Axtarış

The search found 105785 results in 0.043 seconds.

Search results

  1. ​Maşını bilərəkdən divara çırpdı, vəsiyyətnaməsi tapıldı - VİDEO

    Bakı-Sumqayıt şosesində bir nəfərin yaralanması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
    Məlumata görə, qəza şosenin Binəqədi rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
    Məmmədov Rahib Elton oğlu idarə etdiyi “Renault” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən minik maşını anidən yol kənarındakı beton arakəsməyə çırpılıb.
    Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Ərazidə ilkin müayinə aparan zaman qəzanın qəsdən törədilməsi ehtimalı yaranıb. Belə ki, avtomobildən sürücünün vəsiyyətnaməsi aşkarlanıb.

    Muxalifet - 8-06-2019

  2. Hökmdar üç oğluna birdən toy elədi - TOYDA MDB-DƏN HANSI PREZİDENTİN OĞUL-UŞAĞI VARDI...

    Dubay əmirliyinin hökmdarı Şeyx Məhəmməd bin Rəşid əl-Məktub iyunun 6-da üç oğluna birdən toy edib.

    Toy Dubaydakı Ümumdünya Ticarət Mərkəzində baş tutub. Qonaqlar isə əsasən ərəb ölkələrindən olan yüksək rütbəli xaricilər olub. Xəbərlərə görə əl-Məktumun sərvəti ilə müqayisə olunanda onun oğlanlarının toyu “xeyli təvazökar” hesab edilə bilər.

    Muxalifet - 8-06-2019

  3. ABŞ və Rus döyüş gəmiləri bir-birinə girdi

    ABŞ-a aid döyüş gəmisi USS Chancellorsville-nin Cənub Çin dənizində birdən istiqamət dəyişdirib, Rusiyaya aid Admiral Vinorgardov döyüş gəmisinə 50 metr yaxınlaşaraq önünü kəsdiyi bildirilib. Rusların bu iddiasına isə ABŞ-dan təcili cavab verilib. “CNN International” televiziyasının Pentaqon üzrə müxbiri Barbara Starr da sosial media hesabı Twitterdən gərginliyin yaşandığı anın görüntüsünü paylaşıb.
     

    Muxalifet3 - 8-06-2019

  4. BMT-də bayrağı olan, dövləti olmayan millət – qaraçılar haqda bilinməyənlər...

    Balaca Zəhranı qaçırıb dilənçiliyə cəlb eləmiş qaraçılar dünyanın dörd yanına səpələniblər; onların mübarizəsi, bayramı, mistik və qeyri-adi adətləri haqda gizlinlər...

    Onlara tez-tez rast gəlirik: “Sən o əziz qızın canı”, “Sən o balanın canı” deyə nəzir-niyaz istəyirlər. Sədəqə almayana kimi əl çəkmirlər, adamın geyimindən yapışırlar. Çoxları da onları sevmir, görən kimi qovurlar.

    Muxalifet - 8-06-2019

  5. Yay istirahət düşərgəsi, yoxsa valideyni “qaz kimi yolma” siyasəti? - İki həftəlik düşərgəyə 1000 manatı kimlər ödəyir?

    Məktəblilər üçün yay düşərgələri valideynləri ən çox maraqlandıran mövzulardandır. Həm istirahət, həm də səmərəli vaxt keçirmə istəyi yay düşərgələrini valideyn-uşaqlar üçün maraqlı edir. İndi sosial şəbəkədə bu sayaq onlarla elan var. Təbii ki, qiyməti yazmadan, dəbdəbəli elanlar verilir, füsunkar təbiətli məkanlardan fotolar paylaşılır. Bəs yay düşərgələrinin şərtləri necədir? Ödəniş, təklif edilən imkanlar və təhlükəsizlik hansı səviyyədədir?

    Muxalifet - 8-06-2019

  6. Paşinyandan Qarabağ AÇIQLAMASI: Danışıqlar masasında...

    Qarabağın iştirakı olmadan bu konflikti həll etmək mümkün deyil.
    Bunu jurnalistlərə açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
    O, Ermənistanın mövqeyinin guya konstruktiv olduğunu və konfliktin sülh yoluyla həllinə çalışdığını bildirib:
    “Beynəlxalq sənədlərə əsasən, konfliktin 3 tərəfi var. İndi biz Qarabağı danışıqlar masası arxasına qaytarmaq və həllin 3 tərəfin iştirakı ilə davam etdirilməsi üzərində çalışırıq”./Axar

    Muxalifet - 8-06-2019

  7. Canlı heyvanların ölkəyə gətirilməsi ilə bağlı qərara dəyişiklik edildi

    Azərbaycanda canlı heyvanların gömrük ərazisinə gətirilməsi barədə gömrük orqanı tərəfindən məlumatlar artıq baytarlıq xidməti orqanlarına deyil, Qida Təhlükəsizliyi Agentliyinə veriləcək.

