Axtarış

The search found 105785 results in 0.044 seconds.

Search results

  1. ​Çin ballistik raketini sınaqdan keçirdi

    Çin ordusu yeni qitələrarası ballistik raketini uğurla sınaqdan keçirib.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Defence Blog” yazıb.
    Məlumata görə, Bohay limanında sualtı qayıqlardan buraxılması nəzərdə tutulan JL-3 raketi sınaqdan keçirilib.
     

    Muxalifet3 - 2-06-2019

  2. ​Xarici tələbə İngiltərə universitetini məhkəməyə verdi və 78 min dollar təzminat aldı – “Universitet karyeramın perspektivini şişirdib…"

    Bitirdiyi universiteti "Mickey Mouse" diplomuna görə, yəni "əhəmiyyətsiz ixtisası aldadıcı reklamla bəyəndirdiyinə" görə, məhkəmyə verən xarici məzun məhkəmədənkənar qaydada əldə edilmiş razılıq əsasında həmin universitetdən £60000 məbləğində (təxminən $78000) təzminat alıb.
    Pok Wong 2013-cü ildə Anglia Ruskin universitetini beynəlxalq biznes strategiyası üzrə bitirib.
    Lakin məzun iddia edib ki, universitet "karyerasının perspektivini şişirdib" və saxta reklama görə universiteti məhkəməyə verib.

    Muxalifet4 - 2-06-2019

  3. ​Saakaşvili elan etdi: Ukraynanın Stiv Cobsu...

    Mən Ukrayna siyasətinin Stiv Cobsu olmaq istəyirəm.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Mixail Saakaşvili deyib.
    “Mən bir az Ukrayna siyasətinin Stiv Cobsu olmaq istəyirəm. İdeya generatoru...” – Saakaşvili bildirib.
    O deyib ki, arxasında nə Dövlət Departamenti dayanır, nə də Brüssel: “Mən sadəcə çiyinlərim üstündə baş gəzdirirəm”.
    Qeyd edək ki, Zelenskinin vətəndaşlığını bərpa etməsindən sonra Ukraynaya qayıdan Saakaşvili Ali Rada seçkilərində iştirak etməyəcəyini bildirmişdi.
     

    Muxalifet3 - 2-06-2019

  4. ​Amerika vizası almaq istəyənlərin nəzərinə! – ƏLAVƏ TƏLƏBLƏR OLACAQ

    ABŞ Dövlət Departamenti Amerikaya viza üçün müraciət edənlərdən sosial mediadakı istifadəçi adları, əvvəlki elektron poçt ünvanları və telefon nömrələrini tələb edir. Bu, Tramp administrasiyasının mühacirət və qonaq vizaları verilərkən yoxlanışların dərinləşdirilməsi mahiyyəti daşıyır.
    Dövlət Departamentinin bildirdiyinə görə, bu ölçü anketlərin qəbulundan sonra tətbiq edilir. Departament mühacirət və qeyri-mühacirət vizalarının verilməsində əlavə məlumat tələb edildiyini bəyan edib.

    Muxalifet4 - 2-06-2019

  5. ​“ABŞ İranla şərtsiz danışıqlara hazırdır" – PAMPEO

    “ABŞ İranla şərtsiz danışıqlara hazırdır".
     
    “Reuters”in məlumatına görə, bunu ABŞ Dövlət katibi Mayk Pompeo bəyan edib.
     
    Amma dövlət katibi belə bir şərt də irəli sürüb ki, İran “özünü normal ölkə kimi aparmaq istədiyini” göstərməlidir.
     
    Pompeo iyunun 2-də İsveçrədə bu ölkənin xarici işlər naziri İqnatsio Kassis-lə görüşüb. İran ətrafında yaranmış vəziyyət, görüşün əsas mövzularından biri olub.
     
    ABŞ-la İran arasında diplomatik münasibətlər olmadığına görə Vaşinqtonun İrandakı maraqlarını İsveçrə təmsil edir.
     

    Muxalifet4 - 3-06-2019

  6. "Əraziləri yalnız bu yolla qaytara bilərik" - BURCANADZE

    Gürcüstan parlamentinin keçmiş spikeri Nino Burcanadze hakimiyyət nümayəndələrini Rusiya ilə birbaşa dialoqa çağırıb.

    “RİA-Novosti” agentliyi xəbər verir ki, siyasətçinin sözlərinə görə, Rusiya ilə birbaşa dialoq Tiflisə Abxaziya və Cənubi Osetiyanı qaytarmağa kömək edəcək.

    Muxalifet4 - 3-06-2019

  7. Traktoru jurnalistlərin üzərinə sürdü - VİDEO

    Rusiyanın Rostov vilayətində təşkil edilən “Bizon-Trek-Şou” adlı yarış zamanı sürücü idarəetməni itirərək traktoru jurnalistlərin üzərinə sürüb.

    Axar.az xəbər verir ki, xoşbəxtlikdən olay zamanı xəsarət alan olmayıb. Yalnız kameralara və digər avadanlıqlara zərər dəyib.

