Axtarış
The search found 105785 results in 0.036 seconds.
Search results
S-400-lərin Türkiyəyə təhvil veriləcəyi vaxt açıqlandı
S-400 raket əleyhinə müdafiə sistemlərinin Türkiyəyə 2 ay ərzində təhvil verilməsinə başlanacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Sənayesi şirkəti “Rostek” məlumat yayıb.
"Rostek"in rəhbəri Sergey Çemezov hər şeyin yolunda getdiyini, ilkin ödənişin də edildiyini bəyan edib.
Muxalifet3 - 7-06-2019
Putin Ərdoğanı təriflədi: Onun sayəsində reallaşdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi və mərdliyi sayəsində “Türkiyə axını” layihəsinin reallaşması yaxın günlərdə başa çatacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında səsləndirib.
Rusiya Prezidenti Rusiya xammalının Avropaya çatdırılmasını şaxələndirən yeni marşrutların tikintisindən danışarkən bildirib ki, “Şimal axını-2” və “Cənub axını” layihələri ləng həyata keçirilir, yaxud onların reallaşması təxirə salınır.Muxalifet3 - 7-06-2019
SON DƏQİQƏ: Fuad Abbasov aclıq aksiyasına başladı
Fuad Abbasov aclıq aksiyasına başlayıb.
Muxalifet.az xəbər verir ki, Rusiyada faəliyyət göstərən jurnalist Fuad Abbasovun ölkədən deportasiya edilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb, Moskva vilayət Məhkəməsi Ximski şəhər Məhkəməsinin qərarını qüvvədə saxladıqdan sonra bu gün Azərbaycana deportasiya olunacaq jurnalist səs yazısı paylaşıb.Muxalifet3 - 7-06-2019
Szinpindən ABŞ-la ticarət savaşı barədə suala maraqlı cavab
Bunun cavabı kağızların arasında ola bilər. Muxalifet.az xəbər verir ki, bu sözləri Çin Sədri Si Szinpin ABŞ-la davam edən ticarət böhranının nə vaxt bitəcəyi barədə jurnalistlərin sualına cavab verərkən bildirib.
Muxalifet3 - 7-06-2019
Bakı ilə bu layihələrlə bağlı mühüm işlər görürük - Nazir
Gürcüstan Transxəzər qaz kəməri, TANAP və TAP layihələrinin inkişaf etdirilməsi ilə bağlı Azərbaycanla birgə əhəmiyyətli işlər həyata keçirir.
Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat naziri Natia Turnava parlamentin İqtisadi siyasət komitəsində dinləmələr zamanı bildirib.Muxalifet3 - 7-06-2019
İmişlidə benzin daşıyan avtomaşın partladı - Foto
İmişlidə benzin daşıyan avtomaşın partlayıb.
Muxalifet.az-ın məlumatına görə, hadisə saat 19 radələrində İmişli rayon Qaravəlli kəndində baş verib.
Qaravəlli kənd sakini Zeynalov Abdul Behdulla oğlu idarə etdiyi "Man" markalı benzin daşıyan avtomaşınla evinə gəlib. O, maşını həyətindən kənarda saxlayaraq evinə gedib. Bir qədər sonra avtomaşında yanğın başlayıb, daha sonra isə partlayış baş verib.
Partlayış zamanı xəsarət alan olmayıb. Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib, alovun qarşısı alınıb.Muxalifet3 - 7-06-2019
ABŞ-dan Azərbaycanla bağlı BƏYANAT
ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat və Silahlı Xidmətlər Komitələrinin nüfuzlu üzvlərindən biri olan Maykl Törner (Respublikaçı – Ohayo) Azərbaycanın Respublika Günü münasibətilə təbrik bəyanatı ilə çıxış edib. Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib. Bəyanatda qeyd olunur ki, 28 may 1918-ci il tarixində müsəlman dünyasında ilk demokratik ölkə olan Azərbaycan Respublikasının əsası qoyulub.
Muxalifet3 - 7-06-2019
Afinada ilk dəfə məscid tikildi
Yunanıstanın paytaxtı Afinada ilk məscid tikilib. Muxalifet.Az xəbər verir ki, məsciddə 400-ə yaxın müsəlman namaz qıla biləcək. Məsciddə ilk ayinlərin bu ilin sentyabrında keçirilməsi planlaşdırılır. Qeyd edək ki, Afina bugünədək məscid olmayan yeganə Avropa paytaxtı idi.