    Muxalifet - 8-06-2019

  8. ​Beş milyard borcu olan şirkətin alınması nəyə səbəb olacaq? – Əgər sanksiyalar olsa...

    SOCAR-ın Rusiyada borcu olan Antipinsk NEZ zavodunu alması ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Zavodun borcunun 5 milyard dollardan çox olması ehtimal olunur. Ümumiyyətlə, Bu qədər borcu olan bir müəssisənin alınması SOCAR-a hansı risklər yarada bilər?

    Muxalifet - 8-06-2019

  9. ​Erməni girovluğundakı Dilqəm Əsgərov baba oldu - Körpənin adını... FOTO

    5 ildir ki, erməni girovluğunda saxlanan Kəlbəcər sakini Dilqəm Əgərov baba olub.
    Muxalifet.az xəbər verir ki, bu barədə Modern.az-a girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. K.Əsgərov qismən də olsa, anasına verdiyi sözünü reallaşdırdığını bildirib: 

    Muxalifet - 8-06-2019

  10. ​Azərbaycanlı diplomata AĞIR İTKİ

    Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqova ağır itki üz verib.
    Muxalifet.az xəbər verir ki, səfirin anası Xalidə xanım vəfat edib.
    O, xəstəlik səbəbindən dünyasını dəyişib.
    Qeyd edək ki, V.Sadıqov uzun illərdir diplomat kimi fəaliyyət göstərir. O, 6 il müddətində (2004-2010-cu illər) xarici işlər nazirinin müavini vəzifəsini də icra edib.

    Muxalifet - 8-06-2019

  11. ​Ərdoğan və xanımı Məsut Özilin TOYUNDA: Şahid oldular - VİDEO

    Ötən gün İngiltərənin "Arsenal" klubunun Almaniya vətəndaşı olan türk futbolçusu Məsut Özilin Əminə Gülşe ilə toyu olub.
    Muxalifet.az trend-ə istinadən bildirir ki, futbolçunun toyunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun xanımı Əminə Ərdoğan da iştirak ediblər. T.Ərdoğan və xanımı toyda nikah şahidi qismində də çıxış ediblər.
    Futbolçunun toyunda nitq söyləyən Türkiyə lideri cütlüyə xoşbəstlik arzu edib və nikahı təsdiq edən sənədi Ə.Gülşeyə təqdim edib.
    Toy mərasimi İstanbulda ailə üzvlərinin və dostların iştirakı ilə keçirilib.

    Muxalifet - 8-06-2019

  12. ​Güllələnərək öldürülən kriminal avtoritetlə bağlı ŞOK FAKTLAR - FOTOLAR

    Dünən Bakı şəhər Binəqədi rayon Rəsulzadə qəsəbəsində gülləllənərək öldürülən kriminal avtoritet Mübariz Budaqlı ilə bağlı bəzi məqamlar üzə çıxıb. Publika.az-ın əldə etdiyi məlumata görə, Mübariz Budaqli bir neçə il əvvəl silahlı xuliqanlıq əməlinə görə Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib və o, İnterpol xətti ilə axtarılıb. Daha sonra tutularaq ölkəyə gətirilən M.Budaqlı bir müddət sonra azadlığa çıxıb. O, iyunun 6-da gecə saatlarında sosial şəbəkə səhifəsində özünün dəmir barmaqlıqlar arxasındakı fotosunu yerləşdirilib.

    Muxalifet - 8-06-2019

  13. “İcbari tibbi sığortanın bunu əhatə etməməsi qəbul oluna bilməz” – Millət vəkili

    “Transplantasiya haqqında” yeni qanun layihəsi üzərində müzakirələr son mərhələyə çatıb və qanun layihəsinin payız sessiyasında birinci oxunuşda müzakirəyə çıxarılması gözlənilir.
    Bunu APA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, ürək-damar cərrahı Rəşad Mahmudov bildirib.

    Muxalifet - 8-06-2019

  14. “Azərbaycanı dağıdıcı zəlzələ gözləmir” - Qurban Yetirmişli

    “Hər bina üçün ayrıca tədqiqat aparılmalıdır ki, zəlzələyə davamlılığı nə qədərdir”

    İyunun 7-də Xəzər dənizində zəlzələ qeydə alınıb. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələnin maqnitudası 4,7 bal, dərinliyi 62 km olub. Zəlzələ sahilə yaxın ərazilərdə 3 bala qədər hiss olunub.

