Axtarış

The search found 105785 results in 0.024 seconds.

Search results

  1. Saakaşvili seçkilərə öz partiyası ilə qatılacaq

    Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş meri Mixeil Saakaşvili özünün “Yeni güclərin hərəkatı” partiyası ilə Ukraynada keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.
    APA-nın xəbərinə görə, bu barədə M.Saakaşvili rəsmi “Facebook” səhifəsində paylaşdığı videoda bildirib.
    Qeyd edək ki, bundan əvvəl Kiyev şəhərinin meri Vitali Kliçko Saakaşviliyə özünün “Udar” partiyasına rəhbərlik etməyi təklif edib. M.Saakaşvili V.Kliçkonun təklifini qəbul etməyib.

    Muxalifet - 8-06-2019

  2. Naxçıvandakı döyüş təlimindən görüntülər - VİDEO

    Ötən gün Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb.
    Muxalifet.az xəbər verir ki, təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb.

    Muxalifet - 8-06-2019

  3. 5 terrorçu mağaraya sıxışdırılmışdı: Yeni gəlişmə...

    Türkiyənin Tuncəli vilayətinin Qutu Dərəsində Jandarma Xüsusi Hərəkat Birliklərinin bir mağarada gizlənmiş terrorçulara qarşı əməliyyatda 5 terrorçu silahlarıyla birlikdə təsirsiz hala gətirilib.
     
    Türkiyənin Daxili İşlər Nazirliyindən edilənə açıqlamada, ''Daxili təhlükəsizlik əməliyyatları çərçivəsində, Tuncəlinin Qutu Dərəsində Jandarma Xüsusi Hərəkat Birliklərinin bir mağarada gizlənmiş terrorçulara qarşı keçirilən əməliyyatda 5 qadın terrorçu silahlarıyla birlikdə təsirsiz hala gətirilmişdir'' deyə bildirilib.
    Müxalifət.az

    Muxalifet3 - 8-06-2019

  4. ŞOK: Rusiya və Çin dünyanı bu yolla ALDADIR – AÇIQLAMA

    Bir neçə ölkə daxili siyasətdə xal qazanmaq və ABŞ-la münasibətlərinin pis olduğunu önə çəkərək qarşılıqlı ticarətdə dollardan imtina haqqında tez-tez siyasi bəyanatlar verirlər. Amma bu bəyanatların altını real işlə doldura bilmirlər. Muxalifet.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Rusiya və Çinin qarşılıqlı ticarətdə dollardan imtina haqqında bəyanatlarına münasibət bildirərkən qeyd edib.

    Muxalifet3 - 8-06-2019

  5. ​ABŞ bu ölkəyə tətbiq etdiyi vergini dayandırdı

    Prezidenti Donald Trump Meksika ilə miqrantlar haqqında razılığa gəldiyini və bu ölkəyə tətbiq olunacaq gömrük rüsumlarının dayandırıldığını bildirib.
    Muxalifet.az xəbər verir ki, Tramp bu barədə məlumatı öz Tvitter hesabından yazıb. O bildirib ki, Meksikaya qarşı tətbiq olunacağı deyilən gömrük rüsumları qeyri-müəyyən vaxta qədər dayandırılıb. Tramp həmçinin Meksikada sosial və iqtisadi layihələrə dəstək verəcəklərini və potensial miqrantların öz ölkələrində qalmalarını təmin edəcəklərini bildirib.

    Muxalifet3 - 8-06-2019

  6. İrana səfərə hazırlaşan baş nazir Netanyahu ilə danışdı

    Yaponiyanın Baş naziri Şinzo Abe gələn həftəyə planlaşdırılan İran səfəri ərəfəsində israilli həmkarı Benyamin Netanyahu ilə telefonla danışıb. Muxalifet.az xəbər verir ki, təqribən 30 dəqiqə davam edən danışıq zamanı Ş.Abe bildirib ki, onun səfərinin məqsədi Yaxın Şərqdəki gərginliyi azaltmaqdır. B.Netanyahu regionda sabitliyin bərpası və inkişaf üçün Ş.Abe ilə əlbir çalışmağa razılığını ifadə edib.

