Axtarış

The search found 105785 results in 0.058 seconds.

Search results

  1. Şagirdlərə ŞAD XƏBƏR - Qadağa ləğv edildi

    Fənn (fənlər) üzrə illik qiyməti 2 olan buraxılış sinif şagirdlərinin yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmaması barədə qadağa ləğv edilib.
    Muxalifet.az  qafqazinfo-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları"nda müvafiq dəyişiklik edib.

    Muxalifet - 5-06-2019

  2. Fuad Abbasovun məhkəməsinin vaxtı DƏQİQLƏŞDİ: Jurnalist Azərbaycana ekstradisiya...

    “İyunun 6-nı gözləmək lazımdır”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında Rusiyada saxlanılan azərbaycanlı jurnalist Fuad Abbasovun vəkili Elman Paşayev deyib. Onun sözlərinə görə, həmin gün F.Abbasovun apelyasiya şikayətinə baxılacaq. Məhkəmənin qərarına əsasən, onun Azərbaycana  ekstradisiya olunub-olunmayacağı bilinəcək.

    Muxalifet - 5-06-2019

  3. ​Azərbaycanda komitə sədri vəfat etdi

    Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikas Komitəsinin Xızı rayon Komitəsinin sədri Nəbi Baxşıyev vəfat edib.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, N.Baxşıyev xəstəlik səbəbindən dünyasını dəyişib.
    Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasının rəhbəri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və qurumun kollektivi N.Baxşıyevin vəfatı ilə əlaqədar başsağlığı verib.
    Allah rəhmət eləsin!

    Muxalifet - 5-06-2019

  4. “Pəncə” Hərəkatında öldürülən terrorçuların sayı artdı

    Türkiyənin Milli Müdafiə Nazirliyi “Pəncə” Hərəkatı ilə əlaqədar etdiyi son açıqlamada, daha 6 terrorçunun məhv edildiyini bəyan edib.
    Açıqlamada, "İraqın şimalındakı Hakurkda müvəffəqiyyətli şəkildə davam edən “Pəncə” Hərəkatında daha 6  terrorçu öldürülüb. Hərəkatın başlanğıcından bu yana təsirsiz hala gətirilən terrorçu sayı 40-a yüksəlib.. Ayrıca Zap bölgəsində də 2 terrorçu məhv edilib​".
    Müxalifət.az

    Muxalifet3 - 5-06-2019

  5. Neftin qiyməti 50 dollara düşsə... – Təhlükə qapıda

    Dünya neft bazarında qiymətlərin ucuzlaşması prosesi davam edir. ABŞ-ın İrana qarşı sanksiyaları fonunda dünya neft istehsalının mühüm hissəsini əhatə edən bölgədə münasibətlərin gərginləşməsi belə bu ucuzlaşmanın qarşısını ala bilmir. Analitiklər bu prosesin əsas səbəbləri sırasında neft bazarında təklifin tələbi üstələməsi, eyni zamanda ABŞ-Çin ticarət qarşıdurması nəticəsində dünyada neftə olan tələbatın yaxın və ortamüddətli dövrdə daha da azalmasını qeyd edirlər.

    Muxalifet - 5-06-2019

  6. Londonda növbəti “qurban” sabiq nazirin oğlu ola bilər - Adını hələ demirlər

    1 ildən artıqdır ki, London və Bakıda diqqətlə izlənilən proses yeni çalarlarla genişlənməkdədir. Əcnəbi zənginlərin sorğulanmasına, Londonda aldıqları mal-mülkə xərclədikləri vəsaitlərin mənbəyi haqda məlumat verməyə onları mükəlləf edən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində araşdırmalar davam edir.

    Muxalifet - 5-06-2019

  7. Almaniyada “Fateh” məscidi daşa basıldı - FOTO

    Almaniyanın Drezden şəhərində naməlum şəxslər “Fateh” məscidini daş atəşinə tutublar.

    Məscid nümayəndəsi Hüseyn Taşkının sözlərinə görə, hadisə nəticəsində binanın şüşələri sındırılıb. Taşkın onu da əlavə edib ki, basqın zamanı məsciddə heç kim olmayıb.

    Drezden polisinin mətbuat katibi Marko Laske jurnalistlərə açıqlamasında bildirib ki, hüquq mühafizə orqanları artıq cinayətlə bağlı araşdırmaya başlayıblar.

