Axtarış
The search found 105785 results in 0.025 seconds.
Search results
ABŞ qorxunc silahlarını daha bir ölkəyə göndərir - Çin TƏŞVİŞDƏ
Tayvan ABŞ-a tank əleyhinə silah və hava hücumundan müdafiə sistemi sifariş verib. Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) açıqlama yayıb. Xəbərə görə, “108 M1A2 Abrams” tank raketi, “1240 TOW” və “409 Javelin” tank əleyhinə raketlə 250 Stringer alçaq mövqedən uçuş edə bilən müdafiə kompleksinin sifarişi Vaşinqtona çatdırılıb. ABŞ-ın məktuba cavab verməsi üçün 120 gün vaxtı var. Bundan başqa, ABŞ qaynaqları Tayvanın Pentaqondan 66 ədəd V (Viper) seriyası F-16 döyüş təyyarələri almağı planlaşdırdığını açıqlayıb.
Muxalifet3 - 6-06-2019
Sabah Bakıda çempionat keçiriləcək
İyunun 7-8-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Atletika üzrə Azərbaycan Çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə reallaşacaq turnirdə qadınlar və kişilər iştirak edəcəklər.
Muxalifet3 - 6-06-2019
İranın 6 ay sonra nüvə silahı ola bilər: İsrail narahatdır
6 ay sonra İran nüvə silahına malik ola bilər.
Muxalifet.az-ın məlumatına görə, BMT-nin nüvə silahı ilə bağlı qurumunun keçmiş sədr müavini Olli Heinonen İsrail radiosuna verdiyi müsahibədə bu məsələ ilə bağlı müəyyən məqamlara toxunub. O, bildirib ki, İsrail və Körfəz ölkələrinin narahat olması üçün ciddi səbəb var.Muxalifet3 - 6-06-2019
Yaponlar deputatı Kurilə görə istefaya göndərir
Yaponiya parlamentinin aşağı palatasında deputat Hodaki Maruyamanın çıxışı zamanı Kuril adalarının qaytarılması üsulları sırasında “müharibə” variantını qeyd etməsi ilə bağlı qətnamə müzakirə edilib. Muxalifet.az xəbər verir ki, qətnamə gizli səsvermə nəticəsində qəbul edilib. Qətnamə deputatın könüllü şəkildə istefa verməsini və mandatından imtinasını təklif edir. Qeyd edək ki, Maruyama Kuril sakinləri ilə görüş zamanı “müharibə” varinatını səsləndirmiş, bu çıxışın Moskva və Tokioda rezonans doğurmasından sonra içkili olduğunu açıqlayaraq üzr istəmişdi.
Muxalifet3 - 6-06-2019
Azərbaycanlı şair məhkəməyə çağırıldı - Səbəb
Güney azərbaycanlı milli-mədəni fəal, araşdırmaçı, yazıçı və şair Rəhim Qulami məhkəməyə çağırılıb.
Muxalifet.az xəbər verir ki, fəalın Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsinə getdiyi bildirilib.
Hakim Xudadadi fəalın GAMAC təşkilatına (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) üzv olmaq, rəhbəri təhqir etmək, virtual aləm və iclaslarda yalan məlumatlar yaymaqla sistemin əleyhinə təbliğat aparmaq ittihamları ilə üzləşdiyini açıqlayıb.
Elan olunan ittihamlar arasında “GAMAC-a üzv olmaq” dosyeyə əlavə olunan yeni ittihamdır.Muxalifet3 - 6-06-2019
Gürcüstanda ermənilər polislərə hücum etdi
Gürcüstanın Axalkalaki rayonunda patrul polisi və yerli erməni sakinlər arasında qarşıdurma baş verib. Muxalifet.az xəbər verir ki, insidentə səbəb patrul polisinin yol hərəkəti qaydalarını pozan sürücünü saxlaması olub. Sürücü ilə bağlı inzibati cərimə yazılarkən, bir neçə yerli sakin patrul polisi əməkdaşlarına müqavimət göstərib. Gürcüstan Daxili İşlər Nazirliyi insidentlə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Axalkalakidə baş vermiş qarşıdurma zamanı kənd sakinləri patrul polis əməkdaşlarını təhqir ediblər, sonra isə fiziki müqavimət göstəriblər.
Muxalifet3 - 6-06-2019
Elan edilməmiş savaş başlaya bilər: Plan deşifrə edildi
ABŞ Çindən yardım alan Səudiyyə Ərəbistanının ballistik raket proqramını böyük ölçüdə genişləndirdiyinə dair kəşfiyyat məlumatı alıb.
