Axtarış
The search found 105785 results in 0.025 seconds.
Search results
Əli Kərimin oğlu Türkiyəyə 3 qızıl qazandırdı - Bizim isə siyahıda adımız olmayıb
Fizika üzrə Avropa Olimpiadasında Türkiyə tələbələri 35 ölkə arasında 3 qızıl, 2 gümüş medal qazanıb. Bu tələbələrin qalibiyyətlərinin səbəbi isə müəllimləri Azər Kərimovdur. Bu barədə məlumatı təhsil eksperti Etibar Əliyev paylaşıb.
Muxalifet - 7-06-2019
Putinlə Paşinyan görüşdü - Nədən danışdılar?
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli münasibətlərlə bağlı məsələlər müzakirə olunub.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, tərəflər arasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmayıb:
"Dağlıq Qarabağ məsələsinə toxunulmayıb. İkitərəfli münasibətlərlə və ticari-iqtisadi əməkdaşlığın müxtəlif aspektləri ilə bağlı ətraflı danışıqlar baş tutub".Muxalifet - 7-06-2019
İki azərbaycanlı ermənini udub çempion oldu - VİDEO
Gürcüstanda yeniyetmələr arasında WKF karate üzrə beynəlxaq turnir keçirilib.
Yarışda ölkəmizi təmsil edən yeniyetmə karateçilərdən ibarət komanda möhtəşəm qələbələrlə Vətənə dönüblər. Belə ki, Azərbaycanın 7 döyüsçüsü 1-ci, 4 döyüsçü 2-ci, bir nəfər isə 3-cü yeri tutub.
10 yaşlı idmançımız Abdulrəzimov Polad Mahir oğlu öncə gürcü idmançıya qalib gələrək adını finala yazdırıb, daha sonra isə erməni rəqibini məğlub etməklə çempion adını qazanıb.Muxalifet - 7-06-2019
Qardabanidə ər-arvad amansızlıqla qətlə yetirildi
Gürcüstanda Azərbaycanlıların kompakt şəkildə yaşadığı Qardabani rayonunda kiçik sahibkarlıqla məşğul olan ər və arvad küt alətlə öldürülüb.
APA-nın yerli bürosu “İnterPressNews”a istinadən xəbər verir ki, ölənlərin cəsədləri tanınmaz hala salınıb. Öldürülənlərin qohumları cinayətin səbəbinin intiqam ola biləcəyini bildiriblər. Onların övladlarının isə Rusiyada yaşadığı qeyd olunub. Hadisə şahidləri öldürülən ailənin evinin divarlarında cinayətlə bağlı Rusiyada yaşayan oğullarına mesaj göndərildiyini bildiriblər.Muxalifet - 7-06-2019
Arvadını balkondan atıb öldürən art-direktor məhkəmədə konvoya “belimi qaşı, ay brat” deyir... - HƏMİN GECƏ EVDƏ YAŞANAN DƏHŞƏTLƏR AÇIQLANDI
Bakı Ağır Cinayətlər Məhkəməsində “Buta Palace”ın art-direktoru həyat yoldaşını balkondan yerə ataraq xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan təqsirləndirilən şəxs məhkəmə zalına əlil arabasında gətirilib və şüşə kabinaya salınmayıb. Prosesə boyunca rabitəsiz nitqlər söyləyən R.Taxveli gah hakimə “ay sudya” deyə müraciət edib, gah da konvoya “belimi qaşıyın, ay brat” deyib.
Muxalifet - 7-06-2019
Bu şəxslərə ŞAD XƏBƏR - 1824 AZN maaş alacaqlar
Azərbaycanda yeni fəaliyyətə başlayacaq kommersiya məhkəmələrinin sədrlərinin maaşları məlum olub.
Muxalifet.az xəbər verir ki, bununla bağlı məsələ "Məhkəmələr və hakimlər haqqında” qanuna əlavə edilən yeni fəsildə öz əksini tapıb.
Belə ki, kommersiya məhkəmələrinin sədrləri də ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin sədrləri kimi Ali Məhkəmə sədrinin vəzifə maaşının 80%-i həcmində - 1824 manat maddi təminat alacaq.Muxalifet - 7-06-2019
SON DƏQİQƏ: ABŞ-la Rusiya arasında növbəti GƏRGİNLİK: Döyüş gəmisinin qarşısını...