    Muxalifet - 5-06-2019

  8. DİM 26 İLLİK YOLUNDAN SAPIR? - Abbaszadə qəbul etmir, ancaq…

    Xalq “təhsil mafiyası”nın əvvəl-axır test üsulu ilə qəbulu aradan qaldırıb “sovet qəbulu”na dönüləcəyinə görə narahatdırlar

    Muxalifet - 5-06-2019

  9. ​SON DƏQİQƏ: Bakıdakı məşhur körpü SÖKÜLÜR

    "Təklif olunan dövlət layihəsinə əsasən "Qaqarin” körpüsü kimi tanınan "Cavanşir” körpüsü söküləcək və onun yerində yol tikiləcək”. Bunu nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev bu günlərdə təqdim olunmuş layihənin foto şəklini göstərərkən deyib. Ekspert hesab edir ki, layihə diqqətəlayiqdir, lakin qeyri-müəyyən fikirlər yaradır. "1962-ci ildə "Qaqarin” körpüsünün (yeri gəlmişkən bu körpü yox, üst keçid, estakadadır) tikintisinin bir məqsədi var idi – Bakı dəniz yük limanını Bakı-Yük dəmir yol stansiyası ilə birləşdirmək, avtomobillərin qarşısından şlaqbaum və dəmir yol keçidini götürmək.

    Muxalifet - 5-06-2019

  10. ABŞ-dan daha bir qalmaqal: Qaşıqçı cinayətindən 16 gün sonra ortaya çıxdı

    ABŞ rəhbərliyinin Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayətindən dərhal sonra bəzi Amerikan firmalarına Səudiyyə Ərəbistanıla həssas nüvə məlumatları paylaşma icazəsi verdiyi ortaya çıxıb.
     
    ABŞ-da Virginia-nın demokrat senatoru Tim Kainenin Tramp rəhbərliyinin Səudiyyə Ərəbistanına verdiyi əhəmiyyətli nüvə məlumatları ilə əlaqədar açıqlaması ictimaiyyətin diqqətini cəlb edib.

    Muxalifet3 - 5-06-2019

  11. "Vor zakon" Əzizin işi: keçmiş baş prokuror da həbs olundu - SALYANOVANIN ÜZÜNƏ KİM DURUB...

    Kriminal aləmdə “Çeçen Əziz” kimi tanınan “qanuni oğru” Əziz Batukayevin cəzaçəkmə müəssisəsindən qanunsuz yollarla azad olunması ilə bağlı Qırğızıstanda araşdırmalar davam edir. Rusiya mətbuatının yazdığına görə, cinayət işi üzrə daha bir fiqurant - Qırğızıstanın sabiq baş prokuroru Aida Salyanovanın adı hallanır.  O, artıq saxlanılıb.

    Muxalifet - 5-06-2019

  12. Bayramı qana bulamaq istədilər: İŞİD-çılar tutuldu

    Qanunsuz yollarla Türkiyəyə girməyə çalışan 3 İŞİD üzvü Hatayda tutularaq həbs olunub. Terrorçuların avtomobillərində çox sayda partlayıcı sursat ələ keçirilib.
     
    Türkiyəyə girməyə çalışarkən tutulan İŞİD-çılar Hatay vilayətinin Yayladağı mahalında həbs olunub.
    Alınan məlumata görə, Yayladağı mahalının Aşağıpulluyazı Məhəlləsinin Suriya ilə sərhədində patrul xidməti icra edən təhlükəsizlik gücləri bir avtomobilin sərhəd pozaraq Türkiyəyə keçməyə çalışdığını təsbit edi.

    Muxalifet3 - 5-06-2019

  13. Hacı Muradın nəşinin dəfn görüntüləri yayıldı - VİDEO

    Yutub sosial şəbəkəsində Şeyx Şamilin naibi Hacı Muradın Dağıstanın Xunzax rayonunda dəfn edilməsini əks etdirən video yayılıb.
    Muxalifet.az Kult.az-a istinadən xəbər verir ki, videonun qeyd hissəsində görüntülərin H.Muradın dəfn mərasimində çəkildiyi yazılıb.
    Qeyd edək ki, ötən gün Dağıstan mətbuatında Azərbaycanın Qax rayonunda dəfn edilmiş Şeyx Şamilin naibi Hacı Muradın sümüklərinin 31 may tarixində çıxarılaraq, iyunun 2-də öz vətənində - Xunzax rayonunda dəfn edilməsi haqqında məlumatlar yayılıb.

    Muxalifet - 5-06-2019

  14. Tarkan bayram günü instaqramda elə bir video paylaşdı ki… - VİDEO

    Meqa ulduz Tarkanın instaqramda paylaşdığı video qısa müddətdə bəyənilmə və izlənmə rekordı qırıb. Hər bir mahnısı ilə milyonlarla dinləyicinin qəlbinə yol tapan ulduz növbəti dəfə pərəstişkarlarının rəğbətini qazanıb. Belə ki, Tarkan Razaman Bayramı münasibəti ilə instaqramda izləyicilərinə səmimi təbrik ünvanlayıb. Çəkdiyi görüntülərdə “Neçə belə bayramlara” söylədikdən sonra xoruzun banlaması və müğənninin buna gülərək “Xoruz da bayramınızı təbrik edir” deməsi izləyicilərin ürəyincə olub. Belə bir təbrik paylaşmasını izləyiciləri artistin səmimi və təbii olması kimi qiymətləndirib.

