Axtarış
The search found 105785 results in 0.025 seconds.
Search results
Vladimir Putin Rusiya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib
Rusiya prezidenti Vladimir Putin ölkə müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib.
APA Kremlin saytına istinadən xəbər verir ki, təbrikdə deyilir: "Rusiya müsəlman təşkilatları Rusiya xalqlarının birləşməsinə töhfələrini verir".
V. Putin Rusiyanın müsəlman icmasının ölkənin həyatında aktiv iştirak etməyə davam edəcəyinəvə fəaliyyəti ilə Rusiyanın tarixi, mədəni və mənəvi irsinin qorunmasına töhfə verəcəyinə əminliyini vurğulayıb. Prezidentölkə müsəlmanlarına sülh və rifah arzu edib.
Muxalifet - 4-06-2019
Ərdoğandan “S-400” və “İdlib” açıqlaması - "GERI ADDIM..."
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 və İdlib gərginliyinə münasibət bildirib:
“İdlibə yönəliki hörmətli Putin və Tramp ilə bu məsələni danışdıq. Məlum koridor üzərində marağı olan hər ölkə ilə danışıqları davam etdiririk. Bundan sonrakı müddətdə də davam edəcək. Trampın bir İngiltərə səyahəti var. Biz yenə onunla bu yöndə danışarıq. Lazım olsa, hörmətli Putinlə də danışarıq. Xahişimiz bu varil bombalarıyla edilən hücumlardır, xüsusilə mülki əhali üzərində sınanması kədərlidir. Xahişimiz bir an əvvəl burada sülhü, sakitliyi təmin etməkdir.Muxalifet3 - 4-06-2019
“Azərbaycanda ictimai çimərliklər yaradıla bilər" - AGENTLİK SƏDRİ
"Azərbaycanda ictimai çimərliklər olmalıdır. Bu, olduqca vacib məsələdir”.
Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlərə açıqlamasında bildirib.
"Özəl çimərliklər fəaliyyət göstərir, ancaq onların sayının az olması bizi narahat edir. Dünyada çimərliklərin demək olar ki, hamısı ictimai çimərliklərdir. Hansısa qurumlar orada öz xidmətlərini təklif edə bilərlər”, - deyə o, qeyd edib.Muxalifet4 - 4-06-2019
AMEA rəhbərliyi aldığı mənzilləri geri qaytardı - AÇIQLAMA
Azərbaycan Milli Elmlər Akademiyası mənzil qalmaqalı ilə bağlı açıqlama yayıb. Qurumdan bildirilir ki, bir neçə gündür ölkənin bəzi xəbər saytlarında, eləcə də sosial şəbəkələrdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yataqxanasında məskunlaşan alimlər üçün nəzərdə tutulmuş yeni tikilidə mənzillərin bölgüsü məsələsi ətrafında müzakirələr yenidən gündəmə gəlib. "Baxmayaraq ki, mənzil bölgüsünün sosial ədalət prinsiplərinə riayət olunmaqla və tam şəffaflıqla aparılması haqqında akademiya tərəfindən sübut və dəlillərə əsaslanmış açıqlamalar dəfələrlə verilib.
Muxalifet4 - 4-06-2019
Bayram namazının çıxışında qətliam - 2 ÖLÜ, 12 YARALI VAR...
Əfqanıstanın şimalındakı Bağlan vilayətinin Nahreyin mahalında bayram namazının çıxışında məscid qapısında təşkil edilən bombalı hücumda 2 adamın öldüyü bildirilib.
Bağlan Təhlükəsizlik Xidmətinin sözçüsü Əhməd Cavid Beşarat etdiyi açıqlamada, motosikletə yerləşdirilən bombanın mahal mərkəzindəki bir məscidin qapısında bayram namazı çıxışında partladıldığını ifadə edib.
Hücumda 2 adamın həyatını itirdiyini ifadə edən Beşarat, 12 adamın da yaralandığını söyləyib.
Hücumu hələlik üzərinə götürən olmayıb.
Müxalifət.azMuxalifet3 - 4-06-2019
Azərbaycanda DƏHŞƏT: Taksi sürücüsü məktəbliləri belə vurub əzdi - VİDEO
Təhlükəsiz şəhər kamerasına düşən bu görüntülər həqiqi bir şok yaşadır.
Muxalifet.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə məktəblərdən birinin qarşısında baş verir. VAZ 21 07 markalı, üzərində “taksi” nişanlı olan avtomobilin sürücüsü 4 şagirdi məktəbə düşürür. Şagirdlər yolu keçmək istəyirlər. Bu zaman asta sürətlə “Mercedes” markalı avtomobil onların qarşısından keçir.