    Muxalifet - 8-06-2019

  15. ”Mənzilə sənəd vermək üçün məndən rüşvət istəyirlər” - ”Yeni Bakı” Yaşayış Kompleksinin sakinləri narazılıq edir

    “2013-cü ildə mənzil almışam. 6 ildir həmin mənzilə çıxarış ala bilmirəm. İDF MMC illərdir bizdən kommunal xidmət haqqı və s. kimi əlavə xərclər tələb edir. İndi də heç bir borcu olmayan mənzilimə kupça (mülk sənədi) almaq üçün məndən 250 manat rüşvət istəyir. Mənim isə bu pulu ödəməyə imkanım yoxdur”. Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Yeni Bakı” Yaşayış Kompleksinin sakini Ramin Hüseynov belə deyir. O, aidiyyatı qurumlardan xahiş edir ki, onların problemlərinin həllinə yardımçı olsunlar.

    Muxalifet - 8-06-2019

  16. Bu gün dənizə getmək istəyənlərin nəzərinə - NAZİRLİK XƏBƏRDARLIQ EDİR

    Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında 28-33, Bakıda 29-31 dərəcə isti təşkil edəcək. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi əsəcək.

    Muxalifet - 8-06-2019

  17. İsgəndər Həmidov bu gün ölkəyə qayıdır

    Şəhriyar Məcidzadə: “O deyir ki, nə olursa olsun, vətənimdə olsun”

    Türkiyədə müalicə alan sabiq daxili işlər naziri İsgəndər Həmidovun bu gün ölkəyə qayıdacağı gözlənilir. Bir neçə gün öncə onun yanında olan köməkçisinin feysbuqda paylaşdığı statusda qeyd edilib ki, sabiq nazir iyunun 8-də vətənində olacaq.

    Muxalifet - 8-06-2019

  18. ​Rövşən Lənkəranskinin "bandası" həbs edildi - VİDEO

    Rusiya Federasiyasının Nijni Tagil şəhərinin Lenin rayon məhkəməsində mediada "Rövşən Lənkəranskinin bandası" adlandırılan 12 nəfərlik cinayətkar qrupa hökm oxunub.
    Telman Vəliyev, İsa Əbilov, İlkin Əbilov, Mixail Allahverənov, Asim Abbasov, Maskal Vidak, Denis Qayov, Emil İgidov, Xıdır Hacıyev, Eduard Trakslel, Orxan Muradov və Roman Lenkov quldurluq və soyğunçuluq, qanunsuz silah alveri, yaşayış yerinin toxunulmazlığının pozulması və qəsdən sağlamlığa orta dərəcədə zərər vurmada ittiham ediliblər.

    Muxalifet - 8-06-2019

  19. Tramp gülüş hədəfində: BİABIRÇI SƏHVƏ YOL VERDİ

    ABŞ prezidenti Donald Tramp öz “Twitter” hesabında Ayı Mars planetinin bir hissəsi adlandırıb.
    Amerikalı lider NASA-nı Aya uçuşlarla bağlı söhbətlərə son qoymağı və əsas diqqəti daha irimiqyaslı kosmik proqramlara, o cümlədən, Marsa səyahətə yönəltməyə çağırıb. Tramp yazıda Ayın “qırmızı planet”in bir hissəsi olduğunu qeyd edib.
    Onun bu yazısı sosial şəbəkədə rişxənd obyektinə çevrilib.
    “7 iyun 2019-cu il. Ayın Marsın bir hissəsinə çevrildiyi gün”, - deyə sosial şəbəkə istifadəçilərindən biri yazıb.

    Muxalifet - 8-06-2019

  20. Ailədaxili zorakılığa məruz qalan qadınların dəli olmaq riski artır - İLGİNC ARAŞDIRMA

    İngiltərədə Birminhem Universiteti tərəfindən aparılan bir araşdırma sübut edb ki, ailədaxili zorakılığa məruz qalan qadınların ciddi psixi xəstəliklərə tutulma riski 3 dəfə daha artıqdır.
    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, nəticələri British Journal of Psychiaty jurnalında yayımlanan araşdırma İngiltərədə ailədaxili zorakılığa məruz qalan və yaşadıqlarını həkimlərinə danışan 18 min 547 qadın üzərində həyata keçirilib. Bu qadınlar illərlə izlənib və əlamətləri ailədaxili zorakılığa məruz qalmayan, bənzər yaşlarda 74 min qadınla müqayisə edilib.

    Muxalifet - 8-06-2019

Pages