ABŞ donanmasına aid “USS Chancellorsville” döyüş gəmisi Cənubi Çin dənizində qəfildən istiqamətini dəyişərək Rusiyaya aid “Admiral Vinorgardov” gəmisinin qarşısını kəsib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Sakit okeanda olan alayı informasiya yayıb.
Açıqlamada toqquşmanın qarşısını almaq üçün Rusiya heyətinin manevrlər etdiyi bildirilib.Muxalifet - 7-06-2019
Küçənin ortasında öldürülən 3 uşaq anasının əri bu gün Rusiyadan qayıdırmış - TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi, Bakıda qadın küçədə bıçaqlanaraq qətlə yetirilib.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, hadisənin ilkin təfərrüatları öyrənilib.Muxalifet - 7-06-2019
Azərbaycanda deputatların sayı artırılsın! – Yeni təşəbbüs
Azərbaycanda Milli Məclis deputatlarının sayının artırılması ilə bağlı təşəbbüs irəli sürülüb.
“Yeni Sabah” xəbər verir ki, bu təkliflə keşmiş deputat Alqış Musayev çıxış edib. YAP üzvü bildirib ki, son vaxtlar növbədənkənar parlament seçkilərindən danışılır. Amma o parlament seçkilərinin vaxtında- 2020-ci ildə keçirilməsinin daha real və məqsədəuyğun olduğunu düşünür:
Muxalifet - 7-06-2019
“Ərdoğan BVF-yə üz tutmamaqda haqlıdır, ABŞ-ın sanksiya siyasəti yanlışdır” - AMERİKALI PROFESSOR
Amerikalı iqtisadiyyat professoru, Cons Hopkins Universitetinin əməkdaşı Stiv Hanke prezident R.T.Ərdoğanın Beynəlxalq Valyuta Fonduna (BVF - IMF) qarşı tətbiq elədiyi siyasətdə haqlı olduğunu söyləyib. Bəlli olduğu kimi, Türkiyə Beynəlxalq Valyuta Fonduna borclarını ödədikdən sonra bir daha borc almayıb. Bir çox mütəxəssislərin BVF-dən kredit götürməyi riskli hesab elədiklərini qeyd edən professor deyib: “Ədoğanın bu günə qədər həyata keçirdiyi ən ağıllı işlərdən biri BVF ilə növbəti dəfə müqavilə imzalamamaqdır.
Muxalifet - 7-06-2019
Tanınmış müğənni: "Ərim xoruldadığına görə dəfələrlə..." - video
Müğənni Hatice "Müge ve Gülşen'le 2. Sayfa" proqramının qonağı olub.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı xanım hər kəsi təəccübləndirən açıqlama verib. O, gecə yatarkən səsə qarşı həssas olduğunu, buna görə də yatarkən qulağını bağladığını bildirib. Hatice deyib ki, evli olarkən eks həyat yoldaşı xoruldadığına görə dəfələrlə hamamdakı vannada yatıb.Muxalifet - 7-06-2019
Azərbaycanda BİABIRÇI OLAY: Əmisi oğlu ilə nişanlandı, dayısı oğluna qoşulub qaçdı
İsmayıllı rayonunun Quşencə kəndində qəribə hadisə baş verib.
Muxalifet.az Azvision.az-a istinadən xəbər verir ki, bir ilə yaxındır ki, əmisi oğlu ilə nişanlı olan 25 yaşlı qız başqa oğlana qoşularaq qaçıb. Məlum olub ki, onun evlənmək məqsədilə qaçdığı şəxs doğma dayısı oğludur.
Sakinlərin bildirdiyinə görə, həmin qızın bu yaxınlarda əmisi oğlu ilə toyu olacaqdı. Hətta ailələr toy tarixini də müəyyən ediblərmiş.
Quşencə bələdiyyəsinin sədri Ramiz Ağayev faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə ötən gün baş verib.Muxalifet - 7-06-2019
Fuad Abbasova ŞOK QADAĞA: 50 il ərzində Rusiyaya...
Azərbaycanlı jurnalist Fuad Abbasova 50 il müddətində Rusiya ərazisinə giriş qadağan olunub.
“Report”un Rusiya bürosu mötəbər mənbələrə istinadən xəbər verir ki, bu barədə qərar Rusiya Federal Təhlükəsizlik Xidmətinin sorğusuna əsasən çıxarılıb.
Ötən gün Fuad Abbasovun şikayət ərizəsini qəbul etməyən Moskva Vilayət Məhkəməsi əvvəlki məhkəmə qətnaməsini qüvvədə saxlayıb.