Muxalifet.az xəbər verir ki, Donald Tramp administrasiyası bu kəşfiyyat məlumatını Konqresdə olan demokratlarla paylaşmayıb, demokratlar isə bunu başqa bir mənbədən əldə edib.Muxalifet3 - 6-06-2019
Şengen vizası bahalaşdı
Avropa İttifaqı Şurası viza rüsumunun (Şengen vizası) qiymətinin bahalaşması haqqında qərar qəbul edib. Muxalifet.az xəbər verir ki, Avropa İttifaqının 100-dən çox ölkənin vətəndaşlarına tətbiq etdiyi vizanın qiyməti 60 avrodan 80 avroya qaldırılıb. Bundan başqa, viza üçün müraciət səyahət etməzdən 6 ay öncə verilməlidir. Daha əvvəl Avropa Parlamenti tərəfindən təsdiqlənən qərar Avropa İttifaqının Rəsmi Qəzetində yayımlandıqdan 6 ay sonra qüvvəyə minəcək.
Muxalifet3 - 6-06-2019
O, möhtəşəm qadındır - Tramp
Kraliça II Yelizaveta möhtəşəm qadındır.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
"Britaniya ilə münasibətlərimiz yaxşı səviyyədədir. Oradakı proseslərdən xəbərim var. Breksitlə bağlı proseslərin necə olacağını bilmirəm, amma hər şeyin müsbət nəticələnəcəyinə inanıram", - Tramp bildirib.
Muxalifet3 - 6-06-2019
"Putinin raketləri"nə qarşı dəhşətli silah yaradılır
2018-ci ildə Bundesverin (Almaniya silahlı qüvvələri) Silahlanma və informasiya texnologiyaları üzrə idarəsi hipersəsli silahın yaradılması üzrə milli proqram hazırlayıb. Muxalifet.az xəbər verir ki, bunu MBDA Avropa şirkətinin satış bölməsinin rəhbəri Piter Xaylmayer deyib. Menecerin sözlərinə görə, söhbət idarə olunan raketin hazırlanmasından gedir. Silahın prototipinin yaradılması ən yaxın üç ilə planlaşdırılır. Xaylmayerin sözlərinə görə, silah Rusiyanın pilotsuz təyyarələri, yeni Rusiya tankı və “Putinin raketləri”nə mane olmalıdır.
Muxalifet3 - 6-06-2019
Gürcü nazir: Azərbaycanla emosiyasız şəkildə...
Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiyası üzrə komissiyanın bu ayın sonunda Tiflisdə keçiriləcək ikinci iclasının dəqiq tarixi hələ bəlli deyil.
Muxalifet.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə bildirib.
XİN başçısı deyib ki, sərhəd məsələsi ilə bağlı hər bir detalın strateji tərəfdaş olan Azərbaycanla hər hansı bir emosiyasız müzakirə olunması çox vacibdir:Muxalifet3 - 6-06-2019
Türk futbolçudan Almaniyada tarixi uğur: 15 matçda...
Türk futbolçu Ozan Kabak Almaniya Bunqesliqasında "İlin gənc futbolçusu" seçilib.
Muxalifet.az xəbər verir ki, "Ştutqart"ın heyətində çıxış edən O.Kabak bu tarixi uğura cəmi 15 matçdan sonra nail olub.
Müdafiəçi bu oyunlarda 3 qol vurub.
Qeyd edək ki, Ozan Kabak "Ştutqart"a ilin əvvəlində "Qalatasaray"dan transfer olunmuşdu.
Muxalifet3 - 6-06-2019
Putin dünyanın gözlədiyi qərarı açıqladı: Geri çəkilirik
Rusiya 2021-ci ildə başa çatacaq Strateji Silahların Azaldılması Razılaşmasından (START) imtina edir. Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin açıqlama verib. Sankt-Peterbuqrda keçirilən Beynəlxalq İqtisadi Forumda (SPIEF 2019) çıxış edən prezident bildirib ki, razılaşmadan çəkilmək üçün hazırlıqlar aparılır. “ABŞ-ın raketlərlə bağlı razılaşmadan çəkilməsi qlobal təhlükəsizliyi sual altında qoyur. Beynəlxalq silah nəzarəti sisteminin çökməsi məsələsində ciddi risk mövcuddur”-, Putin bildirib.
Muxalifet3 - 6-06-2019
Millimiz zəif rəqibinə məğlub oldu
Azərbaycan U-21 millisi bu gün futbol üzrə Avropa Çempionatının seçmə mərhələsinin ilk oyununda Lixtenşteynə məğlub olub.
Muxalifet.az xəbər verir ki, "Sportpark Eşen-Mauren" stadionunda keçirilən matç 1-0 rəqibin xeyrinə yekunlaşıb.
Bu nəticədən sonra Lixtenşteyn ilk pilləyə yüksəlib, Azərbaycan millisi isə sonuncu yerdə qərarlaşıb.
