Axtarış
The search found 105785 results in 0.079 seconds.
Search results
Tramp İngiltərə səfərinə başladı və London merini təhqir etdi
“O, tamamən bir zavallıdır'
ABŞ prezidenti Donald Tramp kraliça II Elizavetanın dəvətinə əsasən İngiltərəyə 3 günlük səfərə gəlib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, D.Tramp ölkəyə ayaq basmazdan öncə onun səfərinə sərt reaksiya verən London meri Sadiq Xanı tənqid edib.
Tramp Twitter hesabından verdiyi açıqlamada Xan haqqında “tam bir zavallı” deyib və aşağıdakıları əlavə edib: "Mənə çox axmaq və bacarıqsız Nyu-York meri (Bill) de Blasionu xatırladır”.Muxalifet - 3-06-2019
Tramp İngiltərəyə ayağını basan kimi Londonun merini təhqir etdi
ABŞ prezidenti Donald Tramp kraliça 2-ci Yelizabetin dəvəti ilə 3 günlük bir dövlət səfəri üçün İngiltərəyə gəlib və ilk açıqlamasında Londonun Bələdiyyə sədri Sadiq Xanı təhqir edib.
Donald Tramp ölkəyə ayaq basmadan onun gəzintisinə təpki göstərən Londonun Bələdiyyə sədri Sadiq Xanı tənqid və təhqir edib.
Tramp Twitter hesabından etdiyi açıqlamada, Bələdiyyə sədri Xan-ın ünvanına "tam bir yazıq" deyib və əlavə edib:
"O mənə çox axmaq və bacarıqsız New York Bələdiyyə sədri Blasionu xatırladır" deyib.Muxalifet3 - 3-06-2019
Zelenski ilk rəsmi səfərini bu ölkəyə edəcək
Ukrayna Prezident Vladimir Zelenski ilk xarici rəsmi səfərini Belçikaya edir.
V.Zelenski iyunun 4-də Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə ilk rəsmi görüşünü keçirəcək.
Görüş NATO-nun Baş Qərargahında baş tutacaq. Görüşdə NATO Ukrayna münasibətlərinin gələcək perspektivləri müzakirə olunacaq.
Zelenski səfər çərçivəsində, həmçinin Ukrayna-NATO komissiyasında görüş keçirəcək./AxarMuxalifet - 3-06-2019
ABŞ, Rusiya və İsraildən “İran və Suriya” bazarlığı
Qüdsdə Rusiya, ABŞ və İsrail nümayəndələri arasında keçiriləcək görüşdə ABŞ və İsrailin Moskvaya Suriyada İrana təsir etməsi qarşılığında Suriyanın dövlət başçısı Bəşşar Əsədi tanımağı təklif edəcəyi irəli sürülüb.
London mərkəzli ərəbcə dərc olunan “Şarku'l Avsat” qəzetinin Qərbli diplomatik mənbələrə əsaslandırdığı xəbərinə görə, iyunun sonunda Qüdsdə Rusiya, ABŞ və İsrail nümayəndələri arasında keçiriləcək milli təhlükəsizlik mövzulu yığıncaqda İranın Suriyadakı varlığı başlıca gündəm maddələrindən biri olacaq.Muxalifet3 - 3-06-2019
"Bloomberg" yenə oliqarxların pulunu saydı - ƏLƏKBƏROV İLİN ƏVVƏLİNDƏN BƏRİ DAHA 2 MİLYARD QAZANIB
2019-cu ilin ilk beş ayı ərzində ən varlı rusiyalıların məcmu varidatı 22,729 milyard dollar artıb. Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, yeni “Bloomberg Billionaires Index” (BBI) reytinqi açıqlanıb. İndeks milyarderlərin pay sahibi olduqları şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır. Bəzi şirkətlər üzrə hesablama şirkətin kapitallaşmasının EBITDA-ya nisbəti, yaxud da səhmin qiymətinin həmin səhm üzrə gəlirə nisbətinə uyğun aparılır. Ümumilikdə BBI reytinqinə dünyanın ən varlı 500 adamı daxil edilib ki, bunlardan da 22 nəfəri rusiyalıdır.
