Axtarış
The search found 105785 results in 0.024 seconds.
Search results
Medvedçuk: Ukraynanı bu ölkə idarə edir
Vladimir Zelenskinin rəhbərlik etdiyi Ukraynada ölkənin xaricdən idarəedilməsi davam edir.
Muxalifet.az xəbər verir ki, bunu ukraynalı siyasətçi Viktor Medvedçuk deyib. O bildirib ki, Ukrayna bu gün "kollektiv qərb" və ən əsası ABŞ tərəfindən idarə edilir:
"Bu cür idarəemtə 2014-cü ildən başlayıb və Vladimir Zelenskinin prezidentlik dövründə də davam edir".
Muxalifet3 - 8-06-2019
Yurçeviç millimizin məğlubiyyətindən danışdı
Macarıstanı təbrik edirəm. Azərkeşlərə isə gözəl dəstəyə görə minnətdaram. İlk 20 dəqiqədə həyəcanlı idik. Rəqib standart vəziyyətlərdə təhlükəli idi. Yaxşı mübarizə apardıq. Macarıstanı təhlil etdik. Ancaq ən vacib olanı nəticədir. Buna görə də üzgünük. İlk qolu standart vəziyyətdən buraxdıq. Rəqibin təhlükəli olduğunu bilirdik. Qol vurduqdan sonra 3-cü qolu tez buraxdıq. Bəxt amili də öz sözünü dedi. Düşünürəm ki, daha çoxuna layiq idik.
Muxalifet3 - 8-06-2019
Güləşçimiz Avropa çempionatının finalında
İspaniyanın Pontevedra şəhərində gənc güləşçilərin Avropa çempionatı sona yaxınlaşır.
Muxalifet.az xəbər verir ki, iyunun 8-də 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulublar.
Mübarizəyə dörddəbir finaldan başlayan Asxab Həmzətov (92 kq) Bolqarıstan idmançısına rahat qalib gələrək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə çexiyalı həmkarına da şans verməyən Balakən güləş məktəbinin yetirməsi adını finala yazdırıb. A.Həmzətov iyunun 9-da həlledici qarşılaşmaya çıxacaq.Muxalifet3 - 8-06-2019
Trampla Makronun birgə əkdiyi ağac qurudu - Foto
ABŞ Prezidenti Donald Trampla fransalı həmkarı Emmanuel Makronun ötən il Ağ Evin həyətində birgə əkdikləri ağac quruyub.
Muxalifet.az xəbər verir ki, bunu Fransanın “Monde” qəzeti yazıb.
"Fiqaro" qəzeti isə məlumatı təsdiqləyərək ağacın ABŞ tərəfindən tətbiq edilən karantin rejiminə tab gətirə bilmədiyi üçün quruduğunu bildirib.Muxalifet3 - 8-06-2019
NASA kosmosa səyahət qiymətini açıqladı... - AGENTLİK İLLİK 4 MİLYARD XƏRCİNİ ÇIXARMAQ İSTƏYİR
Amerika fəza agentliyi NASA özəl şəxslərin Beynəlxalq Fəza Stansiyasına ödənişli uçuşlarına icazə vermək niyyətində olduğunu elan edib.
Stansiyada qalmaq, o cümlədən kommunal xidmətlərdən istifadəsinin sutkalıq dəyəri bir sərnişin üçün 35 min dollar olacaq. Bu məbləğə stansiyaya və geri uçuş qiyməti daxil deyil. Sərnişinlər uçuş qiymətini ixtisaslaşmış turistik agentliklərlə ayrıca razılaşmalı olacaqlar.
Gözlənilir ki, nəqliyyat təqdim edəcək tərəflərdən biri İlon Maskın SpaceX özəl fəza şirkəti olacaq.
Muxalifet4 - 9-06-2019
"Nardaran məhbusu"nun səhhəti kəskin pisləşib - "O, çox ağır vəziyyətdədir"
Nardaran hadisələri ilə əlaqədar mühakimə olunmuş Əbülfəz Bünyadovun səhhətinin kəskin pisləşdiyi bildirilir. "Əbülfəz yatağa məhkum olunub, sərbəst hərəkət edə bilmir. O, müalicə müəssisəsində saxlanılır və ona digər məhbuslar baxır. Əvvəlki xəstəlikləri- onurğa zədəsi, hepatit C ilə yanaşı, son vaxtlar bağırsaq infeksiyasından əziyyət çəkir və yemək yeyə bilmir. Biz başqa yerdə də analiz nümunələrini yoxlatdıq. Həkimlər bağırsaqda güclü infeksiya və göbələk aşkar etdilər, bağırsaq funksiyasını itirib. O, çox ağır vəziyyətdədir," onun həyat yoldaşı Leyla Bünyadova bildirib.
Muxalifet4 - 9-06-2019
Зачем Кремлю защищать банду средних силовиков?
