Axtarış
The search found 105785 results in 0.043 seconds.
Search results
QAZAXISTANDA ƏDALƏTSİZ SEÇKİYƏ QARŞI AKSİYA... - 500 nəfər saxlanıldı
Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultanın mərkəzində etiraz aksiyası keçirilib. RİA Novosti-nin verdiyi məlumata görə, aksiyaçılar Qazaxıstanda ədalətli Prezident seçkilərinin keçirilməsi tələb ediblər.
Muxalifet.az oxu.az-a istinadən bildirir ki, icazəsiz aksiyada iştirak edən 500-ə qədər şəxs saxlanılıb.
Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kojayev jurnalistlərə açıqlamasında bildirib ki, küçələrdə icazəsiz aksiyaların keçirilməsi ilə vəziyyəti gərginləşdirmək cəhdi olub, 500-ə qədər şəxs saxlanılıb.
Muxalifet4 - 10-06-2019
ABŞ-Çin qarşıdurması dünya iqtisadiyyatını çökdürür - BVF-nin icraçı direktoru
Ticarət müharibəsi dünya iqtisadiyyatının inkişafına əsas təhlükədir. Bu, eyni zamanda bir sıra digər risklər - çox aşağı faiz dərəcələri və inkişaf etmiş iqtisadiyyatların borc səviyyəsinin artması deməkdir.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristin Laqard Yaponiyanın Fukuoka şəhərində keçirilən G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərləri ilə görüşdə bəyan edib.
Muxalifet4 - 10-06-2019
"Sistem hazırda nokdaundadır, biz nokaut təklif edirik" - ZELENSKİ
Qurultayda deputatlığa namizədlərin siyahısı təqdim edilib. Ukrayna Prezidenti Vladimir Zelenski Xalq Xidmətçisi Partiyasının ölkədə yeni hakimiyyət sistemi formalaşdırmağa imkan verəcəyinə və köhnə hakimiyyət sistemini nokauta salacaqlarına əmindir.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, V. Zelenski bunu bu gün Xalq Xidmətçisi Partiyasının Kiyevdə keçirilən qurultayında bəyan edib.
Qurultayda deputatlığa namizədlərin siyahısı təqdim edilib, partiyanın proqramı təsdiqlənib.
Muxalifet4 - 10-06-2019
Qorbaçov "Çernobıl" serialından danışdı
"Mən hələ “Çernobıl” teleserialını izləməmişəm".
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri SSRİ-nin son lideri Mixail Qorbaçov RİA Novosti-yə açıqlamasında deyib.
Qeyd edək ki, 1986-cı ildə Çernobıl AES-də baş verən partlayış və onun dəhşətli fəsadlarından bəhs edən amerikan teleserialı çox qısa zamanda dünyada böyük izləyici kütləsi toplayaraq trendə çevrilib.
Qorbaçov Çernobıl faciəsi baş verəndə SSRİ rəhbəri idi.Muxalifet4 - 10-06-2019
Almaniyada məscidlərə hücum!
Almaniyada həftə sonunda iki fərqli məscidə hücum reallaşdırılıb.
Hessen əyalətinin Kassel şəhərindəki Diyanət İşləri Türk İslam Birliyinə məxsus (DİTİB) Mərkəz Məscidinə şəxsiyyəti hələ müəyyən olunmayan adam, ya da şəxslər tərəfindən hücum həyata keçirilib.
Kassel Mərkəz Məscid Dərnəyinin rəhbəri Seyfəddin Eryörük məscidlərində camaatın olmadığı saatlarda daşla hücum edildiyi və şüşələrin qırıldığını ifadə edib.
Eryörük hücumu qınadığını ifadə edərək hadisənin məsullarının ən qısa müddətdə tutulmasını istəyib.Muxalifet3 - 10-06-2019
Çirkli bazarlığa Türkiyə “yumruğu”
Yunan Kipri birtərəfli addımlarıyla Şərqi Aralıq dənizidə təzyiqin artmasına səbəb olur. Türkiyə isə çirkli bazarlıqlara maneə törətmək və Türk Kiprinin haqqlarını qorumaq üçün səy göstərir.
3.5 trilyon kub metr təbii qaz ehtiyatı, 1 milyard 700 milyon barel neft qaynağı, bağlı qapılar arxasında icra edilən çirkli bazarlıqlar... Şərqi Aralıq dənizidə gərginlik hər keçən gün artır.
Türkiyə və KKTC-nin prosesdən kənar tutulması təzyiqi yüksəldir
Muxalifet3 - 10-06-2019
Türkiyədə GÜCLÜ PARTLAYIŞ
Türkiyədə fabriklərin birində güclü partlayış baş verb.