Muxalifet4 - 4-06-2019
Türk əsgəri “Pəncə”sini terrorçulara keçirdi - ONLARLA ÖLÜ VƏ...
İraqın şimalındakı Hakurk bölgəsində müvəffəqiyyətli şəkildə davam edən “Pəncə” Hərəkatında daha 6 terrorçu məhv edilib.
Bununla da hərəkatın başlanğıcından bu yana təsirsiz hala gətirilən terrorçu sayı 34 oldu.
Müxalifət.az
Muxalifet3 - 4-06-2019
“Ərdoğandan xahiş etmək istəyirəm ki...” - QABİL HÜSEYNLİ
Türkiyənin İraqın şimalında PKK-ya yönəlik təmizlik fəaliyyətləri davam edərkən Pentaqon rəsmiləri terrorçuları təltif edərək hərbi rütbə və nişan paylayıb. Suriyanın şimal-şərqindəki Hasəkə-Rimeylanda olan ABŞ bazasında PKK komandirləriylə bir araya gələn Amerikalı hərbçilər təşkilat rəhbərlərinə “üstün xidmət medalı” verib. Həmçinin PKK-çılara rütbə paylayan Pentaqon səlahiyyətliləri Qazilər Gününün qeyd edilməsi çərçivəsində təşkil edilən yığıncaqda terrorçubaşlara müxtəlif mükafatlar verib.
Muxalifet4 - 4-06-2019
ABŞ-la Rusiya arasında İranla bağlı SENSASİON BAZARLIQ
Rusya, ABŞ və İsrail iyunun sonunda Qüdsdə ilk dəfə bir araya gələcək. Baş tutacaq milli təhlükəsizlik üzrə toplantıda İranın Suriyadakı varlığı başlıca gündəm maddələrindən biri olacaq. Amerika İranı Suriyadan çıxarmaq için Rusyaya ilginç bir təklif edəcək. Rusya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev ABŞ prezidentinin müşaviri Con Bolton ve İsrail Milli Təhlükəsizlik Şurasının sədri Meir Ben Şabat iyunun sonunda Qüdsdə ilk dəfə bir araya gələcək.
Muxalifet3 - 4-06-2019
Fələstindən ABŞ-a sərt etiraz
Fələstin dövlət başçısının sözçüsü Nebil Əbu Rudeyne ABŞ-a sərt təpki göstərib. Rudeyne "Kuşnerin açıqlamaları İslam və ərəb ümmətini, Fələstin xalqını ciddi qəbul etməmək və üsyana təhrik etmək mənasını verir" deyib. Nebil Əbu Rudeyne ABŞ prezidenti Donald Trampın kürəkəni və baş müşaviri Jared Kuşnerin Fələstin xalqının özünü idarə edə biləcəyinə etdiyi şübhə və bu istiqamətdəki açıqlamaları qəbul edilməz olduğunu ifadə edib.
Muxalifet3 - 4-06-2019
"Qara qızıl" yenə qara günlər vəd edir - EKSPERTLƏRDƏN AÇIQLAMA
Vüqar Bayramov: "Son qiymət azalmaları bir daha təsdiq edir ki, neft ölkələri üçün enerji gəlirlərindən asılılığın aradan qaldırılması əsas prioritet olmalıdır"
Natiq Cəfərli: "Əgər neft amilini ölkə iqtisadiyyatından çıxartsaq, o zaman Azərbaycan dünyada ən kasıb dövlətlərdən biri olar"Muxalifet4 - 4-06-2019
Azərbaycanda bir gündə 5 nəfər bu səbəbdən öldü
İyunun 3-də Azərbaycanda baş vermiş yol qəzalarında 5 nəfər vəfat edib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, Respublikanın avtomobil yollarında dünən 4 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.
Hər bir faktla bağlı araşdırma aparılır./PublikaMuxalifet - 4-06-2019
Avropada müsəlman köçkün uşaqları təhlükə altında
Hollandiyada mühacir düşərgələrində 4,5 il ərzində təxminən 1600 mühacir uşaq itkin düşüb.
Ölkədəki “NRC” qəzetində yer alan xəbərdə, qəzetin itən köçkün uşaqlarla əlaqədar etdiyi araşdırmada, Mərkəzi Mühacirləri Saxlama Orqanı (COA) və qəyyumluq vəzifəsini yerinə yetirən Nidos Vəqfindən məlumatlar toplandığı ifadə edilib.