Созданная в России система отличается не тем, что преступления в ней заказываются с самого верха, а тем, что действия силовиков в ней покрываются на самом верху
B пятницу стало известно, что в Москве был задержан журналист "Медузы" Иван Голунов. Судя по всему, ему подбросили наркотики. Наша задача - задача сообщества российских журналистов - состоит в том, чтобы выяснить, кто это сделал. И чтобы заказчики горько об этом пожалели.
Muxalifet4 - 9-06-2019
Azərbaycan-Türkiyə birgə hərbi təlimi davam edir - VİDEO
Təlimin planına uyğun olaraq səhra şəraitində açılmış komanda məntəqələrindən idarəetmə sistemləri vasitəsilə döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitlərdə qoşunların fasiləsiz idarə olunması praktiki həyata keçirilir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun olaraq fəaliyyət göstərir.
Muxalifet4 - 9-06-2019
Turizmdən milyardlar qazanan Gürcüstan... - VƏ BU MƏSƏLƏDƏ AZƏRBAYCANLILARIN ROLU!
2019-cu ilin yanvar-may aylarında əcnəbilər Gürcüstanı təxminən 3 milyon dəfə ziyarət ediblər, onlardan 1.7 milyonu turist səfərləri olub. Bu barədə “Sputnik Georgia” ölkənin Milli statistika komitəsinə istinadən məlumat yayıb. Qarşıdan gələn turizm mövsümündə isə Gürcüstana səfər edəcək əcnəbilərin sayının daha da artacağı gözlənilir. Artıq həftə ərzində bu ölkəyə təyyarə reyslərinin sayı 590-a çatıb. Mənbə yazır ki, Gürcüstanda turistləri ən çox cəlb edən qiymətlərdir. Bu ölkəyə edilən səfərlərin sayına görə Rusiya liderlik edir.
Muxalifet4 - 9-06-2019
PREZİDENTDƏN QALMAQALLI AÇIQLAMA - “Ay Marsın bir hissəsidir”
Donald Tramp özünün “Twitter” mikrobloqunda bildirib ki. Ay Marsın bir hissəsidir. Onun bu qeydi istifadəçilər arasında çaşqınlıq yaradıb. Buna qədər amerikalı astronavt Maykl Kollinz prezident Trampın kosmos məsələlərində naşı olmasını kəskin tənqid etmişdi.
İyunun 7-də ABŞ dövlət başçısı “Twitter” mikrobloqunda Ayın Mars planetinin bir hissəsi olduğunu yazıb. “NASA... diqqəti iri şeylərə yönəltmək lazımdır, məsələn, Marsa (Ay bunun bir hissəsidir)”, - Tramp yazıb.
Muxalifet4 - 9-06-2019
Emin Ağalarov azərbaycanlı müğənniyə vəzifə verdi
Azərbaycanlı ifaçı Bəxtiyar Əliyev (Bahh Tee) Rusiyada fəaliyyət göstərən Jara radiosunun (Jara FM) baş prodüseri təyin olunub.
Bu barədə B.Əliyev sosial şəbəkədə məlumat yayıb.
Onu bu posta Azərbaycanın xalq artisti Emin Ağalarov gətirib.
Muxalifet4 - 9-06-2019
AZAL prezidenti ŞOKDA - Cahangir Əsgərovun işdən çıxardığı şəxs vəzifəsinə qayıtdı...
Ötən ilin sentyabrında vəzifəsindən azad edilən “Silk Way Holding” MMC-nin prezidenti Zaur Axundov yenidən postuna qayıdıb – iyunun 3-dən etibarən işə çıxır.
Muxalifet.az xəbər verir ki, bu sensasiyalı məlumatı azpolitika.info-ya “Silk Way Holding”dəki mənbələrdən daxil olub.
Muxalifet4 - 9-06-2019
TÜRKİYƏDƏN MÖHTƏŞƏM QƏLƏBƏ - Dünya çempionu Konyada "diz çökdürüldü" / VİDEO, FOTOLAR
İyunun 9-da Avro-2020-nin seçmə mərhələsində H qrupu üzrə Türkiyə millisi ilə Fransa yığması qarşılaşıb.
Muxalifet.az xəbər verir ki, qarşılaşma Konyada baş tutub.
***
Matç başladı
***
Türkiyə 30-cu dəqiqədə hesabı açır. Ayhan fərqlənir - 1:0.***
40-cı dəqiqədə Cengiz Ünder hesabı 2:0 edir.***
Birinci hissə başa çatdı.***
Matç bitdi.
***
Qeyd edək ki, Türkiyə tarixində ilk dəfə Fransa millisinə qalib gəlib.Muxalifet4 - 9-06-2019
Bakıda kriminal avtoritetin öldürülməsinin ŞOK TƏFƏRRÜATLARI - Qadın məsələsi və...
Bakıda kriminal avtoritetin qətlinin təfərrüatı məlum olub.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, Mübariz Budaqlıya atəşi Taleh Cəlalov açıb.