    Muxalifet3 - 8-06-2019

  7. ​Millimizin macarlara qarşı start heyəti açıqlandı

    Avro-2020-nin seçmə mərhələsində qarşılaşacaq Azərbaycan və Macarıstan milli komandalarının start heyətləri açıqlanıb.
    Muxalifet.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə daxil olacaq.
    Azərbaycan: 1. Səlahət Ağayev, 23. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 18. Anton Krivotsyuk, 6. Bədavi Hüseynov, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 13. Dmitri Nazarov, 11. Ramil Şeydayev, 10. Mahir Emreli, 17. Renat Dadaşov.

    Muxalifet3 - 8-06-2019

  8. Rusiya və Çinin əsas hədəfi budur - Oreşkin

    Moskva və Pekin 2024-cü ilə qədər iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmini 2 dəfə artırmağı planlaşdırır. Muxalifet.az xəbər verir ki, bunu Rusiyanın İqtisadiyyat naziri Maksim Oreşkin deyib. O, iki ölkə arasındakı ticarət dövriyyəsinin həcminin 200 milyard dollara çatdırılmasının əsas hədəflərdən biri olduğunu söyləyib. Oreşkin Rusiya və Çinin energetika sektorundan yeni texnologiyalar sahəsinə qədər hər istiqamətdə də qarşılıqlı əməkdaşlıq edəcəyini bildirib.

    Muxalifet3 - 8-06-2019

  9. ​Elon Maskı işə götürmərəm, ancaq onunla... - Roqozin

    “SpeysX” şirkətinin rəhbəri Elon Maskı işə götürmərəm.
    Muxalifet.az xəbər verir ki, bunu “Roskosmos”un rəhbəri Dmitri Roqozin deyib. Roqozin jurnalistlərin “Yenidən istifadə edilə bilən raketlərin inkişaf etdirilməsi üçün Maskı işə götürərsinizmi?” - sualını belə cavablandırıb:
    “Yox, öz ekspertlərimizi yetişdirməyimiz lazımdır. O, çox məşğul bir insandır. Mən də eynən. Nəyə görə işə dəvət edim ki? Əgər bir iş üçün bura gəlsə, böyük məmnuniyyətlə onunla görüşərəm”.
     

    Muxalifet3 - 8-06-2019

  10. ​ “Erməni olsaydım, bunu gizlətməzdim” – Türkiyədən SENSASİON AÇIQLAMA

    Türkiyənin Cümhuriyyət Xalq Partiyasından İstanbul meri vəzifəsinə namizəd olan Əkrəm İmamoğlu “The Times” nəşrinə müsahibə verib.
    İmamoğlu Türkiyə hakim dairələrinin yanlış informasiya yaymaqla əhalini onun milliyyətcə türk deyil, yunan olduğuna inandırmağa çalışdığını deyib.
    “Yunan olsaydım, heç vaxt bunu gizlətməzdim. Erməni olsaydım, milli mənsubiyyətimi heç vaxt gizlətməzdim”, - deyə o vurğulayıb.

    Muxalifet3 - 8-06-2019

  11. Dodon: Hər hansı güzəşt olmayacaq

    Moldova Prezidenti İqor Dodon demokratların onu istefaya göndərmək üçün bütün vasitələrdən istifadə etdiyini açıqlayıb.
    İ.Dodon ona və ailəsinə qarşı təzyiqlərin artdığını bəyan edib.
    “Mənə dəqiq məlumat daxil olub ki, yeni Baş naziri təyin etməmək və parlamenti buraxmaq üçün opponentlərim təzyiqləri artıracaqlar. Bəyan edirəm ki, hər hansı güzəştə getməyəcəyəm”, - deyə Dodon əlavə edib.
    Prezident qeyd edib ki, parlamentdə fraksiya formalaşan kimi onlarla Baş nazirin təyini məsələsini müzakirə etməyə başlayacaq.
     