Muxalifet - 3-06-2019
"İnter"in baş məşqçisi İstanbul klubunda
Türkiyənin “Başakşəhər” komandasının yeni baş məşqçisi bəlli olub.
İstanbul klubu baş məşqçi Okan Buruk ilə razılıq əldə edib.
Rəsmi müqavilə iyunun 10-da imzalanacaq.
Qeyd edək ki, komandanın sabiq baş məşqçisi “Beşiktaş”da Şenol Güneşi əvəzləyib.
45 yaşlı Okan Buruk daha əvvəl "Qalatasaray", "İnter", "Beşiktaş"ı çalışdırıb. Təcrübəli mütəxəssis 2008-2010-cu illərdə "Başakşəhər"lə birgə işləyib.Muxalifet - 3-06-2019
Uşağın təhqir edildiyi bağça müdirinə töhmət verilib
Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi bağçada müəllimin uşağı təhqir etməsini əks etdirən ilə sosial şəbəkələrdə yayılan video-görüntüyə münasibət bildirib.
İdarədən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Suraxanı rayonu, Zıx qəsəbəsindəki 331 nömrəli körpələr evi-uşaq bağçasında baş verənlər araşdırılıb və tədbir görülüb.
Bildirilib ki, müəllim Lalə Novruzova vəzifəsindən azad olunub, müdir Kəmalə Feyzullayevaya isə töhmət verilib.
Qeyd olunub ki, N.Novruzovanın ailəsində problemlər olub.
Muxalifet - 3-06-2019
İlham Əliyevdən hərbi xidmətlə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
Muxalifet - 3-06-2019
Məkkədə Qarabağla bağlı sənədlər qəbul edildi
Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dövlət və hökumət başçılarının 14-cü zirvə görüşü keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Əl-ələ gələcəyə doğru” devizi altında keçirilən İƏT-in bu görüşündə Azərbaycanın Baş Nazir Novruz Məmmədov təmsil edib.
Zirvə görüşü nəticəsində yekun kommünike sənədi qəbul edilib. Sənədin 34 və 35-ci bəndlərində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ilə bağlı İƏT-in prinsipial mövqeyi öz əksini tapıb.Muxalifet - 3-06-2019
Saakaşvili Gürcüstana qayıdır - Tarix bəlli oldu
Üç və ya dörd aydan sonra Gürcüstana qayıtmağa hazırlaşıram.
Muxalifet.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Gürcüstanın keçmiş Prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili deyib. O bunu 1+1 telekanalına müsahibəsində bildirib. Xatırladaq ki, M. Saakaşvili Gürcüstanı 2013-cü ildə tərk edib.Muxalifet - 3-06-2019
İCRA BAŞÇISI İLƏ BAĞLI RÜŞVƏT QALMAQALI - Birlik sədri od püskürdü: "Sənin oğlun kef çəkmək üçün..."
Qaradağın icra başçısı Süleyman Mikayılov Qarabağ qazisi Bəhruz Talıbovun ailəsinin əmlakını 10 min manat rüşvətə görə sökürüb. Sonradan İcra Hakimiyyətinin məsul işçiləri 8, daha sonra isə 5 minə söküntünün bərpasını təklif ediblər. Bu ağır ittihamı Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin sədri Məlahət Abasova dilə gətirib. Birlik sədri videogörüntü ilə açıqlama verərək, deyib ki, icra başçısı və ətrafının özbaşınalığından dəfələrlə yuxarı orqanlara şikayət yazıblar.
Muxalifet - 3-06-2019
Rumıniyada NATO təlimləri başlanıb – Dunayı keçməyi məşq edirlər…
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, NATO-nun «Saber Guardian – 2019» beynəlxalq təlimləri Şərqi Avropanın 3 ölkəsində – Bolqarıstanda, Macarıstanda və Rumıniyada iyunun 3-dən 24-ə qədər davam edəcək.
İlk təlimləri Rumıniya qəbul edib və birdəfəyə özünün Çinku, Borduşan, Babadağ, Smırdan və Rışnov yaşayış məntqələrindəki 5 poliqonunu təlimçilərə təqdim edib.
Rumıniya radiosunun xəbərinə görə, təlim ölkənin quru qüvvələri ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Avropadakı ordu hissələrini (USAREUR)) koordinasiya edir.