Muxalifet3 - 7-06-2019
Feysbukdan "Huavey"ə qadağa
Feysbuk şirkəti özünün İnstaqram və Votsap əlavələrini “Huavey” smartfonlarına yükləməyi qadağan edib. Muxalifet.az xəbər verir ki, bu qadağa yalnız yeni smartfonlara şamil olunur, hazırda istifadə olunanların sahibləri isə həmin əlavələri Quql Pleystordan yükləyə bilərlər. Qadağanın hansı tarixdən qüvvəyə minəcəyi açıqlanmır. “Huavey” nümayəndələri bu məsələyə dair şərh verməyib. Ötən ay ABŞ-ın Maliyyə Nazirliyi Çinin “Huavey” şirkətini “qara siyahı”ya salıb. Bundan sonra “Quql” “İntel”, “Broadcom” kimi informasiya texnologiyaları nəhəngləri bu şirkətlə əməkdaşlığa son qoyub.
Muxalifet3 - 7-06-2019
Alman mətbuatından həddini aşan yazı: “Ərdoğan olan toya getməyin”
Məşhur Türk futbolçu Məsud Özil ilə Amina Gülşənin toylarına prezident Rəcəb Tayyib Ərdoğanı dəvət etmələri Alman mətbuatında mövzu olub.
Toyuna Rəcəb Tayyib Ərdoğanı dəvət etməklə Məsud Özil yenidən Alman mətbuatınının gündəminə oturub.
“Welt” qəzetində yer alan yazıda, Ərdoğanın qonaq olduğu toya gedəcək insanlar üçün təkliflər sıralanıb.
"DƏVƏTİ RƏDD EDİN"
Muxalifet3 - 8-06-2019
F-35-lər təyyarə gəmisinə uyğun gəlmədi: Qadağan ediləcək
ABŞ Konqresinin F-35 döyüş təyyarələriylə uyğun olmadığı üçün yeni təyyarə gəmisi CVN-79 John F. Kennedinin istifadə edilməsini qadağan edə biləcəyi ifadə edilib. “The Drive”-nın xəbərinə görə, 5-ci nəsil döyüş təyyarələri F-35C-lər CVN-79 John F. Kennedi təyyarə gəmisindəki elektromaqnetik təyyarə qalxış sistemi və inkişaf etmiş təyyarə dayandırma tərtibatıyla uyğun olmadığı üçün bu gəmi üzərində eniş və qalxış reallaşdıra bilmir. CVN-79 John F.
Muxalifet3 - 8-06-2019
“Kandildə də bayram namazı qılacağıq” – Türk nazir
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Gaziosmanpaşada əhali ilə görüşündə insanlara xitab edib. Soylu burada etdiyi çıxışında, "Allah bu millətin övladlarına önümüzdəki bayramda Kato Dağında qıldığımız bayram namazını Kandil Dağında da qılmağı nəsib etsin" deyib.
Müxalifət.azMuxalifet3 - 8-06-2019
Əsəd rejimindən xəbərdarlıq: “Geri çəkilən güllələnəcək”
Əsəd və müttəfiqlərinin may ayından bəri hücumlarını intensivləşdirdiyi Hama çölündə rejimə müxalif qruplar püskürtmə hərəkatı başladıb.
Muxalifet3 - 8-06-2019
Bakıda kriminal avtoriteti qətlə yetirənlər tutuldu - FOTO / YENİLƏNDİ
Hadisə "Favorit” supermarketinin yanında qeydə alınıb. Belə ki, avtomobilində olan kriminal avtoritetə naməlum şəxslər tərəfindən atəş açılıb. O, hadisə yerindəcə keçinib.
Güllələnərək öldürülən şəxs Mübariz Bodlu silahla qətl törətməkdə şübhəli bilinən şəxslərin adı məlum olub. Onların adları Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğludur.
Cəlalov Taleh Hüseynov Səxavət ilə birgə kriminal avtoritet olduğu deyilən Budaqlı Mübarizi öldürməkdə şübhəli bilinir.Muxalifet - 8-06-2019
Region böyük müharibə astanasında – Paşinyanın qorxulu Qarabağ gedişləri
Ermənistanın baş naziri Rusiyadan yenə əliboş qayıtdı; İrəvanın “bir qarış torpaq da verməyəcəyik” ritorikasının mümkün sonucları; rusiyalı politoloq: “İrəvan Bakını bilərəkdən yeni müharibəyə təhrik etmək üçün əlindən gələni edib...” İyunun 6-da Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında çoxdan gözlənilən görüş baş tutub. Bu görüş Azərbaycan üçün ən əvvəl Dağlıq Qarabağ kontekstində maraq kəsb edirdi.