    Yarışın təşkilatçısı Sergey Suxavenko bildirib ki, bir çox jurnalist təhlükəsizlik qaydalarına əməl etməyi unudur:

    “Effektiv kadr əldə edilsin deyə, onlar bu dünyada hər şeyi unudur. Sözün həqiqi mənasında təkərin altına yıxılırlar. Yaxşı ki, zərbə saman topasına dəydi”.

    Muxalifet4 - 3-06-2019

  8. ​Hacı Muradın qalıqları Azərbaycandan oğurlandı və... Dağıstanda dəfn edildi - FOTOLAR

    Şeyx Şamilin naibi Hacı Muradın güman edilən qalıqları Azərbaycandan çıxarılaraq, bu gün – iyunun 2-də onun vətənində - Xunzax rayonunda dəfn edilib.
    Virtualaz.org xəbər verir ki, bu barədə “Molodyoj Dagestana” qəzetinə mərasimin şahidi Əmir Əmirov məlumat verib.
    Nəşrin müxbiri ilə söhbət zamanı Ə.Əmirov Xunzax kəndinin məscidində olub və naibin qalıqlarının dəfnindən öncə cənazə namazına hazırlaşırmış. Mərasimdən öncə yenidən dəfnolunmanın məqsədəuyğunluğu barədə müzakirələr aparılıb. Mərasim qeyri-formal xarakter daşıyıb.

    Muxalifet4 - 3-06-2019

  9. ​“Liverpul” Kloppa “qal” dedi

    Çempionlar Liqasının qalibi “Liverpul” klubu baş məşqçi Yurgen Kloppla yeni müqavilə imzalamaq niyyətindədir.
    “The Guardian” xəbər verir ki, kluba sahiblik edən “Fenway Sports Group” şirkəti alman mütəxəssisə daha uzunmüddətli müqavilə və daha artıq pul təklif edir.
    Klub rəhbərliyi hesab edir ki, Kloppla “Liverpul” yeni “qızıl era”ya imza atacaq.  
    Qeyd edək ki, hazırda məşqçi ilinə 7 milyon funt sterlinq (15 milyon manat) alır, klubla müqaviləsi isə 2022-ci ildə bitir. 

    Muxalifet - 3-06-2019

  10. “Bu gün müqavimət göstərməkdən başqa yolumuz yoxdur” – İran prezidenti

    “Müzakirə üçün, ABŞ qarşılıqlı hörmət yolunu seçməlidir”. ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani bu gün tibb işçiləri ilə görüşündə ABŞ dövlət katibi Mayk Pompeonun “heç bir ilkin şərt olmadan İranla müzakirə etməyə hazırıq” sözlərinə münasibət bildirərkən deyib. H.Ruhani vurğulayıb ki, əgər həqiqətən getdikləri yolun səhv olduğunu anlasalar, o gün müzakirə masası arxasında hər bir məsələni müzakirə etmək olar.

    Muxalifet - 3-06-2019

  11. Pompeodan “Əsrin Müqaviləsi” ilə bağlı etiraf

    ABŞ-ın Xarici İşlər naziri Mayk Pompeonun ABŞ rəhbərliyinin İsrail-Fələstin sülh planının İsrailə üstünlük tanıyan birtərəfli bir plan olaraq qiymətləndirilib, xüsusi bir maraq göstərilməyəcəyini deyib.
     
    “Vaşinqton Post” qəzeti Pompeonun New York mərkəzli Yəhudi vətəndaş  cəmiyyət təşkilatı olan "Böyük Amerikan Yəhudi Təşkilatları Başçıları Konfransı"nın təşkil etdiyi  bir yığıncaqda, ABŞ rəhbərliyinin "Əsrin Müqaviləsi" deyə xarakterizə etdiyi İsrail-Fələstin sülh planına münasibət bildirdiyini qeyd edib.

    Muxalifet3 - 3-06-2019

  12. ​İcra başçısı ilə şəhid ailəsi arasında QALMAQAL

    “Biləsuvar rayon icra hakimiyyəti məni şəhidin abidəsini dağıtmaqla hədələyir”. 
    Muxalifet.az xəbər verir ki, bunu anews.az-a şikayətində şəhid gizir Pərvin Əliyevin xanımı Zülfiyyə  Əliyeva bildirir.

    Muxalifet - 3-06-2019

  13. ​Sabiq Daxili işlər naziri İsgəndər Həmidovda ŞİŞ TAPILDI - Durumu ağırdır

    Sabiq Daxili işlər naziri İsgəndər Həmidovun səhhəti ilə bağlı açıqlama yayılıb.
    onun sosial şəbəkə hesabında yayılan açıqlamada bildirilir ki, uzun sürən müayinələrdən sonra, ağır durumda olan İsgəndər Həmidovun sağlamlıq durumunun nəticələrinə dair cəmiyyətdə yayılan, həqiqətə uyğun olmayan informasiyaların qarşısının alınması üçün onun real vəziyyəti ilə bağlı məlumat vermək zəruri hesab edilib.