    Muxalifet3 - 8-06-2019

  12. Bu ölkədə təbii fəlakət 34 can aldı...

    Hindistanın Uttar Pradeş və Madya Pradeş əyalətlərində yağış, dolu, ildırım və qum fırtınası 34 nəfərin ölümünə səbəb olub. Muxalifet.az xəbər verir ki, təbii fəlakətlər nəticəsində həmçinin 57 nəfər yaralanıb. Hindistanın rəsmi qurumları Uttar Pradeşdə 31 baş mal-qaranın tələf olduğunu, 16 evə ziyan dəydiyini açıqlayıb. Madya Pradeşdə temperaturun 47 dərəcəni ötdüyünü açıqlayan Hindistan Hidrometereologiya İdarəsi isti hava dalğasının yaxın bir neçə gün ərzində təsirli olacağını bildirib.

    Muxalifet3 - 8-06-2019

  13. Belyankinin qətli ilə bağlı daha 6 erməni saxlanıldı

    Rusiya polisi xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Nikita Belyankinin qətlə yetirilməsi ilə əlaqədar 7 ermənini saxlayıb. Muxalifet.az xəbər verir ki, polis Moskvada inşaat şirkətlərindən birinin rəhbəri David Yegizaryanı həbs edib. Beləliklə, qətl hadisəsi ilə əlaqədar 7 nəfər, o cümlədən Rusiya vətəndaşları Sergey Xocayan, Rudik Manukyan, Artur Akobyan və Suren Markosyan, Ermənistan vətəndaşları Narek Stepanyan və Saak Saakyan saxlanılıblar. Sergey Xocayan qətli törətməkdə, qalanları isə xuliqanlıqda təqsirləndirilir.

    Muxalifet3 - 8-06-2019

  14. AKP-nin məğlub olması üçün hər şeyi edəcəyik - HDP

    Partiya olaraq dayanmadan, yuxlamadan, yemədən, içmədən çalışacağıq ki, AKP məğlub olsun. Muxalifet.az xəbər verir ki, bunu HDP həmsədri Pərvin Buldan deyib. O, hakim partiyanın seçkilərdə məğlub olması üçün HDP həmsədrləri və millət vəkillərinin əllərindən gələni edəcəklərini söyləyib: “Bu seçkilər bizim üçün çox önəmlidir. İstanbulda AKP-MHP-nin namizədinin məğlub olması üçün 31 martdakı mövqeyimizi 23 iyunda da davam etdirəcəyik”. Qeyd edək ki, 23 iyunda İstanbulda bələdiyyə seçkiləri keçiriləcək.

    Muxalifet3 - 8-06-2019

  15. Binəlidən vətəndaşa: Sözü zurna kimi uzatmayın - Video

    Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbuldan bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırımın Şanlıurfada heyətə daxil ola bilməyən subpodratçıyla dialoqu diqqət çəkib.
    Muxalifet.az xəbər verir ki, Binəli Yıldırım Şanlıurfada vətəndaşlarla görüş zamanı verilən sözlərə əməl edilməməsindən şikayət edən subpodratçıya "sözü zurna kimi utazmayın, deyin baxacağıq. Pis-yaxşı çalışırsınız, davam edin", - deyə cavab verib.
     

    Muxalifet3 - 8-06-2019

  16. ​ABŞ-ın İranın ən böyük şirkətini hədəf almasına - Cavab

    ABŞ-ın İran neft-kimya sənayesi ilə bağlı sanksiyaları beynəlxalq hüququn əsas prinsiplərinə ziddir. Muxalifet.az xəbər verir ki, bunu ABŞ-ın İranın “Persian Gulf Petrochemical İndustries” şirkətinə qarşı sanksiya tətbiq etməsinə münasibət bildirən İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib. O bildirib ki, dünya ölkələri də bu məsələdə səssiz qalmamalıdır: "İranın neft-kimya sənayesinə tətbiq edilən sanksiyalar iqtisadi terrorizmin bir nümunəsidir və bu, ABŞ-ın İrana qarşı düşmənçiliyi davam etdirdiyini göstərir. ABŞ-ın bu siyasəti uğursuz olacaq.