1600 UŞAQ İTKİN DÜŞÜB
Muxalifet3 - 4-06-2019
Putini erməni aktyor əvəz edəcək? – Saakaşvilidən SENSASİON İDDİA
Məncə, Putin dönəmi artıq bitir.
Bunu jurnalist Dmitri Qordona müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.Muxalifet - 4-06-2019
“Bu vəziyyət dərhal nəzarətə götürülməlidir” – AZAL-ın etiraz yaradan qiymətləri
“İqtisadi baxımdan yanaşırıqsa, AZAL inhisarçıdır. Onun əlində aeroport var. Bu aeroportdan digərlərinin istifadəsinə çox ciddi məhdudiyyətlər qoyur. AZAL inhisarçı obyekt olsa da, ikinci bir aeroportun yaradılması şəhərdə mümkünsüz olduğuna görə, o imkan vermir ki, burada digər daşıyıcılar faydalansın”. Bu sözləri “Yeni Sabah”a AZAL-ın uçuş qiymətlərindən danışan iqtisadçı ekspert Azər Mehdiyev deyib.
Muxalifet - 4-06-2019
"Mən bahalı qızam" - Pərvin Abıyeva QİYMƏTİ AÇIQLADI
Aktrisa Pərvin Abıyeva geyimlərinin qiymətni açıqlayıb. Aktrisa “Show News” verilişinin “Məşhurların geyimləri” sorğunda iştirak edib. Bildirib ki, üzüyümün biri 5 min, digəri isə 15 min dollardır: "Taxdığım üzüklədən birinin qiymətu 5 min digəri 15 min dollardır. Bahalı qıza bahalı hədiyyə edərlər. Bunlar adi hədiyyələrdir”./Unikal
Muxalifet - 4-06-2019
Süpürgəçi qadının başına oyun açdılar - VİDEO
Space Tv-də Amil Xəlilin "Olar? Olmaz!" sosial-araşdırma layihəsində növbəti maraqlı anlar yaşanıb. Muxalifet.az xəbər verir ki, küçə süpürməklə ailəsini dolandıran Sabagül xanımın özünü dolandırıblar. Qadını aldadan Zakir adlı şəxs isə teleaparıcıya kişi sözü verərək elədiyi səhvi qısa zamanda düzəldəcəyini bildirib. Həmin anları sizə təqdim edirik.
Muxalifet - 4-06-2019
Bakıda vəzifəli şəxs işdən çıxarıldı
“Bakı Fond Birjası” QSC-nin İdarə Heyəti sədri Vüqar Namazov vəzifəsindən azad olunub.
"Ölkə.Az" xəbər verir ki, bununla bağlı qərar QSC-nin Səhmdarlarının Ümumi Yığıncağında qəbul edilib.
İdarə Heyətinin sədri vəzifələrinin müvəqqəti icrası Əməliyyat və İnformasiya Texnologiyaları üzrə direktor, İdarə Heyətinin üzvü Eldar Faiq oğlu Abdullayevə həvalə olunub.Muxalifet - 4-06-2019
PKK terrorçuları Qərbə yalvarmağa başladı: “Yardım edin”!
Türk əsgərinin son vaxtlarda təşkil etdiyi müvəffəqiyyətli əməliyyatlarla ağır zərbə alan PKK, onları bəsləyən Qərbə yalvararaq yardım etmələrini istəyib.
Terror təşkilatı PKK Türk əsgərinin vurduğu pəncəyə qarşı məhdud imkanlarla müqavimət göstərməyə çalışdığını ifadə edərək Türk ordusunun başlatdığı “Pəncə” hərəkatının təcili dayandırılması üçün Qərb ölkələrinə yardım çağırışları etməyə başlayıb.Muxalifet3 - 4-06-2019
Gənə dişləməsi faydalıdır - HƏKİMDƏN SENSASİON AÇIQLAMA
Həkim hesab edir ki, ensefalit zamanı kömək edən immunoqlobulin artıq o qədər də işə yaramır.
Rusiyanın tanınmış həkimi Nataliya Tolokonskaya bu barədə şok açıqlama verib. O bildirib ki, gənə dişləməsi təbii immunitet yaranmasında faydalıdır.
Muxalifet.az medicina.az-a istinadla xəbər verir ki, bu barədə həkim öz "Facebook" səhifəsində yazıb. O, həmçinin xəstələrə homeopatiya yolu ilə sağalmağı məsləhət görüb.Muxalifet - 4-06-2019