    Muxalifet - 3-06-2019

  14. Rəzalət! ABŞ terrorçuları təltiv etdi

    Türkiyənin İraqın şimalında PKK-ya yönəlik təmizlik fəaliyyətləri davam edərkən, ABŞ ordusu (Pentaqon) terrorçuları təltiv edərək hərbi rütbə və nişan paylayır.
     
    Suriyanın şimal-şərqindəki Hasəkə-Rimeylanda olan ABŞ bazasında PKK komandirləriylə bir araya gələn Amerikalı hərbçilər, təşkilat rəhbərlərinə ‘üstün xidmət medalı' verib.
     
    BÜTÜN ZAMANLARIN ƏN YAXŞISI
     

    Muxalifet3 - 3-06-2019

  15. Trampdan Rusiya, Suriya və İrana təpki

    ABŞ prezidenti Donald Tramp Suriyanın İdlib bölgəsindəki hücumlarla bağlı "Rusiya, Suriya və qismən də İranın Suriyanın İdlib vilayətində şiddətli hücumlar təşkil etdiyini və fərq qoymadan çox sayda mülki əhalini qətl etdiyini eşidirəm. Dünya bu qırğını izləyir. Məqsəd nədir, sizə nə verəcək bu? Duyanın!" deyə təpki göstərib. Tramp İdlibdə hər gün onlarla mülki əhalinin qətl edildiyi Rusiya və rejim hücumları ilə bağlı Twitter hesabından açıqlama verib.

    Muxalifet3 - 3-06-2019

  16. Yunanıstanda Türklər sədr seçildi

    Yunanıstanda paytaxt Afina və ikinci böyük şəhər Selanikdə müxalifətdəki Yeni Demokratiya (ND) partiyasının namizədləri bələdiyyə başçılıqlarını qazanıb. Qərbi Trakyadakı yerli rəhbərliklərdə 3 Türk bələdiyyə başçısı seçilib.
     
    Türk və Müsəlman azlığın yaşadığı Qərbi Trakyada isə 3 Türk bələdiyyə başçılıqlarını qazanıb.
    İskeçedəki Mustafçovada Rıdvan Delihüseyin, Rodopdakı Kozlukepir Bələdiyyəsində də Rıdvan Əhməd bələdiyyə başçısı olub.

    Muxalifet3 - 3-06-2019

  17. Tanınmış azərbaycanlı şairin ailəsində FACİƏ - YEGANƏ OĞLU ÖLDÜ

    Tanınmış şair, tərcüməçi, Əməkdar jurnalist Adil Cəmilə ağır itki üz verib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Adil Cəmilin yeganə oğlu, gənc şair Orxan Adiloğlu xəstəlik səbəbindən dünyasını dəyişib. Orxan xeyli müddət idi ağır qaraciyər xəstəliyindən əziyyət çəkirdi. Allah rəhmət eləsin!

    Muxalifet - 3-06-2019

  18. MHP-li başçıya silahlı hücum

    Milliyyətçi Hərəkət Partiyasının (MHP)  Eşme Mahalının başçısı Bürcün Kayhan Yücesoy küçənin ortasında silahlı hücuma uğrayıb. Xəstəxanaya qaldırılan Yücesoyun sağlıq vəziyyətinin ciddiliyini qoruduğu ifadə edilib.
     
    Əldə edilən məlumatlara görə, hadisə Eşməncin Şəhid Alibey Məhəlləsində meydana gəlib. Sahur vaxtına yaxın bir zamanda küçədə gedən Yücesoya pnevmatik tüfəngdən atəş açılıb. Nəticədə Yücesoy ağır yaralanıb.
    Ətrafdakıların xəbər verməsi ilə hadisə yerinə gələn 112 Təcili Xidmət Yardımı ilə xəstəxanasına qaldırılıb.

    Muxalifet3 - 3-06-2019

  19. Ziya Məmmədovla Abbas Abbasovun fərqi – ilginc gəlişmə

    Anar Məmmədov Bakıda “Arsenal”-“Çelsi” oyununa baxmaq üçün Bakıya sərbəst gələ bilir, Aydın Abbasov isə ölkəyə gələrkən saxlanılır – səbəb...

    Sabiq nəqliyyat naziri Ziya Məmmədovla baş nazirin keçmiş müavini Abbas Abbasovun dostluq, biznes  münasibətləri haqda mətbuatda çox yazılıb. Onları birləşdirən, dostluqlarına yol açan eyni komandada təmsilçilikləri ilə yanaşı, həm də biznes maraqları olub.

    Muxalifet - 3-06-2019

  20. SON DƏQİQƏ: Azərbaycanda vəzifəli şəxs İNTİHAR ETDİ

    Ağdamda poçt şöbəsinin rəisi özünü asaraq intihar edib.
    Muxalifet.az-ın ona.az-a istinadən verdiyi xəbərə görə, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Kənd sakini 1957-ci il təvəllüdlü Tağıyeva Püstə Mərkəz qızı yaşadığı evin həyətində özünü asıb.  P. Tağıyeva  Ağdam Poçt Filialının Qaradağlı poçt şöbəsinin rəisi vəzifəsində işləyib.
    Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır. 

    Muxalifet - 3-06-2019

Pages