Axtarış

The search found 105785 results in 0.024 seconds.

Search results

  1. ​Ramil Usubov vəkili döyən polislərə cəza yağdırdı – RƏİS MÜAVİNİNİ SİSTEMDƏN QOVDU

    Ötən ay Bakının Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsində gənc vəkil Orxan Kəngərlinin fiziki şiddətə məruz qalmasında adı hallandırılan polis əməkdaşları cəzalandırılıb. 
    Muxalifet.az bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Anar Qasımlı xəbər verib. 

    Muxalifet - 8-06-2019

  2. ​ŞOK: Bir ildə 15 min ailə boşanıb

    Ötən il Azərbaycanda rəsmi orqanlar tərəfindən 62,5 min nikah qeydə alınıb.
    Bu barədə Bakupost-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, 2018-ci ildə 14,9 min ailə boşanıb. 
    Qeyd edək ki, hazırda birinci nikaha daxil olanların orta yaşı kişilər arasında 27,7 yaş, qadınlar arasında isə 23,7 yaş təşkil edir. 

    Muxalifet - 8-06-2019

  3. Bakıda güllələnən kriminal avtoritetin ŞOK GÖRÜNTÜLƏRİ – VİDEO 18+

    Bakının Binəqədi rayonunda atışma olub, kriminal avtoritet güllələnib.
    Muxalifet.az primetime.az-a istinadən xəbər verir ki, hadisə “Favorit” supermarketinin yanında qeydə alınıb. Belə ki, avtomobilində olan kriminal avtoritetə naməlum şəxslər tərəfindən atəş açılıb. O, hadisə yerindəcə keçinib.
    Qeyd edək ki, qətlə yetirilən Budaqlı Mübariz Mürsəl oğlundan başqa “Mercedes” markalı avtomobildə başqa bir nəfər də olub. Ancaq o, hadisədən sonra düşərək Gülüstan qəsəbəsi istiqamətində qaçıb. Hazırda polis həmin şəxsin axtarışlarını aparır.

    Muxalifet - 8-06-2019

  4. Kürdəmirdə minik maşını aşıb, sürücü xəsarət alıb - FOTO

    Kürdəmir rayonunda yol qəzası baş verib. "Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Sor-Sor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Muradxan kənd sakini, 1940-cı il təvəllüdlü Qasımov Ağa Ağamirzə oğlu "Hyundai" markalı avtomobil ilə İmişli istiqamətində hərəkətdə olarkən qəfildən idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə A.Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 8-06-2019

  5. ​Putin Ərdoğanı öydü: “ƏSL KİŞİ KİMİ...”

    Rusiya prezidenti Vladimir Putin deyib: “Biz Türkiyə ilə birlikdə “Türk axını”nı inşa eləməyi qərara aldıq. “Türk axını” layihəsinin reallaşması daha çox Türkiyə prezidenti Tayyib Ərdoğanın kişi xarakterinin ən yaxşı keyfiyyətlərini və siyasi iradəsini nümayiş etdirməsi sayəsində mümkün olub. Prezident Ərdoğanın siyasi iradəsi, kişi xarakterinin ən yaxşı keyfiyyətlərini və ölkənin suverenliyini nümayiş etdirməsi nəticəsində yaxın bir neçə ay ərzində layihəni başa çatdıracağıq. Artıq dəniz hissəsi başa çatıb, bitib. İndi tamamlama işləri gedib.

    Muxalifet - 8-06-2019

  6. “Politbüro 2.0”: Putinin ən yaxın ətrafında kimlər var... - AZƏRBAYCANLI OLİQARX DA NAMİZƏDDİR

    Rusiyada “Minçenko Konsaltinq” şirkətinin ekspertləri prezident Vladimir Putinin ən yaxın ətrafına daxil olan şəxslərdən ibarət qeyri-formal siyasi struktur-“Politbüro 2.0”  barədə hesabat yayıb.

    Hesabatın müəllifləri Rusiya elitasının nümayəndələri ilə çoxsaylı söhbətlər əsasında Putinin yaxın ətrafına kimlərin daxil olduğunu müəyyən ediblər. Bu siyahıda mühüm sahələrin və layihələrin kuratorları yer alır.