Muxalifet - 8-06-2019
İKİNCİ İMAMOĞLU-YILDIRIM DUELİ – Teledebat hər şeyə aydınlıq gətirəcəkmi?
“Əkrəm yunanmış, terroristmiş… Allah ağıl versin!”
Türkiyədə Ramazan bayramı həmişəki kimi yüksək səviyyədə qeyd olunur, insanlar kütləvi şəkildə öz ata-baba ocaqlarına üz tuturlar. Ancaq buna baxmayaraq, iyunun 23-də keçiriləcək İstanbul bələdiyyə seçkisi mövzusu bu tətil günlərində də öz aktuallığını qoruyur.
Muxalifet - 8-06-2019
ABŞ-dan Türk pilotlarına qarşı QALMAQALLI QƏRAR: 31 iyula qədər...
Türkiyənin S-400 almasına maneə törədərək Türkiyəni havadan hücuma açıq halda tutmaq üçün təhdid yağdıran ABŞ, Arizonada F-35 layihəsi üçün təhsil alan Türk pilotlarının 31 iyula qədər ölkəni tərk etməsini istəyib. Həm S-400 təhdidləri, həm F-35-lərlə əlaqədar mövqeyi ilə ABŞ Türkiyə üçün açıq və ən ciddi təhdid olduğunu bir dəfə ortaya qoyub. S-400 alışını bəhanə edərək Türkiyəni ortağı olduğu F-35 proyektindən çıxarmağa çalışan ABŞ çox kritik daha bir addım atıb.
Muxalifet3 - 8-06-2019
Camalovlar klanına BÖYÜK ZƏRBƏ
Müdafiə Sənayesi Nazirliyinin (MSN) strukturunda kadr dəyişikliyi olub. "AzeriDefence” xəbər verir ki, nazir müavini (nazir səlahiyyətlərini icra edir) Yəhya Musayevin ötən həftə imzaladığı əmrlə "Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Xəqani İsayev tutduğu vəzifədən azad edilib. X. İsayevdən boşalan vəzifəyə hələlik təyinat olmayıb. Qeyd edək ki, Xəqani İsayev 2018-ci ilin əvvəlində mərhum nazir Yavər Camalovun əmri ilə "Optika-Mexanika” İstehsalat Birliyinə baş direktor təyin edilmişdi. O, bu vəzifəyə qədər "Cihaz” İstehsalat Birliyində çalışıb. Məlumatda qeyd olunur ki, X.
Muxalifet - 8-06-2019
Putin Paşinyana Qarabağla bağlı söz verdi ki... - Rusiyadakı görüşün SENSASİON DETALLARI
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forumu çərçivəsində bir araya gəlib. Görüşdən sonra liderlərin gündəmi ilə bağlı ziddiyyətli açıqlamalar verilib. Paşinyan mətbuat katibi Vladimir Karapetyan bildirib ki, keçirilən görüş zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Lakin Kremlin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, tərəflər arasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmayıb. İkitərəfli münasibətlərlə və ticari-iqtisadi əməkdaşlığın müxtəlif aspektləri ilə bağlı ətraflı danışıqlar baş tutub.
Muxalifet - 8-06-2019
Vikiliks qurucusunun İngilis həbsxanasındakı gizli görüntüləri ortaya çıxdı
Wikiliksin qurucusu Julian Assange İngiltərədə tutulduğu yüksək təhlükəsizlikli həbsxanada görüntülənib. Gizli kamera qeydlərini Rus xəbər agentliyi əldə edib. Bu görüntülərin çəkilməsindən qısa müddət sonra Assange-ın sağlağının pozulduğu və tibb məntəqəsidə müşahidə altında tutulduğu iddia edilir.
Rus mediasına sızdırılan gizli kamera qeydləri yüksək təhlükəsizlikli Belmarsh Həbsxanasında çəkilib. Görüntülərdə, Julian Assange başqa bir məhkum ilə söhbət edərkən görülür.Muxalifet3 - 8-06-2019