Muxalifet3 - 6-06-2019
Ancelina Colinin qızı cinsini dəyişir
Hollivud aktrisası Ancelina Colinin övladlığa götürdüyü 13 yaşlı qızı Şaylo cinsini dəyişdirməyə hazırlaşır Şaylo xarici görkəmcə kişiyə bənzəməsi üçün artıq hormonal preparatlar qəbul etməyə başlayıb.Bred Pitt və Ancelina Coli onun qərarına qarşı çıxmayıb, əksinə dəstəkləyiblər. 2015-ci ildə Coli qızı üçün xüsusi psixoloq tutub. O zaman gender məsələləri üzrə ekspert Şaylonun uşaq transgender olub-olmamasına qərar verə bilməmişdi. Ancelina Coli bildirib ki, Şaylo özünü heç vaxt qız kimi hiss etməyib.
Muxalifet3 - 6-06-2019
Münbiçdəki terrorçuların “Pəncə” qorxusu
İraqın şimalındakı Hakurka yönəlik başladılan “Pəncə” Hərəkatı PKK/YPG işğalında olan Menbiçdə böyük əks-səda doğurub. Suriyada təşkilatın ABŞ-ın dəstəyi ilə işğal etdiyi Münbiçdə terrorçular çaxnaşmaya düşüb. Çünki TSQ bir tərəfdən Şimali İraq əməliyyatını icra edərkən, digər tərəfdən Münbiç sərhədinə də hərbi birlik və sursat daşımağı davam etdirir. Azad Suriya Ordusunun (ASO) birlikləri Münbiç sərhədində 24 saat müşahidə edir.
Muxalifet3 - 7-06-2019
ABŞ türk pilotlarına təlim verməkdən imtina etdi
ABŞ Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri alması ilə əlaqədar olaraq Türkiyədən F-35 qırıcıları üçün pilotların daha təlimlərə qəbul edilməməsi barədə qərar verib. Muxalifet.az xəbər verir ki, bu haqda "Röyters” agentliyi bildirib. Qərar Amerikanın Arizona ştatında Lyuk aviabazasında təlimə başlamalı olan pilotlara toxunacaq. Hazırda Amerika təyyarə bazasında Türkiyədən dörd pilot təlim keçir. Türkiyədən yeni pilotların və texniki personalın qəbulu Ankaranın S-400-lə bağlı qərarını dəyişəcəyi halda bərpa oluna bilər.
Muxalifet - 7-06-2019
Yunanıstanın Türkiyə qorxusu: ABŞ-a şikayət etdi
Yunanıstanın Müdafiə naziri Evangelos Apostolakis Türkiyənin S-400 alışının dayandırılması üçün ABŞ-a çağırış edib.
Evangelos Apostolakis Vaşinqton mərkəzli “Foreign Policy” beyin mərkəzi ilə Avropa Birliyinin (AB) Vaşinqtonda təşkil etdiyi "Transatlantik Təhlükəsizlik Əməkdaşlığın Gələcəyi" başlıqlı forumunda çıxış edib.
Yunanıstanın Müdafiə naziri Evangelos Apostolakis Türkiyənin S-400 alışının bölgədəki tarazlıqları dəyişdirəcəyini bildirib.Muxalifet3 - 7-06-2019
“Surət Hüseynov məhv olunmalıdır” – PƏNAH HÜSEYN MƏXFİ SƏNƏDLƏR YAYDI
Əbülfəz Elçibəy iqtidarında baş nazir postu tutan Pənah Hüseyn 26 may 1993-cü il tarixində keçirilən Dövlət Müdafiə Komitəsinin məxfi iclasının protokolunu yayıb. Muxalifet.az həmin sənədi oxuculara təqdim edir: Dövlət Müdafiə Komitəsinin İclasının Protokolu Gündəlik məsələlər 1. Qərarların icra vəziyyəti 2. Fövqaladə vəziyyət haqqında 3. 28 may İstiqlal günü haqqında 4. Mövcud hərbi vəziyyət haqqında I məsələ: Ə.Elçibəy: Dünəndən etibarən nəhayət 2 əsrə yaxın zaman ərzində ölkəmizi işğal edərək burada yerləşmiş Rus ordusu Azərbaycanı tamamilə tərk etdi.
Muxalifet - 7-06-2019
Ərdoğandan Tramp və Putin ilə Yaponiyada tarixi zirvə
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan iyulda təhvil alınacaq S-400-lərlə əlaqədar ABŞ prezidenti Donald Trampla görüşəcək. Ərdoğan bu ayın sonunda Yaponiyada təşkil ediləcək G-20 zirvəsində dünya liderləriylə sıx bir diplomatiya sürdürəcək. Ərdoğan 28-29 iyunda Yaponiyanın Osaka şəhərində təşkil ediləcək zirvə çərçivəsində ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin ilə kritik mövzuları müzakirə edəcək.
Muxalifet3 - 7-06-2019