    Muxalifet - 8-06-2019

  7. ​Ramil Usubovdan YENİ TƏYİNAT

    Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
    Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Balakən Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini polkovnik-leytenant Qədim Həsənov vəzifəsindən azad edilib.
    O, digər əmrlə Şəmkir RPŞ-nin Zəyəm Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub./report

    Muxalifet - 8-06-2019

  8. Sudandakı qətliamın arxasındakı görünməz üçlü şəbəkə

    Sudanda demokratiya keşiyi çəkən xalqa yönəlik qırğını Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmrlikləri və Misir rəhbərlikləri planlayıb.
     

    Muxalifet3 - 8-06-2019

  9. İrandan ABŞ-ın qərarına sərt təpki!

    İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi ABŞ-ın İranın neft-kimya sənayesinə yönəliki sanksiyalarına təpki göstərib.
     
    İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi ABŞ-ın İranın ən böyük neft-kimya şirkəti İran Körfəzi Neft-Kimya Sənayesi Şirkəti (Persian Gulf Petrochemical Industries Company/PGPIC) ilə 39 alt şirkətini sanksiya siyahısına salması ilə əlaqədar yazılı açıqlama verib.

    Muxalifet3 - 8-06-2019

  10. Azərbaycanda polis əməliyyat keçirdi - Narkotacir yaxalandı

    Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Stansiya Xətt Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

    Muxalifet - 8-06-2019

  11. Bakıda maşın anidən yandı, bir ailə son anda xilas oldu - VİDEO

    Bakının Qaradağ rayonu ərazisində hərəkətdə olan avtomobil yanıb. Muxalifet.az xəbər verir ki, hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, Sədərək Ticarət Mərkəzindən Avtoğazala gedən istiqamətdə hərəkətdə olan "Mercedes Panorama" markalı avtomobil anidən tüstülənib. Sürücü maşını saxlayan kimi nəqliyyat vasitəsi alovlanmağa başlayıb. Avtomobildə olan bir ailə - ata, ana və iki azyaşlı - son anda özünü çölə ataraq xilas olublar. Xəsarət alan olmayıb. Avtomobil yanaraq istifadəyə yararsız vəziyyətə düşüb.

    Muxalifet - 8-06-2019

  12. ​Gürcüstanda DAŞQIN: 500 evlik kəndlə əlaqə kəsildi

    Aramsız yağışlar Gürcüstanın Xaraquli rayonunda ciddi fəsadlar törədib.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, daşqın nəticəsində 500 ailənin yaşadığı Leqvani kəndi ətraf aləmdən təcrid olunub.
    Məcrasından çıxan çaylar rayonda yollar, körpülər, yaşayış evləri və yardımçı tikililərin dağılmasına səbəb olub. Əkin sahələri və ev təsərrüfatlarına da ciddi ziyan dəyib.
    Təbiət hadisəsinin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir. Hadisə yerinə xüsusi texnika cəlb olunub.

    Muxalifet - 8-06-2019

  13. Bakıda avtoriteti qətlə yetirənlər BELƏ SAXLANILDI - FOTO

    Binəqədi rayonunda baş vermiş silahlı insidentdən sonra cinayəti törədən şəxslərin saxlanılması ilə bağlı təfərrüatlar açıqlanıb.
    Binəqədi rayonu, Azadlıq prospektində Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Cəlalov həmyerlisi Vüsal Hüseynov tərəfindən idarə edilən "BMW" markalı avtomobillə sərnişin kimi gedən zaman Pirşağı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mübariz Budaqlının sərnişin qismində getdiyi Nazim Qədirovun idarə etdiyi "Mercedes" markalı avtomobili təqib edib.

    Muxalifet - 8-06-2019

  14. ​ŞOK: Mühafizəçi prezidenti son anda xilas etdi - VİDEO

    Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Çin Prezidenti xəsarət almaqdan son anda xilas olunub.
    O, iclasdan sonra səhnə qarşısında insanlarla əl-ələ görüşmək istəyərkən büdrəyib.
    Onu yıxılmaqdan isə Rusiya Prezidenti Vladimir Putinin cangüdəni qoruyub.
    Həmin görüntünü təqdim edirik:/BAKU.WS

     

    Muxalifet - 8-06-2019

  15. ​Zorakılıq olan bağçanın müdirinə bəraət... - Hökm açıqlandı

    Bakıda səhlənkarlıqda təqsirləndirilən "Kids studio" uşaq bağçasının müdiri Nigar Müseyibovanın cinayət işi üzrə hökm elan edilib.
    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə baş tutan prosesdə cinayət işi araşdırılıb və sonda hökm elan edilib.
    Nigar Müseyibovanın cinayət əməli sübuta yetirilməyib və məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.
    Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Nigar Müseyibovanın barəsində ittiham hökmünün çıxarılmasını istəyib.