    Muxalifet - 5-06-2019

  15. “ONLAR PREZİDENTƏ NƏ DEYƏ BİLƏRDİLƏR?…” – “Mənim də haqqımı versinlər də, 76 yaşım var”

    Əməkdar incəsənət xadimi, Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun “AzPolitika.info”-ya müsahibəsini təqdim edirik:

    - Şeyx, son zamanlar televiziya kanallarında görünmürsünüz. Buna səbəb nədir, dəvət olunmursunuz, yoxsa sizə qarşı qadağa var?

    Muxalifet - 5-06-2019

  16. Zelenskidən Rusiyaya mesaj: Biz hazırıq

    Ukraynanın dövlət başçısı seçildikdən sonra ilk rəsmi xaric ziyarətini Brüsselə edən Vladimir Zelenski ölkəsinin Rusiya ilə müzakirələrə hazır olduğunu ifadə edib. Zelenski Ukraynanın AB və NATO-ya tam üzvlük hədəfinin dəyişmədiyini ifadə edərək ölkəsini "Avropa və NATO-ya inteqrasiya yolunu tutduğunu" ifadə edib. Rusiya ilə yaşanan gərginliklə bağlı Zelenski "Rusiyayla müzakirələrə başlamağa hazırıq. Minsk Razılaşmasını tətbiq etməyə hazırıq. Bununla birlikdə, özümüzü müdafiə edə bilməmiz və iqtisadi, siyasi və hərbi sahədə güclənməmiz lazımdır" deyə bildirib. Müxalifət.az

    Muxalifet3 - 5-06-2019

  17. Prezident Zakir Həsənovla bağlı SƏRƏNCAM İMZLADI

    Prezident İlham Əliyev Zakir Həsənovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
    Sərəncamla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasında xidmətlərinə görə Zakir Əsgər oğlu Həsənov “Şöhrət” ordeni ilə təltif edilib.
    Qeyd edək ki, iyunun 6-da Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 60 yaşı tamam olur.

    Muxalifet - 5-06-2019

  18. ​Qızı baldızının əri ilə qaçdı, ana intihara cəhd etdi – METRODAKI İNTİHARIN ŞOK SƏBƏBLƏRİ

    Bir neçə gün əvvəl metronun “28 May” stansiyasında özünü qatarın altına atan qadının intihar səbəbləri bəlli olub.
    “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, intihara cəhd göstərən Abşeron rayon sakini 54 yaşlı Asya Əmirova ailəsində baş verən biabırçı olaylara görə özünü öldürmək qərarına gəlib.

    Muxalifet - 5-06-2019

  19. "Tərəddüd etsək, bizi Naxçıvanı itirməmək haqqında düşünməyə məcbur edəcəklər" - ELDAR NAMAZOV

    ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə son səfərinə Ermənistan növbəti təxribatlarla qarşılıq verib. Vaşinqton görüşü ərəfəsində işğalçı ölkə Azərbaycan zabitini snayperlə vurmaqla sülh prosesinə zərbə vurub. Bir sıra ekspertlər danışıqların ya dayandırılmasını, ya da birbaşa Rusiya ilə aparılmasını təklif edirlr.
    Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov mövcud durumla bağlı “Yeni Müsavat”ın sullarını cavablandırarkən, xeyli ilginc fikirlər söyləyib. 
    Muxalifet.az həmin müsahibəni oxucularına təqdim edir:​

    Muxalifet - 5-06-2019

  20. Bakıda məktəbliləri vuran avtomobilin sürücüsü kimdir? - ADI AÇIQLANDI

    Bakıda taksinin məktəbin qarşısında şagirdlərə necə çırpılmasını əks etdirən görüntülər yayılmışdı. İlkin araşdırmalardan sonra hadisənin Nəsimi rayonu Həsən Əliyev küçəsində yerləşən məktəbin qarşısında baş verdiyi dəqiqləşib. Belə ki, taksi sürücüsü kimi işləyən 84 yaşlı Qurban Əhmədov məktəbin önündə idarə etdiyi “VAZ 21074” markalı avtomobillə şagirdləri vurub və 12-13 yaşlı 2 qız həmin maşınla kənarda dayanmış “Mercedes”in arasında qalıb. Bildirilir ki, hadisədən sonra uşaqlar xəstəxanaya çatdırılıb və onlardan birinin bədənində sınıqlar aşkarlanıb.

    Muxalifet - 5-06-2019

Pages