Kocaeli vilayətinin Karatəpə rayonunda qeydə alınan partlayışdan dərhal sonra bütün işçilər fabrikdən təxliyə olunub.
Hadisə yerinə yanğınsöndürmə və xilasedicilər cəlb olunub. Hazırda yanğının qarşısının alınması istiqamətində operativ iş aparılır.
Partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil./PublikaMuxalifet - 10-06-2019
Çavuşoğlundan Türk komandasına edələn hörmətsizliyə sərt açıqlama
Türkiyənin Xarici İşlər naziri Mevlud Çavuşoğlu A Milli Futbol Komandasının İslandiya Havalımanında saatlarla gözlədilməsinə sərt təpki verib. Nazir Çavuşoğlu 'Milli Komandamızın İslandiya Havalımanında məruz qaldığı rəftar qəbul edilə bilməz. Buna cavab olaraq lazım olanı edəcəyimizdən millətimizin şübhəsi olmasın' deyib.
Müxalifət.azMuxalifet3 - 10-06-2019
Azərbaycana qarşı yeni hiyləgər plan - Ermənistanın 2 məkrli hədəfi
Ermənistan son 11 ildə ilk dəfə Gürcüstanın xeyrinə, Rusiyanın əleyhinə mövqe sərgilədi - səbəb; düşmənin “Qərbə satılmağa hazırıq!” mesajını zəruri edən amillər; Tiflisin və Kremlin cavabı nə olacaq?..
Muxalifet - 10-06-2019
Müğənninin səhnə geyimi TƏNQİD EDİLDİ: Yarıçılpaq... - FOTO
Müğənni Simge Sağın səhnə geyimi ilə sosial şəbəkədə reaksiyalara səbəb olub. Simge Çeşme səmtində konsert verib. 37 yaşlı müğənni konsertdən əvvəl sosial şəbəkədə foto paylaşıb. Onun geyimini açıq-saçıq sayan izləyicilər sərt reaksiya göstəriblər. “Heç geyinməsəydin”, “Geyinməyi unudanlardan”, “Dekoltyenin də bir ölçüsü olmalıdır” kimi rəylər yazılıb./olke.az
Muxalifet - 10-06-2019
PKK-nın üstündən xətt çəkildi
TSQ, MİT və Təhlükəsizlik qurumları ərazidə PKK-ya göz açdırmır və hər addımda təşkilatın terrorçubaşları nöqtə atışlarla təsirsiz hala gətirilir. Türkiyənin Daxili İşlər Nazirliyinin ‘axtarılanlar” siyahısındakı öldürülən 226 terrorçudan 213-ü PKK-lidır. Terrorçuların yerinin müəyyən edilməsinə kömək edən vətəndaşlara indiyə qədər 30 milyon lirəlik hədiyyə edilib.
Muxalifet3 - 10-06-2019
Türkiyə milli komandasına qarşı HÖRMƏTSİZLİK: Hava limanında saatlarla...
AVRO 2020 seçmə mərhələsi çərçivəsində H qrupunun 4-cü matçı üçün İslandiyaya gedən Türkiyə milli komandası böyük hörmətsizliklə qarşılaşıb.
Futbolçuların pasportunun yoxlanılması və üzərlərinin axtarılması prosesi saatlarla davam edib. Onların çantaları dəfələrlə yoxlanılıb.
Konya şəhərindən xüsusii təyyarə ilə İslandiya hava limanına uçan komanda buradan yalnız iki saat sonra çıxa bilib. Çıxışda jurnalistlərə açıqlama verən futbolçular kremlərinin içinə qədər axtarış aparılmasından və təkrar-təkrar yoxlanışdan keçmələrindən şikayətləniblər.Muxalifet - 10-06-2019
ABŞ-lı nazir açıqladı: Tramp yumşala bilər...
ABŞ-ın Xəzinə naziri Steven Mnuçin Çin ilə ticarət müzakirələrində irəliləmə təmin edildiyi təqdirdə prezident Donald Trampın ABŞ-ın “Huawei” şirkətinə yönəlik sanksiyalarını yumşalda biləcəyini söyləyib.
“The Guardian” qəzetinin xəbərinə görə, Mnuçin bir ticarət razılaşması olmadığı təqdirdə isə Vaşinqtonun büdcə kəsirini azaltmaq üçün gömrük tarifləri tətbiqini davam etdirəcəyi xəbərdarlığı edib:Muxalifet3 - 10-06-2019
Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 17 dəfə pozub.