    Muxalifet - 8-06-2019

  16. Fələstinə Qüdsün əvəzində başqa paytaxt təklif edilir

    ABŞ prezidenti Trampın əmri ilə hazırlanan 'Əsrin Müqaviləsi”nə görə, Fələstinə paytaxt Qüds şəhərinin əvəzində Abi Dis şəhəri təklif ediləcək.
     
    İsrailin məqsədlərinə xidmət edən "Əsrin Müqaviləsi”nin yaxın günlərdə açıqlanması gözlənilir. ABŞ prezidenti Donald Trampın ətrafındakı evangelik qrupun hazırladığı müqavilə bir-birindən təhlükəli maddələr ehtiva edir. Söz mövzusu plana dair beynəlxalq mediaya sızan məlumatlara görə, Fələstinin iddiası tam mənasıyla zərərsizləşdirilmək istənilir.
     
    Qüdsün əvəzində Abi Dis
     

    Muxalifet3 - 8-06-2019

  17. İmamoğlu valiyə “it” deyibmi... - PROKURORLUĞA ŞİKAYƏT VERİLDİ

    Türkiyədə CHP və İYİ Partiyadan ibarət “Millət ittifaqı”nın İstanbul böyük şəhər bələdiyyə başqanı namizədi Əkrəm İmamoğlu barəsində Ordu Valiliyi prokurorluğa şikayət edib. 

    Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, buna səbəb bir neçə gün əvvəl İmamoğlunun CHP-dən olan millət vəkillərinin müşaiyəti ilə Trabzon bölgəsindən qayıdarkən Ordu hava limanında təhlükəsizlik xidməti əməkdaşlarının onlara VİP-salondan isifadə icazəsi verməməsi zamanı yaranan qalmaqaldır.

    Muxalifet - 8-06-2019

  18. ​Dünyanın ən bahalı futbolçusu - Mbappenin transfer qiyməti 229 milyon avrodur

    "Business Insider" dünyanın ən bahalı futbolçularının siyahısını tərtib edib.
    Jurnal "Pari Sen-Jermen”in hücumçusu Kilian Mbappeni dünyanın ən bahalı futbolçusu elan edib.
    Ekspertlər, Mbappenin xərclərini 229 milyon Avro olaraq qiymətləndirirlər.
    Ən bahalı futbolçuların ikincisi "PSJ”dən braziliyalı futbolçu Neymar (206 milyon avro) seçilib.
    Üçüncü yeri "Barselona”dan argentinalı hücumçu Lionel Messi (183 milyon avro)daxil edilib.

    Muxalifet - 8-06-2019

  19. Xanım yazardan TV-lərə qarşı ağır ittihamlar – “Pullar mütəşəkkil dəstəyə çatır”

    “Azərbaycan televiziyalarında yayımlanan xeyriyyəçilik verilişlərində yığılan pullar kimlərində cibinə gedir. Xalqı aldadırlar. Orada heç bir xeyriyyəçilikdən söhbət gedə bilməz”.

    Muxalifet - 8-06-2019

  20. ​Zelenski jurnalistlərlə meşədə görüşdü – Foto

    Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərlə meşədə qapalı görüş təşkil edib.
    Virtualaz.org “112 Ukrayna” telekanalına istinadən xəbər verir ki, görüş vaxtı söhbətin hansı mövzularda aparılması barədə iştirakçılar məlumat vermirlər. Yalnız o məlumdur ki, görüşdə yalnız Zelenski deyil, onun administrasiyasının nümayəndələri də iştirak ediblər.
    Söhbət səs, yaxud video yazısı aparılmamaq şərtilə “Zalesye” şəhərkənarı iqamətgahda keçirilib. Jurnalistlər görüş vaxtı birbaşa otluqda, yaxud da yumşaq oturacaqlarda əyləşiblər.

    Muxalifet - 8-06-2019

Pages