BELƏ GETSƏ NƏTİCƏLƏR ACINACAQLI OLACAQ?
Yerevanla Xankəndi arasında gərgin münasibətlər Qarabağda qarşıdakı “prezident seçkiləri” ilə əlaqəlidir.
Belə mövqe ilə erməni politoloq Yervand Bozoyan “Sputnik Armenia” agentliyinə açıqlamasında çıxış edib.
“Təbii ki, Paşinyan hakimiyyətə gələndən sonra güclənməyə çalışır. Seçkilərdən sonra o, parlamentdə çoxluğu əldə etdi. İndi isə məhkəmə hakimiyyəti üzərində nəzarəti ələ keçirməyə çalışır”-Bozoyan deyib.
Muxalifet - 10-06-2019
"QANUNİ OĞRULAR" ARASINDA BÖYÜK HESABLAŞMA - "Lotu Quli" və Eduard Asatryan qarşı-qarşıya
Kriminal aləmin ən ağır çəkili şəxslərinin arasındakı konflikt getdikcə böyüyür. Söhbət "qanuni oğrular" Nadir Səlifov ("Lotu Quli") və Eduard Asatryanın ("Edik Tibilisskiy") arasındakı münaqişədən gedir.
Muxlifet.az bildirir ki, hər iki "qanuni oğru"unun klanları arasında ziddiyyət kəskinləşir. Kriminal aləmlə bağlı ekspert kimi tanınan Aleksandr Sidorovun (Fima Jiqanes) fikrincə, oğru aləmində gözlənilmədən müharibə başlana bilər. Onun fikrincə "qanuni oğrular" təsir sahələrinin yenidən bölüşdürülməsi üçün ciddi mübarizəyə qoşulublar.Muxalifet - 10-06-2019
İngiltərədən Avropa Birliyinə sərt çıxış: ÖDƏMƏYƏCƏYİK
İngiltərənin Avropa Birliyindən (AB) ayrılma müddətinin əvvəlindan bu yana ən böyük dəstəkçilərindən olan keçmiş Xarici İşlər naziri Boris Johnson, ölkəsi ilə AB arasında varılan “Brexit” razılaşmasının gərəyi olaraq İngiltərənin ödəməsi lazım olan təxminən 44 milyard yevroluq təzminatı dərhal ödəməyəcəkləri ilə təhdid edib.
Muxalifet3 - 10-06-2019
“Pirə gedənlər İslamın ən böyük günahını edir” – İLAHİYYATÇI ELŞAD MİRİ QALOŞ PİRİNDƏN DANIŞDI
Son iki gündə ölkənin bir nömrəli gündəmi Goranboyda yerləşən Qaloş piri oldu. İnsanların buraya gedib qaloşdan mədət umması sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Məsələ ilə bağlı “Yeni Sabah”a danışan ilahiyyatçı Elşad Miri bildirib ki, ümumiyyətlə, pirlərə getmək şirk qoşmaqdır. Şirk isə İslamda ən böyük günahdır. “Allahın özündən istəməyib də, bir vasitəçi ilə allahdan istəmək də şirkdir. İslamda pirlərə, ocaqlara sitayiş etmək yoxdur. Onlardan nə isə istəmək, ummaq günahdır. Bu gün baxsaq, görəcəyik ki, pirlərə gedənlərin əksəriyyəti qadınlardır.
Muxalifet - 10-06-2019
Kasım-Comart Tokayev prezident seçkilərində qələbə qazandı
Qazaxıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.
APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədr müavini Konstantin Petrov deyib. Bildirib ki, prezident Kasım-Comart Tokayev seçkilərdə qələbə qazanıb. O, 70,76 faiz səs toplayıb.
Digər namizədlərdən Daniya Yespayeva 5,2 faiz, Amircan Kosanov 16,2 faiz səs yığıb.
K.C.Tokayev komandasına və etimad göstərdikləri üçün xalqa təşəkkür edib.
İyunun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri 9-da keçirilib.
Muxalifet - 10-06-2019
Usubov bu polisləri işdən qovdu - Prokurorluqdan açıqlama
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları barəsində cinayət işinin başlanması ilə bağlı yayılan məlumat doğru deyil.
Bunu Report-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.
O bildirib ki, vəkil Orxan Kəngərlinin polis şöbəsində təzyiqə məruz qalması barədə etdiyi müraciətə əsasən Binəqədi Rayon Prokurluğunda müvafiq araşdırma davam edir və nəticəsi barədə məlumat veriləcək.Muxalifet - 10-06-2019
İcra nümayəndəsi “Qaloş pirindən” DANIŞDI - “O qaloş deyil, seyidin papağıdır, şəkk eləməyin!” - VİDEO
Sosial şəbəkələrdə Goranboyun Qurbanzadə kəndindəki pirdə çəkilən görüntülər səs-küylü müzakirələrə səbəb olub. Müzakirələrin səbəbi isə insanların nicat tapmaq üçün gəldiyi pirdə başına qaloş sürtdürməsidir. İddialara görə, qaloş burada yaşayan Seyid Miribiş ağaya məxsusdur.
Muxalifet.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin Qurbanzadə kənd icra nümayəndəsi Mehman İbrahimov məsələ ilə bağlı Modern.az-a açıqlama verib.
M.İbrahimov deyilənlərin həqiqətə uyğun olmadığını bildirərək, müzakirələri yersiz adlandırıb:Muxalifet - 10-06-2019
“Texnoloji müharibə başladı” - Putin
ABŞ-ın Çin nəhəngi “Huawei” şirkətinə yönəlik sanksiyalarını şərh edən Rusiya prezidenti Vladimir Putin, "Digital çağın ilk texnologiya müharibəsidir" deyib.