MN-dan verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.Muxalifet - 10-06-2019
TSQ peşman etdi: Hamısı öldürüldü
Türkiyənin Milli Müdafiə Nazirliyindən edilən açıqlamada, "Afrində PKK/YPG terror təşkilatının dünən Tel Rıfatdan reallaşdırdığı terror hücumundan sonra bölgədə yerləri təsbit edilən terrorçular ağır silahlarla intensiv şəkildə atəş altına alınmışdır. Bu atəşlər nəticəsində hücumu reallaşdıran terrorçular təsirsiz hala gətirilmiş və şəhid olan qəhrəman silah yoldaşımız ilə yaralılarımızın qanı yerdə buraxılmamışdır. Bölgədəki terrorla mübarizəmiz son terrorçu da təsirsiz hala gətirilənə qədər əzm və dayanıqlılıqla davam edəcək" ifadələrinə yer verilib. Müxalifət.az
Muxalifet3 - 10-06-2019
Dağlıq Qarabağın Azərbaycanlı İcması beynəlxalq təşkilatlara çağırış edib
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi erməni işğalı altında olan ərazilərdə məhv edilən tarixi, mədəni, dini irsimizlə bağlı beynəlxalq auditoriyaya daha bir çağırış ünvanlayıb.
İcmadan verilən məlumata görə, çağırışda beynəlxalq ictimaiyyət ermənilərin işğalı altında olan ərazilərdə Azərbaycan xalqının milli irsinin məhv edilməsinə göz yummamağa çağrılır.
Muxalifet - 10-06-2019
Mövsümündə satılmayan qarpız-yemiş: yeyək, yeməyək?
Eyyub Hüseynov: “Hazırda satılan qarpızlarda nitratın miqdarı normadan iki dəfə artıqdır”
İyun ayının əvvəli olsa da, artıq ötən aydan başlayaraq bazarlarda qarpız, qovun satılır. Qeyd edək ki, hələ ki, bazarda daha çox qarpız məhsuluna rast gəlirik. Qiyməti isə o qədər də münasib deyil, belə ki, 1 kq-ı 3 manatdan satılır. Yəni əgər 6-7 kiloqramlıq qarpız almaq istəsəniz, 20 manatdan keçməli olacaqsız. Eləcə də qovunun qiyməti hələlik çox bahadır - kilosu 5-6 manat.
Muxalifet - 10-06-2019
Türkiyəli məşhur aktyor 50 yaşında vəfat etdi - FOTO
Türkiyəli məşhur aktyor Haktan Pak vəfat edib.
Muxalifet.az xəbər verir ki, aktyorun vəfat etməsi ilə bağlı məlumatı onun həyat yoldaşı verib. 50 yaşlı aktyorun həyatını itirməyinin səbəbi hələ ki, məlum deyil.
Aktyor sonuncu dəfə "Yasak Elma” serialında rol alıb. Haktan Pak ilk dəfə 2004-cu ildə "Hoş geldin hayat” filminə çəkilib.Muxalifet - 10-06-2019
Qanunlardan şikayətlənən Abdulbari Gozalın ŞİRKƏTLƏRİ: Siyahı
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanda inhisarçılığın olmadığını bəyan etsə də, artıq hər kəsə bəllidir ki, ölkənin qida sənayesinin böyük bir hissəsi məhz "Azərsun Holding"in nəzarətindədir.
Belə ki, adıçəkilən şirkət bu sektorda inhisarçı mövqeyə sahib olduğundan yağ, çay, qənd, şəkər tozu, ət konservləri, turşular, duz və digər ərzaq mallarının qiymətini bazarın tələb-təklif münasibətlərinə görə deyil, holdinqin prezidenti Abdulbari Gozalın şəxsi kommersiya maraqlarına əsasən müəyyənləşdirir.Muxalifet - 10-06-2019
Qaynar turlar “tərlədir”, avtobus turları isə insanların əhdini kəsir
Yay fəslinin ilk günlərində bir çoxları tətil üçün səmərəli və maraqlı təkliflər barədə düşünür. İlin 11 ayı çalışıb, 3-4 həftə istirahət etmək istəyən vətəndaş istər-istəməz keyfiyyətli və münasib turpaketləri nəzərdən keçirir.
“Yeni Müsavat” bu günlərdə çox aktual olan bu sualların cavabı ilə bağlı turizm şirkətləri arasında gəzişmə edib. Kim daha çox harda istirahət edir? Tətil şərtləri harda daha uyğundur?
Muxalifet - 10-06-2019