F.Abbasov bu gecə Moskva-Bakı təyyarə reysi ilə Rusiyadan deportasiya olunacaq.Muxalifet - 7-06-2019
Azərbaycanda vakant müəllim yerlərinin SAYI AÇIQLANDI
Azərbaycanda orta məktəblərdə bütün fənlər üzrə 4925 vakant müəllim yeri var.
Bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə bildirib.
Nazirlik rəsmisi deyib ki, may ayında İnsan Resursları Mərkəzi tərəfindən məktəblərdəki vakant yerlər haqqında məlumatlar sistemə daxil edilib.
Muxalifet - 7-06-2019
12 milyard pulla tutulan xüsusi xidmət polkovnikinin nazir müavini Azər Talıbovla şübhəli əlaqələri - MƏRKƏZİ BANK RƏHBƏRİNİN ADAMIDIR...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin bankları kurasiya edən idarəsinin rəisi, iri məbləğlərdə rüşvət alma ittihamı ilə bu günlərdə həbs olunan polkovnik Kirill Çekalinin işi çərçivəsində Mərkəzi Bank rəhbəri Elvira Naibullinanın əlaqələri araşdırılır. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, konkret olaraq Mərkəzi Bank rəhbərinin Azər Mütəllim oğlu Talıbova əlaqələri öyrənilir. Azər Talıbov Mərkəzi Bank və onun rəhbərinin maliyyə sxemlərində xüsusi etibar qazanmış şəxsdir. 1979-cu ildə Moskvada anadan olub, MQİMO-da təhsil alıb.
Muxalifet - 7-06-2019
Eldar Mahmudovun 5 milyardını ölkədən çıxaranların vəkilləri çıxış etdi - özləri son söz üçün vaxt istədi
Ölkədən milyardlar çıxarmaqda ittiham edilən şəxslərin məhkəməsi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pulu leqallaşdırmada təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı ediblər. Vəkillər müdafiə etdikləri şəxslərin günahsız olduğunu bildirərək barələrində bəraət hökmü çıxarılmasını istəyiblər. Təqsirləndirilən şəxslərin hər biri son söz üçün məhkəmədən vaxt istəyiblər.
Muxalifet - 7-06-2019
Babək prospektində problem - Su borusu partladı
Babək prospekti 56 ünvanında (Maşın bazarının yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-nə məxsus su xəttində qəza baş verib.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı işlərinə başlanılır.
Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Muxalifet - 7-06-2019
“PAŞİNYAN TOTAL NƏZARƏTƏ CAN ATIR” – “Gürcüstanı Azərbaycanın qucağından ayırmaq…”
Bir neçə gün əvvəl BMT-nin Baş Assambleyasında Gürcüstanın işğal olunmuş ərazilərilə bağlı keçirilən səsvermədə Paşinyan hökumətinin tutduğu mövqe erməniləri narahat etməyə başlayıb.
Muxalifet - 7-06-2019
Həkim səhlənkarlığı: qulaqları zəiflədi, gözləri çəpləşdi, iflic oldu - VİDEO
Masallı Rayon Mərkəzi Xəstəxanasında aparılan əməliyyat bir gəncin həyatını alt-üst edib.
Oxu.Az-ın məlumatına görə, bel nahiyəsində qıl dönməsi şikayəti ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına müraciət edən Seymur Əlizadəyə dermatol kista diaqnozu qoyularaq əməliyyata alıblar.
Hadisə də elə bundan sonra baş verib. 15 dəqiqə davam edən əməliyyat sonrası xəstənin vəziyyəti ağırlaşıb və o, komaya düşüb.Muxalifet - 7-06-2019
Naxçıvan təlimlərinin verdiyi 4 ÖNƏMLİ MESAJ
“Azərbaycan ordusu Türkiyə ordusu ilə birgə Naxçıvanda hərbi təlimlərə başlayıb. Bu cür təlimlər Naxçıvanda hər il keçirilir. Ermənistan mediası budəfəki təlimlərin əleyhinə daha çox yazı yazdı. Müxtəlif versiyalar səsləndi. Ən başlıcası, Ermənistan Naxçıvandakı təlimləri özünə qarşı təhlükə kimi qiymətləndirir. Bəzi erməni politoloqlar bu təlimlərin hətta Dağlıq Qarabağda müharibə ehtimalını artıracağını bildirdilər”. Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu deyib.
Muxalifet - 7-06-2019