Vladimir Putin ABŞ öndərliyindəki Qərb ölkələri tərəfindən icra edilən “Huawei “şirkətini qlobal bazardan çıxarmaq cəhdinin texnoloji bir müharibənin başlanğıcı olaraq görülə biləcəyini söyləyib.
Putin şirkətə qarşı icra edilən kampaniyanın yaxınlaşmaqda olan digital çağın ilk texnologiya müharibəsi olaraq qiymətləndirildiyinə diqqət çəkib.
Muxalifet3 - 10-06-2019
Azərbaycanda televiziya və radiolar 9 saat işləməyəcək
Bu gün Azərbaycanda televiziya və radiolar 9 saat işləməyəcək.
Muxalifet.az-ın məlumatına görə, kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı səhər saat 06:00-dan başlayıb və günorta saat 15:00-dək dayandırılacaq.
Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2019-ci ilin cədvəlinə əsasən dörd profilaktika nəzərdə tutulub.
Birinci profilaktika martın 4-də keçirilib. Növbəti kompleks profilaktika sentyabrın 16-da və dekabrın 9-da keçiriləcək.Muxalifet - 10-06-2019
Türkiyədə gəmi batdı - AZI İKİ NƏFƏR ÖLDÜ
Türkiyənin Bursa vilayətində gəmi batıb. Yerli mətbuatın yazdığına görə, hadisə nəticəsində azı 2 nəfərin batdığı bildirilib.
8 nəfərin Türkiyə sahil mühafizə xidməti tərəfindən xilas edildiyi qeyd edilir. Xilas edilənlər arasında əcnəbilərin də olduğu bildirilir, lakin onların vətəndaşlığı açıqlanmır.
Gəmidə hansı səbəbdən qəza baş verməsi və batması barədə hələ məlumat verilmir.
Hazırda suda batanların meyitlərinin tapılması istiqamətində iş aparılır.
Muxalifet - 10-06-2019
Ağcabədidə 14 yaşlı qız intihar etdi
Ağcabədi rayonunda yeniyetmə qız intihar edib.
“Report” xəbər verir ki, rayonun Qaradolaq kənd sakini 14 yaşlı A.Şirinova özünü yaşadığı evin həyətində asaraq intihar edib.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Muxalifet - 10-06-2019
ŞOK: İki kişi qadınları küçədə vəhşicəsinə döydü - ANBAAN VİDEO
Oteldən çıxan iki şəxs iki əcnəbi qadına hücum çəkib və onları küçənin ortasında vəhşicəsinə döyüblər. Hadisə Türkiyənin Beyoğlu mahalında baş verib.
Unikal.org Türkiyə mətbutaına istinadən xəbər verir ki, hücum çəkən şəxslərdən biri qadını yaxınlıqdakı mağazanın pəncərəsinə çırpıb. Çırpılmanın təsirindən şüşə parçalanıb və qadın yaralanıb.Muxalifet - 10-06-2019
Türkiyə Milli Komandaya görə İslandiyaya nota verdi!
Türkiyənin A Milli Futbol Komandasının havalimanında saatlarla gözlədilməsi hadisəsinə görə İslandiyaya nota veriləcək. Türkiyənin Xarici İşlər naziri Mevlud Çavuşoğlu İslandiya Xarici İşlər nazirinə zəng edərək birbaşa etirazını bildirəcək.
Müxalifət.azMuxalifet3 - 10-06-2019
Ermənistanda meriya binasına qumbara atdılar
Ermənistanın Vedi şəhərində qumbara partlayıb.
Hadisə ilə bağlı erməni KİV-ləri xəbər yayıb.
Məlumata görə, hadisə gecə saatlarında baş verib, yerli sakin qumbaranı meriya binasına atıb.
Qumbaranın meriya binasının nikah qeydiyyatı şöbəsinin otağına düşdüyü bildirilir. Partlayış nəticəsində binaya ziyan dəyib.Muxalifet - 10-06-2019
Xırdalanda DƏHŞƏTLİ QƏZA: Maşın dilənçini əzib yolun ortasına atdı - VİDEO
İyunun 2-də Xırdalanda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb.
Sosial şəbəkədə paylaşılan görüntülərdə Masazır dairəsi deyilən ərazidə “Mercedes” markalı avtomobilin yol kənarında dayanmış şəxsi vurduğu, daha sonra isə işıq dirəyinə çırpıldığı əks olunub.
Zərbənin təsirindən həmin şəxs bir neçə metr kənara düşüb.
Hadisə nəticəsində yol kənarında dilənçiliklə məşğul olduğu deyilən şəxs ağır xəsarət alıb.
Həmin görüntüləri təqdim edirik:Muxalifet - 10-06-2019
Türkiyənin Milli Futbol Komandası qalmaqalına İslandiyadan ilk açıqlama
İslandiya Futbol Federasiyasının Təhlükəsizlik üzrə məsul şəxsi Reynisson yaşanan hadisələrdən sonra ilk açıqlama verən səlahiyyətli olub.
İslandiya ilə oynayacağı EURO-2020 seçmələri üçün bu ölkəyə gedən Türkiyənin A Milli Futbol Komandasına bu ölkədə edilən 3.5 saatlıq qalmaqal təhlükəsizlik axtarışı və tualet fırçası hörmətsizliyindən sonra ilk açıqlama verilib.Muxalifet3 - 10-06-2019
Güzəştli mənzil satışının yeni tarixi AÇIQLANDI
Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binaları üzrə 10 mənzil, həmçinin 10, 11, 12 və 13 saylı binalarında yerləşən 243 mənzilin, ümumilikdə 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı 12 iyul 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 17 iyul 2019-cu il tarixi saat 00:00-dək davam edəcək.
Muxalifet - 10-06-2019