Hadisə təqib zamanı baş verib. Belə ki, qurbanın avtomobili tıxaca düşüb və T.Cəlalov lüləsi kəsilmiş ov tüfəngindən atəş açıb. Əvvəlcə güllə avtomobilin ön şüşəsinə dəyib, ikinci atəş isə M.Budaqlını ölümcül yaralayıb.
Muxalifet4 - 9-06-2019
Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir - NAZARBAYEV SƏS VERDİ
Qazaxıstanın birinci prezidenti - Elbası Nursultan Nazarbayev paytaxtda 58 saylı məntəqədə, Məktəblilər sarayında səs verib.
Virtualaz.org-un məlumatına görə, o bildirib ki, Qazaxıstanda keçirilən prezident seçkilərində xalq şəxsiyyətlə bərabər gələcəyinə, taleyinə, ölkəsinə səs verir.
Qazaxıstanın fəaliyyətdə olan Prezidenti Kasım-Jomart Tokayev isə Nur-Sultan şəhərində “Astana Opera”nın binasında yerləşən 115 nömrəli seçki məntəqəsində səs verib.
Muxalifet4 - 9-06-2019
Ermənilərin Qars bələdiyyəsi tərəfindən qəbulu ETİRAZLARA SƏBƏB OLDU - Azarbaycanlılar ayağa qalxdı...
Ermənistan hökuməti yanında idman, mədəniyyət və turizm təşkilatının keçmiş rəhbəri İşxan Zakaryan başda olmaqla bir qrup erməni ictimai xadimin Türkiyənin Qars şəhəri bələdiyyəsi tərəfindən qəbul edilməsi azərbaycanlı diasporunun güclü etirazlarına səbəb olub.
Belə ki, Qarsda təhsil alan azərbaycanlı tələbələr, Əsassız Erməni İddilarına qarşı Mübarizə Dərnəyi (ASİMDER) və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) erməni heyətinin qəbul edilməsinə etiraz bildiriblər.
Muxalifet4 - 9-06-2019
Bakıda kriminal avtoritetin güllələnmə anı... - VİDEO
Bakıda qətlə yetirilən kriminal avtoritet Mübariz Budaqlının ölüm anının videosu yayımlanıb.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, videogörüntüdə 43 yaşlı kriminal avtoritetə aid “Mercedes” markalı avtomobilə Taleh Cəlalov tərəfindən atəş açıldığı eşidilir. Daha sonra M. Budaqlının başına açılmış atəş nəticəsində həyatını itirdiyi görünür.
Qeyd edək ki, qətlə səbəb M.Budaqlı ilə T.Cəlalov arasındakı uzunmüddətli münaqişə olub.
Muxalifet4 - 9-06-2019
İcra başçısının ailəsində FACİƏ – Cərrahi əməliyyat zamanı öldü
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevə ağır itki üz verib. Publika.az xəbər verir ki, icra başçısının qardaşı Nizami Məhərrəmov qəfil vəfat edib. Bildirilir ki, Mahir Quliyevin qardaşı son vaxtlar ürəyindən şikayətlənirmiş. Bir neçə gün əvvəl həkim müayinəsindən keçən Nizami Məhərrəməvun əməliyyat edilməli olduğu bildirilib. Bakıdakı klinikalardan birində ürəyindən şuntlama – “anju” əməliyyatı keçirilən icra başçısınının qardaşının halı qəfil daha da pisləşib. Məlum olub ki, cərrahi əməliyyat prosesi zamanı N.Məhərrəmovun beyninə qan sızıb. O, xəstəxanadaca keçinib.
Muxalifet4 - 9-06-2019
Türkiyədə suriyalılara dənizdə çimmək qadağan edildi – ŞOK SƏBƏB
Türkiyənin Bursa şəhərinin Mudanya bölgəsində suriyalı qaçqınlara sahilə getmək və dənizdə çimmək qadağan edilib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Mudanya bələdiyyəsi qərar qəbul edib. Bələdiyyədən verilən açıqlamada Mudanya xalqının narahat olduğuna görə belə bir qərar verildiyi bildirilib.
Muxalifet4 - 9-06-2019
Bakı "AVRO-2020"ni qəbul etməyə hazırdır - UEFA-dan AÇIQLAMA
Bakı tez bir zamanda özünü populyar qəbul edən şəhər kimi təqdim etməyi bacardı. Azərbaycan paytaxtı beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün çox şeylər təklif edə bilər. Bakı "AVRO-202"nin 12 qəbul edən şəhəri olmağa hazırdır.
Trend-in məlumatına görə, bu barədə UEFA-nın saytında yerləşdirilən xəbərdə bildirilir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov paytaxtın "AVRO-2020"nin dörd final oyunlarının keçirilməsi üçün hazırlandığı, eləcə də, azarkeşləri Bakıda nələrin gözlədiyinindən danışıb.
Muxalifet4 - 9-06-2019