Muxalifet - 3-06-2019
SON DƏQİQƏ: Türkiyə ordusu Naxçıvana GƏTİRİLDİ - SƏBƏB - FOTO
Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib.
Muxalifet - 3-06-2019
AMERİKA-İRAN DARTIŞMASINA ŞƏRQDƏN GÜNƏŞ DOĞUR: Abenin vasitəçilik missiyası İrandaxili siyasi çarpışmanı gücləndirə bilər – Təhlil
Stanislav Tarasov
regnum.ru, 02.06.2019
Muxalifet - 3-06-2019
Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri...
Bu il mayın 12-də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində atəşkəs haqqında saziş əldə edilməsinin 25 illiyi tamam olub.
Azərbaycan o vaxt son dərəcə vacib olan bu sazişi bağlayarkən bunu əsas götürürdü ki, cəbhə xəttində hərbi əməliyyatların dayandırılması danışıqlar prosesinin daha da fəallaşdırılması üçün əlverişli şərait yaradacaq və yaxın gələcəkdə münaqişənin siyasi yolla həllinə nail olmağa kömək edəcək.
Muxalifet3 - 3-06-2019
Rusiyadan ABŞ-a mesaj: Bunu Türkiyə ilə həll edəcəyik!
Kremldən Trampın Rusiyanın İdlibə edilən hava hücumlarını dayandırması çağırışıyla əlaqədar əhəmiyyətli bir açıqlama verilib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın İdlibə təşkil etdiyi hava hücumlarını sonlandırması lazım olduğunu vurğulamışdı.
Moskva rəhbərliyi isə bölgədən mülki şəxslərə və hərbi ünsürlərinə hücumlar edildiyini ifadə edib.
Jurnalistlərin suallarını cavablayan Kremlin sözçüsü Dmitriy Peskov, İdlibdəki terrorçuların qəbul edilməz hücumlarının önlənməsi üçün tədbirlərin alınması lazım olduğunu ifadə edib.Muxalifet3 - 3-06-2019
Bu ölkə Azərbaycana polis attaşesi təyin etdi
Gürcüstan Azərbaycana polis attaşesi təyin edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadzenin parlamentə təqdim etdiyi illik hesabatda bildirilib.
Sənəddə Gürcüstanın Azərbaycanla yanaşı, Ukraynaya da yeni polis attaşesi göndərdiyi vurğulanıb.
Qeyd edək ki, Gürcüstanın Avropanın əksər ölkələrində polis attaşeləri fəaliyyət göstərir. Polis attaşesinin əsas vəzifəsi Gürcüstan vətəndaşlarının xarici ölkə ərazisində törətdikləri cinayət əməllərinə çevik reaksiya verməkdir.Muxalifet3 - 3-06-2019
Dünyanın ən böyük “Quran”ı nümayiş olundu - FOTO
Türkiyədə iriölçülü “Quran” kitabı sərgilənib. Muxalifet.az anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Dəyanət Vəqfi tərəfindən hər il Ramazan ayında təşkil olunan 38-ci Türkiyə Kitab və Mədəniyyət sərgisində İstanbulun Böyük Çamlıca məscidində nümayiş olunan “Quran” böyük marağa səbəb olub. Kitabın ağırlığı 70 kq təşkil edir. Ölçüsü 71X98 sm, qalınlığı isə 9 sm-dir. Bununla da Türkiyədə ən böyük “Quran”ı ərsəyə gətirən mətbəəçi Mustafa Cüflük deyib: “Müqəddəs kitabın ilk ayəsində deyildiyi kimi, “Quran” divardan asılmaq üçün deyil, oxumaq üçün nazil olub”.
Muxalifet3 - 3-06-2019
Erməni snayperin atəşi danışıqlara zərbə vurdu - Nazir
Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
XİN-dən verilən məlumata görə, Toivo Klaar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.
Nazir Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinin cari vəziyyəti, o cümlədən xarici işlər nazirlərinin Moskva görüşü haqqında məlumat verib.Muxalifet3 - 3-06-2019
SON DƏQİQƏ: Uşaq pulu yenidən bərba edilir? - AÇIQLAMA
Muxalifet.az bax.tv-yə istinadən həmin məlumatı oxucularına təqdim edir.
Muxalifet3 - 3-06-2019