    Muxalifet3 - 8-06-2019

  17. Dünyanın ən bahalı futbolçusu oldu - 229 milyon avro

    Dünyanın ən bahalı futbolçularının adları açıqlanıb.
    "Business Insider"in araşdırmalarına görə, PSJ-bib və Fransa millisinin üzvü Kilian Mbappe siyahıya başçılıq edir. 21 yaşlı hücumçunun dəyəri 229 milyon avrodu.
    İkinci pillədə PSJ-nin brazilyalı hücumçusu Neymar qərarlaşıb - 206 milyon avro. "Barselona"sının argentinalı futbolçusu Lionel Messi 183 milyon avro ilə üçüncü pillədə qərarlaşıb.
    "Yuventus"da çıxış edən Portuqaliya yığmsının üzvü Kriştiano Ronaldo 19-cu pillədə qərarlaşıb - 103 milyon avro.
     

    Muxalifet3 - 8-06-2019

  18. Bu ölkədə nazir və deputatlara smartfonlar qadağan edildi

    Malayziyada Nazirlər Kabinetinin iclasına və dövlət səviyyəli rəsmi iclaslara nazirlərin, millət vəkillərinin və bürokratların smartfon telefonlarla daxil olması qadağan edilib. Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Malayziya Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Sanusi Sidek deyib. O bildirib ki, dövlət əhəmiyyətli görüşlərdə təhlükəsizlik üçün təhdid doğuran bütün rəqəmsal cihazlardan istifadə qadağandır: "Dövlət sirrləri qanuna əsasən, yüksək səviyyəli danışıqlardan məlumatların sızmasının qarşısını almaq üçün bu qərarın verilməsi vacib idi".

    Muxalifet3 - 8-06-2019

  19. “Pedaqoji Universitetin rəhbərliyi elmi-pedaqoji kadrları məhv edir” – PROFESSOR MİRZƏLİ MURQUZOV

    “Cəfər Cəfərovun gəlişi ilə ADPU-da elm və təhsil arxa plana keçdi, əməkdaşlara hücumlar başladı...” “Cəfər Cəfərov bildirib ki, biz Mirzəli müəllim haqqında böyük səhv etmişik, o, böyük ağsaqqal, böyük elm adamı idi...” “Nə qədər gec deyil, bu problemin həlli yolları tapılmalıdır. Cəfər Cəfərov isə bu problemləri həll etmək iqtidarında olan rəhbər deyil” Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) qanunsuz olaraq işdən çıxarılan əməkdaşlardan biri də professor Mirzəli Murquzovdur. Bu isim ADPU-nun bütün məzunlarına, eləcə də elm ictimaiyyətinə çox yaxşı tanışdır.

    Muxalifet4 - 8-06-2019

  20. ​Başına 300 min qoyulan daha bir terrorçu məhv edildi

    Terrorla mübarizə çərçivəsində Türkiyənin Tunceli bölgəsində həyata keçirilən əməliyyatlarda "boz kateqoriya"da yer alan 23 yaşlı terrorçu Mehriban Durmaz zərərsizləşdirilib.
    Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd edilib.
    Məlumata görə, uzun zamandır ki, axtarışda olan və tapılması üçün 300 min TL (50 min dollar) mükafat qoyulan "Berfin Ararat" kod adlı terrorçu Mehriban Durmaz Tuncelidə terrorçuların mağarasına təşkil edilən əməliyyat zamanı məhv edilib.
    Mehriban Durmazla yanaşı, daha 4 qadın terrorçu zərərsizləşdirilib.
     

    Muxalifet3 - 8-06-2019

Pages